Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3081/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi, zəbt olunmuş torpaq sahəsindən çıxarılma, dəymiş zərərin əvəzinin ödənilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz tikili sökülməklə, mişar daşları həyətindən yığışdırılmaqla zəbt olunmuş torpaq sahəsindən çıxarılma və hasarın sökülməsi nəticəsində vu rulmuş ziyanın ödənilməsi” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-551/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Lənkəran rayonu Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə 0,10 ha həyətyanı torpaq sahəsi X2 və ailə üzvləri X3, Cavabdeh2, Cavabdeh3, X4, X5 və Cavabdeh1 birgə mülkiyyətinə verilmişdir. 2. ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdən İddiaçı və ailə üzvlərinin (Nümayəndə, X6 və X1) birgə mülkiyyətindədir. Torpaq sahəsinin üzərində olan fərdi yaşayış evi isə iddiaçının tam mülkiyyətindədir.
3. Sözügedən fərdi yaşayış evinə dair iddiaç ının adına xx.xx.2016-cı ildə tərtib edilmiş texniki pasportda torpaq sahəsinin 97.5 kv.m hissədə zəbt olunması göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən evinin yaxınlığında olmaqla bir hissəsinin mülkiyyətində olan torpaq sahəsində inşa etdikləri tövlənin onların hesabına sökülməsi, həmin torpaq sahəsinə özbaşına yığdıqları mişar daşlarının onların hesabına oradan götürülərək cavabdehlərin zəbt olunmuş həmin torpaq sahəsindən çıxarılması, hasarı sökməklə və iki ədəd meyvə ağacını kəsməklə vurduqları maddi ziyana görə onlardan 1000 (bir min) manat, mənəvi ziyana görə 10000 manat məbləğində pulun alınaraq ona verilm əsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini işin yuxarıda sadalanan faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, özünə məxsus fərdi yaşayış evində ailə üzvləri ilə yaşayır. Bir neçə ildir ki, qonşuluqda yaşayan cavabdehlər həyətlərində tövlə inşa etmişlər. Lakin tövləni evindən təxminən 4 metr məsafədə olmaqla, müəyyən qədər mülkiyyətində olan torpaqda inşa etmişlər. Cari ilin iyun ayının 9-da isə cavabdehlər heç bir əsaslı səbəb olmadan həyətinə hücum edib, həyətində inşa etdiyi tövləyə bitişik navesin mişar daşından ibarət divarını sökmüş, 2 ədəd meyvə ağacını kəsmiş, özlərinə məxsus mişar daşlarını şəxsi mülkiyyətində olan torpaq sahəsinə yığaraq 20x1,5 metr ölçüdə torpağını özbaşına zəbt etmişlər. Cavabdehdən qanunsuz və bir qədər də torpağında inşa etdikləri tövləni söküb, öz həyətlərində, kənarda inşa etmələri, həyətindən mişar daşlarını yığıb, hasarını bərpa etmələrini dəfələrlə tələb etsə də nəticəsi olmamışdır. Cavabdehlər mülkiyyətinə aid olan torpaq sahəsində özlərinə məxsus tövlənin bir hissəsini inşa etməklə, həmçinin həmin torpaq sahəsinə özbaşına mişar daşları yığmaqla oradan hazırda da istifadə etməklə həmin torpağa mülkiyyət hüquqlarını, eləcə də Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsini kobud şəkildə pozur. Bundan başqa cavabehlərin həyətində kifayət qədər torpaq sahəsi olmasına baxmayaraq onlar məhz ona ziyan vurmaq məqsədi ilə yaşayış evinin yaxınlığında tövlə inşa etmişlər ki, həmin tövlənin ağır qoxusundan evdə yaşamaq mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən cavabdehlər tövləsini hə yətinin elə hissəsində inşa etməli idilər ki, həm evlə ara məsafə qanunvericiliyə uyğun olsun, həm də həmin tövlədən gələn ağır qoxu qonşu kimi onlara təsir etməsin. Lakin onlar həmin tövləni həyətinin başqa yerində inşa etmək imkanı olmasına baxmayaraq evilərinin yanında inşa etməklə həm qanunvericiliyin tələbini pozmuş, həm də mülkiyyətində olan torpaqda yerləşən evdə yaşamaqlarını qeyri-mümkün etmişdir. Bundan əlavə cavabdehlər dam örtüyünün mişar daşından olan divarını sökməklə ona 500 manat dəyərində ziyan vurmuşlar. Cavabdehlər həmçinin 15 illik iki ədəd meyvə ağaclarını da kəsmişlər. Bununla da onu həm meyvə ağacından həm də onun bəhərindən məhrum etmişlər. Qanununvericiliyin tələbinə əsasən cavabdehlərin 500 manat məbləğində vəsait sərf etdiyi hasarını sökməsi və 15 illik yaşı ol an iki ədəd meyvə ağacını kəsməsi ona vurulmuş maddi zərər hesab edilir ki, həmin zərəri də cavabdehlərdən tam məbləğdə tələb etmək hüququ vardır. Cavabdehlərin yuxarıda göstərilən hərəkətləri nəticəsində həmçinin ona mənəvi ziyan da vurulmuşdur. Belə ki, qohumları olan cavabdehlərin hərəkəti onun nüfuzuna zərbə vurmuş, onda dərin mənəvi sarsıntı və iztirablar, səhhətində ciddi problemlər yaratmış, mənfi psixoloji reaksiyaya, mütəmadi olaraq narahatçılıq hissləri keçirməsinə səbəb olmuş, mənəviyyatını sarsıtmış, ona dərin iztirablar vermişdir. Cavabdehlərin hərəkətlərinin dərin iztirab və sarsıntı keçirməyinə səbəb olması ilə nəticələnməsini nəzərə alaraq və ona mənəvi zərər vuran şəxsləri maddi cəzaya məruz qoymaq məqsədilə ona vurulan mənəvi zərəri 10000 (on min) manat civarında qiymətlə ndirir.
6. Cavabdehlər birinci instansiya məhkəməsinin iclasında iştirak etməmişlər.
7. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6216 №-li, 28 oktyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 07 sentyabr 2022-ci il tarixli, **********49 saylı mütəxəssis rəyinə əsasən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********61-10301 reyestr nömrəli çıxarış və Texniki pasport ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan, Lənkəran rayonun Liman şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin hüdudları yerdə (naturada) və xəritədə müəyyə n edilmişdir. İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan həmin 0.06 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə olunmadığı, cavabdehlər tərəfindən inşa edilmiş tövlənin və həyət sahəsindəki mişar daşlarının İddiaçı və ailə üzvlərinin dövlət reyestrində qeydiyyata alınmış həmin 0.06 ha torpaq sahəsində yerləşmədiyi müəyyən edilir.
8. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(049)-3782/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Nicat Ağabəyov), iddia tələbi rədd edilmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir.
9. Məhkəmə təqdim edilmiş ekspert rəyini əsaslı hesab etmiş və qeyd etmişdir ki, iddiaçının cavabdehlər tərəfindən zəbt edilmədiyi, eləcə də cavabdehlər tərəfindən inşa edilmiş tövlə nin və həyət sahəsindəki mişar daşlarının iddiaçı və onun ailə üzvlərinin dövlət reyestrində qeydiyyata alınmış həmin 0.06 ha torpaq sahəsində yerləşmədiyi ekspert rəyi ilə müəyyən edilmişdir.
10. Məhkəmə eyni zamanda iddia tələbinin maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb cavabdehlərin yuxarıda sadalanan hərəkətlərindən qaynaqladığından və həmin xüsusatlar - cavabdehlərin iddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsini zəbt etmələri, orada tövlə inşa etmələri, həmin torpaq sahəsinə mişar daşları yığmaları işdə olan mötəbər sübutla (ekspertiza rəyi) tam şəkildə təkzib edildiyindən, iddia tələbinin maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı hissəsi üzrə araşdırma aparılmasına zərurət görmür.
11. Məhkəmə öz mövqeyini hüquqi cəh ətdən əsaslandırarkən Konstitusiyanın 29cu maddəsinin İİİ və İV hissələrinə, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4 və 152.5 və 239.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 76.2, 88, 103.1-ci maddələrinə istinad etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.
14. Apelyasiya instansiyası məhkəməsində iştirak edən Cavabdeh2 Şanqulu qızı ape llyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin rədd olunmasını xahiş etmişdir.
15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-551/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Samir Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası və apelyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, iddia tələbi əsaslı olmadığından, iddianın təmin edilməməsi barədə gəlinən nəticə qanuni və əsaslıdır.
17. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya mə hkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Konsitutisyanın 29, MM-nin 152.1, 157.2, 158.1, 158.2, 170.2, Torpaq Məcəlləsinin 111-ci, MPM-nin 77.1, 14.2, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülkiyyətində оlаn tоrpаq sаhəsi cаvаbdеhlər tərəfindən zəbt еdilməklə məhkəmə qərаrı оlmаdаn fаktiki mülkiyyətindən məhrum еdilməyinə bахmаyаrаq işə bахаn məhkəmələr bu bаrədə iddiаnı təmin еtməməklə qаnunvеriciliyin tələbini pоzmuşlаr.
21. Birinci instаnsiyа məhkəməsi iş üzrə bir sırа хüsusаtlаrı müəyyənləşdirmək üçün еkspеrtizа təyin еtsə də, məhkəmələr həmin rəyi digər sübutlаrlа müqаyisə еtmədən, tədqiq еtmədən оnа istinаd еdərək düzgün оlmаyаn nəticəyə gəlmişdir. Bеlə ki, mütəхəssis rəyində istifаdəsində оlаn tоrpаq sаhəsinin 0,075 hа оlmаsı göstərilmişdir. Hаlbuki fаktiki tоrpаğı cəmi 0,06975 hеktаrdır. Bu хüsusаt tоrpаğа dаir tехniki pаspоrtdа əks оlunmuş, həm də tоrpаğındа аrtıq оlаn hissəni аlmаğınа dаir mürаciəti ilə bаğlı bələdiyyə аrаyışındа dа qеyd еdilmişdir. Bələdiyyənin bununlа bаğlı xx.xx.2021-ci il tаriхli 294 sаylı аrаyışındаn görünür ki, istifаdəmdə оlаn tоrpаğın zəbt оlаn hissəsi 1 sоtdur. Bu isə mütəхəssis rəyinin rеаllığа uyğun оlmаmаsını, əsаssız оlаrаq tоrpаq sаhəsinin аrtıq q еyd еdilməsini göstərir.
22. Bundаn bаşqа tехniki pаspоrt cаvаbdеhlərin tоrpаğını zəbt еtməsindən əvvəl tərtib еdilməklə onun qаnuni mülkiyyətindən аrtıq istifаdəsində оlаn 1 sоtа yахın tоrpаğın həyətin cənub hissəsində оlmаsı qеyd еdilmişdir. Həmin vəziyyətdə tоrpаğın cəmi sаhəsi 0,06975 hеktаr оlmuşdur. Sоnrаdаn isə cаvаbdеhlər şərq istiqаmətdə tоrpаğını zəbt еdikləri hаldа, tоrpаğının sаhəsi fаktiki аzаlmаsınа bахmаyаrаq mütəхəssis tоrpаğı əsаssız оlаrаq çох göstərmişdir. Tехniki pаspоrtа görə tоrpаğı cənub hissədə 17,9 mеtrdir. Fаktiki isə həmin istiqаmətdə tоrpаğın uzunluğu cəmi 17 mеtrdir. Bu isə cаvаbdеhlərin qеyd оlunаn hissədə 90 sm mülkiyyətinə müdахilə еtməsini göstərir. Lаkin mütəхəssis qеyd оlunаn hissədə tоrpаğının fаktiki ölçüsünü göstərməmiş, həmin hissədə fаktiki ölçünün s ənəd üzrə оlаn ölçüdən аz оlmаsınа qiymət vеrməmişdir. İşə bахаn məhkəmələr isə bu хüsusаtlаrı nəzərə аlmаmış, yаrımçıq еkspеrt rəyinə istinаd еtməklə düzgün оlmаyаn qətnаmələr qəbul еtmişdir.
23. Qаnunvеriciliyin tələbinə əsаsən yuхаrıdа göstərilən əsаslаrа görə məhkəmələr əlаvə еkspеrtizа təyin еtməli оluğu hаldа, bu bаrədə vəsаtəti təmin еtməməklə qеyd оlunаn prоsеssuаl hüquq nоrmаsının tələblərini pоzmuşdur.
24. Kassatorun mövqeyinə görə məhkəmələr Konstitusiyanın 13, 29, MM-nin 152.1, 157.2, MPM-nin 88, 102.1-ci maddələrinin, habelə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərini pozmuşdur. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hü quq Azərbaycan Respublikasının Konstitusiyası
26. Maddə
13. Bənd İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
27. Maddə
29. Bənd İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər dav am etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
31. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
32. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
33. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
34. Maddə
84. Bənd
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
35. Bənd
3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
36. Maddə
111. Bənd
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
37. Bənd
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
38. Bənd
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə ü çün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 4 17.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələ ndirdiyinə görə məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Belə ki, iddia tələbi, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən cavabdehlərin çıxarılması, tikilinin sökülməsi və hasarın söökülməsi nəticəsində vurulmuş zərərin ödənilməsindan ibarətdir.
50. Bu növ tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subye ktiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
51. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını bu əsaslar üzrə araşdırmış, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ olsa da, iddiaçının hüquqlarının pozulması müəyyən olunmadığına görə iddianın rədd olunması barədə nəticəyə gəlmişdir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institutun xüsusi əhəmiyyəti vardır. Nəzərə alınmalıdır ki, mül ki mühakimə icraatında sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Həm də işdəki sübutlar biri-birini tamamlamalı, onlar mötəbər və ziddiyyətsiz olmalıdırlar. Məhz belə sübutlar iddianın təmin edilməsi üçün əsas götürülə bilər.
53. Məhkəmə ekspert rəyi əsasında cavabdehlərin iddiaçıya məxsus torpaq sahələrini zəbt etmədiyini müəyyən etmişdir. Kassasiya şikayətinin əsas dəlili həmin ekspert rəyinin əsassızlığı və əlavə ekspertiza təyin edilmə zərurəti ilə bağlıdır. İddiaçı ekspert rəyinin əsassızlığını bildirsə də, rəydə göstərilənlərin əksini təsdiq edən mötəbər sübut təqdim edə bilməmiş, iddiasının əsasını, o cümlədən əlavə ekspertiza keçirilməsinə əsas ola biləcək halları sübuta yetirə bilməmişdir.
54. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şik ayətində qeyd edilən dəlillər əsas etibarilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutların qiymətləndirilməsi kassasiya instansiyasının səlahiyyətinə aid deyil. Buna görə də kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.
55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət ve rilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
56. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-551/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.