Məhkəmə qərarları › İş №2(102)-3078/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3078/2024

15.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3078/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10, X5 və X8 cəlb olunmaqla) iş üzrə QƏRARİ Açar sözlər: ümumi mülkiyyətlə bağlı tələblər, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X10, X5 və X8 cəlb olunmaqla) “daşınmaz əmlak üzərində ümumi mülkiyyətin və həmin mülkiyyətdə payların müəyyənləşdirilməsi və payın ayrılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2138/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 61K ünvanında yerləşən 0,334 torpaq sahəsində yerləşən əmlak kompleksi Cavabdeh, X7 və X4 ümumi birgə mülkiyyətindədir. Cavabdeh payı xx.xx.2021-ci ildə ********** nömrə ilə reyestrdə qeydə alınmışdır.

2. Hazırda iddiaçı, daşınmaz əmlak üzərində ümumi mülkiyyətin və həmin mülkiyyətdə payların müəyyənləşdirilməsini, həmçinin payın ayrılmasını xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə akt ları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 61K ünvanında yerləşən və xüsusi mülkiyyətdə olan reyestr nömrəsi **********5412301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021 olan 3340,4 kv metr (0,3340 ha) daşınmaz əmlak - torpaq sahəsi və onun üzərindəki tikililər üzərində iddiaçının və cavabdehin ümumi mülkiyyət hüququnun tanınması, həmin daşınmaz əmlak üzərində iddiaçının və cavabdehin ümumi mülkiyyətdə paylarının 85 faiz iddiaçının və 15 faiz cavabdehin olmaqla müəyyənləşdirilməsi və iddiaçının 85 faiz payının naturada (faktiki olaraq) ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 61K ünvanında dövlətə məxsus olan 4129,4 kv metr torpaq sahəsi və onun üzərində olan 1350 kv metr tikililər “X3 İdarəsi” MMC-nin istifadəsində olmuşdur. Göstərilən əmlak Dövlət Əmlakı olduğundan onun xüsusi mülkiyyətə keçməsi üçün qanunvericiliyin tələbləri daxilində özəlləşdirilməsi tələb olunurdu. O bir sahibkar kimi Bakı şəhərində belə bir sahə alıb, orada anbarlar tikib müvafiq qaydada istifadə etmək üçün dost-tanışlara bildirmişdir ki, belə bir təklif olsa, ona bildirsinlər. Belarusiyada yaşayan qardaşı İslamın tanışı X11 qardaşı İslam vasitəsilə ona xəbər göndərdi ki, Babək prospektində onun tələbatına uyğun olan yuxarıda göstərilən sahə vardır. Həmin əmlakı Dövlət Əmlak komitəsi hərraca çıxarıb, birinci hərrac keçib, lakin ora nın istifadəçilərinin maddi imkanı yoxdur ki, oranı özəlləşdirsinlər. Qarşıda ikinci hərrac var, həmin hərrac 30 mart 2021-ci ildə keçiriləcəkdir, iştirak üçün 53750 manat vəsait beh kimi ödənilməlidir. O, həmin şəxslərlə görüşüb danışmağa razılıq vermişdir. Bir neçə gün sonra cavabdeh və onun qardaşı X2 onunla görüşdülər. Cavabdeh bildirdi ki, əmlakın istifadəsində olduğu MMC-nin cəmi 3 üzvü var, onların da biri onun həyat yoldaşı, digəri qohumudur, yəni kollektiv cəmi 3 nəfərdən ibarətdir, onlarla da heç bir problem ola bilməz, bütün problemləri o təkbaşına həll edəcəkdir. Bildirdi ki, qanunvericiliyin tələbinə görə kollektivə 15 faiz pay düşür, həmin hissədə ödənişə dövlət güzəşt edir, lakin qalan 85 faiz hissənin özəlləşdirilməsinə 500000 manat vəsait köçürülməli, 20000 manat da qalan sənədləşdirmə işlərinə pul tələb olunur, lakin onların belə imkanları olmadığından hərracda iştirak edib dəyəri ödəyə bilmirlər, yəni maddi imkanları olmadığından bu əmlakı nə özəlləşdirə bilirlər, nə də onlara dövlətin müəyyən etdiyi 15 faiz üzərində sərəncam verə bilmirlər, çünki o hissənin ayrılıqda özəlləşdirilməsi mümkün deyildir. Cavabdeh xahiş etdi ki, o, bu işə bir şərik kimi qoşulsun, hərracda iştirak pulu və əmlakın dəyərini, yəni özəlləşdirmə üçün bütün xərcləri çəksin, özəlləşmə başa çatandan sonra kollektivə düşən 15 faiz hissə onlarda qalsın, qalan 85 faiz hissə onun mülkiyyətinə keçsin. O bir daha soruşmuşdur ki, sonradan kollektivlə onun arasında bir problem yarana bilərmi? Cavabdeh bir daha bildirdi ki, kollektivdə olan 3 nəfərin biri həyat yoldaşı, digəri qohumudur, bütün məsələlərə o cavabdehlik daşıyır. O, razılıq vermiş, lakin bu zaman cavabdehin qardaşı olan və bu söhbətlərdə iştirak edən X2 bildirdi ki, “yaxşı, mən kollektivə daxil deyiləm, amma bu işləri siz mənim vasitəmlə razılaşdırırsınız, bəs mənim xeyrim nədir?”. Xahiş etdi ki, onun xaricdə oxuyan oğlunun bir illik təhsil haqqı olan 50000 manat vəsait də onun üçün nəzərdə tutulsun. O həmin vəsaiti də ödəyəcəyinə söz vermişdir və sonradan həmin vəsaitin 12000 manatını X1 vermiş, lakin qalan hissəni hələ də ödəməmişdir, ona görə ki, cavabdeh aralarında olan razılığı tam olaraq pozmuş və son iki il ərzində müxtəlif bəhanələrlə öz öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Özəlləşdirilməyə tələb olunan 500000 manat böyük vəsait olduğu üçün iddiaçı öz vədini yerinə yetirmək və 500000 manatı əldə et mək üçün 3-cü şəxslərlə danışıqlar aparmışdır. Danışıqların mövzusu belə olmuşdur ki, həmin 3-cü şəxsin maddi köməkliyinə görə özəlləşdirilən obyektdən tam sənədləşdirilmədən sonra ona da müəyyən pay ayrılacaqdır. Buna görə də iddiaçı öz yaxın tanışı olan 3-cü şəxsi bu işə cəlb etmiş, cavabdehin iştirakı ilə razılaşdırılmışdır ki, həmin şəxsə onun 300000 manat vəsaiti müqabilində özəlləşmədən sonra 789 kv metr torpaq sahəsi verəcəkdir. Lakin həmin 3-cü şəxs danışıqlar zamanı əmlakın cavabdehin istifadəsində olduğunu nəzərə alaraq tələb etdi ki, cavabdehin özü ona yazılı iltizam versin ki, əmlak özəlləşdirilmədən sonra heç bir problem olmadan ona həmin sahə veriləcəkdir. Cavabdeh belə bir iltizamı 3-cü şəxsə vermiş və bildirmişdir ki, özəlləşdirilmədən sonra da bu məsələdə heç bir narazılığ ı ola bilməz və gələcəkdə də olmayacaqdır. Həqiqətən də, özəlləşdirilmədən sonra 3-cü şəxsə verilməli olan sahə ona sənədləşdirilmişdir. Beləliklə, iddiaçı öhdəlik götürdüyü və özəlləşdirilməyə lazım olan 520000 manatı tam həll edib cavabdehə vermişdir, belə ki, iddiaçı özü 220000 manat və 3-cü şəxs vasitəsilə 300000 manatı cavabdehə təqdim etmiş və göstərilən obyektin özəlləşdirilməsi həyata keçirilmişdir. Tərəflərin razılığı ilə 300000 manat vəsaitlə özəlləşdirməyə köməklik edən 3cü şəxsə özəlləşdirmədən sonra 789 kv metr torpaq sahəsi ayrılmışdır. Bir daha bildirir ki, ümumiyyətlə, bütün dövlət obyektləri, eləcə də mübahisəli obyekt dövlət müəssisəsi olduğundan özəlləşdirilməsi üçün hərraca çıxarılmalı və iştirakçılar beh kimi müəyyən vəsait qoyaraq hərracda iştirak etməlidirlər. Hərrac da iştirak edən istənilən şəxs hərracı uda bilər və bu halda iki il müddətinə ümumi dəyər ödəməlidirlər. Mübahisəli daşınmaz əmlak 30 mart 2021-ci il tarixində saat 10:00-da 53750 manat beh müəyyənləşdirilərək təkrar hərraca çıxarılmışdır. Bildirir ki, həmin müəssisənin özəlləşdirilməsi üçün o, cavabdehə vəsait verməsə idi, həmin dövlət əmlakını hərracda iştirak edən istənilən şəxs hərracı udmaqla əldə edə bilərdi, bu halda cavabdehin və onun kollektivinin ümumi payı dövlətin müəyyən etdiyi 15 faizdən artıq ola bilməzdi. O zaman yeni mülkiyyətçi cavabdeh və onun kollektivinə 15 faizə uyğun dəyəri ya pulla ödəməli və yaxud da həmin hissəyə uyğun daşınmaz əmlak verməklə cavabdehin bu əmlak üzərində hər hansı hüququna xitam verə bilərdi. İstinad edilən və özəlləşdirilməyə sərf edilən 520000 m anat vəsait isə tərəfindən aşağıdakı şəkildə ödənilmişdir: Özəlləşdirilməyə tələb olunan 520000 manat tam olaraq iddiaçının vəsaiti və onun cəlb etdiyi 3-cü şəxsin vəsaiti olmuşdur. Belə ki, iddiaçı ilkin olaraq hərraca beh kimi Şahid1 vasitəsilə 54000 manat vəsaiti cavabdehə göndərmiş, sonra iddiaçı şəxsən 40000 (15000, 15000 və 10000) manat vəsaiti bilavasitə kassaya cavabdehin adına keçirmiş, İsayev Elçin vasitəsilə 70000 (50000+20000) manat vəsaiti, Şahid4 vasitəsilə 100 manat vəsaiti, Mustafayev Hikmət vasitəsilə 236000 manat vəsaiti və Şahid1 vasitəsilə sənədləşmə işləri üçün 20000 manat vəsaiti cavabdehə bilavasitə vermiş, cavabdeh də həmin vəsaitləri obyekt onun adına olduğu üçün öz adından banka ödəniş etmişdir. Özəlləşdirmədən sonra həmin obyektə, yəni Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 61K ünvanında yerləşən və cavabdehin xüsusi mülkiyyətində olduğu göstərilən reyestr nömrəsi **********54-12301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021 olan çıxarış verilmişdir. Hazırda mübahisəli sahə 4129,4 - 789 = 3340,4 kv metr təşkil edir. Bütün razılaşmalara əsasən qalan torpaq sahəsinin ilkin miqdarı olan 4129,4 kv metr sahənin 15 faiz - i, yəni 619,41 kv metr hissəsi cavabdehə, qalan 4129,4 - 619,41 = 3509,99 kv metr hissəsi isə iddiaçının payına düşdüyündən və iddiaçı öz payından 789 kv metr hissəni 3-cü şəxsə satdığından iddiaçının payı 3509,99-789=2720,99 kv metr təşkil edir. Özəlləşdirmə başa çatandan sonra iddiaçı ona məxsus olmalı olan sahədə anbarlar tikmək niyyətilə ora Hümmətli Vəkil Həsən oğlu (ş/v 13034152, FİN 5U122ZG, ünvan: Tovuz rayonu, Əlimərdanlı kəndi) adlı usta göndərmişdir. Həmin usta özəlləşdirilən əraziyə gəlmiş, orada cavabdeh və digər şəxslər onu qarşılamış, ustanın nə üçün gəldiyini soruşduqdan sonra bildirmişlər ki, “bu ərazi İsa müəllimindir (iddiaçınındır), bizim narazılığımız ola bilməz”. Sonradan ustanın təklifetdiyi tikinti qiyməti iddiaçını qane etmədiyinə görə orada tikintini aparmamışdır. Göründüyü kimi göstərilən halda cavabdeh həmin ərazinin faktiki olaraq iddiaçının olduğunu ora gələn kənar şəxsə - ustaya şəxsən bildirmişdir. Bundan sonra dəfələrlə iddiaçı ona məxsus olan sahənin onun adına sənədləşdirilməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə iddiaçının əmlakda olan payını onun adına keçirməkdən yayınmağa başladı. Son olaraq cavabdeh belə təklif etdi ki, iddiaçının razılığı ilə əmlak satılsın, hər tərəf ona məxsus olan pay müqabilində öz pulunu götürsün. Lakin 2 ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə gələn alıcılara əmlakı satmaqdan imtina edir. Özəlləşdirilmədən keçən 2 ildən artıq bir müddətdə obyekt satılmamışdır. Buna görə də iddiaçı cavabdehdən payların naturada ayrılmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə məsuliyyətdən yayınır, öhdəliyini yerinə yetirmək istəmir. 21 avqust 2023-cü il tarixində cavabdeh iddiaçıya içərisində iddia ərizəsi və barışıq sazişi adlanan sənəd olan məktub göndərmişdir. Həmin məktubda iddiaçının bu iddia ərizəsində istinad etdiyi 2 haldan başqa bütün digər hallar təsdiq edilmişdir, belə ki, cavabdeh təsdiq etmişdir ki, tərəflər arasında özəlləşdirmə üzrə razılıq olmuş və iddiaçı 520000 manat vəsaitlə özəlləşdirmədə şərik kimi iştirak etmişdir. 3-cü tərəfə onun 300000 manat vəsaiti müqabilində ona 789 kv metr torpaq sahəsi verilmişdir. Cavabdehin göndərdiyi sənədlərdə işin hallarına aid vacib 2 məsələ isə təhrif edilmişdir, belə ki, cavabdeh özü-özünü təkzib etmiş, bir tərəfdən özəlləşmə üzrə 520000 manat müqavilində iddiaçının şərik məsələsini razılaşdırdıqlarını bildirdiyi halda sonradan iddiaçının 220000 manat şəxsi vəsaitini guya ondan borc aldığını və üzərinə də əlavə 80000 manat əlavə edərək hissə-hissə qaytarmağa razı olduğunu bildirmişdir. İddiaçının vəsaitini cəlb etdiyi 3-cü şəxsin iddiaçıya aidiyyəti olmadığını, iddiaçının yalnız özünün qoyduğu şəxsi vəsaitinin müqabilində və yalnız cavabdehə məxsus 50 faiz payın 1⁄2 hissəsinə şərik ola biləcəyini göstər mişdir. Cavabdeh bu məktubu ilə özü təsdiq etmişdir ki, özəlləşdirilmə üçün tələb olunan vəsaitdən onun tərəfindən şəxsi vəsaiti sərf edilməmiş, yalnız iddiaçının özünün və cəlb etdiyi 3-cü şəxsin vəsaiti ilə həmin daşınmaz əmlak özəlləşdirilmişdir. Göründüyü kimi, cavabdeh ilkin razılaşmanın bütün şərtlərini pozur, bütün özəlləşdirmə xərclərini 100 faiz miqdarında iddiaçı çəkdiyi halda və cavabdehin bir manat olsa belə xərc çəkmədiyi halda cavabdeh iddiaçıya onunla razılaşdığı payı verməkdən imtina edir. Cavabdeh hətta o dərəcədə öhdəlikləri pozur ki, onların biri-birini tanımadıqları halda ona 220000 (iki yüz iyirmi min) manat guya borc verdiyini iddia edir. O, sahibkar adamdır, hər qəpiyi xərcləməmiş hərtərəfli fikirləşir, xərclənəcək pulun xeyir və ziyanını ölçüb-biçir, necə ola bilər ki, o, cavabdehi tanımadığı halda ona 220000 manat borc verib, yəni cavabdehin onun ona borc verməyi haqqında söylədikləri cəfəngiyatdır. Hesab edir ki, cavabdeh mülki dövriyyənin iştirakçısı kimi başqasına ziyan vurmaqla varlanmaq niyyətindədir və onun bu niyyəti mövcud qanunvericiliyin tələblərinə tamamilə ziddir. Əslində isə, özəlləşdirilən obyekt dövlət mülkiyyəti olduğundan və cavabdeh 3 nəfər kollektivlə orada dövlətin müəyyən etdiyi 15 faiz paya malik olduğundan və iddiaçı özəlləşdirmə üçün tələb olunan bütün vəsaiti 100 faiz miqdarında çəkdiyindən, cavabdeh isə bir manat olsun vəsait sərf etmədiyindən bu gün iddiaçı mübahisəli obyektin dövlətin kollektivə güzəşt etdiyi 15 faiz paydan başqa qalan 85 faiz hissəsinin formal mülkiyyətçisidir. Bu iddianı təsdiq edən tərəflər arasında ço xlu sayda WhatsApp yazışmaları vardır ki, bunlarda da cavabdeh onların şərik olduqları, onun icazəsi və razılığı olmadan əmlakın nə girov qoyulmasının, nə də satılmasının mümkün olmamasını bildirmişdir. Digər tərəfdən həmin WhatsApp yazışmalarında cavabdehlə aparılan söhbətlər, obyektin niyə satılmaması, cavabdehin hər dəfə bir bəhanə uydurması faktları öz əksini tapmışdır. Deyilənlərə görə hesab edir ki, cavabdeh mülki dövriyyənin iştirakçısı kimi öz vəzifələrini vicdanla yerinə yetirmir və onun niyyəti yalnız öz hüquqlarından sui-istifadə edərək mülki dövriyyənin digər iştirakçısına zərər vurmaqla varlanmaqdır. İddiaçının qardaşı İslam və cavabdeh arasındakı bəzi WhatsApp yazışmaları iddianın əsaslığını təsdiq edir. 5. 09.12.2023-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili iddia tələbi nin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək göstərmişdir ki, özəlləşdirilməyə tələb olunan 520000 manat tam olaraq iddiaçının vəsaiti və onun cəlb etdiyi 3-cü şəxsin vəsaiti olmuşdur. Belə ki, iddiaçı ilkin olaraq hərraca beh kimi Şahid1 vasitəsilə 5000 manat vəsaiti cavabdehə göndərmiş, sonra iddiaçı şəxsən 40000 (15000, 15000 və 10000) manat vəsaiti bilavasitə kassaya cavabdehin adına keçirmiş, İsayev Elçin vasitəsilə 70000 (50000+20000) manat vəsaiti, Şahid4 vasitəsilə 100000 manat vəsaiti, Mustafayev Hikmət vasitəsilə 236000 manat vəsaiti və Şahid1 vasitəsilə sənədləşmə işləri üçün 20000 manat vəsaiti cavabdehə bilavasitə vermiş, cavabdeh də həmin vəsaitləri obyekt onun adına olduğu üçün öz adından banka ödəniş etmişdir. Bu mətndə 2 yerdə texniki yanlışlığa yol verilmişdir: - İddiaçı şəxsən 40000 (15000,15000 və 10000) manat yox, iddiaçının nümayəndəsi Şahid2 40000 (15000, 15000 və 10000) manat.... olmalıdır. - Şahid1 vasitəsilə sənədləşmə işləri üçün 20000 manat yox, Şahid1 sürücüsü Şahid3 vasitəsilə sənədləşmə işləri üçün 20000 manat... olmalıdır. Göstərilənləri nəzərə alaraq, dəyişiklik edilən hissə aşağıdakı kimi olmalıdır: - Özəlləşdirilməyə tələb olunan 520000 manat tam olaraq iddiaçının vəsaiti və onun cəlb etdiyi 3-cü şəxsin vəsaiti olmuşdur. Belə ki, iddiaçı ilkin olaraq hərraca beh kimi Şahid1 vasitəsilə 54000 manat vəsaiti cavabdehə göndərmiş, sonra iddiaçının nümayəndəsi Şahid2 40000 (15000, 15000 və 10000) manat vəsaiti bilavasitə kassaya cavabdehin adına keçirmiş, İsayev Elçin vasitəsilə 70000 (50000+20000) manat vəsaiti, Şahid4 vasitəsilə 10000 0 manat vəsaiti, Mustafayev Hikmət vasitəsilə 236000 manat vəsaiti və Şahid1 sürücüsü Şahid3 vasitəsilə sənədləşmə işləri üçün 20000 manat vəsaiti cavabdehə bilavasitə vermiş, cavabdeh də həmin vəsaitləri obyekt onun adına olduğu üçün öz adından banka ödəniş etmişdir. İddia ərizəsində göstərilən dəqiqləşmənin nəzərə alınmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bu məsələdə əvvəldən bəri qardaşı İddiaçıla birlikdə iştirak etmişdir. Onların Belarusiyada yaşayan Şəmsəddin adlı tanışı olmuş, sonuncu zəng edərək müəssisənin hərraca çıxarıldığını bildirmişdir. O, həmin məlumatın doğruluğuna əmin olduqdan sonra onlar görüşmüşlər və görüş zamanı Şəmsəddin ha zırkı hərracın sonuncu hərrac olduğunu və oranı almağa imkanının olmadığını bildirmişdir. Torpaq sahəsi 41.3 sot olmuş, dövlət isə 540000 manat qiymətləndirmişdir. Başqa bir adam da oranı almaq istəmişdir. Həmin vaxt onlar dörd nəfər olmaqla, ümumilikdə 500000 manat pul verə biləcəklərini demişlər. Bu müəssisə yüz faiz dövlətə məxsus olmuşdur və kollektivə 15 faiz (38000-40000 manat) dövlət tərəfindən güzəşt edilmişdir və onların adına özəlləşdirilmişdir. Onlar güləşçidirlər və aralarında söz kəsildisə, kişi kimi əməl edirlər və bir-birilərini aldatmazlar. Bunu sözü ona görə deyir ki, onlar 500000 manat pulu dörd nəfərə verəcəklərini razılaşmışlarsa, buna da əməl edəcəklər. O, beh kimi ilkin olaraq 54000 manat pulu sürücü vasitəsilə cavabdeh İlqara vermiş, qardaşı İsa isə 15000, 15000 və 1 0000 manat olmaqla ümumilikdə 40000 manat pulu İlqara vermişdir, Elçin isə 100000 manat pul vermişdir. Bundan başqa, Hikmət 230000 manat pul vermişdir. Daha sonra çıxarışı alanda, 20000 manat əlavə olaraq o, vermişdir. Tam 500000 manat veriləndən sonra, 234000 manata Hikmətə 8,9 sot verilmişdir. Bundan başqa, münasibətləri yaxşı olduğundan, İlqara şirinlik kimi təxminən 4000 manat pul vermişdir. 33,4 sot iki il qalmış və satılmamışdır. Bundan sonra onlar həmin sahənin qeyri-müəyyən vaxta satılacağını yəqin etdikdən sonra bölmək qərarına gəlmişlər. İlqar üçün ilkin ödənişi o, vermişdir. İlqar isə demişdir ki, o biri iki adamdan biri onun öz yoldaşı, digəri isə tanışıdır.

7. Şahid2 göstərmişdir ki, o, Elçin Vəliyevin işçisi olmuşdur. Belə ki, Elçin Vəliyev həmin sahənin 8,9 sotunu 234000 man at müqabilində alan şəxsdir. Elçin müəllim 40000 manat pulu ona vermişdir və o, “Kapitalbank”da həmin pulu özəlləşdirmə ilə bağlı şəxsən xatırlamadığı şəxsin adına köçürmüşdür.

8. Şahid3 göstərmişdir ki, o, İslam müəllimin həmin sahəyə 50000 manat verdiyini görmüşdür. İslam müəllim İsanın qardaşıdır. 20000 manatı isə “Sərin” restoranının qarşısında İslam İlqara vermişdir.

9. Şahid4 göstərmişdir ki, əmisi oğlu Coşqun ilə İslam müəllimin iş birliyi vardır. O, ona verilmiş 100000 manat pulu Aqillə birlikdə aparıb “Kapitalbank”-da İlqarın adına köçürmüşdür.

10. Şahid İsaev Elchin (Gürcüstan vətəndaşı) göstərmişdir ki, İslam müəllim onunla birlikdə bizneslə məşğul olmuşdur. İslam müəllim ona 50000 manat bir, 20000 manat bir, 40000 manat bir olmaqla, ümumilikdə 110000 manat pulu ona vermiş, o isə Atatürk parkında “Paulo Bliss” kafesində İlqara vermişdir. İlqarı isə Məhyəddin adlı yoldaş vasitəsilə tanımışdır.

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)2733/2023 saylı qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddia tələbinin rədd olunması qət edilmişdir.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iddiaçının sözügedən əmlak kompleksinə münasibətdə mülkiyyət hüququ yoxdur, iddiaçının tələbinin əsasını təşkil edən hal isə ondan ibarətdir ki, o, həmin əmlak kompleksinin özəlləşdirilməsi məqsədilə özəlləşdirmə xərclərini özünün çəkdiyini, buna görə də iddiasının təmin edilməli olmasıdır. Cavabdeh tərəf isə məhkəmə iclasında verilmiş suallara iddiaçının bəhs etdiyi 220000 manatı sonuncudan borc qismində aldıqlarını bildirmiş və iddiaçının pu l tələbi ilə bağlı iddia verməli olduğu halda, əsassız olaraq pay hüququnun tanınmasına dair iddia verdiklərini bildirmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlak kompleksinə Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 61K ünvanında yerləşən 0,334 torpaq sahəsində yerləşən əmlak kompleksi Cavabdeh, X7 və X4 ümumi birgə mülkiyyətində olmaqla, Cavabdeh payı xx.xx.2021-ci ildə ********** nömrə ilə reyestrdə qeydə alınmışdır. Belə olan halda, xüsusi mülkiyyət kimi qeydə alınmış cavabdehə məxsus- Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 61K ünvanında yerləşən və xüsusi mülkiyyətdə olan reyestr nömrəsi **********5412301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021 olan, 3340,4 kv metr (0,3340 ha) daşınmaz əmlak - torpaq sahəsi və onun üzərində tikililər üzərində iddia tələbində göstərilən qaydada mülkiyyət hüququnun tanınması və payların müəyyən edilməsi yolverilməzdir.

14. Məhkəmə iddiaçının vəsatəti əsasında dəvət edilmiş şahid ifadələrinə münasibətdə isə qeyd etmişdir ki, həmin ifadələrdə iddia tələbini əsaslı edə biləcək hər hansı hal müəyyən edilməmişdir, həmin şahid ifadələri iddianın təmin edilməsinə dəlalət edə biləcək mötəbər sübut qismində qəbul edilə bilməz.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5, 214.2 və 214.4-cü və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin t am təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddianın dəlilləri ilə yanaşı, həmçinin, onunla əsaslandırılmışdır ki, iddiaçının özünün və digər şəxslərin hesabına əldə etdiyi 520000 manatı dövlət əmlakının hərracda alınmasına sərf etdikdən sonra cavabdeh onun etibarından sui-istifadə etmiş, qarşılıqlı razılıqla müəyyən olunmuş və iddiaçıya verilməli olan əmlakı verməkdən imtina etmiş, bununla da iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi baş vermiş, yəni cavabdeh hüquqdan suiistifadə etmişdir. Dövlət əmlakının hərracda alınmasına bir manat belə öz vəsaitini sərf etmədən o əmlakı iddiaçının vəsaiti hesabına əldə edən cavabdeh öz hüququndan yalnız iddiaçını aldatmaq üçün, yəni iddiaçıya ziyan vurma q üçün istifadə etmişdir. Məhkəmə bu hala qiymət verməmişdir. İddiaçı və cavabdehin üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməməsi nəticəsində məhkəmə iddiaçının təqdim etdiyi bütün sübutları araşdırmamış, əlavə 2 şahid (Hümmətli Vəkil Həsən oğlu, X11) dindirilməmiş, cavabdehin iddiaçıya göndərdiyi və iddiaçının mövqeyini təsdiq etdiyi məktub və WhatsApp yazışmaları tədqiq edilməmişdir. Tərəflər arasında dövlət əmlakının cavabdehin adına iddiaçının vəsaiti hesabına hərracda alınması (özəlləşdirilməsi) və bundan sonra əmlakın 85 faizinin iddiaçıya verilməsi haqqında şifahi əqd bağlanmışdır. Mülki Məcəllənin 329.3-cü maddəsinin tələbinə görə qanun tərəflər arasında şifahi əqdin qanuniliyini o halda tanıyır ki, bu tərəflərin rəftarından məlum olsun. İddia ərizəsinə əlavə edilən və cavabd eh tərəfindən iddiaçıya göndərilmiş etirafedici məktub, WhatsApp yazışmaları bilavasitə cavabdehin mülki məcəllənin tələb etdiyi şifahi əqdi təsdiq edən rəftarlarıdır. Məhkəmə bu hala qiymət verməmişdir.

18. İşin apellyasiya baxışı zamanı mübahisəli əmlakın digər mülkiyyətçiləri - X8 və X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

19. Apellyasiya baxışında iştirak edən Cavabdeh və üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, qarşı tərəfin təqdim etdiyi Whatsapp yazışmalarında payların müəyyən edilməsindən söhbət getmir və ümumiyyətlə, o yazıların mötəbərliyi şübhə altındadır. İddiaçının hazırkı iş üzrə payın müqabilində ödənildiyi iddia edilən 300000 manat mə bləğə dair heç subyektiv hüququ yoxdur. Əgər pul verildiyini iddia edirlərsə, məhz həmin tələblə məhkəməyə müraciət etsin. Hazırkı iş üzrə daşınmaz əmlak üzrərində mülkiyyət hüquqlarının tanınması ilə bağlı heç bir hüquqi əsas yoxdur.

20. Apellyasiya baxışında iştirak edən üçüncü şəxs X8 apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, həmin müəssisədə hazırkı iş üzrə cavabdehdən də öncə işləmişdir. Belə bir söhbət onun yanında olmamışdır və razılaşmadan xəbəri yoxdur. Həmin yerin sahibi o, İlqar, onun həyat yoldaşı olmuşlar. İlkin ödəniş olaraq 13000-15000 miqdarında pulu o ödəmişdir. İddiaçının həmin yerə şərik olmasına razı deyil.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) 2(104)-108/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumları onu ödəmiş şəxslərin özlərinə aid edilmişdir.

22. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisəni mübahisəli əmlakın digər mülkiyyətçiləri - X7 və X4 hüquq və mənafelərinə toxunduğu halda sonuncuları işə cəlb etmədən həll etmişdir. Bu hal özüözlüyündə MPM-in 387.2.4-cü maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq rayon məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır.

23. İşin digər halları ilə bağlı isə kollegiya qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının tələbinin əsasını təşkil edən hal ondan ibarətdir ki, o həmin əmlak kompleksinin özəlləşdirilməsi məqsədilə özəlləşdirmə xərclərini özü çəkmişdir və buna görə də, iddiası təmin edilməlidir. Cavabdeh tərəf isə iddianı qəbul etmir.

24. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını a lır. Hazırkı iş üzrə iddiaçı mübahisəli əmlaka öz mülkiyyət hüququnun tanınmasını xahiş etsə də, həmin hüququnun tanınmasına əsas ola biləcək halların mövcudluğuna dair əsaslı dəlillər irəli sürə bilməmişdir. Tərəflərin arasında mübahisəli əmlakdan ona da 85 faiz həcmdə pay veriləcəyi barədə razılıq əldə edilməsi barədə razılıq əldə edildiyi iddia edilsə də, bu razılığın özü də qanunvericiliklə müəyyən edilmiş formada bağlanmış hər hansı əqdlə rəsmiləşdirilməmişdir. Təsadüfi deyil ki, mülki qanunvericilik daşınmaz əmlakla bağlı olan və hüquqi nəticələrə səbəb ola biləcək əqdlərin yazılı formada və notarial qaydada təsdiqlənərək bağlanmasını zəruri bilmişdir.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 24-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 148.2, 152.1, 152.3, 152.5, 157.2, 157.8, 213.5, 214.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (Vəkil4) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işə məhkəmə aidiyyat qaydalarına riayət edilməklə yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı fərdi sahibkarliq fəaliyyəti ilə məşğuldur (VÖEN **********). Cavabdeh “X3 İdarəsi” MMC-nin təsisçisidir (VÖEN**********). Mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gəlməklə kommersiya xarakterli оlmаsını birinci instansiya məhkəməsi nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qanunsuz qətnamə qəbul etmişdir. İşə baxan apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aidiyyatına riayət olunmamasına hüquqi qiymət verməməklə qanunsuz qərar qəbul etmişdir. Məhkəmə aidiyyatının müəyyən edilməsi vəzifəsi məhkəminin üzərinə düşsə də, işə baxan məhkəmələr aidiyyat məsələsini müəyyən etmədən qanunsuz qərar qəbul etmişlər. Bununla da, şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsi ilə təsbit edilmiş, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ məhkəmələr tərəfindən kobud şəkildə pozulmuşdur. b)

28. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbay can Respublikası Konstitusiyası

29. Maddə 24 (3-cü hissə). Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsi

30. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

31. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

32. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanına n və qorunan hüquqdur

33. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

34. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

35. Maddə 157.2. Mül kiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

36. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

37. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

38. Maddə 214.2. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdı rmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmam asına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas o la bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanı lır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

46. İddiaçı kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillərə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəz siz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

47. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

48. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessua l hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2138/2024 nömrəli iş üzrə 24 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar