Məhkəmə qərarları › İş №2(102)-3069/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3069/2020

23.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3069/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, x2 Dövlət Komitəsinin Cavabdeh qarşı “qeyri yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2019-cu il tarixli qətnaməs indən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: x2 Dövlət Komitəsi Cavabdeh qarşı “qeyri yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Qafarova, iş № 2(009)-1809/2019) iddia tələbi təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və E.Şamayev, iş № 2(103)14442/2019) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1809/2019 saylı, 22 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanı lmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 ünvanında yerləşən 3 mərtəbəli binanın zirzəmisindəki 94.3 kv.metr qeyriyaşayış sahəsi Bakı şəhər İcra Hakimiyyəti Mənzil x1, Səbail rayon Mənzil Komunal Təsərrüfat Birliyinin balansında olmaqla dövlət mülkiyyətində olan əmlak kimi Daşınmaz əmlakın dövlət registrində qeydiyyata alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Səbail rayon Mənzil Kommunal Təsərrüf at Birliyinin balansında olan (257 qeydiyyat nömrəli) daşınmaz əmlak haqqında Registirdən çıxarışına əsasən, yerli əhəmiyyətli tarixi memarlıq abidəsi olan, 1896-cı ildə istismara verilmiş ünvan 2 ünvanındakı 3 mərtəbəli yaşayış binasının 89.9 kv.m sahəsi – zirzəmi icarə müqaviləsinə əsasən 01.07.2006-cı il tarixdən 31.12.2006-cı il tarixədək olan müddət üçün Cavabdeh obyektin özəlləşdirilməsi məqsədilə verilmişdir. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında olan Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 ünvanında 3 mərtəbəli binanın zirzəmisi 94.3 kv/metrlik qeyri yaşayış sahəsi tərəfindən hüquqmüəyyənedici sənədləri olmadan istifadə etdiyi üçün 3 gün müddətində Dövlət əmlakının boşaldıl araq təhvil verilməsi ilə bağlı xəbərdar edilmiş, əks halda qanunvericiliyin tələbinə uyğun olaraq Dövlət əmlakının boşaldılması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilərək bu barədə Əmlak məsələləri Dövlət Komitəsinin icarə sektorunun, Əmlak məsələləri Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin və Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən 30.01.2019-cu il tarixli akt tərtib və təsdiq edilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu»nun 2.2-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. 29.06.200 4-cü ildə qəbul edilmiş «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı dedikdə daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq İcra Hakimiyyəti orqanı başa düşülür. Daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanı isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən dövlət əmlakının mühafizəsinə və qorunub saxlanılmasına nəzarəti həyata keçirmək, 3.0.14-cü bəndinə əsasən daşınmaz dövlət ə mlakını icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanmış əqdlərin qeydiyyatını aparmaq, 3.0.16-cu bəndinə əsasən dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrindən səmərəli istifadə olunmasına nəzarət etmək Komitənin vəzifələri sırasına daxildir.” Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...qanunvericiliyin yuxarıda sadalanan maddələrindən də göründüyü kimi, dövlət əmlakının mühafizəsinə və qorunub saxlanılmasına nəzarəti həyata keçirmək Əmlak Məsələlər i Dövlət Komitəsinin vəzifəsinə aiddir və onun hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olması mübahisə predmeti deyildir. Həmçinin kollegiya qeyd edir ki, iş materiallarından mübahisəli sahənin Cavabdeh obyektin özəlləşdirilməsi məqsədilə icarəyə verildiyi, şərtləşdirilmiş müddət ərzində özəlləşdirilmədiyi və sonradan 3 gün müddətində Dövlət əmlakının boşaldılaraq təhvil verilməsi ilə bağlı xəbərdar edildiyi müəyyən olunur. Cavabdeh qeyri-yaşayış sahəsinin istifadəsində olmadığını bildirsə də, iş materiallarında olan 07.02.2019-cu il tarixli akt məhkəmə kollegiyasının həmin sahənin cavabdehin istifadəsində olması barədə qənaətə gəlməsinə əsas verir.” Bundan başqa məhkəmələr iddia tələbinə və apelyasiya şikayətinin dəlillərinə qiymət verərək haqlı olaraq belə nəticəyə gəlmişlər ki, mübahisəli sahə dövlət əmlakı olmaqla, hazırda cavabdehin qanunsuz sahibliyindədir və dövlətin adından mülkiyyətçi səlahiyyətini həyata keçirən Əmlak Məsələləri Dövlət Komitəsi həmin əmlak barəsində sərəncam vermək hüququnun həyata keçirilməsi imkanına malik deyildir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlillə ri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar