Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3067/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-263/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 30 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" İKB ASC (hazırda İddiaçı ASC, bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 ilə arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 300 ay müddətinə, illik 7% olmaqla 76000 manat məbləğində kredit verilmişdir.
2. Bank ilə Cavabdeh1 və X1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən, 5 otaqlı, 125.9 kv.m ümumi, 92.8 kv.m yaşayış sahədən ibarət 104 nömrəli fərdi yaşayış evi və 0.037 ha torpaq sahəsi (bundan sonra – ipoteka predmeti) satıcı X1 tərəfindən Cavabdeh1 102000 manat pul vəsaiti qarşılığında satılmış, alıcı-ipoteka qoyan bu məbləğin 26000 manat hissəsini, kreditor-ipoteka saxlayan isə 76000 manat hissəsini ödəmiş və ipoteka predmeti Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülük dövlət qeydiyyatına alınmışdır. Müqavilədə ipoteka predmetinin dəyəri 102000 manat məbləğində qiymətləndirilmişdir.
3. Bank tərəfindən Cavabdeh1 xx.xx.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, 5 gün müddətində borcun tam ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
4. Bank tərəfindən Cavabdeh1 xx.xx.2021-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmiş, borc ödənilmədiyi təqdirdə ipoteka predmetinə tutmanı n yönəltməyə başlanılacağı barədə xəbərdar edilmişdir. Bildiriş müvafiq Reyestr Xidmətində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. Bank cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən yaranmış 74224,87 manat əsas borcun, 9078,58 manat faiz borcunun, ümumilikdə isə 83303,45 manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat pul vəsaitinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1 məxsus olan ipoteka pred metinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və borcun ipoteka predmetinin hərrac satışından əldə olunan vəsait hesabına Banka ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 məxsus olan ipoteka predmetinə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və digər şəxslərin ipoteka predmetinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin ipoteka predmetinin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən cavabdehə qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş və xəbərdarlıq məktubu göndərilmişdir. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə və xəbərdarlıq məktubuna münasibət bildirməmişdir.
7. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iddia tələbinin həlli məsələsinin məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir.
8. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilm iş, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ƏEM/O-47-982/21 nömrəli ekspert rəyinə əsasən ipoteka predmetinin xx.xx.2021-ci il tarixinə: bazar dəyəri 63000 manat, likvid dəyəri 56000 manat təşkil etmişdir.
9. Sabirabad Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(056)-27/2022 nömrəli iş üzrə 1 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Nurəddin Bağırov) iddia təmin edilərək, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən xx.xx.2021-ci il tarixə yaranmış 74224,87 məbləğində əsas kredit borcu və 9078,58 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 83303,45 manat məbləğində pul vəsaiti, məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barəd ə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 10 manat və xidmət haqqının əvəzi 30 manat pul vəsaitinin Cavabdeh1 tutulub iddiaçıya ödənilməsi, yuxarıda göstərilən kredit müqaviləsi üzrə ümumilikdə 83303,45 manat məbləğində pul tələbləri və digər xərclərin əvəzi olan 70 manat ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi, həmin ipoteka predmetinin 56000 manat məbləğində ilkin satış qiyməti ilə açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində Banka ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra, ən geci 1 (bir) ay ərzində cavabdehlərin ipoteka predmetindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin fərdi yaşayış e vindən çıxarılması, ipoteka predmetinin boşaldılaraq Banka təhvil verilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi və xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən əmələ gəlmişdir. İş materiallarından, habelə iddiaçı təşkilatın nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından görünmüşdür ki, iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq göndərilmiş, lakin nəticəsiz qaldığından iddiaçı məhkəmədə iddia qaldırmışdır.
11. İşin faktiki hallarına qiymət verərək məhkəmə hesab etmişdir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmadığı üçün, o, kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə maliyyə arayışları ilə hesablanmaqla müəyyən olunmuş əsas kredit və faiz borcu cavabdehdən tutulmalıdır.
12. Məhkəmə həmçinin hesab etmişdir ki, kredit müqaviləsindən yaranmış borcun tutulması tələbi Cavabdeh1 mülkiyyətində olan ipoteka predmetinə yönəldilməli və ipoteka predmetini satmaq hüququ iddiaçıya verilməli, həmin əmlak "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyi əsasında müəyyən edilmiş likvid dəyəri 56000 manat məbləğində ilkin satış qiyməti ilə açıq hərraca çıxarılmalı, açıq hərracda satılmalı, həmin əmlakın satışından əldə olunacaq pul vəsaiti cavabdehlərin iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməli dir.
13. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbləri üzrə ödənişin ipoteka predmetinə yönəldildikdə və ipoteka predmeti satıldıqdan 1 ay sonra cavabdehlərin fərdi yaşayış evinə və 0.037 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin yaşayış evinin və torpaq sahəsinin boşaldılaraq Banka təhvil verilməsi barədə hissələri də əsaslı olduğu üçün təmin olunmalıdır.
14. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən Çıxarışa əsasən Cavabdeh2 ipoteka predmeti olan fərdi yaşayış evində qeydiyyatdadır. Ona görə də, cavabdehlərin ipoteka predmetindən istifadə hüquqları itirilmiş hesab edilməli, onların həmin fərdi yaşayış evindən çıxarılması, hə min yaşayış evinin və torpaq sahəsinin boşaldılaraq Banka təhvil verilməsi vəzifəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulmalıdır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 279, 317, 319, 385.1, 386.1, 421, 428, 442, 445, 449, 462-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4, 34, 59-cu maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh2 Rafail oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi, alqı-satqı və ipoteka müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmış çıxarışın etibarsız hesab edilməsi, eyni zamanda Bankdan Cavabdeh1 ipoteka krediti verilməsi zamanı cinayət tərkibli əm əllərə yol verilməsi faktı üzrə xüsusi qərar çıxarılmaqla, mülki işin materiallarının istintaq aparılması üçün Binəqədi Rayon Prokurorluğuna göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının torpaq sahəsinə dair sərəncamı olmuşdur. Torpaq sahəsini 25 illik etibarnamə ilə almışlar. X5 tərəfindən həmin torpaq sahəsində ev inşa edilmişdir. Dayısı Rəşid bildirmişdir ki, sənədləri düzəltmək üçün evi Elxan adlı şəxsin adına özəlləşdirək, sonra Elxan həmin evi onların adına keçirtsin. Buna görə Rəşidə pul vermişlər. Rəşidin borcu olduğu üçün həmin evi öz adına sənədləşdirmiş, hərbçilərə güzəştli ipoteka verildiyi üçün Bəhruz adlı şəxsi taparaq onunla razılaşmışdır. Görüntü məqs ədilə müqavilə bağlanılmış, guya Rəşid evi ipoteka yolu ilə Bəhruza satmışdır. Bununla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılmışdır. Hazırkı əqd uydurma əqd olmuş, görüntü məqsədilə bağlanmışdır. Buna görə də etibarsız hesab edilməlidir.
18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-263/2023 nömrəli mülki iş üzrə 4 aprel 2023cü il tarixli qətnaməsi ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Tofiq Heydərov) Cavabdeh2 Rafail oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşd ur ki, cavabdeh müqavilənin etibarsız sayılmasını tələb etsə də etibarsızlıqla bağlı hər-hansı dəlil irəli sürməmişdir. Kollegiya mübahisələndirilən əqdin etibarsızlığı üçün əsas tapmamışdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh ipotekaya qoyulmuş evə baxış keçirilmədiyini, qiymətləndirilmənin də formal olduğunu bildirmişdir. Lakin iddiaçı ipoteka predmeti olan evə baxış keçirilməsi, müvafiq rəy verilməsi barədə sənədləri - Əmlak Ekspert Mərkəzinin 2 avqust 2018-ci il tarixli qiymətləndirmə hesabatını təqdim etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, mənzilin alqı-satqısı və ipoteka ilə yüklü edilməsinə dair üçtərəfli müqaviləni etibarsız saymaq üçün əsas olmamışdır.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317, 319, 337, 385, 421, 443, 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 59-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh2 Rafail oğlu (vəkil Nümayəndə2 Çərkəz oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi, alqı-satqı və ipoteka müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmış çıxarışın etibarsız hesab edilməsi, eyni zamanda Bankdan Cavabdeh1 ipoteka kred iti verilməsi zamanı cinayət tərkibli əməllərə yol verilməsi faktı üzrə xüsusi qərar çıxarılmaqla, mülki işin materiallarının istintaq aparılması üçün Binəqədi Rayon Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
26. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
27. Maddə 337.1. Həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
28. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
29. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
30. Maddə 385.1. Kreditorun borcludan vəzifəsini n icrasını tələb etmək hüququ vardır.
31. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
32. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
33. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
34. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, həmin Qanunun 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır.
35. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:
36. Maddə 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya
37. Maddə 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
38. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və y aşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı
39. Əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakti ki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
51. Cavabdeh2 Rafail oğlunun kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhk əməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
52. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunverici liyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirva n Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-263/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.