Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3071/2022 16.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İddiaçının Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, şikayətin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçının Cavabdeh qarşı 1 baş yanı balalı inəyin və ya onun dəyəri olan 2000 (iki min) manat məbləğində pul tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(104)-4106/2021 nömrəli, 07 yanvar 2021-ci il tarixli q ərardadından verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh (bundan sonra cavabdeh) iddiaçının mərhum qardaşı Adil Nəsirovun həyat yoldaşı olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Tərtər rayon məhkəməsində iddia qaldıraraq ona məxsus olan 1 baş iribuynuzlu sağmal yanı balalı inəyin və ya onun dəyərində 2000 manat məbləğində pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Tərtər Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(061)-1126/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.(hakim K.Rzayev)
4. Məhkəmə işin müəyyən edilmiş hallarına, iddiaçının vəkalətli nümayəndəsinin, cavabde hin izahatlarına, şahid ifadəsinə və məhkəmə iclası zaman tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək qənaətə gəlmişdir ki, mübahisəli 1 baş heyvan İddiaçı məxsus olmamış və heyvan İddiaçı oğlu Adil Nəsirovun həyat yoldaşı İlhamə Nəsirova tərəfindən satılmışdır. Həmin hallar məhkəmə iclasında tam sübuta yetirilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, və MPM-nin 14.2, 77.1 və 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 29 oktyabr 2021-ci il tarixli, 2(104)-4106/2021 nömrəli qərardadı ilə ape llyasiya şikayəti qeyri-mümükün hesab edilmişdir (hakimlər: R.Muradov sədrlik edən və məruzəçi, F.Mehtiyev və Ə.Məmmədov).
8. Apellyasiya instansiyası məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı kassasiya şikayəti vermiş, həmin şikayət də 07 yanvar 2022-ci il tarixli qərardadla geri qaytarılmışdır. Məhkəmənin qənaətinə görə 29 oktyabr 2021-ci il tarixli qərardaddan verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış, eləcə də kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişdir.
9. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1, 403.1, 406.1, 407, 408.1.3, 408.3 və 414.1-ci maddələrinə instinad etməklə əsaslandırmışdır.
10. İddiaçı 07 yanvar 2022-ci il tarixli qərardaddan kas sasiya şikayəti vermişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri.
11. Apellyasiya məhkəməsinin qərardadından İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə onun hüquqi təhsilə malik olmamasını, şikayətin qanunda müəyyən edilmiş formal formasına riayət edilməsə də, apellyasiya şikayəti üçün nəzərdə tutulmuş halları qeyd etdiyini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14. Maddə 407.1 və 407.3. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
15. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
16. Maddə 408.1 və 408.1.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:
17. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmi şdirsə.
18. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır
19. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutla ra və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. İddiaçı qərardadı bütövlükdə mübahisələndirdiyinə görə qərarda tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir.
24. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(104)4106/2021 nömrəli, 07 yanvar 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Azərbaycan Respublikası MPM-nin 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
26. Həmin Məcəllənin 408.1 və 408.1.1-ci maddələrinə görə kassasi ya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
27. İş materiallarından göründüyü kimi iddiaçının apellyasiya instansiyası məhkəməsinin 29 oktyabr 2021-ci il tarixlə qərardadından verdiyi kassasiya şikayəti vəkil tərəfindən tərtib olunmaqla imzalanmamış, şikayətə vəkilin orderi əlavə olunmamışdır. Belə olan halda şikayətə kassasiya icraata qaydasında baxılmasına yol verilmir, həmin nöqsanlar kassasiya şikayətinin geri qaytarılması üçün əsasdır.
28. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini geri qaytararkən Mülki Prosessual Məcəllənin tələblərinə riayət etmişdir. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
29. Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(104)4106/2021 nömrəli, 07 yanvar 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(104)-4106/2021 nömrəli, 07 yanvar 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.