Məhkəmə qərarları › İş №2(102)-3070/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3070/2020

22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3070/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)15036/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev, iş № 2(009)-690/2019) iddiaçı X3 cavabdehlər Cavabdeh2 və İddiaçı qarşı qeyri-yaşayış sahəsi nin boşaldılması tələbinə dair iddiası qismən təmin edilərək N-da yerləşən 24,4 kv.metrdən ibarət qeyri-yaşayış sahəsindən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılmaları və qeyri–yaşayış sahəsinin açarları ilə birlikdə iddiaçı X4 təhvil verilməsi qət edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ş.İ.Əliyev, iş № 2(011)-6671/2019) İddiaçı cavabdeh Azərbaycan Respublikası X9 Komitəsinə və 3-cü şəxs X4 qarşı ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair keçirilmiş xx xxxxxxx 2018-ci il tarixli hərracın nəticələrinin ləğv edilməsi, həmin qeyriyaşayış sahəsinin ona satılması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov, X.A.Mə rdanova və F.F.Babayev) Cahandar Hüseynov və İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 24,4 kv.metr təşkil edən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası X9 Komitəsi tərəfindən satılması üçün açıq hərraca çıxarılmış və xx xxxxxxx 2018-ci il tarixdə keçirilmiş hərracda qeyri-yaşayış sahəsi X2 və onun həmin əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla adına xx xxxxxx 2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. 2019-cu ilin yanvar ayında X6 Cavabdeh2 qarşı iddia ərizəsi ilə Səbail Rayon M əhkəməsinə müraciət edərək mübahisəli qeyri-yaşayış sahəsini X9 Komitəsi tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə keçirilmiş açıq hərracda almasına baxmayaraq Cavabdeh2 qeyri-yaşayış sahəsinin açarlarını ona verməkdən boyun qaçırmasını əsas göstərməklə həmin qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılması və açarları ilə birlikdə ona təhvil verilməsinə və qeyri-yaşayış sahəsindən istifadə edə bilməməsi ilə əlaqədar ona dəymiş maddi ziyana görə 2000 manat, mənəvi ziyana görə isə 5000 manat tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2019-cu ilin iyul ayında İddiaçı X9 Komitəsinə və 3-cü şəxs X4 qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək mübahisəli qeyri-yaşayış sahəsindən 2005-ci ildən başlayaraq icarə müqaviləsi əsasında istifadə etməsini və hə min sahənin onun adına özəlləşdirilməsi üçün X9 Komitəsinə müraciət etməsini, lakin əmlakın ondan xəbərsiz xx xxxxxxx 2018-ci il tarixdə keçirilmiş hərracda X1 hüququnun pozulmasını əsas göstərməklə həmin hərracın nəticələrinin ləğv edilməsi və əmlakın ona satılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kasasiya şikayəti verərək mübahisəli qeyri-yaşayış sahəsindən icarə müqaviləsi əsasında istifadə edən şəxs kimi həmin sahənin onun adına özəlləşdirilməsi hüququna malik olmasına baxmayaraq əmlakın ondan xəbərsiz başqa şəxsə satılmasını, lakin işə baxan məhkəmə kollegiyasının sübutlara düzgün qiymət vermədən maddi və prosessual hüquq normalarını pozmaqla iş üzrə düzgün olmayan nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında İddiaçı və vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, digər iddiaçının vəkili və cavabdeh X9 Xidmətinin nümayəndəsi və vəkili isə kasasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli ünvanda yerləşən 15 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi X9 Komitəsi tərəfindən xidmət məqsədi ilə xx xxxxxx 2006-cı il tarixədək İddiaçı icarəyə verilmiş, lakin Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli qətnaməsi ilə həmin icarə müqaviləsi onun şərtlərinə əməl edilməməsi səbəbindən ləğv edilmişdir. Qeyri-yaşayış sahəsi satış üçün açıq hərraca çıxarılarkən Dövlət Komitəsi ilə İddiaçı arasında icarə münasibəti olmamış və əmlak açıq hərracdan Na satılmışdır. Göstərilən vəziyyətdə İddiaçı qeyri-yaşayış sahəsini alması ilə əlaqədar hüququnun pozulması barədə nəticəyə gəlmək üçün əsaslar olmadı ğından və qeyri-yaşayış sahəsi N tərəfindən qanuni əsaslarla əldə olunduğundan, kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi İddiaçı iddia tələbinin rədd, Nun isə iddia tələbini qanuni və əsaslı saymaqda haqlı olmuşdur. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas verən maddi və prosessual hüquq normalarının pozulması hallarına yol verilmədiyindən kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul e

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar