Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3072/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 Cavabdeh qarşı ilkin; Cavabdeh İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ İş № 2(102)-3072/2022 Açar sözlər: torpaq sahəsindən çıxarılma, yaxşılaşdırma xərclərinin ödənilməsi tələbləri Bakı şəhəri, 29 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlundan (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya M əhkəməsinin Mülki kollegiyasının 2(107)-40/2022 nömrəli iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 nömrəli qərarı ilə X1, İddiaçı2 Məhəmməd qızı, İddiaçı3 Rüstəm qızı, X2 və İddiaçı5 birgə mülkiyyətlərinə 2,22 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 2. 05 yanvar 2011-ci il tarixli tarixli 10 nömrəli etibarnaməyə əsasən "xxxx" QSC tərəfindən Cavabdeh torpaqların alqı-satqısı və bununla bağlı müxtəlif əməliyyatların aparılması səlahiyyətləri verilmişdir. 3. 22 aprel 2011-ci il tarixli müqaviləyə əsasən alıcı İsmayıllı rayon Kür dmaşı kəndi ərazisində yerləşən 1,3326 hektar əkin torpaq sahəsinin hər hektarını 1100 manata olmaqla tam dəyərini 1465,86 manatı satıcıya ödəməyi, satıcı isə mülkiyyətində olan torpaq sahəsinin hər hektarını 1100 manata olmaqla cəmi 1465,86 manat pulu qəbul etməyi öhdəsinə götürmüşdür. İddiaçı5 22 aprel 2011-ci il tarixdə satdığı torpağın tam dəyərini aldığını öz imzası ilə təsdiq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 (bundan sonra-iddiaçılar) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh JN-567 Kod 40718018 nömrəli “Torpağa mülkiyət hüququna dair dövlət aktı” əsasında mülkiyyətlərində olan 1,33 hektar pay torpaq sahəsindən çıxarılması, torpaq sahə sinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
5. İddia tərəfi məhkəmə iclasında bildirmişdir ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarı ilə onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində 2,22 hektar əkin torpaq sahəsi verilmişdir. Torpaq sahəsindən 2009-cu ilədək özləri istifadə etmişlər. 2009-cu ildə ailəliklə müvəqqəti olaraq Bakı şəhərinə köçmüşlər. Qardaşı İddiaçı5 həmkəndliləri Cavabdehlə razılaşaraq mülkiyyətlərində olan torpaq sahəsinin 1,33 hektar hissəsini ili 130 manata olmaqla 10 illik icarəyə vermiş, həmin vaxt 10 ilin icarə haqqını, yəni 1300 manat Xaliddən pul almışdır. Aralarında razılaşmışlar ki, 10 ildən sonra Cavabdeh istəklərinə uyğun olaraq ya torpaq sahəsini onlara qaytarar, ya da yenidən icarə haqqında razılaşarlar. 2019-cu ildə şifahi razılaşdırılmış icarə müqaviləsinin müddəti bitmişdir. Cavabdeh həmin torpaq sahəsinin qardaşı İddiaçı5 tərəfindən ona satıldığını əsas gətirərək onlara qaytarmaqdan imtina edir. O, və digər mülkiyyətçilər qeyd edilən torpaq sahəsinin Cavabdeh satılmasına razılıq verməmişlər. Vəziyyəti öyrəndikdən sonra onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin 1,33 hektar hissəsinin boşaldılmasını tələb etsə də Cavabdeh onların mülkiyyətində olan torpaq sahəsini boşaltmaq əvəzinə onlara qarşı əsassız iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh torpaq sahəsi üçün 28000 manat, mənəvi zərər kimi 20000 manat – cəmi 48000 manat məbləğinin ondan və ailə üzvlərindən müştərək qaydada alınması barədə qarşılıqlı iddiasını qəbul etmir. Qardaşı Hüseyn torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Cavabdehlə razılaşmış, razılaşdırılmış pulu ondan almışdır. Xaliddən başqa torpağın icarəyə verilməsi və ya satılmasi ilə bağlı hər hansı müəssisə və ya şəxslərlə heç bir danışıq aparılmamışdır. Məsələnin məhkəmədənkənar həlli üçün Cavabdehlə danışıqlar aparsalar da, bu mümkün olmamışdır. O, Cavabdeh JN-567 Kod 40718018 nömrəli “Torpağa mülkiyət hüququna dair dövlət aktı” əsasında mülkiyyətlərində olan 1,33 hektar pay torpaq sahəsindən çıxarılması, torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair iddialarının təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsini xahiş edir.
6. C avabdeh qarşılıqlı iddia tələbi ilə müraciət edərək İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 müştərək qaydada torpaq sahəsi üçün 28000 manat və mənəvi zərərə görə 20000 manat, cəmi 48000 manat və 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, 2010-cu ilin sonlarından "xxxx" QSCdə qeyri rəsmi, 01 fevral 2012-ci ildən isə rəsmi olaraq əvvəl mühafizəçi, sonra isə təssərüfat müdiri işləmişdir. "xxxx" QSC tərəfindən ona torpaq sahələrinin alqı-satqısının aparılmasının, qiymətinin müəyyənləşdirilməsi, pulun alınıb-verilməsi və sairə üçün etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında torpaq sahələrini satmaq istəyən mülkiyyətçilərdən torpaq sah ələrinin "xxxx" QSC üçün alınmasından yararlı hala gətirilənədək çəkilən xərclər onun vasitəsilə aparılmışdır. Həmkəndliləri olan İddiaçı5 və onun ailə üzvləri də torpaq sahələrini satmaq istəmələri barədə ona bildirmiş, o, da nümayəndəsi olduğu "xxxx" QSC tərəfindən onların torpaqlarının alınması işini təşkil etmişdir. İddiaçı5 ailə üzvülərinin razılığı ilə 22 aprel 2011-ci il tarixdə yazılı şəkildə bağlanmış torpağın alqı-satqı müqaviləsinə əsasən İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən özünün və ailə üzvlərinin mülkiyyətində olan 2,22 hektar torpaq sahəsinin 1,33 hektar hissəsini satmışdır. Müqavilə imzalanan vaxt həmin ərazidə olan torpaq sahəsinin 1 hektarının dəyəri 1100 manat təşkil edirdi. Nümayəndəsi olduğu QSC adından mülkiyyətçi İddiaçı5la ailələrinin razılığı ilə sadə müqav ilə bağlayaraq iddiaçıların 1,33 hektar torpaq sahəsi üçün 1465 manatı qarşılıqlı razılıq əsasında İddiaçı5 vermişdir. Həmin müqavilədə İddiaçı5 22 aprel 2011-ci il tarixdə satdığı torpağın tam dəyərini aldığını öz imzası ilə təsdiq etmişdir. İddiaçıların hamısının torpaq sahəsinin satılmasından xəbərləri olmuşdur. Torpaq sahəsi faktiki istifadəyə keçdiyi üçün üzüm bağı salınmağa başlanılmışdır. Əgər iddiaçılar torpaq sahəsini satmasaydılar orada üzüm bağı salınan zaman öz etirazlarını bildirərdilər. Hazırda həmin sahədə bağ salındıqdan sonra onlar müqavilənin notarial qaydada bağlanmamasından istifadə edərək həmin vaxt "xxxx" QSC-nin nümayəndəsi kimi alqı-satqıda iştirak etdiyindən ondan əlavə pul tələb edirlər. İddiaçı1 bir müddət əvvəl ona bildirmişdir ki, 2000 manat əlavə pul verərsə a ilə üzvləri ilə birlikdə Notariat Ofisinə gələrək alqı-satqını rəsmiləşdirərlər. O, mübahisənin yaranmaması və alqı-satqının rəsmiləşdirilməsi üçün bu təkliflə razılaşsa da sonradan İddiaçı1 onunla heç bir danışığa gəlməmişdir. Müqavilə bağlanan vaxt 22 aprel 2011-ci il tarixdə torpaq sahəsinin bir hektarının dəyəri 1100 manat təşkil edirdisə, hazırda həmin torpaq sahəsinin yerləşdiyi ərazidə torpaq sahəsinin bir hektarının dəyəri münbitliyindən, məhsuldarlığından və növündən asılı olaraq 9000-10000 manat təşkil edir. Həmin vaxt həmin ərazilərdə bir hektar torpaq sahəsini 300-400 manata almaq olardı. Lakin iddiaçılara məxsus həmin torpaq sahəsi "xxxx" QSC tərəfindən salınmış 80 hektar üzüm bağının ortasında yerləşdiyindən onların tələb etdiyi məbləğdə pul ödənilmişdir. Bu faktı iddiaçılar da yaxşı bilirdi. Bundan başqa iddiaçıların göstərdiyi kimi əgər həmin torpaq sahəsi 2011-ci ildə 1300 manata 10 il üçün icarəyə verilmişdirsə bu müddət 2021-ci ildə tamam olur. Bu fakt da iddiaçıların iddialarının yalan olduğunu bir daha təsdiq edir. O, "xxxx" QSC-nin nümayəndəsi kimi torpaq sahəsinin yararlı hala gətirilməsindən üzüm bağının salınmasına qədər bütün işlərdə iştirak etmiş və görülmüş işlər üçün çəkilən bütün xərclər onun vasitəsi ilə ödənilmişdir. İddiçıların satdıqları torpaq sahəsində üzüm bağının salınması ilə əlaqədar torpağın münbit vəziyyətə gətirilməsi üçün xeyli vəsait sərf olunmaqla müvafiq aqrotexniki xidmətlər həyata keçirilmişdir. Göstərilən işlərin aparılması üçün müvafiq mütəxəssis rəyinə əsasən 18926 manat məbləğində vəsait sərf olunmuşdur. Cavabdehlər tor paq sahələrini satsalar da, hazırkı vaxtadək alqı-satqı müqaviləsi bağlanılması üçün Notariat Ofisinə gəlmədiklərindən həmin torpaq sahəsinin "xxxx" QSC-nin mülkiyyətinə keçməsi mümkün olmamışdır. Torpaq sahəsinin alqı-satqısını o apardığından iddiaçılar onu cavabdeh qismində məhkəməyə vermişlər. Torpaq sahəsinin alqı-satqısına razılaşdırılmış məbləği "xxxx" QSC-dən alaraq iddiaçılara verdiyi üşün və torpaq sahəsinin yararlı hala gətirilməsindən üzüm bağı salınanadək "xxxx" QSC tərəfindən çəkilən xərclər onun vasitəsilə ödənildiyindən o, həmin xərclərin iddiaçılardan alınmasına görə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıların onlara məxsus olmuş və sonradan İddiaçı5 tərəfindən yazılı formada tərtib olunmuş alqı-satqı müqaviləsinə əsasən satılmış torpaq sahəsinin o nlara qaytarılması barədə iddialarının təmin olunacağı halda, mütəxəssis rəyinə əsasən həmin torpaq sahəsində çoxillik üzüm bağı sahəsinin salınmasına sərf edilmiş cəmi 18000 manat, həmin torpaq sahəsinin halhazırkı qiymətini təşkil edən 10000 manat məbləğində pul vəsaiti və ona vurulmuş mənəvi zərər kimi 20000 manat, cəmi 48000 manat məbləğinin iddiaçılardan müştərək qaydada alınaraq ona ödənilməlidir. Ona görə də iddiaçılar tərəfindən irəli sürülmüş ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş edir. 8. "xxxx" MMC-nin 23 oktyabr 2020-ci il tarixli 18 nömrəli məktubundan İsmayıllı rayonu üzrə həmin əraziyə yaxın satılan və satışa çıxarılan eyni həcmli, eyni keyfiyyət qrupuna və məhsuldarlığa malik boş torpaq sahəsinin 1,0 ha miqdarının hazır da orta bazar qiyməti 7000-8000 manat arasında dəyişir. Qiymətləndiriməsi təklif olunan 1,3326 ha torpaq sahəsi üçün bu dəyər göstəricisi – 1,3326 ha x 7500 manat = 9995 manat həddindədir.
9. İşdə olan Mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsində bir hektar üzüm bağının salınması üçün beş il ərzində 18926 manat xərc çəkilmişdir.
10. İsmayıllı Rayon Məhkəməsinin 27 oktybar 2020-ci il tаrixli, 2(037)-684/2020 saylı qətnaməsi ilə (bundan sonra-birinci instansiya məhkəməsi) (hakim R.S.Şirinov) ilk iddia təmin edilmiş, JN-567 Kod 40718018 nömrəli “Torpağa mülkiyət hüququna dair dövlət aktı” əsasında İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 birgə mülkiyyətlərinə verilmiş 2,22 hektar pay torpaq sahəsinin 1,33 hektar hissəsindən Cavabdeh çıxarıl ması və həmin torpaq sahəsinə dair iddiaçıların mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, mübahisəli torpaq sahəsinin hazırkı bazar dəyərinə görə 9995 manat, həmin torpaq sahəsinə çəkilən xərclərə görə 18000 manat, cəmi 27995 (iyirmi yeddi min doqquz yüz doxsan beş) manat məbləğin İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 müştərək qaydada alınaraq Cavabdeh ödənilməsi, qətnamənin eyni vaxtda icra edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi mülkiyyət sənədinə əsasən iddiaçıların birgə mülkiyyətində olduğundan Cavabdeh həmin torpaq sahəsinə mülkiyyət hüququ olmadığından iddiaçıların birgə mülkiyyətlərində olan İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən zəbt olunmuş 1,33 hektar əkin torpaq sahəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması barədə iddia tələbi təmin edilməlidir.
12. Məhkəmə, həmçinin hesab etmişdir ki, iddiaçılar əsassız varlanmadan əldə etdikləri vəsaiti Cavabdeh qaytarmalı olduğundan məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mütəxəssis rəyləri və mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə, habelə "xxxx" QSC-nin nümayəndəsi kimi Cavabdeh həyata keçirdiyi abadlıq işləri və çoxillik üzüm bağı sahələrinin salınması nəzərə alınmaqla iddia tələbi həmin hissədə qismən təmin olunaraq 1,33 hektar torpaq sahəsinin hazırki baz ar qiymətinə uyğun olaraq 9995 manat, həmin torpaq sahəsinə çəkilən xərclərə görə 18000 manat, cəmi 27995 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir.
13. Məhkəmə qarşılıqlı iddia tələbinin iddiaçılardan 20000 manat mənəvi zərər tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh qarşılıqlı iddia tələbində ona 20000 manat məbləğində mənəvi zərər dəydiyini qeyd etsə də həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, iddiaçı mənəvi zərərin nədə ifadə olunduğunu və ona hansı qaydada zərər dəydiyini, bununla bağlı iddiaçılar tərəfindən törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin konkret olaraq nədən ibarət olduğunu hər hansı sübutla izah edə bilməmişdir. Qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini t apmamışdır.
14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 157.2, 1091 və 1092.1-ci maddələrinı istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdirlər.
16. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-40/2022 nömrəli iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.T.Məcidov (məruzəçi), M.A.Əsədli və A.A.Mahmudov) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisəli torpaq sahəsinin hazırkı bazar dəyərinə görə 9995 manat, həmin torpaq sahəsinə çəkilən xərclərə görə 18000 manat, cəmi 27995 (iyirmi yeddi min doqquz yüz doxsan beş) manat məbləği iddiaçılardan müştərək qaydada alınaraq Cavabdeh ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi və İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən JN 567 KOD 40718018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X1, İddiaçı2 Məhəmməd qızı, İddiaçı3 Rüstəm qızı, X2 və İddiaçı5 birgə mülkiyyətlərində olan 1,33 hektar torpaq sahəsi üçün 22 aprel 2011-ci il tarixli müqaviləyə əsasən ödənilmiş 1465.86 manat, həmin torpaq sahəsinə çəkilən xərclərə görə 14986 manat, cəmi 16361.86 manat məbləği iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 müştərək qaydada alınaraq Cavabdeh ödənilməsini, q ətnamənin qalan hissədə onların apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı X5 Mərkəzi tərəfindən verilmiş 10 avqust 2021-ci il tarixli 106 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, sözü gedən torpaq sahəsinə mütəxəssis tərəfindən baxış keçirilmişdir. Sözü gedən torpaq sahəsi İsmayıllı-Qaraməryəm avtomobil yolunun sol tərəfində, Mingəçevir-Abşeron yüksək gərginlikli elektrik xətinin cənub hissəsində yerləşməklə üzümlük altındadır. Araşdırmanın nəticələri aşağıdakı kimidir:
1. Həmin, yəni 1,33 ha torpaq sahəsi yerləşən və ona yaxın ərazidə 2011-ci ildə torpağın alış qiyməti orta hesabla 1000 manat olmuşdur.
2. Hazırda həmin ərazidə torpağın alış qiyməti 4500 manat və yuxarıdır. Həmin ərazidə pay torpaq sahəsi üzüm bağının əhatəsində və ya ona yaxın yerdə yerləşən mülkiyyətçilər daha çox (2 dəfə) qiymət tələb edirlər.
3. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı və məqsədli istifadə növü əkin olduğu üçün torpağın münbitləşdirilməsinə ehtiyac olmamışdır. Ora çəkilən cari xərclər isə alınacaq məhsulun məhsuldarlığının artmasına xidmət etmişdir ki, bu da illik xərcdə oturur.
4. Həmin torpaq sahəsində 2011-2014 cü illərdə taxıl əkilmişdir. Həmin dövrdə buğdanın orta məhsuldarlığı 27 sentner, (müxtəlif illərdə aşağı, bəzi illərdə isə çox olmuşdur) buğdanın bazar qiyməti isə 0,25 manat olmuşdur. Onda fermer 1 ildə 1,33 ha x 27 sen = 3591 kq x 0,25 manat = 897,7 manat ümumi gəlir əldə edə bilər. 1.33 hektara çəkilən istehsal xərcləri isə (şum, mala, toxum, səpin, biçin, daşınma, becərmə və s.) 436 manat təşkil edir. Onda, 897.7 (ümumi gəlir) - 436 (çəkilən xərc) = 461.7 manat təmiz gəlir olar.
5. Həmin 1,33 ha sahə 2015-ci ildən üzüm altındadır. Bağın əkin sxemi 3 x 1,5 olmaqla, cəmi 2950 ədəd üzüm tingi vardır. 6. 1 ha üzüm bağının salınmasına (torpağın əkinə hazırlanması, əkin, dayaq materialının və məftilin alınması, tingin əkilməsi, şpalerin qurulması və s.) 9000 manat xərc tələbolunur. Onda 1,33 ha sahədə üzüm bağının salınması üçün 1,33 ha x 9000 manat = 11.970 vəsaitə ehtiyac yaranır, 7. 1 ha üzüm bağının becərilməsinə (cərgəaralarının becərilməsi, budama, bağlama, xəstəlik və zərərvericilərə qarşı mübarizə, qorunması və s.) il ərzində 2200 xərc çəkilərsə, onda 1.33 ha x 2200 manat = 2926 manat vəsait tələb olunur. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, kameral qaydada Mərkəzin elektron məlumat bazasına, naturada aparılmış ölçü işlərinə və iş üzrə təqdim olunmuş sənədlərə əsasən araşdırma zamanı məlum olmuşdur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 JN-567 KOD 40718018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında mülkiyyətində olan İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən 2,22 hektar torpaq sahəsinin 567 cizgisində göstərilən 1,33 hektar hissəsi "Kənd” MMC tərəfinden istifadə edilən ərazinin hüdudları daxilindədir. Sözügedən 1,33 hektar torpaq sahəsində "xxxx" MMC tərəfind ən üzüm bağı salınmışdır (yərquruluşu planı 1,2,3,4).
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 29 oktyabr 2021-ci il tarixli 7/782; 9/5654 nömrəli ekspert rəyində göstərilmişdir ki, Şəki Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubundakı mütəxəssis rəyinə əsasən 1,33 hektar pay torpaq sahəsinə baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: - həmin 1,33 hektar pay torpaq sahəsində 2011-2014-cü illərdə taxıl əkilmişdir. Həmin dövrdə buğdanın orta məhsuldarlığı 27 sentner, (müxtəlif illərdə aşağı, bəzi illərdə isə çox olmuşdur). 1,33 hektar sahədə şum, mala, toxum səpini, biçin, daşınma, becərmə kimi aqrotexniki işlər görülmüşdür. - həmin 1,33 hektar pay torpaq sahəsi 2015-ci ildən üzüm əkilmişdir. Bağın əkin sxemi 3x1,5 ol maqla cəmi 2950 ədəd üzüm tingi vardır. 1 hektar üzüm bağının salınması üçün torpağın əkinə hazırlanması, əkin, dayaq materialının və məftilin alınması, tingin əkilməsi, şpalerin qurulması kimi işlər görülmüşdür. 1 hektar üzüm bağının becərilməsi zamanı cərgə aralarının becərilməsi, budama, bağlama, xəstəlik və zərərvericilərə qarşı mübarizə aparılması kimi aqrotexniki işlər görülmüşdür. Tədqiqata təqdim edilmiş, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı X5 Mərkəzinin direktoru Rövşən Yəhyayev tərəfindən tərtib edilmiş 10 avqust 2021-ci il tarixli 106 Nq-İİ məlumata əsasən aşağıdakılar müəyyən edilir: Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı və məqsədli istifadə növü əkin olduğu üçün torpağın münbitləşdirilməsinə ehtiyac olmamışdır. Ora çəkilən cari xərclər isə alınacaq məhsulun məhsuldarlığının artmasına xidmət etmişdir ki, bu da illik xərcdə oturur. Həmin torpaq sahəsində 2011-2014 cü illərdə taxıl əkilmişdir. Həmin dövrdə buğdanın orta məhsuldarlığı 27 sentner (müxtəlif illərdə aşağı, bəzi illərdə isə çox olmuşdur) buğdanın bazar qiyməti isə 0,25 manat olmuşdur. Onda fermer 1 ildə 1,33 ha x 27 sen = 3591 kq x 0,25 manat = 897,7 manat ümumi gəlir əldə edə bilər. 1.33 hektara çəkilən istehsal xərcləri isə (şum, mala, toxum, səpin, biçin, daşınma, becərmə və s.) 436,00 manat təşkil edir. Onda, 897,7 (ümumi gəlir) - 436 (çəkilən xərc) = 461,70 manat xalis gəlir olar. Həmin 1,33 ha sahə 2015-ci ildən üzüm altındadır. Bağın əkin sxemi 3 x 1,5 olmaqla, cəmi 2950 ədəd üzüm tingi vardır. 1 ha üzüm bağının salınmasına (torpağın əkinə hazırlanması, əkin, dayaq materialının və məftilin alınması, tingin əkilməsi, şpalerin qurulması və s) 9000 manat xərc tələb olunur. Onda 1.33 ha sahədə üzüm bağlının salınması üçün 1,33 ha x 9000 manat = 11970 manat vəsaitə ehtiyac yaranır. 1 ha üzüm sahəsinin becərilməsinə (cərgə aralarının becərilməsi, budama, bağlama, xəstəlik və zərəvericilərə qarşı mübarizə, qorunması və s. ) il ərzində 2200,00 manat xərc çəkilərsə, onda 1,33 ha x 2200 manat = 2926,00 manat vəsait tələb olunur.
19. Pay torpaqlarının qiymətinin müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, torpaq sahəsinə çəkilən xərclər və edilən yaxşılaşdırmaların əvəzi olaraq 14896 manat (11970+2926=14896) iddiaçılardan alınaraq Cavabdeh verilməlidir.
21. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianın 27995 manat həcmində təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rüstəm qızı və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tаrixli, 2(037)-684/2020 nömrəli qətnaməsi mübahisəli torpaq sahəsinin hazırkı bazar dəyərinə görə 9995 manat, həmin torpaq sahəsinə çəkilən xərclərə görə 18000 manat, cəmi 27995 (iyirmi yeddi min doqquz yüz doxsan beş) manat məbləği iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı5 müştərək qaydada alınaraq Cavabdeh ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən JN 567 KOD 40718018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X1, İddiaçı2 Məhəmməd qızı, İddiaçı3 Rüstəm qızı, X2 və İddiaçı5 birgə mülkiyyətlərində olan 1,33 hektar torpaq sahəsi üçün 22 aprel 2011-ci il tarixli müqaviləyə əsasən ödənilmiş 1465.86 manat, həmin torpaq sahəsinə çəkilən xərclərə görə 14986 manat, cəmi 16361.86 manat məbləği iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmmədli (Talıbova) Vəfa Rustam qızı və İddiaçı 5 müştərək qaydada alınaraq Cavabdeh ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin144.1, 157.6, 157.7, 329.1, 337.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 9.3, 88, 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı3 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qətnaməsini ləğv edilməsi, işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassator MM-in 157.6, 337-ci və MPM-in 82, 82.1-ci maddələrin ə istinad edərək, məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmişdir. Belə ki, cavabdehin təqdim etdiyi saxta “müqavilə”ni sübut kimi tanıyaraq, 1 iddiaçının, qardaşının guya imzası olduğundan həmin “müqavilə” ilə torpağı satdıqlarını tam sübuta yetirmiş hesab etmişlər və diğər mülkiyyətçilərin, iddiaçıların, yəni onların isə həmin torpaq sahəsini satmadıqlarını sübut edən sənəd təqdim edə bilməmişlər. AR ƏMDK yanında DƏDRX-dən alınan çıxarışın əslini Məhkəməyə təqdim etdikdən sonra, o torpaq sahəsinin satılmadığını təsdiq edən başqa sübut növü yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
26. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq Mülki Məcəllə
28. Maddə 144.1 Daşınmaz əmlakın dövlət reyestri obyektlə rinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
29. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
30. Maddə 157.6 İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
31. Maddə 157.7 Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
32. Maddə 329.1 Qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəfl ərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
33. Maddə 337.5 Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
34. Maddə 1091 Əsassız varlanma - o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
35. Maddə 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin ə ldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Mülki Prosessual Məcəllə
36. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apel yasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya məhkəməsi həmin əsaslandırma ilə razılaşır.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasi ya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
43. Odur ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2(107)-40/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov Əhməd Nurməmmədov