Məhkəmə qərarları › İş №2(102)-3070/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3070/2025

03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3070/2025 03.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcu tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-738/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 3 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hal ları

1. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (hazırkı-İddiaçı ASC) illik 25 faizlə, 36 ay müddətinə 50.000 manat kredit götürmüşdür.

2. Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2015-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, Cavabdeh 48.462 ABŞ dolları əsas, 7627 ABŞ dolları faiz, 50 ABŞ dolları dəbbə pulu, cəmi 56.139 ABŞ dolları borcun ödəniş günü milli manata məzənnədə "xxxx" İKB-nın xeyrinə tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən bağ evinə yönəldilməsi, həmin bağ evinin ilkin satış qiymətinin 102.000 manat edilməsi, bağ evinin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, evin satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 56.139 ABŞ dollar ının milli manata məzənnədə "xxxx" İKB-nın xeyrinə ödənilməsi, qalan vəsaitin Cavabdeh qaytarılması, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən bağ evinə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay müddətində evin boşaldılması və Cavabdeh həmin evdən çıxarılması və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2015-ci il tarixli qətnaməsi bağ evinin ilkin satış qiymətinin 102.000 manat müəyyən edilməsi, Cavabdeh faiz borcuna görə 7.627 ABŞ dollarının tutulması hissəsində dəyişdirilərək, ünvan 1 ünvanda yerləşən bağ evinin bazar dəyəri 133.000 manat müəyyən edilmiş, Cavabdeh 1490,48 ABŞ dolları faiz, c əmi 50.002,48 ABŞ dollarının milli manata məzənnədə "xxxx" İKB-nin xeyrinə tutulması və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı ASC (bundan sonra- iddiaçı) məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2015-ci ildən xx.xx.2024-cü il tarixədək illik 5 faizlə hesablanmış 7.523,81 ABŞ dolları əldən çıxmış faydanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 25 faizlə, 36 ay müddətinə 50.000 manat kredit götürmüşdür. Lakin, borclu müqavilənin şərtlərini poza raq, borc öhdəliyini vaxtında icra etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 20.112015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən əsas borca görə 48.462 ABŞ dolları, faizə görə 7627 ABŞ dolları, dəbbə puluna görə 50 ABŞ dolları olmaqla, cəmi 56.139 ABŞ dollarının milli manata məzənnədə iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən bağ evinə yönəldilməsi, həmin bağ evinin ilkin satış qiymətinin 102.000 manat müəyyən edilməsi, bağ evinin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, evin satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 56.139 ABŞ dollarının milli manata məzənnədə iddiaçının xeyrinə ödənilməsi, qalan vəsaitin isə cavabdehə qaytarılması, ipoteka predmet i olan bağ evinə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay müddətində evin boşaldılması, cavabdehin həmin evdən çıxarılması və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2015-ci il tarixli qətnaməsi bağ evinin ilkin satış qiymətinin 102.000 manat müəyyən edilməsi, cavabdehdən faiz borcuna görə 7.627 ABŞ dollarının tutulması hissəsində dəyişdirilmiş, ünvan 1 ünvanda yerləşən bağ evinin bazar dəyəri 133.000 manat müəyyən edilmiş, cavabdehdən 1.490,48 ABŞ dolları faizin, cəmi 50.002,48 ABŞ dollarının ödəniş günü milli manata məzənnədə iddiaçının xeyrinə tutulması və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, cavabdehin xx.xx.2015-ci tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün kredit müqaviləsi üzrə xx.xx.2015-ci ildən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə 7.523,81 ABŞ dolları əldən çıxmış fayda borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. 6. “Məhkəmə Ekspertizası Mərkəzinin” xx.xx.2024-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, tərəflər arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin tarixindən xx.xx.2024-cü il tarixədək 56.139 ABŞ dolları borca görə illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış fayda 23.539,39 ABŞ dolları təşkil edir.

7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-110/2025 saylı qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia təmin edilməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmamışdır. Belə ki, onun əmlakı ipoteka ilə yüklü edilmiş, hərraca çıxarılması qət edilmiş, bank isə həmin əmlakı almışdır. Belə olduğu halda, cavabdehə məxsus əmlak ipoteka ilə yüklü edildiyindən onun hüquqları məhdudlaşmaqla yanaşı maddi məsuliyyətdən də azad edilir. Odur ki, iddia tələbi rədd edilməlidir.

9. Məhkəmə ekspert rəyinə münasibətdə qeyd etmişdir ki, həmin rəylə müəyyən edilmiş məbləğ iddia tələbinin həcmindən kənara çıxdığından ona istinad edilərək qərar qəbul edilə bilməz.

10. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləs inin 445.1, 445.2, 445.4, 445.7-ci, habelə MPM-in 14.2, 76.1, 76.2, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti vermiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-738/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Ayaz Mahmudov, sədrlik edən, məruzəçi, Afiq Hüseynzadə və Səyyad Qafari).

13. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, tələb pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə ge cikdirilmiş vaxt üçün borcludan illik beş faiz məbləğdə pulun tutulması barədədir. Müəyyən olunmuşdur ki, qanuni qüvvəsini almış məhkəmə aktına əsasən ipoteka predmeti olan ünvan 1 bağ evi hərraca çıxarılmış, həmin əmlak xx.xx.2016-cı il tarixli Çıxarışla iddiaçının adına qeydiyyatdan keçmişdir.

14. Hazırda iddiaçı cavabdehin borc öhdəliyini vaxtında icra etmədiyini əsas gətirərək, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2015-ci ildən xx.xx.2024-cü il tarixədək illik 5 faizlə hesablanmış 7.523,81 ABŞ dolları əldən çıxmış faydanın ödənilməsini tələb edir.

15. Baxılan iş üzrə apellyasiya icraatı zamanı aidiyyətı üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə sorğu verilmiş və əldə edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Bank tərəfindən icra or qanına məktub ünvanlanaraq ipoteka predmeti olan mənzilin 2016-cı ildə 37.899 ABŞ dollarına Banka təklif olunduğu və Bankın balansına götürüldüyü bildirilmişdir. Bundan əlavə məktubda bu məbləğin icra sənədində göstərilən borcun tam ödənilməsinə kifayət etməməsi, eyni zamanda cavabdehin qalıq borcunun xx.xx.2017-ci il tarixə 10.563 ABŞ dollar təşkil etdiyi qeyd edilmişdir.

16. İcra sənədlərinə əlavə edilmiş Bankın digər bir məktubundan görünür ki, Bank Sumqayıt şəhəri üzrə İcra idarəsinə məktub ünvanlayaraq Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmiş, icra orqanı da öz növbəsində xx.xx.2024-cü il tarixli qərarla icra sənədini geri qaytarmışdır.

17. Əlavə olaraq iş materiallarında olan (cavabdeh tərəfindən t əqdim edilmiş) Sumqayıt şəhəri üzrə İcra İdarəsinin Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024cü il tarixli məktubunun məzmunundan müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata “İcra Haqqında” Qanunun 20.1.4-cü maddəsinə uyğun olaraq icra məmurunun xx.xx.2018-ci il tarixli qərarı ilə xitam verilmişdir.

18. Bütün bu yuxarıda göstərilənlər iddiaçının nümayəndəsinin iştirakı ilə məhkəmə iclasında bilavasitə tədqiq olunmuş və sonuncuya qeyd edilənlərlə bağlı izahat vermək və aydınlıq gətirmək təklif olunmuşdur. Lakin iddiaçının nümayəndəsi qeyd olunanlara dair konkret açıqlama verməməklə, sonda iddialarının təmin olunmasını xahiş etmişdir.

19. Beləliklə, araşdırılan iş üzrə iddia ərizəsinin, eləcə də ox şar məzmunlu apellyasiya şikayətinin dəlilləri tərəflərin izahatı və təqdim olunmuş sənədlərlə əlaqəli şəkildə təhlil edilərkən müəyyən olunur ki, hazırkı iş üzrə cavabdehin borcunun bir hissəsi ipoteka predmetinin açıq hərracda satılması hesabına aradan qaldırılmışdır.

20. Cavabdeh etirazın dəlillərində həm də ipoteka predmetinə yönəldilmə barədə qətnamə olduğuna istinad edərək, ümumiyyətlə icra sənədi üzrə icraata xitam verildiyini, evin də Bankın balansına keçdiyini və özünün kirayələrdə qaldığını bəyan edərək, icra sənədi üzrə icraata xitam verilməsi barədə sənədi məhkəməyə təqdim etmiş, iddiaçı tərəf isə məhz hansı məbləğin beş faizini tələb etməsini əsaslandıra bilməməklə yanaşı, dəlillərini təsdiq edəcək hər hansı mötəbər sübutu da məhkəməyə təqdim edə bilməmiş, əksinə formal izahat larına əsasən iddianın təmin olunmasını xahiş etmişdir.

21. Konkret halda iddiaçı olan bank hazırkı tələbində qanuni qüvvəsini almış məhkəmə aktı üzrə borclu olan cavabdehdən hansı məbləğdə pulun (qətnamə üzrə müəyyən edilmiş borc məbləğinin bir hissəsi ipoteka predmeti olan əmlak hesabına ödənmişdir) hansı müddətə gecikdirilməsi barədə arqumentlərini əsaslandırmamış, habelə bu halın mövcudluğu sübuta yetirildiyi halda yaranmış vəziyyətdə borclunun təqsirinin nədən ibarət olması ilə bağlı (icra sənədinin icrasından qərəzli yayınma və s.) məhkəməyə heç bir tutarlı sübut təqdim etməmişdir. Əksinə məhkəmə kollegiyasının müvafiq sorğuları əsasında əldə edilmiş sənədlərdən icra sənədinin məhz bankın tələbi əsasında məhkəməyə qaytarılması halı müəyyən edilib ki, bu hal müəyyən formada icra sənəd i üzrə icra hərəkətlərinin həyata keçirildiyini, bu və ya digər şəkildə borcun ödənilməsi istiqamətində müvafiq tədbirlərin icra edildiyini deməyə əsas verir.

22. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 421.1, 421.2, 421.3, 443.1, 445.4, 445.7, 739.1, 741-ci maddələrinə, eləcə də “Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilmə si barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassator şikayətini onunla əsaslandırmışdır ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mövcud vəziyyətdə göründüyü kimi kreditor öz vəzifə öhdəliyini tam yerinə yetirərək xx.xx.2015-ci ildə cavabdehə illik 25 faizlə, 36 ay müddətinə 50.000 manat kredit vermişdir. Lakin cavabdeh öz vəzifə öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və xx.xx.2015-ci il tarixli üzrə kredit müqaviləsi üzrə bankın xeyrinə gecikdirilmiş vaxt üçün xx.xx.2015- ci ildən xx.xx.2024-cü il tarixədək illik 5 (beş) faizl ə hesablanmış 7.523.81 ABŞ dolları borcu yaranmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə 390.1. Fıziki və hüquqi şəxsl ər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

29. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

30. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

31. Maddə 421.3. Müq avilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

32. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

33. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolveri lməzdir.

34. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

35. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfi ndən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

45. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ka ssasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

46. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

47. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı tələb pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün cavabdehdən illik beş faiz məbləğində əldən çıxmış faydanın tutulması barədədir. Həmçinin qanuni qüvvəsini almış məhkəmə aktına əsasən, ipoteka predmeti olan ünvan 1 bağ evi hərraca çıxarılmış və həmin bağ evi xx.xx.2016-cı il tarixli Çıxarışla iddiaçının adına qeydiyyatdan keçmişdir.

48. Hazırda iddiaçı, cavabdehin borc öhdəliyini vaxtında icra etmədiyini əsas gətirərək, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2015-ci ildən xx.xx.2024-cü il tarixədək illik 5 faizlə hesablanmış 7.523,81 ABŞ dolları əldən çıxmış faydanın ödənilməsini tələb edir.

49. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı hazırkı tələbində qanuni qüvvəsini almış məhkəmə aktı üzrə borclu olan cavabdehdən hansı məbləğdə pulun (qətnamə üzrə müəyyən edilmiş borc məbləğinin bir hissəsi ipoteka predmeti olan əmlak hesabına ödənmişdir) hansı müddətə gecikdirilməsi barədə arqumentlərini əsasl andırmamış, habelə bu halın mövcudluğu sübuta yetirildiyi halda yaranmış vəziyyətdə borclunun təqsirinin nədən ibarət olması ilə bağlı (icra sənədinin icrasından qərəzli yayınma və s.) məhkəməyə heç bir tutarlı sübut təqdim etməmişdir.

50. Əksinə məhkəmə kollegiyasının müvafiq sorğuları əsasında əldə edilmiş sənədlərdən icra sənədinin məhz bankın tələbi əsasında məhkəməyə qaytarılması halı müəyyən edilmişdir ki, bu hal müəyyən formada icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirildiyini, bu və ya digər şəkildə borcun ödənilməsi istiqamətində müvafiq tədbirlərin icra edildiyini deməyə əsas verir.

51. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunver iciliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı ASC-in kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 iyul 2025-ci il tarixli, 2(105)-738/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar