Məhkəmə qərarları › İş №2(102)-3069/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3069/2022

12.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3069/2022 12.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh Zabit qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: miras payının müəyyən edilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-141/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə vərəsəlik hüquq münasibətləri ilə bağlıdır. Belə ki, miras qoyan X4 26 iyul 2018-ci il tarixdə ölmüşdür.

2. Miras açıldığı anda Y.Şirinovun qanun üzrə birinci növbədə üç vərəsəsi olmuşdur: əvvəlki (xx.xx.2009-cu ildə pozulmuş) nkahından olan qızları Həyat və İddiaçı2lar, arvadı Cavabdeh (nikah xx.xx.2010-cu ildə qeydə alınmışdır).

3. Mübahisə predmeti olan Mingəçevir şəhəri, R.Rza küçəsindəki 16 saylı evin, 38 saylı mənzili X5 Şirinovanın birgə nikahı dövründə (xx.xx.2017-ci ildə) alqı-satqı müqaviləsi əsasında əldə edilməklə, xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydə alınmışdır. Y.Şirnovun ölməsi ilə həmin mənzilin ümumi mülkiyyət hüququ ilə Yaşar Şirinova aid olan hissəsi miras kütləsinə daxil olmuşdur. İş üzrə qəbul edil miş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış Mingəçevir şəhəri R.Rza küçəsi 16 saylı evin 38 saylı mənzilin ½ hissəsinə övladlarının xx xxxxxx 2003-cü il təvəllüdlü İddiaçı1 və xx xxxxxx 2004-cü il təvəllüdlü İddiaçı2 miras payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh Zabit qızı onun keçmiş əri X2 rəsmi arvadı olmuşdur. X4 ilə onun arasındaki nikah 25 aprel 2009-cu ildə pozulmuşdur. Birgə evliliklərindən xx xxxxxx 2003-cü il təvəllüdlü Həyat və xx xxxxxx 2004-cü il təvəllüdlü N igar adlı uşaqları olmuşdur. Aralarındaki nikah pozularkən uşaqlardan biri onun digəri isə atasının yanında qalmışdır. Yaşar Şirinovla ailəli olduğu vaxt Yaşarın anasına məxsus evdə yaşamışlar. X7 həmin mənzili satmış, yeni arvadı Cavabdeh adına Mingəçevir şəhəri R.Rza küçəsi 16 saylı evin, 38 saylı mənzilini almışlar. Mənzil birgə nikah dövründə alındığından Yaşar Şirinovun payı ½ hissədir. Yaşar Şirinov 03 avqust 2018-ci ildə vəfat etmişdir. Qızları isə azyaşlı olduqları üçün iddia onun tərəfindən qaldırılmışdır.

6. Cavabdeh Zabit qızının nümayəndəsi-vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı miras əmlakı nə formal, nə də faktiki qəbul etməmişdir. Miras qoyan Şirinov Yaşar 2018-ci ildə vəfat etmişdir, iddiaçılar isə onun vəfat etməsindən xə bərdar olublar, hətta dəfnində də iştirak ediblər, yəni “Vərəsə vərəsəliyə çağırıldığını bilmişdir”. Lakin 3 ildən sonra vərəsənin belə bir addım atması qanunazidd və əsassızdır. AR Mülki Məcəlləsi mirası qəbul etməyin 2 yolunu müəyyən etmişdir: formal və faktiki. Lakin iddiaçı bunların heç birini etməyib. İddiaçıdan fərqli olaraq cavabdeh həmin əmlakı faktiki qəbul etmişdir. Cavabdeh miras əmlakda miras açılandan əvvəl və hazırda da yaşayır, ona sahiblik edir, onu idarə edir. Cavabdehin şəxsiyyət vəsiqəsinə baxdıqda da bunu görmək olar. Bundan əlavə, həmin miras əmlak tam mülkiyyət hüququ üzrə cavabdehə məxsusdur, dövlət qeydiyyatına alınmış əmlakdır, çıxarışı da cavabdehin adınadır. Həmin mənzil faktiki və real olaraq cavabdehə məxsusdur, cavabdeh ona sahiblik edir, həmin mənzili normal saxlanmasını o təmin edir, xərclərini özü ödəyir. Üçüncüsü, iddiaçı həm qanuni, həm də faktiki olaraq Cavabdeh mülkiyyətimdə olan mənzilini hüquqazidd yolla bölməyə cəhd göstərir. O, iddia predmeti olan mənzili öz vəsaiti ilə almış və alındığı gündən indiyədək həmin mənzildə rəhmətlik həyat yoldaşı ilə birgə yaşamışdır. Hazırda həmin mənzildə yalnız cavabdeh yaşayır, həmin mənzilə sahiblik edir, onu idarə edir, kommunal xərclərini ödəyir, təmirini də özü edir. Eyni zamanda, cavabdeh, həmin mənzildə pasport qeydiyyatındadır. Dördüncüsü, iddiaçı nə formal, nə də faktiki olaraq mirası qəbul etmədiyindən, mirasın bölünməsi ilə bağlı iddia tələbi də əsassızdır. Belə ki, miras əmlakın bölgüsü yalnız onu qəbul edən vərəsələr arasında aparıla bilər. Beşincisi, cavabdeh əri rəhmətə gedəndən sonra (yəni miras açılandan sonra) onun banka olan borclarını da tam şəkildə bağlamış və bununla da, miras qoyanın miras aktivini qəbul etdiyi kimi, miras passivini də qəbul etmişdir. Bütün göstərilənləri nəzərə alaraq

7. Mingəçevir şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 2(051)-1007/2021 nömrəli iş üzrə 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki iş materiallarından və tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan da görünür ki, iddiaçılar həmin mənzildə yaşamamış, atalarının yas məclisində iştirak etsələr də, sonradan həmin mənzilə gəlməmiş, mənzildə qeydiyyatda deyillər və bununla da miras əmlakı da faktiki olaraq qəbul etməmişlər. İddiaçıdan fərqli olaraq Cavabdeh həmin əmlakı faktiki qəbul etmişdir. Həmin mənzil h üquqi və faktiki olaraq cavabdehə məxsusdur, cavabdeh ona sahiblik edir, həmin mənzili normal saxlanmasını o təmin edir, xərclərini özü ödəyir. Bundan əlavə məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, sözügedən mənzil Cavabdeh mülkiyyətindədir və mənzil Cavabdeh ilə Yaşar Şirinov arasında bölünməmiş və mərhumun payı ayrılmamışdır. İş üzrə iddiaçılar qanunla müəyyən olunmuş 6 ay ərzində miras əmlakı qəbul etməmişlər. Bundan əlavə iddiaçılar tərəfindən mirasın qəbul edilməli olması barədə heç bir mötəbər sübut təqdim olunmasmışdır.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tam olaraq əsassızdır və rədd edilməlidir. Belə ki, iddianın rədd edilməsinin bir neçə əsası vardır. Bunlardan birincisi odur ki, iddiaçılar mirasın qəbul olunması ilə bağlı iki üsuldan biri üzrə mira sı qəbul etməli idilər. Mirasın qəbulunun birinci üsulu iddiaçıların mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə, ikincisi əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə olması nəzərdə tutulmuşdur. İddiaçıların qanuni nüməyəndəsi olmasına baxmayaraq miras əmlakı qəbul etmək üçün sözügedən üsulların heç birindən istifadə etməmişdir. Bundan əlavə, iş materiallarından və tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan da görünür ki, iddiaçılar həmin mənzildə yaşamamış, atalarının yas məclisində iştirak etsələr də, sonradan həmin mənzilə gəlməmiş, mənzildə qeydiyyatda deyillər və bununla da miras əmlakı da faktiki olaraq qəbul etməmişlər. İddiaçıdan fərqli olaraq Cavabd eh həmin əmlakı faktiki qəbul etmişdir. Həmin mənzil hüquqi və faktiki olaraq cavabdehə məxsusdur, cavabdeh ona sahiblik edir, həmin mənzili normal saxlanmasını o təmin edir, xərclərini özü ödəyir.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1243.2, 1246, 1255.1, 1246-cı maddələri, AR Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı, AR Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin AR Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 oktyabr 2020-ci il tarixli Qərarına Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının iddiaçı tərəfdən 3-cü şəxs qismində cəlb edilməsi barədə vəsatət vermiş və vəsatəti təmin olunmuşdur. Ancaq məhkəmə qətnaməsində 3-cü şəxsin cəlb olunması, iştirak edib etməməsi məsələsinə toxunulmamışdır.

13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Mahir Əsədli (sədrlik edən və m əruzəçi), Ələddin Məcidov və Ayaz Mahmudov) 2(107)-141/2022 nömrəli iş üzrə 13 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməsi, Mingəçevir şəhəri R.Rza küçəsi 16 saylı evin 38 saylı mənzilinin miras kütləsinə daxil olan ½ hissəsinin 1/6 hissəsində xx xxxxxx 2003-cü il təvəllüdlü İddiaçı1, 1/6 hissəsində xx xxxxxx 2004-cü il təvəllüdlü İddiaçı2, 1/6 hissəsində isə Cavabdeh payı müəyyən edilməsi qət edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsi müəyyən edilmişdir ki, Yaşar Şirinovun birinci evliliyindən yəni Qanuni nümayəndə ilə nikahdan xx xxxxxx 2003-cü il təvəllüdlü Həyat və xx xxxxxx 2004-cü il təvəllüdlü Nigar adlı uşaqları olmuşdur. X2 Qan uni nümayəndə Ağakişi qızı arasında nikahın pozulması xx.xx.2009-cu ildə qeydə alınmışdır. Bundan sonra X8 Şirinova ilə nikaha daxil olmuşdur. Uşaqları olmamışdır. X6 Şirinova ilə birgə nikah dövründə Mingəçevir şəhəri R.Rza küçəsi 16 saylı evin 38 saylı mənzilini almışlar. X4 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. X2 vərəsələri xx xxxxxx 2003-cü il təvəllüdlü Həyat, xx xxxxxx 2004-cü il təvəllüdlü Nigar adlı uşaqları və arvadı Cavabdeh qalmışdır.

15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi X4 xx.xx.2018-ci il tarixdə vəfat edəndə xx xxxxxx 2003-cü il təvəllüdlü Həyatın 15, xx xxxxxx 2004-cü il təvəllüdlü Nigarın isə 14 yaşı olmuşdur. Mülki Məcəlləsinin 28, 30-cu, Ailə Məcəlləsinin 51-ci və 59-cu maddələrinə əsasən atalarının vəfatından sonra onun birinci növbəli qanun üzrə vərəsələri olan azyaşlı uşaqların bütün hüquqlarının müdafiə edilməsi və onların vəzifələrinin həyata keçirilməsi bütünlüklə anaları yəni, iddiaçının üzərinə düşmüşdür. Başqa sözlə, azyaşlı uşaqlar notariat kontoruna gedib atalarından miras qalmış əmlakdakı miras paylarını qəbul etmək imkanında və yaş həddində olmamışlar. Uşaqların anası isə onların əvəzindən bunu vaxtında etməmişdir. Bütün bu hallar isə belə nəticəyə gəlməyə əsas verir ki, azyaşlı uşaqların qanuni nümayəndəsinin (anasının) mirasın qəbulu ilə bağlı hərəkətsizliyi uşaqların hüquqlarına münasibətdə onların atasından miras qalmış əmlakdakı paylarından məhrum etməməlidir. Odur ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin və Ailə Məcəlləsinin müvafiq normalarını nəzərə almadan qanuni v ə əsaslı nəticəyə gəlməmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1159.1, 1159.1.1, 1243.1, 1243.2,1143.3, 1246, 28.1, 28.2, 30.1, Ailə Məcəlləsinin 32.1, 51.2, 59.1, MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar miras qoyanın (öz atalarının) yas mərasimində iştirak ediblər, bunu hər iki məhkəmə prosesində öz ifadələrində qeyd ediblər, yəni iddiaçılar vərəsəliyə çağırıldıqlarını bilirdilər. Bu səbəbdən həm iddiaçıların, həmçinin onların anasının miras ın açılmasından xəbərləri olub və qanunla müəyyən edilmiş mirasın qəbulu müddətini buraxıblar. Cavabdeh iddia predmeti olan mənzili öz vəsaiti hesabına almış və aldığı gündən indiyədək həmin mənzildə rəhmətlik həyat yoldaşı ilə birgə yaşamışlar. Hazırda həmin mənzildə yalnız cavabdeh yaşayır, həmin mənzilin mülkiyyətçisidir və həmin mənzildə 2018-ci ildən qeydiyyatdadır. Məhkəmə isə cavabdehin mülkiyyət hüququnu, hətta mənzildən istifadə hüququnu pozur. Yalnız qəbul edilmiş miras bölünə bilər. Bu miras isə iddiaçılar tərəfindən nə formal, nə də faktiki qəbul edilmədiyi üçün bölünə bilməz. İddiaçıların qanuni nümayəndəsi, yəni analarının “hərəkətsizliyi” həm uşaqlarına qarşı, həmçinin cavabdehlərə qarşı hüquqa zidd əməldir və mənfi nəticələr doğurmuşdur. Qanuni nümayəndənin “hərəkətsizliy i” mənfi nəticələri doğurmaması ilə bağlı qanunvericilikdə heç bir norma yoxdur. İddiaçıların qanuni nümayəndəsi, yəni analarının mirasın açılması(keçmiş ərin ölümü) mübahisə predmeti olan əmlakın (miras əmlakın) mövcudluğu barədə məlumatı olub. Yəni qanunla, həmçinin faktiki olaraq iddiaçıların anasının mirasın qəbulu ilə bağlı vaxtda müraciət etmək imkanı olmuşdur. Heç kim və heç bir şərait onu bu hüquqdan istifadəyə mane olmamışdır. Qətnamədə qeyd edilən “hərəkətsizlik” məsələlsi məhkəmə prosesində araşdırılmayıb, heç bu məsələ barədə heç bir fikir söylənilməyib. Yəni qətnaməyə baxanda da görünür ki, iddia tərəfi öz ifadələrində də “hərəkətsiz qalması”, “vaxtında müraciət etməmək”, “müddət ötürmək” kimi məsələlərdən danışmır, lakin apellyasiya məhkəməsi heç bir sübuta istinad etmədən mə hkəmə araşdırmasından kənar bir məsələni əsas götürərək qərar çıxarmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

21. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

22. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.

23. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

24. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

25. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

26. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

27. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

28. Maddə 1159.1.1. Ölənin uşaqla rı, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər.

29. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

30. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

31. Maddə 1268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə y ol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol v erilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır.

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya ) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin miras əmlak üzərindəki paylarının həcmi istisna olmaqla, qalan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apel lyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

41. Hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmələr miras qoyan X3 şəhəri, R.Rza küçəsindəki 16 saylı evin, 38 saylı mənzilin ½ hissəsinin miras qalmasını və iddiaçıların cavabdehlə birlikdə miras qoyanın birinci növbə vərəsələri olmalarını müəyyən etmişlər.

42. İddiaçılar miras əmlaka paylarının müəyyən olunmasını istəyirlər, cavabdeh isə iddiaçıların mirası vaxtında qəbul etmədiklərinə istinadən iddiaya etiraz edir.

43. Birinci instansiya məhkəməsi tələbi iddiaçıların mirası qanunla müəyyən edilmiş müddət ərzində qəbul etməmələrinə görə rədd etmişdir.

44. Apellyasiya məhkəməsi isə iddianı təm in edərkən ona əsaslanmışdır ki, azyaşlı uşaqlar notariat kontoruna gedib atalarından miras qalmış əmlakdakı miras paylarını qəbul etmək imkanında və yaş həddində olmamışlar. Uşaqların anası isə onların əvəzindən bunu vaxtında etməmişdir. Bütün bu hallar isə belə nəticəyə gəlməyə əsas verir ki, azyaşlı uşaqların qanuni nümayəndəsinin (anasının) mirasın qəbulu ilə bağlı hərəkətsizliyi uşaqların hüquqlarına münasibətdə onların atasından miras qalmış əmlakdakı paylarından məhrum etməməlidir.

45. Kollegiya apellyasiya məhkəməsinin iddianın əsaslı olması barədə gəldiyi nəticə ilə razılaşır ona görə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2022-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsi Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir.

46. Göstərilənlər baxımından, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəy yən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər”.

47. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, “Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur...

48. Müraciətdə qaldırılan fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mirasdan imtina etməsi ilə əlaqədar məsələyə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici göstərilən şəxslər tərəfindən miras əmlakdan imtina edilməsinin xüsusi formasını müəyyənləşdirərək, bu halda imtinanın yalnız məhkəmə qərarı əsasında mümkünlüyünü təsbit etmişdir (Mülki Məcəllənin 1268.2-ci maddəsi).

49. Mülki Məcəllənin 33-cü maddəsinə uyğun olaraq, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Himayəçilər isə himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər. Himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir, habelə onları üçüncü şəxslərin sui-istifadəsindən qoruyurlar.

50. Birtərəfli əqd olaraq miras əmlakdan imtinanın da yalnız məhkəmənin icazəsi ilə mümkünlüyünü müəyyənləşdirərkən qanunverici məhz fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mənafelərinin qorunması, qəyyum və himayəçilər tərəfindən yol verilə biləcək sui-istifadə hallarının qarşısının alınması düşüncəsindən çıxış etmişdir. Nəzərə alınmalıdır ki, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mirasdan imtinası hallarına da Mülki Məcəll ənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətləri ilə bağlı məhdudiyyət şamil olunur.”

51. Məhkəmə tərkibi, Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, hazırkı işdə miras əmlak üzərində iddiaçıların vərəsəlik hüquqlarının tanınması qanuni və əsaslı olmuşdur.

52. Bununla belə, apellyasiya məhkəməsi miras paylarının həcmini düzgün müəyyənləşdirməmişdir. Belə ki, miras əmlak Mingəçevir şəhəri, R.Rza küçəsindəki 16 saylı evin, 38 saylı mənzilinin ½ hissəsi üzərində hər bir vərəsənin 1/6 payı müəyyən olunmuşdur. Halbuki, iddiaçıların mənzilə münasibətdə payları 1/6 təşkil etsə də, miras kütləsi olan mənzilin ½ hissəsi üzərində üç vərəsənin payları bərabər bölündükdə hər birinə düşən pay 1/3-dir. Ona görə də qətnamə paylarına həcminə aid hissədə dəyişdirilməklə miras payları göstərilən qaydada müəyyən olunmalıdır.

53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-141/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qətnaməsi vərəsələrin paylarının həcminə aid hissədə dəyişdirilsin. Mingəçevir şəhəri, R.Rza küçəsi, 16 saylı evin 38 saylı mənzilinin miras kütləsinə daxil olan ½ hissəsi üzərində İddiaçı1 1/3, İddiaçı2 1/3 və Cavabdeh Zabit qızının 1/3 vərəsəlik payı müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar