Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3081/2021 09.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" İKB ASC-nin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 oğluna və X2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə ilkin, Cavabdeh2 "xxxx" İKB ASC-yə qarşı “kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRAR (Açar sözlər: apelyasiyanın qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh2 oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7941/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qərardadından Cavabdeh4 oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi: İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" İKB ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçının xeyrinə 19.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 95355,89 ABŞ dolları əsas, 53620,54 ABŞ dolları faiz, 9370,22 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 158346,65 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən, 5 otaqlı, 76,18 kv.m yaşayış sahədən ibarət 2 nömrəli evin 20 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən, 5 otaqlı, 76,18 kv.m yaşayış sahədən ibarət 2 nömrəli evin 20 nömrəli mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən, 5 otaqlı, 76,18 kv.m yaşayış sahədən ibarət 2 nömrəli evin 20 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən, 5 otaqlı, 76,18 kv.m yaşayış sahədən ibarət 2 nömrəli evin 20 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh2 ilə "xxxx" İKB ASC arasında bağlanmış 18.11.2014-cü il tarixli əsas kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 "xxxx" X1 ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" İKB ASC ilə aralarında bağlanmış 19.11.2014-cü il tarixli, 19-SMEG-1-0-1871-14 saylı əlavə kredit müqaviləsinin 2.2-ci bəndinin şərtlərini dəyişdirərək, 101.910 ABŞ dolları kreditin kredit müqaviləsi bağlanılan günə olan məzənnə ilə (1 ABŞ dolları=0,78 qəpik) manata çevirərək, manatla ifadə olunması, həmin Müqaviləyə 1 saylı əlavənin müvafiq surətdə dəyişdirilməsi, habelə müqavilə bağlanılan vaxtdan bu günə qədər ödədiyi 926 manat və 22.311,10 ABŞ dolları əsas və faiz borcu nəzərə alınmaqla “məhkəmə-iqtisadi ekspertizası” əsasında qalan borcunun dəqiqləşdirilərək müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-299/2019 saylı, 22 aprel 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edil miş, "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında 18 noyabr 2014-cü il tarixdə bağlanmış 19-SMEG-1-0-1871-14 saylı əsas kredit müqaviləsinin ləğv edilməsi, ödəniş gününə qüvvədə olan məzənnə ilə Cavabdeh2 95355,89 ABŞ dolları əsas borc, 52976,55 ABŞ dolları faiz borcu, 930 ABŞ dolları cərimə olmaqla ümumilikdə 149262,44 ABŞ dolları Azərbaycan Respublikası manatı, 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının alınaraq "xxxx" İKB ASC-yə ödənilməsi, tələbin Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2 saylı evin, 20 saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2 saylı evin, 20 saylı mənzilinin ilkin satış qiymətinin 125000 manat məbləğində olmaqla açıq hərracdan satılması v ə həmin əmlakın satılmasından əldə edilən vəsaitdən "xxxx" İKB ASC-yə olan borcun ödənilməsi, həmin mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 bir ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən çıxarılaraq mənzilin boşaldılması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 200 manatın Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməsi, Cavabdeh2 "xxxx" İKB ASC-yə qarşı - iddiaçının ona qarşı olan iddia tələbinin rədd olunması, onun qarşılıqlı iddiasının tam təmin edilməsi, yəni "xxxx" İKB ASC ilə aralarında bağlanmış 19.11.2014-cü il tarixli, 19-SMEG-1-0-1871-14 saylı əlavə kredit müqaviləsinin 2.2-ci bəndinin şərtlərini dəyişdirərək, 101.910 ABŞ dolları kreditin kredit müqaviləsi bağlanılan günə olan məzənnə il ə (1 ABŞ dolları=0,78 qəpik) manata çevirərək, manatla ifadə olunması, həmin Müqaviləyə 1 saylı əlavənin müvafiq surətdə dəyişdirilməsi, habelə müqavilə bağlanılan vaxtdan bu günə qədər ödədiyi 926 manat və 22.311,10 ABŞ dolları əsas və faiz borcu nəzərə alınmaqla “məhkəmə-iqtisadi ekspertizası” əsasında qalan borcunun dəqiqləşdirilərək müəyyən olunması barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən Cavabdeh2 da apellyasiya şikayəti verərək "xxxx" KB ASC-nin Cavabdeh2 qarşı olan iddia tələbinin rədd olunması, Cavabdeh2 "xxxx" KB ASC-yə qarşı olan qarşılıqlı iddiasının tam təmin edilməsi, yəni "xxxx" İKB ASC ilə aralarında bağlanmış 19.11.2014-cü il tarixli, 19-SMEG-1-0-1871-14 saylı əlavə kredit müqaviləsinin 2.2-ci bəndinin şərtlərini dəyişdirərək, 101.910 ABŞ dolları kreditin kredit müqaviləsi bağlanılan günə olan məzənnə ilə (1 ABŞ dolları=0,78 qəpik) manata çevirərək, manatla ifadə olunması, həmin Müqaviləyə 1 saylı əlavənin müvafiq surətdə dəyişdirilməsi, habelə müqavilə bağlanılan vaxtdan bu günə qədər ödədiyi 926 manat və 22.311,10 ABŞ dolları əsas və faiz borcu nəzərə alınmaqla “məhkəmə-iqtisadi ekspertizası” əsasında qalan borcunun dəqiqləşdirilərək müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Ş.Məhərrəmova - sədrlik edən və məruzəçi, E.Şamayev və M.Məmmədov) 2(103)-10978/20 19 saylı 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə ilk iddiaçı "xxxx" KB ASC-nin apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-299/2019 saylı, 22 aprel 2019-cu il tarixli qətnaməsinin Cavabdeh2 930 ABŞ dolları məbləğində cərimə borcunun tutulması hissəsində ləğv edilməsi, Cavabdeh2 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulacaq cərimə borcunun 9370,22 ABŞ dolları məbləğində müəyyən edilməsi, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi, Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə, yəni "xxxx" KB ASC-yə və Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-299/2019 saylı 22 aprel 2019-cu il tarixli qətnaməsindən Cavabdeh4 oğlu da apellyasiya şikayəti verərək, "xxxx" KB ASC-nin Cavabdeh2 qarşı olan iddia tələbinin rədd olunması, Cavabdeh2 "xxxx" KB ASC-yə qarşı olan qarşılıqlı iddiasının tam təmin edilməsi, yəni "xxxx" İKB ASC ilə aralarında bağlanmış 19.11.2014-cü il tarixli, 19-SMEG-1-0-1871-14 saylı əlavə kredit müqaviləsinin 2.2-ci bəndinin şərtlərini dəyişdirərək, 101.910 ABŞ dolları kreditin kredit müqaviləsi bağlanılan günə olan məzənnə ilə (1 ABŞ dolları=0,78 qəpik) manata çevirərək, manatla ifadə olunması, həmin Müqaviləyə 1 saylı əlavənin müvafiq surətdə dəyişdirilməsi, habelə müqavilə bağlanılan vaxtdan bu günə qədər ödədiyi 926 manat və 22.311,10 ABŞ dolları əsas və faiz borcu nəzərə alınmaqla “məhkəmə-iqtisadi ekspertizası” əsasında qalan borcunun dəqiqləşdirilərək müəyyə n olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər E.Kazımov - sədrlik edən və məruzəçi, A.İsgəndərov və A.Tanrıverdiyev) 2(103)-7941/2020 saylı 16 noyabr 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-299/2019 saylı 22 aprel 2019-cu il tarixli qətnaməsindən Cavabdeh4 oğlunun verdiyi apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmış, Cavabdeh4 oğluna Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9328/2019 saylı 23 sentyabr 2019-cu il tarixli qətnaməsinin mübahisələndirmək istədiyi hissəsindən kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququ izah edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsasladırmışdır ki, Cavabde h4 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan açıq-aşkar görünür ki, onun mübahisələndirdiyi hissə tam olaraq ilk və qarşılıqlı iddiaçının şikayətləri üzrə artıq apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanmış və həmin hissələrə hüquqi qiymət verilmişdir. Buna görə də Cavabdeh4 şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmadığına görə qeyri-mümkün hesab edilməlidir. Cavabdeh4 oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)7941/2020 saylı 16 noyabr 2020-ci il tarixli qərardadının ləğv edilərək işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassas iya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qənaətə gələrkən “Mülki prosessual qanunvericilik apellyasiya şikayəti üzrə işə mübahisələndirilən hissədə baxan məhkəmənin qətnaməsi qüvvədə olduğu halda həmin instansiya məhkəməsinin eyni işə yenidən mübahisələndirilən hissədə baxılmasını istisna, edir" müddəasının Azərbaycan Respublikası MPM-nin hansı maddəsində göstərilməsini qeyd etməmiş, öz fikrini mülki prosessual qanunvericiliyin tələbi kimi göstərmişdir, halbuki MPM-də belə bir müddəa yoxdur. Yəni apellyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən mülki prosessual qanunvericiliyin konkret maddəsinə istinad etməli olduğu halda istinad etməmişdir. Çünki Azərbaycan Respublikası MPM-də belə bir norma yoxdur. Apellyasiya instansiyası məhkə məsi qərardad qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadının 41-ci bəndinə istinad etmişdir. Həmin qərardadda göstərilənlər yalnız tövsiyə xarakteri daşıyır və mülki prosessual qanunvericiliyin normalarını əvəz edə bilməz. Belə qərarlar yalnız mülki prosessual qanunvericiliyin normalarını təfsir edə bilər. Bundan başqa həmin qərardad hazırkı hala tətbiq edilə bilməz. Belə ki, həmin qərardad 14 oktyabr 2020-ci il tarixdə qəbul edilmiş və təxminən bir həftə sonra da dərc edilmişdir. Apellyasiya şikayəti isə 03 mart 2020-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ1 hissəsinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüqu q məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 oğlu məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məh kəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 366.2. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasi ya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 418-1.3. Ali Məhkəmənin mülki və kommersiya kollegiyaları mübahisəli hüquqi məsələyə birgə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. Maddə 418-1.4. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. Kassasiya instansiyası məhkə məsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Cavabdeh4 kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, Cavabdeh4 oğlu tərəfindən verilmiş apellyasiya şikayətində mübahisələndirdiyi hissə tam olaraq ilk və qarşılıqlı iddiaçının şikayətləri üzrə artıq apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanmış və həmin hissələrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10978/2019 saylı 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Bu isə o deməkdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissələrdə qanuni qüvvəyə minmişdir. Mülki Prossesual Məcəllənin 357.1-ci maddəsi isə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti vermək imkanını nəzərdə tutur. Apellyasiya şikayəti verilən qətnamə mübahisiləndirilən hissədə artıq qüvvəyə mindiyindən qətnamənin həmin hissələrinə yenidən apellyasiya qaydasında baxılması yolverilməz olduğundan apellyasiyanın mümkünlüyü üçün əsaslar mövcud deyildir. Bu isə Mülki Prossesual Məcəllənin 366.2-ci maddəsinə əsasən apelyasiyanın qeyri-mümkün olması barədə qərardad çıxarmaq üçün əsasdır. Buna görə də, kassasiya şikayətinin Mülki Prossesual Məcəllədə müvafiq maddənin olmaması barədə dəlili əsassızdır. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarın ın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki,...məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadının 41-ci bəndində də göstərilmişdir ki,... məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Həmin qərardadın 43-cü bəndinin axırıncı cümləsində də qeyd olunur ki, bu qərardadın 27-ci bəndində istinad edilən hallarda da, verilmiş yeni şikayət artıq daha əvv əl baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğundan, həmin şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə şikayət qeyri-mümkün hesab edilməlidir. Həmin qərardadın 44-cü bəndinə görə isə apellyasiya instansiyası məhkəməsi qeyrimümkünlük haqqında qərardadı qəbul etməklə yanaşı, şikayət verən tərəfə mübahisələndirmək istədiyi həmin hissənin kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququnu izah etməlidir. Kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadının tövsiyə xarakterli olması, həmçinin 03.03.2020-ci il tarixdə verilmiş apellyasiya şikayəti üzrə geriyə qüvvəsi olmaması barədə dəlilləri də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi 418-1.3-cü maddəsinə əsasən Ali Məhkəmənin mülki və kommersiya kollegiyaları mübahisəli hüquqi məsələyə birgə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. Həmin Məcəllənin 418-1.4-cü maddəsinə əsasən Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. Göründüyü kimi, qeyd edilən normaların tələbindən görünür ki, Ali Məhkəmənin mülki və kommersiya kollegiyaları mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyi barədə qəbul etdiyi qərardada heç də tövsiyə xarakterli deyil və eyni xarakterli məsələlərə baxarkən bütün məhkəmə tərkibləri həmin qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qərardad qəbul edilərkən qeyd edilən prossesual hüquq normaları qüvvədə olmuşdur. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir. Buna görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh4 oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7941/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il t arixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.