Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3069/2025 23.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2025-ci il tarixli, 2(105)821/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Əbilova (Teymurova) Aysel Fəxrəddin qızı və Cavabdeh2 25 aprel 2016-cı il tarixdə nikaha daxil olmuş, nikahları Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qətnaməsi pozulmuşdur.
2. Cavabdeh1 iddiaçının keçmiş qayınanasıdır. 3. 2-ci qrup Çernobıl əlili olan Cavabdeh1 Sumqayıt Şəhər İcra Hakimiyyətinin 23 dekabr 2021-ci il tarixli Sərəncamı əsasında 5 nəfər ailə tərkibi ilə (özü, oğlu Cavabdeh2, gəlini X1, iki nəvəsi X8 və X3) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tər əfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına uçota alınmış qeyd edilmiş imtiyazlı şəxs, həmçinin onun ailə üzvləri Azə rbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 10 aprel 2023-cü il tarixində Abşeron rayonu, X7n təhvil-təslim aktı əsasında 3 otaqlı mənzil ilə təmin edilmişdir.
4. Cavabdeh1 2024-cü ilin iyul ayından həmin mənzildə yaşamağa başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının, övladları 17 fevral 2017-ci il təvəllüdlü X4 və 23 may 2019-cu il təvəllüdlü X2 Abşeron rayonu, X7 ye rləşən 3 otaqlı mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 ilə 25 aprel 2016-cı il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş, birgə nikah münasibətlərindən 17 fevral 2017-ci il təvəllüdlü X8 və 23 may 2019-cu il təvəllüdlü X3 adlı iki övladları dünyaya gəlmişlər. Ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan bir-birilərini başa düşməmiş və aralarında söz-söhbət yaranmağa başlamışdır. Ona görə də, iddiaçı aralarında olan nikah münasibətlərinin pozulması barədə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Digər Cavabdeh1 iddiaçının keçmiş qayınanasıdır. Sonuncu 2-ci qrup Çernobıl əlili old uğu üçün, Sumqayıt Şəhər İcra Hakimiyyətinin 28 dekabr 2021-ci il tarixli sərəncamı əsasında 5 nəfər ailə tərkibi ilə (özü, oğlu Cavabdeh2, iddiaçı X1, övladları X8 və X3) uçota alınmış, onlar Agentlik tərəfindən 10 aprel 2023-cü il tarixində Abşeron rayonu, X7n təhvil-təslim aktı əsasında 3 otaqlı mənzil ilə təmin olunmuşlar. İddiaçı və övladları üçün həmin mənzildə yaşamaq üçün otaq ayrılmasına baxmayaraq, cavabdehlər onları həmin mənzilə buraxmamışlar. Məcbur olub övladları ilə birlikdə kirayə mənzildə yaşayır. Halbuki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə vəkil sorğusu göndərilmiş, həmin qurumun 16 oktyabr 2024-cü il tarixli cavab məktubunda aşağıdakılar qeyd olunmuşdur: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyaz lı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yeri: icra haki miyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 20202023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qayda sında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. 2-ci qrup Çernobıl əlili Cavabdeh1 Sumqayıt Şəhər İcra Hakimiyyətinin 28 dekabr 2021-ci il tarixli sərəncamı əsasında 5 nəfər ailə tərkibi ilə (özü, oğlu Cavabdeh2, gəlini X1, iki nəvəsi X8 və X3) uçota alınmışdır. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 459 nömrəli qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq 16 kvadratmet r müəyyən edilmişdir. Adı çəkilən qərara münasibətdə uçota alınmış və yuxarıda qeyd edilmiş imtiyazlı şəxs, həmçinin onun ailə üzvləri Agentlik tərəfindən 10 aprel 2023-cü il tarixində Abşeron rayonu, X7n təhvil-təslim aktı əsasında 3 otaqlı mənzil ilə təmin edilmişdir.” Cavabdeh1 və ailə üzvləri kimi iddiaçı və övladları yaşayış sahəsinə ehtiyacı olan qisimdə uçota alınmış, onlara 10 aprel 2023-cü il tarixdə Abşeron rayonu, X7n təhvil-təslim aktına əsasən 3 otaqlı mənzil ayrılmışdır.
7. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddiaya etiraz edərək göstərmişdir ki, o, iddiaçı ilə 2016-cı il tarixdə ailə həyatı qurmuş, 2024-cü ilin may ayında nikahları pozulmuşdur. İddiaçının köçürülməsini iddia etdiyi mənzil cavabdeh olan anası Cavabdeh1 məxsusdur və 2024-cü il tarixdə Çernobıl əlili kim i dövlət tərəfindən ona verilmişdir. Nə iddiaçı, nə də ki o, heç vaxt həmin mənzildə yaşamamışlar. İddiaçının yaşamağa yeri vardır. Belə ki, iddiaçı ilə aralarındakı razılığa əsasən o, 1.000 manat məbləğində aliment ödəyir. Həmin məbləğin 400 manat hissəsi kirayə pulu qismində ödənilir. 600 manatı isə uşaqların saxlanılması üçün nəzərdə tutulmuşdur. O, 1.000 manat aliment məbləğini yaşayış sahəsi və uşaqların dolanışığını təmin etmək məqsədi ilə iddiaçıya vermişdir. Bu barədə iddiaçı ilə aralarında barışıq sazişi də bağlanmışdır. İddiaçı ilə aralarında olan nikah pozulduqdan sonra anası həmin mənzilə köçüb yaşamağa başlamışdır. İddiaçının qayınanasına məxsus evdə yaşaması üçün əsas yoxdur. Əvvəllər iddiaçı ilə aralarında hər hansı mübahisə olmamış, həmin dövrdə ailə üzvlərinin sayı nəzərə alınmaqla anasına qeyd edilən mənzil verilmişdir. Həmin vaxtı ailə kimi köçüb həmin mənzildə yaşamağı planlaşdırmışlar. Lakin, sonradan iddiaçının öz səhvi nəticəsində ailə dağılmışdır. Bu halda isə, iddiaçının anasına məxsus həmin mənzilə köçüb yaşaması məntiqsizdir. Anası Cavabdeh1 mənzildə tək yaşayır. Mənzil Çernobıl əlili kimi anası Cavabdeh1 verilmiş və mənzil ona məxsusdur. O və iddiaçı həmin mənzildə yaşamamışlar. Onlar daim kirayələrdə yaşamışlar.
8. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X5 izahatında göstərmişdir ki, Cavabdeh1 imtiyazlı şəxs olduğu üçün qeyd edilən mənzil ona təhvil verilmişdir. Mənzil Məcəlləsinin tələbinə əsasən ailə üzvlərinin sayı uçota alınmaqla imtiyazlı şəxs müvafiq sahədə mə nzillə təmin edilir. Cavabdeh1 5 nəfər ailə üzvü olduğu üçün 3 otaqlı mənzillə təmin edilmişdir. Hazırda iddiaçının uşaqları ilə birlikdə mənzilə köçürülüb-köçürülməməsi məhkəmənin mülahizəsindən asılıdır. Mənzil şəxsin mülkiyyətinə deyil, istifadəsinə müddətsiz verilmişdir. Mənzillər sosial mənzillər hesab edilir və dövlətə məxsusdur. Sosial mənzillər şəhid ailələrinə, gözdən əlillərə, birinci və ikinci Qarabağ müharibəsi iştirakçılarına və sair şəxslərə yalnız istifadə etmək məqsədi ilə verilir. Şəxslərin uçotdan çıxarılması məsələsi müvafiq icra hakimiyyətinin səlahiyyətinə aiddir. Mənzil verilmiş imtiyazlı şəxs öldükdə mənzil istifadə etmək üçün digər ailə üzvünə qalır və həmin ailə üzvləri orda yaşamaqda davam edirlər.
9. Abşeron Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2(012) -718/2025 nömrəli qətnaməsi ilə (hakim E.Kazımov) iddia tələbi təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin 28 dekabr 2021-ci il tarixli sərəncamı əsasında 2-ci qrup Çernobıl əlili olan hazırkı iş üzrə Cavabdeh1 5 nəfər ailə tərkibi ilə - Cavabdeh1 özü, oğlu Cavabdeh2, gəlini X1, iki nəvəsi X8 və X3 “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 459 nömrəli Qərarına əsasən uçota alınmışdır. Daha sonra qeyd olunan qərara əsasən uçota alınmış imtiyazlı şəxs Cavabdeh1 Agentlik tərəfindən 10 aprel 2023-cü il tarixində Abşeron rayonu, X7 təhviltəslim aktı əsasında hazırkı 3 otaqlı mübahisəli mənzil ilə təmin edilmişdir. İmtiyazlı şəxs Cavabdeh1 2024-cü ilin iyul ayından həmin mənzildə yaşamağa başlamışdır.
11. İddiaçının mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün heç bir hüquqi əsas mövcud deyildir. İddiaçının keçmiş qayınanası - Cavabdeh1 imtiyazlı şəxs kimi mübahisəli mənzil verilən zaman uçota alınmalarına istinad etməsi də onun və övladlarının bu mənzildən istifadə hüququnun yaranmasına əsas hesab edilə bilməz. Qeyd edilən mənzil imtiyazlı şəxs - 2-ci qrup Çernobıl əlili kimi Cavabdeh1 yaşamaq üçün verildiyindən, iddiaçı ilə cavabdehlər arasında olan ailə münasibətlərinə xitam verildiyindən, iddiaçının mübahisəli mənzilə dair heç bir hüququ olmadığından, iddiaçı mübahisəli əmlaka dair hər hansı hüququnun olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən onu n və uşaqlarının həmin mənzilə köçürülməsi barədə tələb təmin edilməməlidir.
12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 304-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2025-ci il tarixli, 2(105)-821/2 025 nömrəli qətnaməsi ilə (hakim A.Hüseynzadənin sədrliyi və məruzəsi ilə, hakimlər A.Mahmudov və S.Qafari) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2(012)-718/2025 nömrəli qətnaməsinin ləğv edilmiş, iddia tələbi təmin olunmamışdır.
15. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd olması ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarının tətbiqi ilə bağlı mövqeyi ilə razılaşmamışdır.
16. Belə ki, birinci instansiya məhkəməsi mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin normalarını tətbiq etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Məhkəmə nəzərə almamışdır ki, həmin norma xüsusi mənzil fonduna aid olmaqla, fi ziki və ya hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinə dair münasibətləri tənzimləmişdir. Hazırkı işin hallarına görə isə mübahisəli mənzil xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aid olmaqla, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün, hazırkı iş üzrə isə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş Cavabdeh1 əvəzsiz istifadəsinə verilmiş yaşayış sahəsi olmuşdur. Buna görə də, birinci instansiya məhkəməsinin mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin tətbiqi düzgün olmamışdır. Maddi hüquq normasının düzgün tətbiq edilməməsi isə məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab olunur.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəyə tətbiq edilən və yuxarıda istinad olunan Mən zil Məcəlləsinin 68.1, 98.1 və 99.5-ci maddələrinin tələbinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin sahibinin ailə üzvlərinə onunla birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.
18. Hazırkı işin hallarına görə isə iddiaçı mənzil sahibi Cavabdeh1 keçmiş gəlini olmaqla, ailə üzvü hesab olunmur. Bununla yanaşı, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mübahisəl i mənzil 10 aprel 2023-cü il tarixdə Cavabdeh1 əvəzsiz istifadəsinə verilsə də, iddiaçı həmin mənzilə köçməmiş, həmin mənzildə yaşamayaraq Cavabdeh1 ilə birgə təsərrüfat aparmamışdır. Həmçinin, Cavabdeh1 ilə müvafiq səlahiyyətli icra hakimiyyəti orqanı arasında xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi də bağlanmadığından, yaşayış sahəsinin kirayə müqaviləsində ailə üzvləri də göstərilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır.
19. Məhkəmə kollegiyası Cavabdeh1 yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən ailə tərkibi kimi onun və uşaqlarının da qeyd olunması və buna müvafiq olaraq isə üç otaqlı mənzilin verilməsi ilə bağlı şikayətinin dəlilinə münasibətdə isə qeyd etmişdir ki, qeyd edilən hal şəxsin mübahisəli mənzilə istifadə hüququnun yaranmasını təsdiq etməməkdədir.
20. Apellyasiya instansiyası məhkəməsi həmçinin nəzərə almışdır ki, Mənzil Məcəlləsinin 68.4-cü maddəsinin mənasına görə şəxs kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malik olur. Hazırkı mübahisə üzrə isə iddiaçı ümumiyyətlə mübahisəli mənzilə köçüb yaşamadığından Mənzil Məcəlləsinin 68.4-cü maddəsinin tələbi baxımından onun mübahisəli mənzilə istifadə hüququnun saxlanılmasını müəyyən etmək də mümkün deyildir. Buna görə də məhkəmə kollegiyası iddiaçının qeyd olunan şikayətinin dəlilini əsassız hesab etmişdir.
21. Apellyasiya insta nsiyası məhkəməsi mövqeyini Mənzil Məcəlləsinin 17.2, 68.1, 68.3, 68.4, 91.1, 98.1, 99.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
22. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2025-ci il tarixli, 2(105)-821/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi Mənzil Məcəlləsinin 49, 68-ci maddələrinin pozulması ilə qəbul edilmişdir. Belə ki, mübahisə predmeti olan Abşeron rayonu, X7 yerləşən, 3 otaqlı mənzil Cavabdeh1 Sumqayıt Şəhər İcra Hakimiyyətinin 28 dekabr 2021-ci il tarix li sərəncamı ilə ayrılmış və həmin sərəncam əsasında 2-ci qrup Çernobıl əlili Cavabdeh1 5 nəfər ailə tərkibi ilə (özü, oğlu Cavabdeh2, gəlini X1, iki nəvəsi X8 və X3) uçota alınmışdır. O cümlədən “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 459 nömrəli Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Həmin qərara münasibətdə uçota alınmış və imtiyazlı şəxs olan Ca vabdeh1, həmçinin onun ailə üzvləri yəni iddiaçı və övladları Agentlik tərəfindən 10 aprel 2023-cü il tarixində Abşeron rayonu, X7n təhvil-təslim aktı əsasında 3 otaqlı mənzil ilə təmin edilmişdir. Cavabdehə mənzil ayrılarkən iddiaçı və övladları nəzərə alındığı üçün mənzilin sahəsi 80 kvadratmetr müəyyən olunmuşdur. Beləliklə, 80 kvadratmetrlik 3 otaqlı mənzilin 48 kvadratmetr hissəsi iddiaçıya və övladlarına ayrılmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin 28 dekabr 2021-ci il tarixli sərəncamı ilə mübahisəli mənzilə uçota alındığından, iddiaçı və övladları yaşaması üçün müvafiq icra hakimiyyətinin müəyyən etdiyi kvadratmetr ölçüdə mənzil ayrıldığından, iddiaçı və övladlarının həmin mənzilə köçmək, orada yaşamaq, istifadə etmək hüququ dövlət tərəfindən tanınmışdır. Həmin sərəncam ləğv edi lmədiyindən, qüvvədə olduğundan və eyni zamanda mübahisəli mənzildən uçotdan çıxarılmadıqlarından dövlətin iddiaçıya verdiyi imtiyazdan istifadə etmək hüquqları toxunulmazdır.
24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
25. Cavabdeh1 kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
26. Etirazda apellyasiya məhkəməsinin qətnaməsindəki əsaslandırmaya istinad edilməklə göstərilmişdir ki, kassasiya şikayəti qanunsuz və əsassızdır, bu səbəbdən təmin olunmamalıdır. Kassasiya baxışının hədləri:
27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəmə si işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
28. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, k assasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
30. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəs na hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifa də müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 99.5-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran ha lların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyy ən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edil mədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırma aparmış, səlahiyyətləri çərçivəsində işin faktiki hallarını müəyyən etmiş və həmin hallara uyğun olaraq maddi hü quq normalarını tətbiq etmişdir.
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə bir daha qeyd edir ki, mübahisəli yaşayış sahəsinin 10 aprel 2023-cü il tarixdə Cavabdeh1 2-ci qrup Çernobıl əlili olduğu üçün sonuncunun əvəzsiz istifadəsinə verilməsi işin mübahisəsiz halıdır. Həmçinin apellyasiya məhkəməsi müəyyən etmişdir ki, mənzil cavabdehin istifadəsinə verilərkən onun ailə üzvləri kimi iddiaçı və azyaşlı övladları nəzərə alınsalar da, sonuncular həmin mənzilə köçməmiş, ondan istifadə etməmiş və cavabdehin oğlu ilə ailə münasibətlərinə də xitam verilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 68.1 və 98.1-ci maddələrini düzgün tətbiq etməklə, iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yaranmadığı nəticəsinə gəlmişdir.
35. Yuxarıd a qeyd olunanın davamı olaraq, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Cavabdeh1 yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən ailə tərkibi kimi iddiaçının və uşaqlarının da qeyd olunması, buna müvafiq olaraq cavabdehə üç otaqlı mənzilin verilməsi iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranmasını üçün əsas deyildir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyiş iklik edilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2025-ci il tarixli, 2(105)-821/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.