Məhkəmə qərarları › İş №2(102)-3060/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3060/2024

21.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3060/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlaka payın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “miras əmlaka tam həcmdə payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)- 449/2024 nömrəli iş üzrə 05 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydas ında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Musayev Əfqan Abduləhəd oğlu ilə X9 29 avqust 1979-cu ildə rəsmi nikaha daxil olmaqla ər-arvad olmuşlar və onların birgə nikahından üç övladıTural (hazırki iş üzrə iddiaçı), Güney və Vüsal (hazırki iş üzrə cavabdehin əri) doğulmuşdur. 2. 31 avqust 2007-ci il tarixli, AN-1 ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə müəyyən olunur ki, Musayev X8 şəhəri, Atatürk küçəsi 12/31 nömrəli ünvanda yerləşən, iki otaqdan ibarət ümumi sahəsi 54,9 kv.m, yaşayış sahəsi 34,2 kv.m olan mənzili almışdır.

3. Hüquqların dövlət qeydiyyatı haqqında MH seriyalı, ******* nömrəli çıxarışla müəyyən olunur ki, Göyçay şəhəri, Atatürk küçəsində yerləşən 12 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 54, 9 kv.m, yaşayış sahəsi 34,2 kv.m olan 2 otaqlı 31 nömrəli mənzil tam mülkiyyət hüquq üzrə Musayev Əfqan Abduləhəd oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 190 nömrəli vərəqində xx.xx.2007-ci ildə qeydiyyata alınmışdır.

4. X13 ilə hazırki iş üzrə Cavabdeh xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmaqla ərarvad olmuşlar və birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü Məhəmmədsəid adlı uşaqları doğulmuşdur.

5. Musayev Əfqan Abduləhəd oğlu ilə övladı X13 01 dekabr 2012-ci ildə vəfat etmişdirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı “miras əmlaka tam həcmdə payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum Musayev Əfqan Abduləhəd oğluna məxsus olmuş ünvan 2 ünvanda yerləşən miras əmlak üzərində tam həcmdə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, mərhum atası Musayev Əfqan Abduləhəd oğlu anası X9 ilə 29 avqust 1979-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.1982-ci il tarixdə Vüsal, xx.xx.1984-cü il tarixdə Tural və xx.xx.1990-cı il tarixdə Güney adlı uşaqları anadan olmuşdur. X18 xx.xx.2010-cu il tarixdə Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Toy mərasimi olduqdan sonra, Cavabdeh valideynlərinin yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə köçmüşdür. xx.xx.2012-ci il tarixdə atası Əfqan Musayev və xx.xx.2012-ci il tarixdə isə qardaşı Vüsal vəfat etmişdir. Vüsal Musayev vəfat etdikdən sonra, yəni yas mərasimi qurtardıqdan sonra Cavabdeh cehiz əmlaklarını götürərək daimi yaşamaq üçün valideynlərinə məxsus evə köçmüşdür. Göyçay şəhəri Atatürk küçəsində yerləşən 12 saylı evin 31 saylı mənzili mərhum atası Musayev Əfqan Abduləhəd oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarış verilmişdir. Atası Musayev Əfqan Abduləhəd oğlundan miras qalmış əmlakı atası vəfat etdiyi tarixdən hazırki dövrə kimi faktiki olaraq qəbul edib, həmin əmlakı idarə etmişdir. Həmin əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün ərizə ilə Göyçay rayon Notariat Ofisinə müraciət etsə də, mərhum X18in həyat yo ldaşı Cavabdeh ilə sözügedən miras əmlakla bağlı ixtilaf olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Cavabdeh Sevinc Musayevə, eləcə də digər qanun üzrə vərəsələr mirası nə faktiki, nə də qanun üzrə qəbul etməmişlər. Atası Musayev Əfqan Abduləhəd oğlunun dəfn və yas xərclərini, eləcə də miras qalmış mənzilə dair kommunal xərcləri ödəməyinə, əmlakı faktiki idarə etməyinə baxmayaraq, cavabdeh əsassız və qanunsuz olaraq miras əmlakdan pay tələb edir. Cavabdeh, atası Musayev Əfqan Abduləhəd oğlundan miras qalmış əmlakı qanunla müəyyən olunmuş qaydada qəbul etməmişdir.

8. Göyçay Rayon Məhkəməsinin 2(046)-635/2023 nömrəli iş üzrə qəbul etdiyi 15 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Qurbanov) iddia tələbinin təmin edilməsi, İddiaçı ünvan 4 ünv anda yerləşən miras əmlak üzərində tam həcmdə payının müəyyən edilməsi qət olunmuşdur.

9. Məhkəmə belə qənaətə gəlmişdir ki, miras əmlaka Musayev Əfqan Abduləhəd oğlunun adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmış Göyçay şəhəri, Atatürk küçəsi 12 saylı evin 31nömrəli mənzili daxildir. Miras qoyanın adına öldüyü məqamadək digər əmlakın (və ya əmlakların) olması müəyyən edilməmişdir. Həmçinin iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, miras xx.xx.2012-ci ildə açıldıqdan sonra miras qoyanın 4 qanun üzrə vərəsəsi olmuşdur: X2, qızı X12, oğlanları İddiaçı və X13. X2 və qızı X12 miras əmlakı qəbul etməmələri barədə ərizə verdiklərindən,mirası qəbul etməkdən imtina etmişlər. X4 isə miras açıldıqdan sonra, lakin mir as qəbul edilənədək öldüyündən (xx.xx.2012-ci ildə) onun vərəsəsi olan Cavabdeh miras əmlakdan payı qanun üzrə vərəsələr üçün müəyyən edilmiş qaydalara riayət etməklə qəbul etməsini təsdiq edən sübut təqdim etməmişdir. İş üzrə tədqiq edilmiş sübutlardan Cavabdeh tərəfindən nə qanunla müəyyən müddət ərzində notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi, nə əmlaka sahiblik etməsi, nə də əmlakı idarə etməyə faktiki başlaması hərəkətlərinin edilməsi müəyyən olunmuşdur. Əksinə olaraq İddiaçı miras açıldıqdan sonra həmin mənzildə yaşayaraq miras əmlaka faktiki sahiblik etmiş, kommunal xidmətlərini ödəyərək miras əmlakı faktiki idarə etmiş, bununla da mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, Cavabdeh miras əmlak olan Göy çay şəhəri Atatürk küçəsi 12 saylı evin 31 nömrəli mənzili qanunla müəyyən edilmiş müddətlər daxilində qəbul etmədiyindən onun, habelə digər vərəsələr X3 və X5 payları mirası faktiki qəbul etmiş İddiaçı payına əlavə edilməli, miras əmlakda İddiaçı tam həcmdə payı müəyyən olunmalıdır.

10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1145, 1151.1, 1159.1, 1243.1, 1243.2, 1246, 1252, 1253.1, 1253.1, 1253.2, 1255, 1262, 12731, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, iddianın qismən təmin edilməsi və miras əmlakın 1/2 hissəsinə cavabdehin və azyaşlı oğlunun payının tanınma sı barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh 08 iyul 2010-cu il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeyd etdirməklə X13 ilə ailə qurmuşdur. Cavabdehin Vüsal Musayevlə birgə nikahından 31 oktyabr 2011-ci il tarixdə Məhəmmədsəid adlı oğulları doğulmuşdur. Vüsal Musayev və atası Musayev Əfqan Abduləhəd oğlu sonuncunun idarə etdiyi minik avtomobilii ilə 01 dekabr 2012-ci il tarixdə Bakı şəhərindən Göyçay rayonuna gələrkən Kürdəmir rayonu ərazisində avtomobil qəzası nəticəsində hadisə yerində həlak olmuşlar. Mərhum Musayev Əfqan Abduləhəd oğlu vəfat edərkən ondan ünvan 5 ünvanında fərdi yaşayış evi və Şərqiyyə Musayeva ilə birgə nikah dövründə aldığı ünvan 6 ünvanda mənzil miras qalmışdır. X6 üzrə birinci növbə vərəsələri aşağıdakı şəxslərdir: 1. arvadı X7

2. X4 3. oğlu İddiaçı 4. qızı X12. Cavabdeh qanun üzrə birinci növbə vərəsə X10 ölümündən sonra miras qoyanın digər qanun üzrə birinci növbə vərəsələr ilə birlikdə mirasa faktiki sahiblənmiş və 03 oktyabr 2016-cı il tarixə kimi azyaşlı oğlu ilə birlikdə miras evdə yaşamışdır. Cavabdeh, miras qoyanın qızı Güney Musayeva ona qardaşı İddiaçı qazancı ilə dolandığını dəfələrlə bildirib psixoloji təsir etdiyindən mərhum ərinin ailəsi ilə birlikdə yaşaya bilməmiş və 2016cı ildə miras evi tərk etməyə məcbur olmuşdur. Miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Göyçay rayon Notariat Ofisinə müraciət edərkən qanun üzrə birinci növbə vərəsələr mirasın bölüşdürülməsi üçün notariat orqanına gəlməmişlər və notarius cavabd ehə eyni tələblə məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Bu səbəbdən də cavabdeh miras payının tanınması tələbinə dair iddia ilə 13 oktyabr 2023-cü il tarixdə Göyçay Rayon Məhkəməsinə müraciət edərək mərhum Musayev Əfqan Abduləhəd oğlundan miras qalmış, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 hissəsinə cavabdehin və 1/8 hissəsinə 31 oktyabr 2011-ci il tarixdə doğulmuş oğlu X1, Göyçay şəhəri Atatürk küçəsi bina 12-də yerləşən 31 saylı mənzilin1/16 hissəsinə cavabdehin və 1/16 hissəsinə 31 oktyabr 2011-ci il tarixdə doğulmuş oğlu X1 miras payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mülki iş üzrə 04 dekabr 2023-cü il tarixdə hazırlıq iclası keçirilərkən cavabdehin nümayəndəsinə məlum olmuşdur ki, İddiaçı mirasda tam payın tanınması haqqında iddia tələbinə 15 mart 2023-cü il tarixdə Göyçay Rayon Məhkəməsində baxılaraq iddiası təmin olunmuşdur. Cavabdeh azyaşlı oğlu ilə birlikdə 03 oktyabr 2016-cı il tarixdən Göyçay rayonunun Ləkçıplaq kəndində yaşadığı halda İddiaçı cavabdehin faktiki yaşadığı ünvanı məhkəmədən gizlətmiş, öz yaşadığı ünvana cavabdehin adına göndərilən bildirişləri və qətnaməni özü imza edib almışdır. Cavabdehin nə məhkəmə iclaslarının vaxtından, nə də qəbul edilmiş məhkəmə qətnaməsi barədə məlumatı olmuşdır. Qeyd edilən qətnamənin cavabdehə təqdim edilməsi üçün ərizə ilə 06 dekabr 2023-cü il tarixdə Göyçay Rayon Məhkəməsinə müraciət edilmiş və qətnamənin surəti cavabdehə poçt vasitəsi ilə 12 dekabr 2023-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə cavabdehin mərhum əri Vüsal Musayevin miras açıldıqdan sonra, lakin mira s qəbul edilənədək öldüyündən onun vərəsəsi kimi cavabdehin miras əmlakdan payı qanun üzrə vərəsələr üçün müəyyən edilmiş qaydalara riayət etməklə qəbul etməyini təsdiq edən sübut təqdim etmədiyini göstərir. Halbuki cavabdeh azyaşlı oğlu ilə birlikdə 03 oktyabr 2016-cı il tarixə kimi mərhum Musayev Əfqan Abduləhəd oğlundan miras qalmış, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evində faktiki yaşamış, miras əmlaka sahiblənməklə mirası faktiki qəbul etmişdir. Lakin cavabdehə ünvanlanmış məhkəmə bildirişləri qeydiyyatda olduğu miras evin ünvanına göndərildiyi və həmin bildirişləri iddiaçı poçt xəbərnaməsinə imza edib götürdüyü üçün cavabdehin məhkəmə prosesləri barədə məlumatı olmamışdır. Göründüyü kimi cavabdeh mirasın bir hissəsinə faktiki sahiblik etdiyi üçün mirasın hazırkı iş üzrə iddian ın predmeti olan hissəsini, yəni Göyçay şəhəri, Atatürk küçəsi bina 12-də yerləşən 31 saylı mənzili də qəbul etmiş sayılır. Məhkəmə mirasın iddiaçı tərəfindən qəbul edilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsini tətbiq etmişdir. Lakin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hiss əsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Məhkəmə guya cavabdehin məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunduğunu göstərərək məhkəməyə cavabdehin adından göndərilmiş teleqrama onun izahatı kimi qiymət vermişdir. Halbuki iş materiallarında olan poçt xəbərnamələrindən görünür ki, cavabdehin adına olan bütün məhkəmə bildirişləri faktiki yaşadığı ünvana deyil, qeydiyyatda olduğu, iddiaçının və ailə üzvlərinin yaşadıqları ünvan 5 ünvanına göndərilmiş və həmin bildirişlər iddiaçının özü tərəfindən imzalanaraq götürülmüşdür.

13. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-449/2024 nömrəli iş üzrə 08 may 2024-cü il tarixli qətnaməsi il ə (G.Cavadova (sədrliyi və məruzəsi ilə), hakimlər Ə.Kərimov və E.Hüseynov) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 mart 2023- cü il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı “miras əmlaka tam həcmdə payının müəyyən edilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilmiş, Göyçay şəhəri, Atatürk küçəsində yerləşən 12 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 54,9 kv.m, yaşayış sahəsi 34,2 kv.m olan 2 otaqlı 31 nömrəli mənzilin Musayev Əfqan Abduləhəd oğlundan miras qalmış 1/2 hissəsinə X3, İddiaçı, X5 və X1 hər birinin 1/4 miras payı müəyyən edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

14. Apellyasiya inst ansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

15. Birinci instansiya məhkəməsi ünvan 1 ünvanda yerləşən, iki otaqdan ibarət ümumi sahəsi 54,9 kv.m, yaşayış sahəsi 34,2 kv.m olan mənzili bütöv əmlak kimi miras əmlak olaraq qəbul etməkdə səhv nəticəyə gəlmişdir. Belə ki, yuxarıda qeyd olunduğu və işin mübahiələndirilməyən halı kimi müəyyən olunmuşdur ki, sözügedən mənzil miras qoyanın Şərqiyyə Musayeva ilə birgə nikahı dövründə alınmışdır. Bununla da müəyyən olunur ki, miras əmlak sözügedən mənzilin 1/2 hissəsidir.

16. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərə sə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vərəsəlik və mülkiyyət hüquqlarına ziddir.

17. İş materiallarından görünür ki, miras qoyanın qızı X12(onun əvəzinə etibarnamə üzrə nümayəndə olan iddiaçı) xx.xx.2023-cü ildə, miras qoyanın X2 isə 02 mart 2023-cü ildə ərizə ilə notariusa müraciət edərək miras əmlakdan imtina etdiklərini bildirmişlər.

18. Beləliklə müəyyən olunur ki, mirasdan imtina qanunla müəyyən olunmuş müddətdə olmamışdır. Yəni miras əmlak xx.xx.2012-ci ildə açılmasına ba xmayaraq mirasdan imtina 2023-cü ildə həyata keçirilmişdir. Buna görə də, Məhkəmə hesab edir ki, vərəsələrin mirasdan imtinası qanuni və əsaslı hesab edilə bilməz.

19. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1159.1, 1252, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 fevral 2020-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı, MPM-nin 14.2, 77.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, Göyçay şəhəri, Atatürk küçəsində yerləşən 12 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 54,9 kv.m, yaşayış sahəsi 34,2 kv.m olan 2 otaqlı 31 nömrəli mənzilin Musayev Əfqan Abduləhəd oğlundan miras qalmış 1/2 hissəsinə X3, İddiaçı və X5 hər birinin 1/3 miras payının müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Göyçay şəhəri, Atatürk küçəsində yerləşən 12 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 5 4,9 kv.m, yaşayış sahəsi 34,2 kv.m olan 2 otaqlı 31 nömrəli mənzilin Musayev Əfqan Abduləhəd oğlundan miras qalmış 1/2 hissəsinə X1 1/4 miras payının müəyyən edilməsi qanunsuzdur. Şəki Apellyasiya Məhkəməsi Musayev Əfqan Abduləhəd oğlundan miras qalmış 1/2 hissəsinə X1 1/4 miras payının müəyyən edilməsi nəticəsinə gələrkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə ki, vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata ke çirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdeh tərəf kassasiya şikayətinə qarşı yazılı etiraz verərək onun rədd edilməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri

23. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərur ətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin bütövlükdə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

26. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakını n qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

27. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

28. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

29. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 30. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 31. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt m iras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

32. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya ş ikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin l əğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüq uqi əsasları düzgün müəyyən edilmişdir.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-449/2024 nömrəli iş üzrə 05 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar