Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3080/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 6 saylı notariat ofisi və Cavabdeh4 Mir İsmayıl oğluna qarşı (Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, mülkiyyətin müdafiəsi, hüquqdan sui-istifadə, vicdanlı sahibin hüquqları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı c avabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 6 saylı notariat ofisi və Cavabdeh4 qarşı (Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDKR publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2550/2025 nömrəli, 2025-ci il 17 iyun tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən kassasiya şikayətlərinə 14 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. ünvan 1ində yerləşən 2.2032 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşı nmaz əmlakın dövlət reyestrində 24 aprel 2009-cu il tarixdə qeydiyyata alınmışdır. 2. “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı tərəfindən 07 may 2009-cu il tarixdə Cavabdeh1 etibarnamə verilmiş, etibarnamənin müddəti 07 may 2019-cu il tarixədək müəyyən edilmişdir.
3. İddiaçı (əvəzinə Cavabdeh1) tərəfindən verilmiş **********067 nömrəli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı rayon Ərazi dairəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş **********14 reyestr və ********** qeydiyyat nömrəli çıxarış əsasında etibarnamə ilə təmsil etdiyi İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanındakı torpağı satmaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoy ulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsinin təmin edilməsini xahiş etmişdir.
4. Şamaxı rayon notariat ofisinin xüsusi notariusu X14 tərəfindən 4Ə-4 reyestr nömrəsi ilə təsdiq edilmiş satıcı İddiaçı (əvəzinə Cavabdeh1) ilə alıcı Cavabdeh2 arasında bağlanmış 04 yanvar 2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2.2032 ha torpaq sahəsini alıcıya 10.000 manata satmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 2.2032 ha torpaq sa həsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 10 yanvar 2019-cu il tarixdə qeydiyyata alınmışdır.
6. Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş 28 sentyabr 2019-cu il tarixli 888265 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 10 il müddətinə etibarnamə verilmişdir.
7. Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən 4Ə-522 reyestr nömrəsi ilə təsdiq edilmiş satıcı Cavabdeh2 (əvəzinə Cavabdeh1) ilə alıcı Cavabdeh4 arasında bağlanmış 15 dekabr 2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2.2032 ha torpaq sahəsini alıcıya 10.000 manat məbləğinə sa tmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, iş üzrə iddiaçı olan İddiaçı anası X7 xx.xx.2007-ci ildə vəfat etmişdir. Bununla əlaqədar xx.xx.2009-cu ildə 6 saylı notariat kontoru qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Şamaxı rayonunda yerləşən 2,2032 ha torpaq sahəsinə oğlu iş üzrə iddiaçı olan İddiaçı miras olaraq mülkiyyətinə keçmişdir. Bu torpağa dair iddiaçı ƏMDK-nin yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixli, **********14 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən 2,2032 ha torpaq sahəsinə tam mülkiyyət hüququ əldə etmişdir. İddiaçı neft-qaz sənayesində işlədiyi üçün işi ilə ə laqədar xaricdə işləmək təklif almışdır. 2009-cu ildən mütəmadi Rusiya Federasiyasına ezamiyyətlərə gedirdi, amma 2011-ci ildən 2021-ci ilə kimi daimi əsaslarla xarici ölkə olan Rusiya Federasiyasında işləməyə başlamışdır. Ölkədə olmadığı təqdirdə bütün əmlakına dair hüquqi hərəkətlərin həyata keçirilməsi üçün keçmiş bacısının ərinə 10 il müddətinə xx.xx.2009-cu ildə 6 saylı notariat kontorunda iş üzrə Cavabdeh1 etibarnamə vermişdir. Bir müddət sonra 2018-2019-cu illərdə iş üzrə Cavabdeh1 öz arvadı ilə (hazırkı iddiaçının bacısı olan) ailə münaqişəsi zəmində münasibətləri pozulduqdan sonra Cavabdeh1 qaynı olan hazırkı İddiaçı ilə də münasibətləri kəskinləşir. Bu müddət ərzində 2019-cu ilin əvvəlindən İddiaçı səhhətində, xüsusilə ürək nahiyəsində ciddi tibbi problemlər mövcud olur, bununla bağlı Azərbaycan Respublikası Diaqnostik Mərkəzi xx.xx.2019-cu il tarixdə aorta-koronar şuntlama və mirtal qapaq dəyişdirilməsi əməliyyatı məqsədi ilə RMDM-ə yatırılmışdır. İş üzrə cavabdeh olan Cavabdeh1 bu vəziyyətdən istifadə edərək, adına verilmiş 10 il müddətinə etibarnamənin bitməsinə bir neçə ay qalmış, iddiaçının ciddi sağlamlıq problemlər olmasında istifadə edərək, etibarnamə əsasında iddiaçının adından anasından vərəsəlik əsasında əldə etmiş ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinə xx.xx.2019-cu ildə Cavabdeh2 ilə 10.000 manata alqı-satqı etmişdir. Qeyd olunmalıdır ki, Cavabdeh1 etibarnamə əsasında alqı-satqı etmiş torpaq mülkiyyətindən əldə etdiyi vəsaiti hazırkı iddiaçıya verməmişdir. Həmçinin ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsini 10.000 manata, bazar qiymətindən dəfələrlə aşağı formal alqı-satqı etmişdir, öz yaxın adamının adına rəsmiləşdirmişdir. Həmin torpaq sahəsini Legal Prime MMC qiymətləndirmə şirkətinin rəyinə əsasən ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinin hazırkı bazar qiyməti 419.000 manat təşkil edir. Hazırkı iddiaçı sağlamlığını bərpa edəndən sonra bu torpaq sahəsini xx.xx.2024-cü il satmağa qərar vermişdir, əfsuslar olsun ki, alqı-satqı zamanı bu torpağın ona məxsus olmaması məlum olmuşdur. Cavabdeh1 torpağın əsli olan çıxarışı təqdim etmədən, onun surətini çıxarmış və 6 saylı notariat konturunda onu surəti əsasında alqı-satqı əməliyyatı aparmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə Şamaxı rayon notarius tərəfindən alqı-satqı müqaviləsinin surətini əldə etmişdir. Ona məxsus olan mülkiyyətin başqasına satılması barədə xəbər xx.x x.2024-cü ildən xəbəri olmuşdur. İddiaçı ölkədə olmadığı təqdirdə bütün əmlakına dair hüquqi hərəkətlərin həyata keçirilməsi üçün keçmiş bacısının ərinə 10 il müddətinə xx.xx.2009-cu ildə 6 saylı notariat kontorunda iş üzrə Cavabdeh1 etibarnamə vermişdir. Cavabdeh1 etibarnamə əsasında ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsini 10.000 manata iş üzrə digər Cavabdeh2 satmışdır, real bazar qiyməti Legal Prime MMC qiymətləndirmə şirkətinin rəyinə əsasən, ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinin hazırkı bazar qiyməti 419.000 manat təşkil edir. Cavabdeh1 etibarnamə əsasında alqı-satqı etmiş torpaq mülkiyyətindən əldə etdiyi vəsaiti hazırkı iddiaçıya verməmişdir. Həmçinin Cavabdeh1 etibarnamə əsasında iddiaçının sağlamlıq durumundan istifadə edərək ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinə dair ƏMDKnin yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2009cu il tarixli, **********14 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışın surətini əldə edərək alqı-satqı əməliyyatını həyata keçirmişdir. Qeyd olunanlardan aydın olur ki, iddiaçının həmin torpaq sahəsini satılması barədə xəbəri olmamışdır, onun birbaşa iradəsinə zidd alqı-satqı aparılmışdır. Belə ki, İddiaçı sağlamlığını bərpa edəndən sonra maliyyə durumu yaxşı olmadığı və təqaüddə olduğu üçün bu torpaq sahəsini xx.xx.2024-cü ildə satmağa qərar vermişdir, əfsuslar olsun ki, alqı-satqı zamanı bu torpağın ona məxsus olmaması məlum olmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə Şamaxı rayon notarius tərəfindən alqı-satqı müqaviləsinin surətini əldə etmişdir. Ona məxsus olan mülkiyyət in başqasına satılması barədə xəbər xx.xx.2024-cü ildən xəbəri olmuşdur.İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinə dair rəsmləşdirilən 4Ə-4 nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair dövlət reystrindən verilmiş çıxarış ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 22 may 2024-cü il tarixli LP-076/2024 saylı mütəxəssis rəyindən müəyyən edilir ki, ünvan 1ində yerləşən 2.2032 ha torpaq sahəsinin hazırkı bazar qiyməti 419000 manat təşkil edir.
10. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş QCM/A 03-032/24 nömrəli 26 avqust 2024-cü il tarixli torpaq sahəsinin qiymətləndirilməsi barəd ə hesabatdan görünür ki, ünvan 1ində yerləşən 2.2032 ha torpaq sahəsinin 04 yanvar 2019-cu il tarixə dəyəri 282000 manat, hazırkı dövrə dəyəri 348000 manat təşkil etmişdir.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6065/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinə dair Şamaxı rayon notariat ofisinin xüsusi notariusu X14 tərəfindən 4Ə-4 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı (əvəzinə Cavabdeh1) ilə Cavabdeh2 arasında 04 yanvar 2019-cu il tarixdə bağlanmış "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nin etibarsız hesab edilməsi, Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən 4Ə-522 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh2 (əvəzinə Cavabdeh1) ilə Cavabdeh4 arasında 15 dekabr 2021- ci il tarixdə bağlanmış "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10 yanvar 2019-cu il tarixdə verilmiş reyestr nömrəsi ********** qeydiyyat nömrəsi olan ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsi üzərində Cavabdeh2, həmçinin Cavabdeh4 adına aparılmış qeydlərin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlaın ləğv olunması, ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun bərpa edilməsi qət edilmişdir. (X21)
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisənin predmeti olan torpaq sahəsinin satılması ilə bağlı iradə ifadəsi olmadığından, həmin torpaq sahəsi real dəyərindən qatqat aşağ ı qiymətə satıldığından, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud olduğundan, iddia tələbi təmin edilməli, ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinə dair Şamaxı rayon notariat ofisinin xüsusi notariusu X14 tərəfindən 4Ə4 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı (əvəzinə Cavabdeh1) ilə Cavabdeh2 arasında 04 yanvar 2019-cu il tarixdə bağlanmış "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" və Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən 4Ə-522 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh2 (əvəzinə Cavabdeh1) ilə Cavabdeh4 arasında 15 dekabr 2021-ci il tarixdə bağlanmış "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10 yanvar 2019-cu il tarixdə verilmiş reyestr nömrəsi ********** qeydiyyat nömrəsi olan ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsi üzərində Cavabdeh2, həmçinin Cavabdeh4 adına aparılmış qeydlər və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar ləğv olunmalı, əqdlər etibarsız hesab edildiyindən onun hüquqi vəziyyəti əvvəlki vəziyyətinə qaytarılmalı olduğundan həmin torpaq sahəsinə dair əvvəlki mülkiyyətçi İddiaçı mülkiyyət hüququ bərpa edilməlidir.
13. Məhkəmə öz mövqeyini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 152.8, 157.4, 337, 337.4, 337.5, 339.1, 339.2, 33 9.3, 359, 359.3, 362.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə, "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh4 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
15. Cavabdeh4 apellyasiya ṣikayəti onunla əsaslandırılır ki, iddiaçının torpaq sahəsinin nə zaman özgəninkiləşdirildiyindən xəbəri olmuşdur. Belə ki, iddiaçı alqı-satqı müqavilələrindən xəbərsiz olmasını 2011-2021-ci illərdə 10 il ərzində Rusiyada daimi yaşayaq orada işləməsi və 2019-cu ildə ağır xəstə olaraq əməliyyat olunması ilə əsaslandırır. Lakin iddiaçı nın bu dəlilləri də onun həmin əqdlərdən xəbərsiz olmasını sübut etmir. Birincisi, iddiaçının özünün məhkməyə təqdim etdiyi iş materiallarında olan işlədiyi Baker Hughes şirkətinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı həmin şirkətdə vaxta metodu ilə 2015-ci ildə 188 gün, 2016-cı ildə 212 gün, 2017-ci ildə 222 gün, 2018-ci ildə 220 gün, 2019-cu ildə 170 gün, 2020-ci ildə 17 gün, 2021-ci ildə 33 gün işləmişdir. Vaxta metodunun iş rejimindən irəli gələrək görünür iddiaçı 2015-ci ilə 2019-cu ilədək Baker Hughes şirkətində təqvim ilinin təxmini 50%-ni yəni yarısını, 20202021-ci illərdə isə lap az, müvafiq olaraq 17 və 33 gün işləmişdir. İşlədiyi həmin tarixlərdən kənar iddiaçının hansı başqa şirkətdə işləməsi və ümumiyyətlə Rusiyada olması barədə isə iş materiallarında heç b ir sübut yoxdur. İkincisi, iddiaçının özünün məhkəməyə təqdim etdiyi iş materiallarında olan Respublika Diaqnostika Mərkəzinin verdiyi arayışdan görünür ki, iddiaçı orada xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək, yəni cəmi 10 gün orada ürəyində olan problemlə bağlı müalicə olunmuşdur. Həmin arayışda qeyd olunur ki, iddiaçının huşu aydın, vəziyyəti stabildir. Arayışın sonunda isə xəstəyə, yəni iddiaçıya 3 ay fizki işlə məşğul olmamaq tövsiyə olunur. Göründüyü kimi, iddiaçı ilk olaraq mübahisələndirdiyi Cavabdeh2 ilə bağlanmış 04 yanvar 2019-cu il tarixli müqavildən ən çoxu 9 ay sonra və ya daha az müddət sonra Azərbaycanda olmuş, bundan sonra isə 2020-2021ci illərdə üst-üstə cəmi 50 gün Rusiyada işləmişdir. Həm də məhkəmə iddiaçının bu illər ərzində Azərbaycanda nə qədər vaxt olmaması barəd ə məlumatı çox asanlıqla Dövlət Sərhəd Xidmətinə sorğu verərək əldə edə bilərdi, lakin məhkəmə işi hərtərəfli araşdırmayaraq nədənsə bunu etməmişdir. Bundan başqa iddiaçı 2021-ci ildən sonra, yəni Rusiyadan vaxta işindən qayıtdıqdan sonra da həmin torpaq sahəsi ilə niyə maraqlanmadığını isə ümumiyyətlə əsaslandırmamışdır. Bütün bunlar onu göstərir ki, iddiaçı üstündən 5 il keçəndən sonra olaraq fikrini dəyişmiş, məhkəmədə qohumu olan Cavabdeh1 qarşı iddia qaldırmaq üçün sadəcə xx.xx.2024-cü il tarixində notariusa yaxınlaşaraq həmin alqı-satqı müqaviləsinin ona verilməsini tələb etmişdir. Müqaviləni götürüb məhkəməyə gəlmiş, yalnız məhkəmə araşdırması zamanı Hüeynov Arifin verdiyi ifadələrlə ona torpağın 2021-ci ildə digər şəxsə satılması məlum olmuşdur. Ona məhkəmə prosesi barədə ilk dəfə noyabr ayının sonlarında məlumat verilmişdir. Lakin həmin vaxt məhkəmənin iş üzrə hazırlıq icraatı bitmiş və hətta xx.xx.2024-cü il tarixində bir dəfə baxış iclası da keçirilmişdir. xx.xx.2024-cü il tarixində vəkil ilə müqavilə bağladıqdan sonra xx.xx.2024-cü il tarixində ikinci baxış iclasında vəkil iştirak etmiş və ona - Cavabdeh4 qarşı hər hansı iddia və tələbin olmamasını bildirmişdir. Bundan sonra məhkəmə tərəfindən iddiaçıya sual verilmiş və Cavabdeh4 qarşı iddia tələbinin olubolmaması dəqiqləşdirilmişdir. Məhkəmə iclası, vəkil və nümayəndənin artıq baxış mərhələsi olduğu barədə etirazlarına rəğmən, iddia tələbinin dəqiqləşdirilməsi üçün təxirə xx.xx.2024-cü il tarixinə təxirə salınmışdır. Məhkəmə bu prossesual qərarını baxış mərhələsi olsa da, sorğulara cavab gəlməməsi və gec gəlməs i ilə izah etsə də, elektron məhkəmə sisteminə məhkəmə sorğularına olan cavablar artıq xx.xx.2024-cü il tarixində yeləşdirilmişdir. Yəni, iddiaçı xx.xx.02024-cü il tarixli baxış iclasında sənədlər barəsində tam məlumatlı idi. Buna baxmayaraq, xx.xx.2024-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına kimi iddiaçı tərəfindən X4 qarşı hər hansı tələb irəli sürülməmiş və xx.xx.2024cü il tarixində saat 12:00-a təyin edilmiş məhkəmə iclasına yarım saat qalmış iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə yerləşdirilmiş və iclasın iddiaçının vəkilinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Yeni iddia tələbi ilk dəfə xx.xx.2024-cü il tarixində elan edilmiş və cavabdeh tərəfə iddianın mahiyyəti ilə tanış olmağa və iddiaya qarşı öz etirazını bildirmək üçün qanun vericiliklə tələb olunan 20 gün müddət verilməmişdir. Digər tərəfdən məhkəməyə bildirir ki, iddiaçı və Cavabdeh1 arasında olan ailə və ya digər məsələlər ona aid deyildir və ümumiyyətlə iddiaçının adını ilk dəfə məhkəmədə eşidib. Qeyd olunan torpaq sahəsini Cavabdeh2 alıb. Notariat orqanında etibarnamə əsasında Cavabdeh1 iştirak etmişdir. Məqsədi sadəcə əlverişli qiymətə satılan torpaq sahəsini almaq idi. Həmin vaxt qanunun tələbi üzrə lazımi sənədləri yoxlamaq vəzifəsi notariat orqanının üzərinə düşür və əgər sənədlərdə çatışmazlıq, pozuntu və ya qüsur nöqsan olsa idi, notariat orqanı bu barədə onu xəbərdar edərdi. Beləliklə notarius tərəfindən alqı-satqı müqaviləsi təsdiqləndi, sənədləşdirmə uğurla tamamlandı və torpaq sahəsi onun istifadəsinə və mülkiyyətinə verildi. Bundan sonra adına çıxarış da alıb. Torpağın ona satılmazdan əvvəl, yəni Cavabdeh2 əvvəlki mülkiyyətçisi barədə nə məlumatı olmayıb, nə də olmalı deyildi. O sadəcə satılan və ona göstərilən torpaq sahəsinin çıxarışının olub-olmamasını maraqlanmışdır. O ki, qaldı Cavabdeh1 və İddiaçı adlı şəxslərin biri-biri ilə qohumluq əsnasında yaranan mübahisələrinə, onlardan xəbəri yoxdur və o şəxsləri tanımır. Kim-kimə nə söz verib, kimkimi necə aldadıb, ona nə aidiyyəti var axı. O sənədlərə baxıb, sənədlərin qaydasında olduğunu görüb, torpağı almağa qərar verib. Bu müddət ərzində orada xeyli yaxşılaşdırma işləri aparmış və bu 3 il ərzində bir kimsə gəlib bura “mənim torpağımdır” deməyib, nə də ki, kənardan kiminsə bu torpaq barəsində mübahisəsi olması haqda da məlumatı və ya xəbəri olmayıb. Məhkəmə zamanı vəkili Cavabd eh1lə əlaqə saxlayıb. Nə məsələdir deyə soruşanda, deyib ki, “mənim keçmiş qaynımı öyrədiblər gəlib torpaq davası edir. Amma yalan deyir, heç kim onu aldatmayıb və torpağın 2019-cu ildə satılmasından da həmişə xəbəri olub. Onun davası mənimlədir, hədə qorxu gələrək, məhkəmə vasitəsilə pul tələb edir. Sizə isə heç bir qarışacağı yoxdur narahat olmayın” demişdir. Göründüyü kimi o tam vicdanlı alıcı olaraq, torpaq sahəsini alıb. Onun iddiaçı ilə hər hansı ünsiyyəti və ya mübahisəsi olmamış, iddia ərizəsində qeyd edilənlər barədə məhkəmə zamanı məlumat almışdır. Heç kim mübahisəli, problemli əmlak almaq istəməz. Təbii ki, onun azacıq belə şübhəsi olsa idi ki, bu aldığı torpaq nə vaxtsa mübahisə predmeti ola bilər, əlbəttə bu alqı-satqıdan vaz keçərdi. Amma bildirir ki, bu elə bir hadisədir ki, bunu qabaqcadan bilə bilməzdi. Yəni bundan sonra da, nə vaxtsa alqı-satqı yolu ilə daşınmaz əmlak alanda kiminsə bunu ehtimal etməsi mümkün deyil. Qüvvədə olan qanunvericilik əmlakı əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdansız sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. Xahiş edir ki, nəzərə alınsın ki, o, (Cavabdeh4) əmlakı özgəninkiləşdirməyə hüququ olan şəxsdən əldə edib. Həmçinin həmin şəxsin yaxın qohumu və ya ailəvi tanışı da deyil ki, mübahisə olsa xəbəri olsun. Üstəlik Cavabdeh1 bildirir ki, həqiqətdə indiyə kimi həmin torpaq sahəsi ilə bağlı ümumiyyətl ə mübahisə olmamışdır. Bir var mübahisə var idi gizlədilirdi, bir də var mübahisə yox idi. Çünki, iddiaçı özü deyir ki, torpağın satılması barədə xx.xx.2024-cü ildə xəbər tutub. Deməli, nə xx.xx.2019-cu il tarixli, nə də xx.xx.2021-ci il tarixli müqavilələr bağlanan zaman torpaq sahəsi ilə bağlı mübahisə olmamışdır. Qeyd olunanlar bir daha sübut edir ki, İddiaçı iddiası tamamilə əsassızdır.
16. Həmçinin Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
17. Cavabdeh1 apellyasiya ṣikayəti onunla əsaslandırmışdır ki, iddiaçının torpaq sahəsinin nə zaman və hansı qiymətə özgəninkiləşdirildiyindən, xəbəri olmuşdur. Bu günə kimi həmin torpaqla bağlı aralarında heç vaxt mübahisə və ya fi kir ayrılığı nə də ki, İddiaçı ona qarşı hər hansı pretenziyası olmamışdır. 2024-cü ildə birdən birə nə baş verib ki, gəlib ondan yalandan nəsə tələb edir. Çünki özü də bilir ki, yalan danışır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qe yri dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Məcəllənin 140-cı maddəsində də əqdin həqiqi sayılması üçün reyestrdəki əldəedən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyridəqiq olmasını bilmiş olsun. Yalnız bu şərtlər mövcud odluğu halda daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilmir. Qalan bütün hallarda isə daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. Mübahisələndirilən bütün müqavilələr, o cümlədən onunla ba ğlanan xx.xx.2019-cu il tarixli müqavilə üzrə sənədlər notariat ofisindən alınaraq məhkəməyə təqdim edilmiş, məhkəmədə tədqiq edilmiş və bu zaman əqdlərin bağlanması zamanı, yəni alqı-satqı prosedurunda pozuntuların olması aşkar edilməmişdir. Mübahisələndirilən bütün müqavilələr, o cümlədən onunla bağlanan xx.xx.2019-cu il tarixli müqavilə üzrə sənədlər notariat ofisindən alınaraq məkəməyə təqdim edilmiş, məhkəmədə tədqiq edilmiş və bu zaman əqdlərin bağlanması zamanı, yəni alqı-satqı prosedurunda pozuntuların olması aşkar edilməmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2550/2025 nömrəli, 2025-ci il 17 iyun tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəm əsinin 2(011)-6065/2024 nömrəli 27 dekabr 2024-cü il tarixli qətnaməsinin qismən, “ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinə dair Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən 4Ə-522 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh2 (əvəzinə Cavabdeh1) ilə Cavabdeh4 arasında 15 dekabr 2021-ci il tarixdə bağlanmış "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsi üzərində Cavabdeh4 adına aparılmış qeydin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun b ərpa edilməsinə dair iddia tələblərinin təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbləri bu hissədə rədd edilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehlərin özlərinə aid edilməsini qət etmişdir (hakimlər X10 (sədrlik edən və məruzəçi), X11 və X5 ibarət tərkibdə).
19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mülki iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam verilərkən iddiaçının iradə ifadəsi mövcud olmamışdır. Belə ki, Cavabdeh1 İddiaçı tərəfindən verilən etibarnamədə torpaq sahəsi üzərində sərəncam verilməsinə yönələn iradə ifadəsi, yəni konkret subyektə münasibətdə konkret şərtlərlə hansı əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmamışdır.
20. Belə olan halda Cavabdeh1 mülkiyyətçinin ona torpağı satmağı tapşırmasını sübut etmək vəzifəsi yaranır. Cavabdeh1 isə etirazında istinad etdiyi bu halı sübuta yetirə bilmir.
21. Tədqiq olunan sübutlardan, Cavabdeh1 məhkəmə iclasında verdiyi öz izahatından isə müəyyən olunur ki, cavabdeh torpaq sahəsinin ümumiyyətlə iddiaçıya deyil, özünə məxsus olmasını iddia edir. Göründüyü kimi iddiaçı ilə qohumluq münasibətləri gərginləşdiyi ərəfədə, verildiyi tarixdən 10 ilə yaxın vaxt keçdikdən sonra torpaq sahəsinə dair ona verilən etibarnamə əsasında iddiaçının mülkiyyətində olan torpaq sahəsini ona demədən, özünün müəyyən etdiyi qiymətə satarkən Cavabdeh1 təmsil olunanın marağını deyil, özünün marağını təmin etmişdir. Bağ mayaraq ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.
22. Daha sonra iddiaçı cavabdehə torpaq sahəsinə dair konkret şərtlərlə alqı-satqı müqaviləsi bağlamağı tapşırsaydı bu barədə öz iradə ifadəsini etibarnaməsində əks edərdi. Ona görə də kollegiya Şamaxı rayon notariat ofisinin xüsusi notariusu X14 tərəfindən 4Ə-4 reyestr nömrəsi ilə təsdiq edilmiş satıcı İddiaçı (əvəzinə Cavabdeh1) ilə alıcı Cavabdeh2 arasında bağlanmış 04 yanvar 2019-cu il tarixli Daşınmaz əmlakın alqısatqı müqaviləsinin əqd bağlanarkən satıcının iradə ifadəsinin olmaması səbəbindən etibarsız olmasına dair gəldiyi nəticə ilə razılaşır və cavabdehlərin apellyasiya şikayətlərinin bu əqdlə bağlı hissədə dəlillərini əsassız hesab etmişdir.
23. Bundan əlavə, iş üzrə tədqiq olunan sübutlarla C avabdeh4 vicdanlı alıcı qismində qəbul edilməsini istisna edən hallar müəyyən olunmamışdır.
24. İddiaçı Cavabdeh4 torpaq sahəsinin real dəyərindən ucuz qiymətə aldığı üçün vicdanlı alıcı olmadığına dair dəlili ilə bağlı kollegiya qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən, satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır. İddiaçı isə ona vurulan ziyanı, ziyan vuran şəxsdən tələb etmək hüququna malikdir.
25. Sonuncu əqd bağlanarkən Cavabdeh1 Cavabdeh4 təmsil etməsi halı da, Cavabdeh4 vicdanlı alıcı olaraq qəbul edilməsinə maneələr yaratmır. Belə ki, Cavabdeh1 izahatı ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 aldığı torpağı qaytarmaq istəmiş, ona görə sonuncunun verdiyi etibarnamə əsasında torpaq sahəsi cavabdeh İsmayılov X3 Cavabdeh1 satıcını təmsil etmişdir.
26. İstinad o lunanlara əsasən, kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh4 qarşı iddia tələbləri təmin edilərkən reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası nəzərə alınmamış, tərəflər arasında olan mübahisə vicdanlı sahiblik, əqdlərin etibarsızlığı ilə bağlı mülki qanunvericilikdə müəyyən edilmiş yuxarıda göstərilən müddəaların məzmununa və legitim məqsədinə uyğun həll edilməmiş, nəticədə Cavabdeh4 daşınmaz əmlaka qanuni əsaslarla yaranmış mülkiyyət hüquqları pozulmuşdur.
27. İşə baxılarkən proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətləri aşkar olunmadığından məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin (vəkilinin) izahatında qeyd olunan faktları xüsusi qərardad qəbul edilməsi üçün əsas olaraq qəbul etməmişdir.
28. Apellya siya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 25, 29,60-cı, Mülki Məcəllənin 14.3, 139.1, 139.2, 140, 144.1, 146.2, 148.2, 149.2, 152.1, 153.4, 157.1, 178.1, 182.1, 1337.1, 337.2, 337.3, 337.4, 359.1, 362.1, 567, 646.1-ci, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 2.1, 16.6 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
29. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)2550/2025 nömrəli 17 iyun 2025-ci il tarixli qətnaməsi təmin olunmamış hissədə ləğv edilməsi, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, Cavabdeh1 izahat ında qeyd etmişdir ki, həmin torpaq sahəsi iddiaçıya deyil, onun özünə məxsusdur. Halbuki həmin torpaq sahəsi iddiaçıya anası X6 vəfatından sonra xx.xx.2009-cu ildə 6 saylı notariat kontoru qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Şamaxı rayonunda yerləşən 2,2032 ha torpaq sahəsinə aid mülkiyyət hüquqları oğlu İddiaçı Muxtar oğluna keçmişdir. Lakin məhkəmə iclası zamanı tərəflər və onların nümayəndələri tərəfindən bəzi ifadələrin qeyri-dəqiq və ziddiyyətli şəkildə səsləndirilməsinə baxmayaraq, məhkəmə həmin ziddiyyətlərin araşdırılmasına, dəqiqləşdirilməsinə və onların işin obyektiv həlli üçün əhəmiyyətinin müəyyən olunmasına kifayət qədər diqqət yetirməmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam verilərkən iddiaçının iradə ifadəsi mövcud olmamışdır. Belə ki, C avabdeh1 İddiaçı tərəfindən verilən etibarnamədə torpaq sahəsi üzərində sərəncam verilməsinə yönələn iradə ifadəsi, yəni konkret subyektə münasibətdə konkret şərtlərlə hansı əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmamışdır.
31. Bundan əlavə, vicdanlı əldəetməni sübut etmək öhdəliyi cavabdehlərin üzərindədir. Hazırkı işdə isə cavabdehlər nəinki vicdanlı əldəetmə faktını sübut edə bilməmişlər, əksinə, torpağın bazar qiymətindən dəfələrlə aşağı qiymətə alqı-satqısı, eyni vəkilin eyni maraqları təmsil etməsi, tərəflər arasındakı tanışlıq və yaxın münasibətlərin gizlədilməsi kimi hallar onların qeyri-vicdanlı davranışını ortaya çıxarır. Nəticə etibarilə, Cavabdeh1 və digər cavabdehlər arasında qarşılıqlı razılaşdırılmış hərəkətlərin mövcudluğu, etibarnamə səlahiyyətlərindən sui-istifadə e dilməsi, torpağın faktiki bazar dəyərinin gizlədilməsi və əldə edilən məbləğin iddiaçıya verilməməsi halları, əmlakın etibarsız alqı-satqı müqavilələri vasitəsilə qanunsuz özgəninkiləşdirildiyini tam şəkildə sübut edir.
32. Belə ki, əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
33. Cavabdeh1 kassasiya şikayəti verərək,, Bakı Apellyasiya Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(103)- 2550/2025 nömrəli qətnaməsini dəyişdirərək, iddia tələbinin tam rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şika yəti onunla əsaslandırmışdır ki, məhkəmə qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam verilərkən iddiaçının iradə ifadəsi mövcud olmamışdır. Belə ki, Cavabdeh1 İddiaçı tərəfindən verilən etibarnamədə torpaq sahəsi üzərində sərəncam verilməsinə yönələn iradə ifadəsi, yəni konkret subyektə münasibətdə konkret şərtlərlə hansı əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmamışdır. Belə olan halda iddiaçı həmin etibarnaməni Cavabdeh1 konkret hansı məqsəd üçün verdiyini məhkəməyə izah etməli idi.
35. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
36. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 14.3. Dövlə t qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır.
38. Maddə 139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
39. Maddə 139.2.Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
40. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
41. Maddə 144.1.Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqı nda müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
42. Maddə 146.2.Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
43. Maddə 148.2.Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
44. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün q eydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
45. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
46. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.
47. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
48. Maddə 178.1. Daşı nmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
49. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
50. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
51. Maddə 337.2.Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqaviləni n digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
52. Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
53. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
54. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və on lara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
55. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
56. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
57. Maddə 567.Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləş dirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
58. Maddə 646.1.Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu
59. Maddə 2.1.Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdınlmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
60. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tam amlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
63. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müə yyən edilmiş qüvvəsi yoxdur.
64. Maddə 217.4.Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
66. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
67. Maddə 417.1.1.Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya b ilər. Kassasiya baxışının hədləri:
68. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübah isənin hüquqi aktlarına təsir göstərə bilər.
69. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və Cavabdeh1 tərəfindən müvafiq olaraq iddianın təmin olunmayan və təmin olunan hissələrində mübahisələndirildiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.
72. Kassasiya şikayətlərində qeyd edilən dəlillər iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
73. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutla rı tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.Kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
74. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2550/2025 nömrəli, 2025ci il 17 iyun tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir