Məhkəmə qərarları › İş №2(102)-3076/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3076/2021

06.04.2021 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3076/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3076/21 (Açar sözlər: mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı pul tələbinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1418/2021 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh “xxxx” ASC tərəfindən verilmiş şikayətə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıXqızı cavabdeh “xxxx” ASC-yə qarşı pul tələbinə da ir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi ondan ibarətdir ki, o, icarəyə götürdüyü mağazanı cavabdeh təşkilatda sığorta etdirmiş, sığorta məbləği 72.369 manat müəyyən edilmişdir. Sığorta hadisəsi baş vermiş, zərərin məbləği sığorta məbləğindən artıq olmasına baxmayaraq cavabdeh təşkilat ona 50.000 manat sığorta ödənişi etmiş, qalan məbləği ödəməmişdir. Ona görə sığorta məbləğindən qalıq qalmış məbləğin ona ödənilməsini tələb edir.

2. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Vəkil2 vəsatət təqdim edərək mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı qeyri-yaşayış sahəsini sığortaladığı üçün MPM-nin 26.1. maddəsinə əsasən həmin işə kommersiya məhkəməsində baxılma lıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(004)-1418/2021 saylı qərardadı ilə (sədrlik edən hakim F.Əyyubov) cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Vəkil2 tərəfindən verilmiş vəsatət təmin edilməmişdir.

4. Birinci instansiya məhkəməsi vəsatətin təmin edilməməsi barədə qərardadını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1, 26.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddia sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. b) Kassasiya instansiyası məhkəməsində icraat

5. Cavabdeh “xxxx” ASC birinci instansiya məhkəməsinin qərardadından şikayəti verərək, qərardadın dəyişdirilərək, işi aidiyyəti üzrə Bakı Kommersiya məhkəməsin ə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırmışdır ki, İddiaçı Nizami rayonu, Q.Qarayev prospekti 65 D ünvanında yerləşən qeyri-yaşayış sahəsini (İzabella mağazasını) Cavabdeh ASC-də sığortalamışdır. Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Sığorta predmeti qeyri-yaşayış sahəsi olduğu və iddiaçı həmin sahəni mağaza kimi istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün qeyd edilən mübahisəyə Bakı Kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

7. Maddə 1-in qeyd hissəsi. Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür;

8. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir;

9. Maddə 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır;

10. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutu lmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

11. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

12. Maddə 403-1.8.2. kassasiya instansiyası məhkəməsi işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

13. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin etməmiş, qərardadını onunla əsaslandırmışdır ki, iddia sahibkarlıq fəaliyyətinin həyata keç irilməsi ilə bağlı deyildir, həmçinin cavabdeh vəsatətində iddiaçının fərdi sahibkarlıqla məşğul olduğunu və buna görə mülki işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etsə də iddiaçının VÖEN-ni və sahibkarlıq fəaliyyətinə dair hər hansı sənədlərini vəsatətə əlavə etməmişdir.

14. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, vəsatət təmin edilməlidir.

15. Belə ki, yuxarıda sadalanmış normaların məzmunundan da görünür ki, kommersiya məhkəmələrinin baxmalı olduğu mübahisələr - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. Bu mübahisələr işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir.

16. İddiaçı XXXX ünvanında yerlə şən qeyri-yaşayış sahəsini “xxxx” ASC-də sığortalamışdır. Sığorta predmeti qeyri-yaşayış sahəsi olduğu və iddiaçı həmin sahəni mağaza kimi istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün qeyd edilən mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. İddiaçı adına VÖEN olan sahibkardır və qeyri-yaşayış sahəsini mağaza kimi istifadə edir. Mağazanın sığortalanması sahibkarlıq fəaliyyətinin bir istiqamətidir. Sahibkar özünə məxsus olan fəaliyyəti iqtisadi maraqlarını qorumaq üçün sğortalayır. Əlində sığorta şirkəti özü də əmlakı sığortalamaqla özünün iqtisadi maraqlarını təmin etmiş olur. Ona görə kollegiyanın mövqeyi belədir ki, həmin işə kommersiya məhkəməsində baxılmalıdır.

17. Qeyd olunanlara əsasən birinci instansiyası məhkəməsinin qərardadı ləğv edilərək, iş aidiyyəti üzrə ba xılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

18. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.1-ci maddələsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh “xxxx” ASC-nin şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1418/2021 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, vəsatət təmin edilsin. İş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar