Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3062/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: özgəsinin qanunsuz sahibliyindən əmlakını geri alınması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-625/2024 nömrəli, 14 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hal ları
1. Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(051)-233/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, miras əmlakın ½ hissəsinə dair miras payın bağışlanmasına dair X15 X arasında X9 Xidmət mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixli müqavilə və mənzilin satılmasına dair VX tərəfindən İddiaçı adından imzalanmış 29 iyun 2021-ci il tarixli razılıq ərizəsinin etibarsız hesab edilməsi, X adına 29 iyun 2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv olunması, miras əmlakı olan mənzilin 25000 manata satılmasına dair X12 X arasında Mingəçevir regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 29 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ½ hissədə etibarsız hesab edilməsi, həmin hissədə X adına 09 iyul 202 1-ci il tarixdə verilmiş dövlət reyestrindən Çıxarışın ləğv olunması qət edilmişdir.
2. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2(107)-1012/2022 saylı qətnaməsi ilə X və X apellyasiya şikayətləri təmin edilərək, Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(051)-233/2022 saylı qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-599/2023 saylı qərarı ilə, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2(107)1012/2022 saylı qətnaməsi qismən, İddiaçı miras payının bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və i şin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
4. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-ci il tarixli, 2(107)596/2023 saylı qətnaməsi ilə X və X tərəfindən verilmiş apellyasiya şikayətləri miras payın bağışlanmasına dair 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 16 may2022-ci il tarixli, 2(051)-233/2022 saylı qətnaməsi Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 saylı evin 9 saylı mənzilinin ½ hissədə miras payın bağışlanmasına dair X15 X arasında Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində dəyişdi rilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3667/2023 saylı qərarı ilə X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-ci il tarixli, 2(107)-596/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Daşınmaz Əmlakın 29 iyun 2021-c il tarixli alqı-satqı müqaviləsinə əsasən, Mingəçevir şəhəri Naxçıvan küçəsi, 50/2 saylı evin 9 saylı mənzili 25000 manata satılmışdır.
7. X10 XX X19in arvadıdır və sonuncu 02 sentyabr 2021-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh X qızına (bundan sonra- cavabdeh) qarşı “əmlak” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri, Naxçıvan küçəsi 50/2 saylı evin 9 saylı mənzilində ½ hissədə olan əmlak payının dəyəri olaraq 30.000 manat pulun, 39 adda anasından miras qalmış adları aşağıda qeyd olunan:
1. Yataqmebeli (qoşayataq, kamod, şifaner, tumba-2 ədəd) - 1450 manat
2. Servant-550 manat 3. 5xalça (5x3- 1 ədəd, 3X2-4 ədəd) - 470 manat 4. 108 ekran televizor-1 ədəd-740 manat
5. Divan və 2 ədəd kreslo-590 manat
6. Soyuducu- 2 qapılı - 860 manat
7. Mətbəx mebeli-1200 manat
8. Elektrik samovarı-95 manat 9. elektrik ətçəkən-110 manat 10. elektrik sokçəkən150 manat
11. Alminiumqazanlar - 6 ədəd (müxtəlifölçülü) - 160 manat 12. 5 ədəd yorğan175 manat 13. 5 ədəd döşək-200 manat 14. 6 ədədyastışq 180 manat 15. 6 dəstyataq üzü-180 manat 16. 1ədədkünc divanı-800 manat
17. Müxtəlifölçülü boşqab- 48 ədəd-84 manat
18. Qaşıq bıçaq,çəngəl-48 ədəd - 88 manat
19. Stəkan-24 ədəd - 30 manat
20. Nəlbəki-24 ədəd- 26 manat
21. Çilçıraq 12 şamlı, xrustal-120 manat
22. Stolvə 6 ədəd stul-280 manat
23. Taxtastullar - 6 ədəd-120 manat
24. Paltaryuyanmaşın (avtomatdeyil)- 110
25. Pərdə 3 dəst-170 manat
26. Televizoraltı-1 ədəd-230 manat
27. Adeyal (buxovıy)- 2 ədəd-54 manat
28. Pakrıval- 2 ədəd- 76 manat
29. Süfrə- 6 ədəd -90 manat 30. 2 ədəd şüşə çıl çıraq-70 manat
31. Təkkravat- 2 ədəd - 96 manat
32. Bağema konfet qabı (göy rəngli)- 2 ədəd-84 manat
33. Bağema meyvə qabı (göy rəngli)- 2 ədəd-78 manat
34. Meyvə qabı-xrustal-1 ədəd-28 manat
35. Gülqabı-xrustal- 2 ədəd-54 manat
36. Qənd qabı 6 ədəd-24 manat
37. Yem ək servizi-12 nəfərlik (Rusiya istehsalı)-90 manat
38. Bakal xrustal 12 ədəd -58 manat
39. Bakal- bagema- 36 ədəd -96 manat - cəmi: 10072 (on min yetmişiki) manat dəyərində əşyaların özünün və ya dəyərinin, X3 miras qalmış şəriksiz mülkiyyəti olan 02 iyul 2021-ci ildən mülkiyyətində olan VAZ-21074 markalı 02-B0307 dövlət qeydiyyat nişanlı avtomobil və 09 iyul 2021-ci ildən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, X o, X7 ilə X4 birgə evliliyindən doğulmuşdur. Valideynləri arasındakı nikah 1982-ci ildə pozulmuşdur. Onlardan başqa valideynlərinin X və X adlı uşaqlarıda olmuş, ancaq onlar da vəfat etm işdir. X1 07 noyabr 2020-ci ildə vəfat etmişdir. Hazırda Ədliyyə Nazirliyi Pentensiar Xidmətin İxtisaslaşdıılmış Müalicə Müəssisəsində cəza çəkir. Buna qədər isə ailəlikcə mübahisəli mənzildə yaşamışlar. Həmin mənzil anası vəfat edənə qədər onun adına olmuşdur. Həmçinin həmin mənzildə o, yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. 23 iyun 2021-ci ildə qardaşı X18 Müəssisəsinə gələrək iddiaçı ilə görüşmüşdür. Söhbət əsnasında X ona bildirmişdir ki, onun cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl azad olunmaq imkanı olmuş, bunun üçün pul tələb olunmuşdur. Əgər o, razılaşarsa, anasının evini satar, bir qisim pulla onu çıxarar, qalan hissə pula düşən payına isə ona ev alacaqdır. O da azadlığa çıxmaq arzusunda olduğundan və X onun doğma qardaşı olması səbəbindən ona inanıb onun bu təklifinə razılaşmı şdır. Onun təkidi ilə X həbsxanaya gəlmiş X etibarnamə vermişdir. Qardaşının vəfatından sonra yanına gələn xalası X olanları bildirmiş və bundan sonra iddiaçıya məlum olmuşdur ki, X19 anasından miras qalmış evi satmış, həmin pula öz adına 02 iyul 2021-ci ildə VAZ-21074 markalı 02-B0-307 dövlət qeydiyyat nişanlı avtomobil və 09 iyul 2021-ci ildə isə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini satın almış, mülkiyyət hüquqları onun adına qeydə alınmışdır. Həmçinin anası X miras qalmış ev əşyalarını həmin evə aparıb yığmışdır. X19 vəfat etdikdən sonra həmin evdə onun arvadı Xyaşamışdır. Həmin avtomobil və ev üzərində həbs olmuşdur.Məhkəmə iclaslarında iştirak edən X həmin mənzili 45000 manata aldığını göstərmişdir. İş materiallarından görünmüşdür ki, X 30 iyun 2021-ci ildə X küçəsi 19-cu dö ngə 23 ünvanda yerləşən 0.06 ha torpaq sahəsini 5000 manata, həmçinin 02 iyul 2021ci ildə VAZ 21074 markalı 02-B0-307 dövlət qeydiyyat nişanlı Sedan avtomobilini satın almışdır. X həmin torpaq sahəsini satın alarkən fərdi yaşayış evi mövcud olmuş və onun dəyərini də ödəmişdir. 45000 manat puldan qalan vəsaitin hara xərclənməsinibilinməmişdir. X6 mirası bağışlamağı barədə müqavilə etibarsız sayıldığından Mingəçevir şəhəri Naxçıvan küçəsi 50/2 №li evin 9 №li mənzilinin iddiaçı ½ hissə payını tələb etmir. Həmin vəsaitə X ev aldığından həmin evində dəyəri artdığından iddiaçının X vərəsəsindən tələbim 30000 manat olmuşdur.
10. Cavabdeh birinci instansiya məhkəməsində iddia tələbini qəbul etməyərək bildirmişdir ki, X onun əri olmuşdur. Əri 3 ildir ki, rəhmətə getmişdir. Qaynanasının adına olan m ənzil qaynı, İddiaçı təkidi və istəyi ilə satılmışdır. Evin satılmasının məqsəd İddiaçı azadlığa çıxarmaq olmuşdur. Ev satılarkən ondan bir məsləhət alınmamışdır. İddiaçı iddia etdiyi ev əşyaları onun əri ilə birgə nikahları dövründə alınmışdır. Evin hansı məbləğdə satılması barədə onun xəbəri olmamışdır.
11. Mingəçevir Şəhər Məhkəməsinin 2 fevral 2024-cü il tarixli, 2(051)-58/2024 saylı qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia qismən təmin edilərək, cavabdehdən 12.500 manat pulun tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 50/2 saylı evin 9 saylı mənzilində ½ hissədə olan əmlak payının dəyəri olaraq 30.000 manat pulun X miras qalmış VAZ-21074 markalı 02- B0-307 dövlət qeydiyyat nişanlı avtomobil və 09 iyul 2021-ci ildən mülkiyyətində olan ünvan 1-də yerləşən daşınmaz əmlak hesabına ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı satılmış Mingəçevir şəhəri, Naxçıvan küçəsi 50/2 saylı evin 9 saylı mənzilində ½ hissədə olan əmlak payının olmasını iş materiallarına əlavə edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə sübut etmişdir. Lakin satılmış həmin daşınmaz əmlakın 45.000 manata satılmasını iddia etsə də bunu sübut edə bilməmişdir. İddiaçı daşınmaz əmlakın 45.000 manata satılmasını onunla əsaslandırmışdır ki, əvvəllər baxılmış mülki işlərdə şahid ifadələrində və mənzili satın alan X ifadələrində göstərildiyini bildirmişdir. Lakin iş materiallarına əlavə edi lmiş 29 iyun 2021-c il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, həmin mənzil 25.000 manata satılmışdır. Məhkəmə əvvəllər baxılmış mülki işlərdə olan şahid ifadələrini deyil, daşınmaz əmlakın alqı-satqı müqaviləsi qanunvericiliyə uyğun notarial qaydada təsdiq edildiyindən həmin müqaviləni mötəbər sübut kimi qəbul edib qiymətləndirmiş və iddiaçıya çatası pulun məbləğinin satılmış əmlakın müqavilədə göstərilən məbləğ nəzərə almaqla, həmin daşınmaz əmlakda ½ payına uyğun (12.500 manat) olması nəticəsinə gəlmişdir.
13. Birinci instansiya məhkəməsi iddia tələbini 39 adda miras qalmış əmlakın və ya dəyərininin tələb edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsassız olmuşdur. Belə ki, əşyaların mövcudluğu, mövcudluğu olmuşsa da həmin əşyaların id diaçının anasından miras qalması və ya mərhum anasına məxsus olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş video çəkilişi məhkəmə baxışında nümayiş etdirərkən həmin çəkilişdə göstərilən hallar hal-hazırkı iş üzrə əhəmiyyət kəsb edilmədiyi müəyyən olunmuşdur. Odur ki, məhkəmə həmin diski sübut kimi qəbul etməmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5, 1091.1, 1091.2, 1092.1 və 1092.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 82.3, 88, 106.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv ed ilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizədə qeyd edilənlərlə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, bağışlama müqaviləsi etibarsız sayıldığından X mənzilin dəyəri olaraq aldığı 45.500 manatın yarı dəyəri iddiaçıya qaytarılmalıdır. Həmin vəsaitə isə AX torpaq sahəsi alındığı göstərilsə də, həmin torpaq sahəsində fərdi yaşayış evi vardır. Hansı ki, həmin yaşayış evində X yas mərasimi keçirilmiş və hazırdada həmin evdə X yaşayır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 sentyabr 2022-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini almış mənzilin alqı-satqısı müqaviləsinin etibarsız sayılmasının rədd edilməsi hissəsi üzrə müə yyən edilmişdir ki, mənzil 45.500 manata satılmışdır. Həmin qətnamə tərəflər üçün preyudisial xarakter daşıyır. Hətta həmin evdə olan, iddia etdikləri miras əmlaklar üzərinə həbs də qoyulmuşdur. İddiaçı anası X miras qalmış 39 adda əşyaların ona veriliməsi tələbinə dair iddia qaldırmış, həmin əşyaların üzərinə Mingəçevir Şəhər Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Məhkəmə prosesi zamanı Cavabdeh X evlənərkən qoşulub gəldiyini və bu zaman cehiz gətirmədiyini təsdiq etmişdir. Məhkəməyə təqdim etdiyi disklə isə X mənzilində çəkilmiş video görüntülərdən ev əşyalarının həmin mənzildə artıq mövcud olduğu öz təsdiqini tapsa da məhkəmə bu sübutları qəbul etməmişdir. Bundan başqa tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur. Məhkəmə X e vin dəyəri hesabına əşyalar aldığını, həmin məbləği müqavilə üzrə 25.000 manat olmasını göstərsə də nəzərə almamışdır ki, məhz İddiaçıdə vəsaiti hesabına həmin əmlaklar alındığından onların real bazar dəyəri də nəzərə alınmaqla ona qaytarılmalıdır. Ancaq bununla bağlı heç bir araşdırma aparmamışdır. Ev əşyalarını X14 X əmlakı hesab edərkən nəzərə almamışdır ki, məhz daşınmaz əmlakda, avtomobildə mənzilin satılmasından sonra əldə edilmiş əmlaklardır. Əgər doğrudan da onların belə bir qazancları var idisə, analarından miras qalmış əmlak satılana qədər hər hansı əmlak almaq imkanları olardı.
17. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şi kayəti onunla əsaslandırılmışdır ki, miras payın bağışlanmasına dair X15 Quliyev arasında Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 28 iyun 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi Mingəçevir şəhəri, Naxçıvan küçəsi 50/2 saylı evin 9 saylı mənzilinin satışından əldə edilmiş (25.000 manat pulun yarısının) 12.500 manatın cavabdehdən alınıb iddiaçıya verilməsi üçün əsas ola bilməz. Cavabdeh 14 il X evli olmuş, bu nikahdan iki uşaqları doğulmuş, birgə təsərrüfat idarə etmişlər. Onlar birgə nikahları dövündə 5.000 manata torpaq sahəsi, 4.000 manata isə VAZ-2107 markalı avtomobil almışdır. Mübahisəli mənzilin satışından əldə edilən pulun cavabdehə heç bir aidiyyəti yoxdur. X20 X analarından miras qalmış mübahisəli mənzili İddiaçı təşəbbüsü ilə satılm ış mübahisə edilən mənzilin pulu da İddiaçı xərclənmişdir. Cavabdeh mərhum əri Xn mübahisə edilən mənzilin alqı-satqısından əldə edilən pulunu görməmişdir. Əgər həqiqətdə mübahisəli mənzilin alqı-satqısından əldə edilmiş 25.000 manat Xə olsaydı X sağlığında İddiaçı ona çatacaq pulu tələb edərdi. X miras qalmış ünvan 3 ünvanda yerləşən torpaq sahəsi və VAZ-21074 markalı **-BO-*** dövlət nişanlı avtomobil cavabdehin qazancı, valideynlərinin köməkliyi ilə alınmışdır. Ailə başçısı olaraq birgə nikah dövründə əldə edilmiş əmlaklar mərhum əri X adına qeydə alınmışdır. Mübahisəli mənzilin alqı-satqısından əldə edilmiş 25.000 manatın yarısının, yəni 12500 manatın cavabdehdən tələb edilməsi qanunsuz və əsassızdır. Cavabdehin mübahisəli mənzilin alqı-satqısından əldə edilmiş puldan məlumatı yoxdur, ünvan 4 ünvanda yerləşən torpaq sahəsi və VAZ-21074 markalı, **-BO-*** dövlət nişanlı avtomobil mübahisəli mənzilin alqı-satqısından əldə edilmiş 25.000 manatdan istifadə edilərək alınmamışdır. ünvan 4 ünvanda yerləşən torpaq sahəsi və VAZ-21074 markalı **-BO-*** dövlət nişanlı avtomobil 9.000 manat pulun qarşılığında əldə edilmiş, həmin pullar da cavabdehin qazancı, valideynlərinin köməkliyi ilə əldə edilmişdir. X pulunu görməmiş, mərhum əri X həmişə pulunun saxlanması üçün xalası Validəyə verdyini deyirdi. Bundan başqa X notariat əməliyyatlarında X birgə iştirak etmişdir. Mübahisəli mənzilin alqı-satqısından əldə edilmiş pullar X və X xalası X olmuşdur. X vəfatından istifadə edib başsız qalmış arvadı və yerim qalmış uşaqlarından pul almaq istəyirlər. Cavabdehin pulu olsa idi, 300 manat a xadimə işləməzdi. ünvan 4 ünvanda yerləşən torpaq sahəsi və VAZ-21074 markalı **-BO*** dövlət nişanlı avtomobili qanun üzrə birinci növbəli vərəsə kimi cavabdeh və uşaqları qəbul etmişdir. Ancaq məhkəmədə vəsatətlə həbs qoydurmuşlar, adımıza keçirə bilmirik. Mübahisəli mənzilin alqı-satqısından əldə edilmiş 25.000 manat X və X xalası X.
19. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-625/2024 nömrəli mülki iş üzrə 14 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Ş.Hüseynov (sədrlik edən və məruzəçi), G.İ.Cavadovavə Ə.V.Kərimov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2 fevral 2024-cü il tarixli, 2(051)-58/2024 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qə tnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdehdən Mingəçevir şəhəri, Naxçıvan küçəsi 50/2 saylı evin 9 saylı mənzilində ½ hissədə əmlak payının dəyəri olan 22.500 manat pulun tutulub iddiaçıya verilməsi və X2 miras qalmış 1 dəst qiyməti 1450 manat olan yataq mebeli (taxt, kamot, dolab, 2 ədəd tumba), 1 ədəd qiyməti 550 manat olan qonaq otağı üçün dolab (servant), 4 ədəd ümumi dəyəri 320 manat olan 3x2 xalça, 1 ədəd qiyməti 440 manat olan 108 ekran LC markalı televizor, 1 ədəd qiyməti 590 manat olan 2 qoltuqlu divan, 1 ədəd qiyməti 800 manat olan künc divanı, 1 dəst (6) qiyməti 280 manat olan stol-stul dəsti, 1 ədəd qiyməti 230 manat olan televizor altından ibarət əmlaklar naturada, həmin əmlaklar olmadıqda dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına diqqət yetirməmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (MPM-in 82.3cü maddəsi). İş materiallarında olan qanuni qüvvəsini almış Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Mingəçevir regional “Asan Xidmət” mərkəzinin nota riat ofisində bağlanmış 29 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Mingəçevir şəhəri, Naxçıvan küçəsi 50/2 saylı evin 9 saylı mənzili 45.000 manata satılmışdır. Həmin iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş mənzilin alıcısı X, habelə şahid qismində dindirilmiş X və X də mənzilin 45.000 manata satılmasını təsdiq etmişlər. Yəni həmin mənzilin 45.000 manata satılması tərəflərin iştirak etdikləri əvvəlki iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi əsassız olaraq mənzilin 25.000 manata satılması qənaətinə gəlmişdir.
22. Məhkəmə kollegiya belə olan halda hesab etmişdir ki, iddiaçıya çatmalı payın məbləği satılmiş mənzilin dəyəri olan 45.000 manatın ½ hissəsi olan 22500 manat təşkil edir. Cavabdehin ərinin mənzi lin puluna maşın və ev alması və buna görə də iddiaçının həmin iki əşyaya görə 30.000 manat məbləğində pul tələb etməsi barədə iddiaçının bəyanı əsassızdır. Belə ki, mənzilin puluna hər hansı əmlakın alınıb-alınmamasından, alınmış əmlakın qiymətindən asılı olmayaraq iddiaçının satılmış mənzilin dəyərinin (45.000 manat) yarısını tələb etmək hüququ vardır.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 07 noyabr 2020-ci ildə vəfat etmiş X4 iki vərəsəsi qalmışdır. Hazırkı iş üzrə iddiaçı və onun 2021-ci ildə vəfat etmiş X19. Ona görə də, X8 vəsiyyətnamə qoymadığından ev əşyalarından ibarət 10.072 manat dəyərində miras əmlakın özünün və ya dəyərinin ½ hissədə iddiaçıya çatmalıdır.
24. Apellyasiya instansiyası məhkəməsi bu baxımdan miras qalmış ev əşyalarının bütünlüklə iddiaçıya ve rilməsinə dair tələbi əsassız saymışdır. Ona görə də iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
25. Məhkəmə kollegiyası cavabdehin ev əşyalarının mərhum qayınanasına deyil, özünün olması ilə bağlı izahatına tənqidi yanaşmışdır. Cavabdeh bununla bağlı sübutları təqdim edə bilməmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır.
27. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
28. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 71-ci, Mülki Məcəllənin 152.1, 157.2, 560.1, 560.2, 1133.1, 1133.2, 1151.1, 1159.1, 1159.1.1-ci maddələrinə, habelə MPM-in 14.2, 50.3, 77.1, 82.3, 88, 217, 218.1, 372.1, 372.6, 372.7, 384.0.2, 385, 386, 390-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 29 iyun 2021-c il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Mingəçevir şəhəri, Naxçıvan küçəsi 50/2 saylı evin 9 saylı mənzili 25.000 manata satılmışdır. Bu müqavilə hər iki tərəfin iradə ifadəsidir. Əqdi pərdələmək məqsədi ilə bağlanmış əqd deyildir. Bu müqavilə qüvvədə olmuş, ləğv və etibarsız hesab edilməmişdir. Cavabdeh və onun uşaqları mərhum X qanun üzrə birinci növbəli vərəsələridirlər. Mingəçevir şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli qətnaməsinə əsasən X iddiası təmin olunmuş, X miras qalmış ünvan 5 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və “VAZ-21074” mrkalı, xxxx dövlət qeydiyyat nişanlı avtomaşının miras əmlak kimi iddiaçı və övladları tərəfindən qəbul olunması müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində X2 miras qalmış hesab edilən əmlaklar X cavabdehin birgə nikahları dövründə əldə edilən əmlaklardır, həmin əmlaklar cavabdehin istifadəsində olmuş, hazırda da istifadəsindədir, həmin əmlakların əksəriyyətinin istehsal tarixinə də baxanda müəyyən olunur ki, 2011-ci ildən so nra alınmış əmlaklardır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi ilə heç bir sübut olmadan cavabdehin yaşadığı evdə olan əri ilə birgə nikah dövründə əldə olunmuş əmlakın tamamilə əsassız olaraq mərhum X2 miras qalmış əmlak kimi qəbul etmişdir. Aktla müəyyən edilmiş cavabdehin yaşadığı evdə istifadəsində olan əmlaklar X cavabdehin birgə nikahları dövründə əldə etdikləri əmlaklar olmuşdur. Apellyasiya instansiya məhkəməsi iddianı heç bir sübuta əsaslanmadan mübahisəli mənzilin 45.000 manata satılması qənaətinə gəlmiş və cavabdehin mərhum əri X birgə təsərrüfat idarə edib əldə etdiyi əmlakları X2 miras qalmış əmlak kimi qəbul etməklə cavabdehin və iki övladının hüquqlarını kobud surətdə pozmuş və apellyasiya instansiyası məhkəməsi cavabdehin apellya siya şikayətinin dəlillərini araşdırmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
32. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
33. Maddə
71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
36. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
37. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
38. Maddə 1133.1. Ölmüş şəxsin (mirasqoyanınəmlakıbaşqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
39. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakınınqanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, mirasqoyanvəsiyyətnaməqoymur, yaxudvəsiyyətnamətamamilə və ya qismən etibarsızsayılır.
40. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqa madək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
41. Maddə 1159.1. Əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
42. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
43. Maddə 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarı
44. Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəy yən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlikhüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı
45. Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə x idmət etmədən məhdudlaşdırır.
46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərə fli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya i nstansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məh kəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
58. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
59. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
60. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutl ardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına diqqət yetirməmişdir. Belə ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (MPM-in 82.3-cü maddəsi).
61. Belə ki, həm qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə, həm də həmin işə məhkəmə iclasında baxılarkən mübahisəli mənzili satın almış Xn, habelə şahid qismində dindirilmiş X və X izahatları ilə müəyyən olunmuşdur ki, mübahisəli mənzil cavabdehin əri X tərəfindən X 45.000 manata satılmışdır. Yəni, mübahisəli mənzilin 45.000 manata satılması tərəflərin iştirak etdikləri əvvəl ki mülki iş üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Lakin, birinci instansiya məhkəməsi ilə baxarkən bu halı nəzərə almamış və mənzilin əsassız olaraq 25.000 manata satılması qənaətinə gəlmişdir.
62. Apellyasiya instansiyası məhkəməsi, işə əlavə edilmiş sübutları araşdıraraq qeyd etmişdir ki, iddiaçıya çatmalı payın məbləği satılmiş mənzilin dəyəri olan 45.000 manat pulun ½ hissəsi kimi 22.500 manat məbləğdə müəyyən edilməlidir.
63. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, iddiaçının cavabdehin əri X mübahisəli mənzilin satış puluna avtomobil, ev alması və buna görə də sözügedən iki əşyaya münasibətdə cavabdehdən 30.000 manat pul tələb etməsi əsaslı sayıla bilməz.
64. Apellyasiya instansiyası məhkəməsi, eyni zaman da qeyd etmişdir ki, 07 noyabr 2020-ci il tarixdə ölmüş X4 iki vərəsəsi, iş üzrə iddiaçı və onun 2021-ci ildə ölmüş X19 qalmışdır. Ona görə də, X8 vəsiyyətnamə qoymadığından ev əşyalarından ibarət 10.072 manat dəyərində miras əmlakın özünün və ya dəyərinin ½ hissədə də iddiaçıya çatmalıdır.
65. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin ev əşyalarının mərhum qayınX1na deyil, onun özünə və mərhum əri X məxsus olması barədə dəlilinə tənqidi yanaşaraq qeyd etmişdir ki, iddianın qeyd olunan hissədə təmin edilməməsi üçün əsaslar yoxdur və cavabdeh etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə lidir.
66. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
67. Qeydə olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu m addələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 may 2024-cü il tarixli, 2(107)-625/2024 saylı qətnaməsi mübahisədəndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.