Məhkəmə qərarları › İş №2(102)-3061/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3061/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3061/2025 04.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Elschad Alıjew, Bakı şəhəri 18 saylı Notariat Ofisi və Bakı şəhəri 50 saylı Notariat Ofisinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: icra qeydi, əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1874/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Elschad Alıjew ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən Elschad Alıjew borc alan İddiaçı xx.xx.2021-ci il tarixinədək 200.000 manat məbləğində, həmçinin Bakı şəhəri 50 saylı notariat ofisini tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tar ixinədək 100.000 manat məbləğində kredit verməyi, borc alan İddiaçı öhdəliyi vaxtında icra etməyi barədə öhdəlik götürmüşdür;

3. Həmin müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi və xx.xx.2021-ci il tarixli 3M728 saylı sonrakı ipoteka müqaviləsi ilə ona məxsus olan ünvan 2, mənzil 69 (Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən və ünvan 2, mənzil 70 (Yeni qaydalarla: ünvan 3 ünvanda yerləşən mənzilləri Elschad Alıjewin xeyrinə ipoteka ilə yüklü etmişdir;

4. Öhdəliklərin icrası gecikdirildiyindən Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən xx.xx.2022-ci il tarixli, 8İ-8610 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli, 8İ-8611 reyestr nömrəli icra qeydləri verilmiş, İddiaçı El schad Alıjewin xeyrinə müvafiq olaraq 200.025 manat və 100.025 manat pulun tutulması tələb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Elschad Alıjew, Bakı şəhəri 18 saylı Notariat Ofisi və Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən verilmiş 8610 nömrəli reyestrlə qeydə alınmış 14 sentyabr 2022-ci il tarixli və 8611 nömrəli reyestrlə qeydə alınmış 14 sentyabr 2022-ci il tarixli icra qeydlərinin qanunsuz olduğundan ləğv edilməsi və 20 avqust 2021-ci il tarixli 50 saylı notariat ofisində bağlanmış 3M-728 saylı ipoteka müqaviləsinin etibarsız hesab olunaraq ünvan 2, mənzil 69 (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən ona məxsus ümumi sahəsi 111.1 kv.m olan və ünvan 2, mənzil 70 (Yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən ona məxsus ümumi sahəsi 111.1 kv.m olan mənzillərin yüklülükdən (həbsdən) azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia belə əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh Almaniya Federativ Respublikasının vətəndaşı Alıjew Elschad 200.000 manat məbləğində ona pul borc verib. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən isə 100.000 manat pul borc verib. xx.xx.2021-ci il tarixində Bakı şəhəri 50 saylı Notariat ofisinin notariusu X5 tərəfindən rəsmiləşdirilmiş ipoteka müqaviləsinə əsasən ünvan 2, mənzil 69 (Yeni qaydalarla: ünvan 4 ünvanda yerləşən ona məxsus ümumi sahəsi 111,1 kv.m olan mənzil və ünvan 2, mənzil 70 (Yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən ona məxsus ümumi sahəsi 111,1 kv.m olan mənzillər cavabdehin xeyrinə yüklü edilib. Cavabdeh Bakı şəhəri 18 saylı Notariat Ofisinə müraciət edərək, 14 sentyabr 2022-ci il tarixli icra qeydlərini alıb və Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə göndərib. Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən verilmiş 14 sentyabr 2022-ci il tarixli icra qeydlərinə əsasən tələb olunan 300000 (üç yüz min) manat məbləğində kredit məbləği üzrə icra qeydləri qanunsuz və əssasız olduğu üçün ləğv olunmalıdır. Belə ki, cavabdeh 10 noyabr 2020-ci il tarixli müqavilə üzrə kredit müqaviləsi rəsmiləşdirildiklə 6 (altı) ay 8000 manat olmaqla, 48000 manat pulu əvvəlcədən ondan çıxmaqla bu məbləği ona verib və 6000 manat pulu isə onun nü mayəndəsi Şahid ondan evinin həyətində qəbul edib. Cavabdeh 20 avqust 2021-ci il tarixli müqavilə üzrə kredit müqaviləsi rəsmiləşdirildiklə 6 (altı) ay 7000 manat olmaqla, 42000 manat pulu əvvəlcədən ondan çıxmaqla bu məbləği ona verilmiş 5000 manat isə onun nümayəndəsi Şahid ondan evinin həyətində qəbul edib. Əks təqdirdə isə onun marağı nədən ibarət olub ki, faizsiz olaraq bu məbləğdə vəsaiti müddətli borc rəsmiləşdirməklə ona verib. Bu məbləğləri çıxanda onun cavabdehə borcu 199.000 manatdır. İddiaçı barəsində Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydinin mövcud olduğunu, bu yaxın vaxtlarda Bakı şəhəri Nizami Rayon İcra Şöbəsindən edilən telefon zəngindən və onun əsasında çağırış əsasında məlumatı olub. Belə ki, cavabdehlə aralarında bağl anmış müqavilələrin şərtlərinə əsasən ondan 300000 (üç yüz min) manat məbləğində pulun ödənilməsini tələb edir. Lakin borc yuxarıda qeyd etdiyi kimi 199000 manat civarında olmalıdır. Lakin Bakı şəhəri 18 saylı Notariat Ofisi icra qeydinə əsasən 300000 manat məbləğin ondan tutularaq cavabdehə ödənilməsi tələb olunur. Bundan başqa, ipoteka rəsmiləşdirilməsi də düzgün icra edilməyib və 100000 manat kredit müqaviləsi bağlandığı vaxt mənzillər yüklü edilməyib və sonradan 10 noyabr 2020-ci il tarixində rəsmiləşdirildikdə Neftçilər ərazisində yerləşən notariat kontorunda rəsmiləşsə də 50 saylı notariat ofisində rəsmiləşdirildiyi sənədlərlə müəyyən edilir və hər iki müqavilə ayrı reyestr nömrələri ilə qeydiyyata alınsa da, yəni 7435 və 7436 nömrələri düzgün olmadan qeydiyyata alınıb və xx.xx.2021- ci il tarixdə rəsmiləşdirildiyi görsənir. Halbuki müqaviləyə baxdıqda görünür ki, 10 noyabr 2020-ci il tarixdə rəsmiləşdirilmişdir. Burada qanunvericiliyin tələbləri pozulub. Həmçinin icra işi ilə əlaqədar ipotekaya yönəldilmə barədə tələb olmadığından yüklülüyün qalması da mülkiyyət hüquqlarını pozur. Rəqəmlər arasında olan ziddiyyət cavabdeh Alıjew Elschad tərəfindən öz maraqlarını nəzərə alaraq hesablanıb və həqiqətə uyğun deyil. Borclu kimi maraqlarına toxunan Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən verilmiş 14 sentyabr 2022-ci il tarixli icra sənədi bu qayda da icra edilə bilməz və onun icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.4-cü maddəsininin tələblərinə uyğun olaraq məcburi dayandırılmalıdır. Kredit ödənişinin gecikdirmənin əsas səbəbi həmin müddət ər zində dünyaya yayılmış pandemiyanın ölkədə də ağır nəticələrə səbəb olması və respublikada xüsusi karantin rejiminin tətbiq olunmasıdır. Mülki Məcəllənin tələbinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir.

7. Cavabdeh Elschad Alıjewin nümayəndəsi və vəkili Vəkil2 etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar uydurmadır. Onunla iddiaçı arasında 50 saylı Notariat Ofisində iki kredit müqaviləsi və kreditlərin təminatı kimi ipoteka müqaviləsi bağlanmış, iddiaçıya 300.000 manat borc (kredit) vermişdir.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007) -283/2024 saylı 18 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia rədd edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı Elschad Alıjew tərəfindən borcunun düzgün hesablanmadığını qeyd etsə də, göstərilən hal icra qeydinin ləğv edilməsi üçün əsas deyil, Elschad Alıjew ilə iddiaçı arasında mövcud olan mübahisədir. İddiaçı Azərbaycan Mülki Məcəlləsinin 422.1-ci maddəsinə istinad edərək, pandemiya səbəbindən kredit ödənişinin gecikdirildiyini qeyd etmişdir. Qeyd edilməlidir ki, hazırkı iddianın predmeti kredit müqavilələrinin ləğvi deyil, icra qeydinin ləğvi və digər tələblərdir. Hazırkı mübahisə predmetini təşkil edən xx.xx.2022-ci il tarixli icra qeydlərinin verilməsinə əsas Elschad Alıjew ilə borclu İddiaçı arasında bağlanılmış xx.xx.2020-ci il və xx. xx.2021ci il tarixli kredit müqavilələri olmuşdur.

10. Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X1 qanunvericiliyin tələblərinə uyğun olaraq Elschad Alıjewin təqdim etdiyi sənədlər əsasında, borcun mübahisəsiz olduğunu müəyyənləşdirmişdir, Elschad Alıjew isə ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişi borcluya göndərmiş, lakin borclu öhdəliyini 20 gün ərzində icra etməmişdir. Bundan sonra, yəni xx.xx.2022-ci il tarixdə notariat ofisi tərəfindən icra qeydi aparılmışdır. Belə olan halda, iddia əssasızdır.

11. Məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş 524736 saylı qaimənin surətindən görünür ki, bildiriş iddiaçının ünvanına, yəni Nəsimi küçəsi, ev 15, mənzil 15 ünvanına göndərilmiş və xx.xx.2024-cü ildə “Həsənov” soyadlı şəxs tərəfindən imza edilməklə qəbul edilmiş dir. Həmçinin cavabdeh Elschad Alıjewin nümayəndəsi və vəkilini tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş aktdan görünür ki, məktub xx.xx.2022-ci il tarixinddə iddiaçı tərəfindən imzalanaraq qəbul edilmişdir.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırda məhkəmə araşdırması zamanı xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsızlığının əsasları müəyyən edilməmişdir. Mübahisələndirilən müqavilə qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır. Bu səbəbdən iddia tələbi həmin hissədə də əsassızdır.

13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1, 307.6, 337.1, 337.2, 337.3, 337.4, 385.1, 739.1 və 739.2-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76 və 79-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

15. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, notariat icra qeydinin aparılması barədə tələbkarın təqdim etdiyi sənədlərə baxış keçirdiyi ilk anda borcun məbləği və ipoteka predmetinin qiyməti mübahisəli olduğuna birbaşa işarə verməyinə baxmayaraq, hətta tutmanın ipotekaya yönəldilməsi barədə bildirişin borcluya çatdırılmamasını bildiyi halda, icra qeydini qanunsuz olaraq vermişdir. Qanunda göstərildiyi kimi poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra o halda nəzərdə tutulur ki, rəsmi qaydada poçt qəbzi “Azərpoçt”un vasitəsi və yaxud ciddi poçt xidmətləri tərəfindən göndərilir. Belə olan halda da qəbzin nömrəsi ilə həmin poçt göndərişi izlənilmə imkanı yaranır. Məhkəmə baxışı zamanı araşdırılan və tədqiq olunan icra qeydi ilə bağlı notariat işinin içərisində olan sənədlərdən məlum olmuşdur ki, bildiriş xüsusi kuryer poçtları tərəfindən göndərilmiş olsa da, onun borclu tərəfindən alın masını təsdiq edən hər hansı bir mötəbər sənəd əldə edilməmişdir. Bildirişdə olan borclu tərəfindən icra edilən imza isə onun imzasının olmaması gənaətinə gəlməyə əsas vermiş olmuşdur. Borclu məhkəmə hazırlıq iclasında imzanın onun tərəfindən icra edilməməsini təsdiq etməsinə baxmayaraq və imzanın oxşadılaraq bildiriş üzərində başqa şəxslər tərəfindən icra edilməsi ehtimalı üzə çıxmasına baxmayaraq məhkəmə iş üzrə imza nümunələrini götürərək məhkəmə xətşünaslıq ekspertizasını təyin etmiş olsa da lakin poçt bildirişinin əsli olmadan ekspert bildirişin əslini tələb etmə barədə vəsatət qaldırmışdır. Məhkəmə bildirişin əslini qarşı tərəfdən tələb edərək işi ekspertizaya göndərmək əvəzinə işə nəticə verərək iddianı təmin etməmişdir. Məhkəmə qətnaməsində də bütün bu halları təhrif edərək bildiri şin borcluya çatdırılması kimi qiymətləndirmişdir. Bildirişin rəsmi poçt vasitəsi ilə göndərilməsində hansı çətinliklərin olması sual yaradır. Bu qəbildən olan işlərdə bütün bildirişlər kuryer poçt vasitəsi ilə tələbkarlar tərəfindən göndərilir. Hansı səbəbə görə bildirişin əslinin təqdim edilməməsi sual doğurur. Ona görə də bu cür hallardan sui-istifadə halları çoxalmışdır. Məhkəmələr isə bu halları düzgün araşdırmır, bununla da borclunun hüquqları pozulur. Qanunda bildirişin alınmasından söhbət gedirsə, borclunun bildirişi alması iş materialları ilə müəyyən edilməmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1874/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X2 - sədrlik edən və məruzəçi, X6 və X4) apellyasiya şikayəti təmin edilməmiş, birinci in stansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış apellyasiya instansiyası məhkəməsi mövqeyinə dair qeyd etmişdir ki, müvafiq qanunvericiliyə görə bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Qanunvericiliyin tələblərinə əsasən notarius icra qeydini borcun mübahisəsiz olduğunu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsi ilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişin borcluya göndərildiyi halda aparır. Borcun mübahisəsiz olmasına əsas verən sənədlərin siyahısı qanunverciliklə dəqiq tənzimlənir və siyahıya başqa sənədin və tələbin əlavə edilməsinə qanun yol vermir.

18. İşdə olan sənədlərdən də görünür ki, tərəflər arasında etibarlı kredit və ipoteka müqavilələri bağlanmış, müqavilələr bağlanarkən mülki qanunvericiliyin tələblərinə əməl edilmiş, bağlandığı vaxtdan sonra iddiaçı və üçüncü şəxslər müqavilələri mübahisələndirməmiş, müqavilənin ləğv edilməsi üçün borc verənə təklif göndərməmişlər. Borc alan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi şəkildə icra etmədiyindən borc verən müqavilə tərəfinə rəsmi qaydada bildiriş göndərdikdən sonra borc alanın olduğu yer üzrə, yəni Bakı şəhərində yerləşən notariat ofisinə müraciət edərək icra qeydi verilməsini xahiş etmiş, notarius isə öz növbəsində borc alanın ünvanının axtarılması üçün tədb ir gördükdən sonra qanunvericiliyin tələblərinə əməl etməklə “Elektron notariat” informasiya sistemi vasitəsilə apardığı notariat hərəkətləri nəticəsində tərtib etdiyi icra qeydini icrasının təmin edilməsi üçün aidiyyəti icra şöbəsinə göndərmişdir.

19. İş materiallarına əlavə edilmiş 524736 saylı qaimənin surətindən görünür ki, bildiriş iddiaçının ünvanına, yəni Nəsimi küçəsi, ev 15, mənzil 15 ünvanına göndərilmiş və xx.xx.2024-cü ildə “Həsənov” soyadlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. Həmçinin cavabdeh Elschad Alıjewin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş aktdan görünür ki, məktub xx.xx.2022-ci ildə iddiaçı tərəfindən imzalanaraq qəbul edilmişdir. Beləliklə, tələbkar borcluya borcun tutulmas ı barədə bildirişləri sonuncunun rəsmi qeydiyyatda olduğu ünvana göndərmişdir. Notariusa da icra qeydinin aparılması üçün borca dair mübahisənin olmamasını təsdiq edən bütün zəruri sənədləri (müqavilələri, ən azı 20 gün əvvəlki tarixə borcluya təqdim etdiyi bildirişi, həmin bildirişin borclu tərəfindən alınmasını təsdiq edən poçt sənədini və s.) təqdim etmişdir. Notarius isə həmin sənədlərə əsaslanaraq borcun məcburi tutulmasına dair icra qeydi vermişdir. İşdən görünür ki, borclu ona qarşı tələbkarın tələbini, borc ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacağı barədə bildirişi almasına baxmayaraq, borcun məbləğinə və ya icra qeydinin aparılmasına dair öz etirazını bildirməmişdir. Belə olan halda, Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən verilmiş 8610 reyestr nömrəsi i lə qeydə alınmış 14 sentyabr 2022-ci il tarixli və 8611 reyestr nömrəsi ilə qeydə alınmış 14 sentyabr 2022-ci il tarixli icra qeydlərinin ləğv edilməsi üçün hər hansı hüquqi əsasın olmadığı qənaətinə gəlinir.

20. Apellyasiya instansiyası məhkəməsi həmçinin 20 avqust 2021-ci il tarixli 50 saylı notariat ofisində bağlanmış 3M-728 saylı ipoteka müqaviləsinin etibarsız hesab olunaraq ünvan 2, mənzil 69 (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən ona məxsus ümumi sahəsi 111.1 kv.m olan və ünvan 2, mənzil 70 (Yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən ona məxsus ümumi sahəsi 111.1 kv.m olan mənzillərin yüklülükdən azad edilməsi barədə tələb ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etməyi zəruri saymışdır ki, iddiaçı müqavilənin eti barsız hesab edilməsinə dair tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, bununla da sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 269.4, 269.5, 324.1, 324.2, 324.3, 337.1, 337.2 337.3, 337.4, 337.5, 385.1, 425- 442, 445.2.1, 739-cu, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76, 79-cu maddələrinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161, 162, 169-1-ci bəndlərinə və Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas ol an sənədlərin Siyahısı”na istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı kassasiya şikayəti verərək (Vəkil1) qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə əsaslandırılmış və qeyd olunmuşdur ki, notariat icra qeydinin aparılması barədə tələbkarın təqdim etdiyi sənədlərə baxış keçirdiyi ilk anda “ Notariat haqqında” təlimata görə xüsusi diqqət tələb edən və “İpoteka haqqında” Qanuna görə də ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsini təsdiq edən qəbzdə borclunun adı və soyadı qrafasının qarşısındakı icra edilən imzanın ilk görünüşdə oxşadılaraq başqa şəxslər tərəfindən icra edilməs i şübhəsi yaranmalı olduğundan mübahisə doğurduğuna bir başa işarə verməyinə baxmayaraq və tutmanın ipotekaya yönəldilməsi barədə bildirişin borcluya çatdırılmamasını aşkar vəziyyətdə bildiyi halda icra qeydini qanunsuz olaraq vermişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsi tələb edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Bununla yanaşı həmin normada nəzərd ə tutulmuşdur ki, borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bakı Apellyasiya Məhkəməsi bu qaydaların pozulmasını araşdırma zamanı müəyyən etsə də, bu hallara əhəmiyyət verməyərək qanunun müddəalarını kobud şəkildə pozmuşdur.

24. İpoteka saxlayan “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində gön dərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Qanunda göstərildiyi kimi poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra o halda nəzərdə tutulur ki, rəsmi qayda da poçt qəbzi “Azərpoçt”un vasitəsi və yaxud ciddi poçt xidmətləri tərəfindən göndərilir. Belə olan halda, qəbzin nömrəsi ilə həmin poçt göndərişi izlənilmə imkanı yaradır. Tədqiq olunan icra qeydi ilə bağlı notariat işinin içərisində olan sənədlərdən məlum olmuşdur ki, bildiriş xüsusi kuryer poçtları tərəfindən göndərilmiş olsa da, onun borclu tərəfindən alınmasını təsdiq edən hər hansı bir mötəbər sənəd əldə edilməmişdir. Bildirişdə olan borclu tərəfindən icr a edilən imza isə onun imzasının olmaması gənaətinə gəlməyə əsas vermiş olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 337.1. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

27. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

28. Maddə 742.1. Borcal an borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun q aytarıldığı gün hesab edilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

29. Maddə

76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd h aqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun b orcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

30. Maddə

79. İcra qeydinin aparılması barədə ərizə müvafiq i cra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli v ə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkə məsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normala rı düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, tərəflər arasında etibarlı kredit və ipoteka müqavilələri bağlanmış, müqavilələr bağlanarkən mülki qanunvericiliyin tələblərinə əməl edilmiş, bağlandığı vaxtdan sonra iddiaçı və üçüncü şəxslər müqavilələri mübahisələndirməmiş, müqavilənin ləğv edilməsi üçün borc verənə təklif göndərməmişlər. Borc alan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi şəkildə icra etmədiyindən borc verən müqavilə tərəfinə rəsmi qaydada bildiriş göndərdikdən sonra borc alanın olduğu yer üzrə, yəni Bakı şəhərində yerləşən notariat ofisinə müraciət edərək icra qeydi verilməsini xahiş etmiş, notarius isə öz növbəsində borc alanın ünvanının axtarılması üçün tədbir gördükdən sonra qanunvericiliyin tələblərinə əməl etməklə “Elektron notariat” informasiya sistemi vasitəsilə apardığı notariat hərəkətləri nəticəsində tərtib etdiyi icra qeydini icrasının təmin edilməsi üçün aidiyyəti icra şöbəsinə göndərmişdir. 524736 saylı qaimənin surətindən görünür ki, bildiriş iddiaçının ünvanına, yəni Nəsimi küçəsi, ev 15, mənzil 15 ünvanına göndərilmiş və xx.xx.2024-cü ildə “Həsənov” soyadlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. Həmçinin cavabdeh Elschad Alıjewin nümayəndəsi və vəkili tərəfindən mə hkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş aktdan görünür ki, məktub xx.xx.2022-ci ildə iddiaçı tərəfindən imzalanaraq qəbul edilmişdir. Beləliklə, tələbkar borcluya borcun tutulması barədə bildirişləri sonuncunun rəsmi qeydiyyatda olduğu ünvana göndərmişdir. Notariusa da icra qeydinin aparılması üçün borca dair mübahisənin olmamasını təsdiq edən bütün zəruri sənədləri (müqavilələri, ən azı 20 gün əvvəlki tarixə borcluya təqdim etdiyi bildirişi, həmin bildirişin borclu tərəfindən alınmasını təsdiq edən poçt sənədini və s.) təqdim etmişdir. Notarius isə həmin sənədlərə əsaslanaraq borcun məcburi tutulmasına dair icra qeydi vermişdir. İşdən görünür ki, borclu ona qarşı tələbkarın tələbini, borc ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparıl acağı barədə bildirişi almasına baxmayaraq, borcun məbləğinə və ya icra qeydinin aparılmasına dair öz etirazını bildirməmişdir. Belə olan halda iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

41. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1874/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar