Məhkəmə qərarları › İş №2(102)-3090/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3090/2025

10.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3090/2025 10.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin bərpası Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2624/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “X3” MMC-nin əmək müavilə sinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh “X3” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iş yerinə bərpa olunması və məcburi işburaxma günləri üçün əmək haqqının tam şəkildə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1100/2025 nömrəli, xx.xx.2025-ci i tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, “X3” MMC-nin xx.xx.2024-cü il tarixli 0021/23-M nömrəli əmrinin ləğv edilməsi, İddiaçı “X3” MMC-də “böyük mexanika mühəndisi” vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma dövrünün İddiaçı əmək stajına daxil edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün tərəflər arasında bağlanmış müqavilə əsasında əmək haqqı ödənilməsi, “X3” MMC-dən 100 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Nail Abbasov). b) Apelyasiya instansiyası məhkəməsində icraat

4. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2025-ci il tarixli, 2(103)- 2624/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinin təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1100/2025 nömrəl i, xx.xx.2025ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin rədd edilməsi qət edilmişdir.

6. İddiaçı kassasiya şikayəti və prosessual müddətin bərpa edilməsinə dair ərizə vermişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sisteminə yüklənilmişdir. Lakin vətəndaşın elektron məhkəmə kabineti olmadığından, ona qətnamənin sistemə yüklənmə tarixi və şikayət vermə müddəti məlum olmamışdır. İş üzrə apellyasiya instansiyasında təmsil edən vəkil müvafiq müddət ərzində səhhəti ilə əlaqədar işləyə bilmədiyindən, başqa vəkilə müraciət etsə də, texniki səbəblərdən vəkillə müqavilə bağlanması və kassasiya şikayətinin sistemə daxil edilməsi 1 gün gecikdirilmişdir. Belə ki, vətəndaş şəxsi kabineti olmadığından elektron məhkəməyə qətnamənin nə zaman yükləndiyini bilməmiş, iş üzrə apellyasiya instansiyasında iştirak edən vəkilin səhhətində yaxşılaşma olmadığından son anda ona müddəti 1 gün ötürmüş halda müraciət etmiş və dərhal müqavilə bağlanmaqla hüquqi yardım edilməsi üçün prosesə başlanmışdır. Belə ki, 05.08.25-ci il tarixində dərhal məhkəməyə kassasiya şikayəti, ötürülmüş müddətin bərpası ilə əlaqədar ərizə müvafiq işə əlavə olunması ilə əlaqədar vəkil müraciəti ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. 06.08.025-ci il tarixində Bakı Apellyasiya məhkəməsi tərəfindən müvafiq iş üzrə vəkil qismində əlavə edilən kimi, kassasiya şikayəti və müddətin bərpasına dair ərizəni yeniləməklə elektron məhkəmə vasitəsilə təqdim etmişdir.

8. Bakı Apellyasiya M əhkəməsinin Mülki Kollegiyasının 2(103)-2624/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2624/2025 saylı 21 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (hakimlər - Azad İmanov (sədrlik edən və məruzəçi) Məmməd Məmmədov və Fuad Talışınski).

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan “AZEMİS” “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2624/2025 saylı 21 may 2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə yerləşdirilmişdir.

10. Qətnamədən kassasiya şikayətinin ver ilməsi tarixi məhz həmin vaxtdan hesablanmalıdır. Bu halda, iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil3 qeyd edilən qətnamədən prosessual qanunvericiliyin tələblərinə görə 2 ay müddətində, yəni xx.xx.2025-ci il tarixinə kimi kassasiya şikayəti verə bilərdi. Lakin kassasiya şikayətinin elektron qaydada məhkəməyə daxil olma tarixindən görünür ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil3 tərəfindən kassasiya şikayəti xx.xx.2025-ci il tarixdə elektron qaydada təqdim edilmişdir.

11. Kollegiya hesab etmişdir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil3 ərizəsində göstərdiyi hallara əsasən müddətin üzrlü səbəbdən ötürülməsi üçün əsaslar olmadığından ərizə təmin edilə bilməz. Kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə iddiaçının nümayəndəsi və vəkili tərəfindən ver ilmiş ərizə təmin edilmədiyindən onun tərəfindən verilmiş kassasiya şikayəti də geri qaytarılmalıdır.

12. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 128.1, 405, 408.1.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və kassasiya şikayətinin verilməsi üçün üzrlü səbəbdən buraxılmış prosessual müddətin bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti müddətin bərpa edilməsi barədə ərizənin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq eyd edilmişdir ki, bu gecikmə iddiaçı və nümayəndəsinin səhlənkarlığı ilə deyil, iradələrindən kənar üzrlü səbəblərlə bağlı olmuşdur. Yeni vəkil iş materialları ilə qısa müddətdə tanış ola bilmədiyindən, müdafiə hüququnun tam təmininə obyektiv maneələr yaranmışdır. Apellyasiya instansiyasında yol verilmiş prosessual pozuntuların müəyyən edilməsi və əsaslandırılması üçün tələb olunan vaxt və texniki problemlər də gecikməyə təsir etmişdir. Beləliklə, kassasiya şikayətinin verilməsində baş vermiş cüzi (1 günlük) gecikmə üzrlü səbəblərlə bağlı olmuş, iddiaçının məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prin sipi əsasında həyata keçirilir.

17. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

18. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

19. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadis ənin baş verməsindən sonrakı gündən başlanır.

20. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

21. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

22. Maddə 135.1. Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə hə valə edilə bilər.

23. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

24. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti o rqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

25. Maddə 135.5. Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

26. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektro n kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

27. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

28. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa.... “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarı 29....Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsi zlik baxımından şübhə altına alınmasın... "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarı 30.... Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402- 421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir... Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı ins tansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

33. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından müddətin bərpa olunması ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2624/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar