Məhkəmə qərarları › İş №2(102)-3565/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3565/2025

27.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3565/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2, Bakı şəhəri, 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi notariat ofisinin xüsusi notariusu x xüsusi notariusu X5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi”; Mülki mübahisələrin kateqoriyaları: Vərəsəlik hüququndan irəli gələn mübahisələr; Mirasın faktiki qəbulu ilə bağlı mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçd ən ibarət tərkibdə, İddiaçı Cavabdeh2, Bakı şəhəri, 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi notariat ofisinin xüsusi notariusu Xudiyev Pərvin Etibar oğluna, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X5 qarşı miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)4124/2025 nömrəli, 4 avqust 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvandakı mənzilin ½ hissəsi mülkiyyət hüququ ilə cavabdeh X8, ½ hissəsi isə mərhum X3 məxsus olmuşdur.

2. X6 xx.xx.2023-cü il tarixdə ölmüş və onun ölümündən sonra həmin hissə miras əmlak olaraq qalmışdır.

3. İddiaçı xx.xx.2023-ü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə verərək miras əmlakın ona çatası hissəsindən imtina etmişdir. 4. xx.xx.2024-cü il tarixdə Belayev Ruslanın etibarnamə əsasında nümayəndəsi Şahid Bakı şəhəri 18 saylı notariat ofisinə ərizə verərək X2 miras qalmış əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. 5. 27 yanvar 2024-cü il tarixdə cavabdehə miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

6. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət edərək həmin imtina ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. 7. 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisinin İ ddiaçı nümayəndəsi Vəkil2 göndərdiyi 10 fevral 2024-cü il tarixli, 286 nömrəli məktubda qeyd olunmuşdur ki, X9 tərəfindən 8 dekabr 2023-cü il tarixində 8İ-56202 reyestr nömrəsi ilə qeyd edilmiş ərizə elektron notariat informasiya sistemi vasitəsilə “mirasdan imtina” ilə bağlı tərtib olunmuş və çap edilərək notarius tərəfindən vərəsəyə izah olunaraq razılığı ifadə olunduqdan (həm şifahi, həm də imzalayaraq) sonra təsdiqlənmiş ərizədir. Mülki Məcəllənin 1268-ci maddəsinin 1-ci bəndinə əsasən (Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz) ərizənin notarius tərəfindən ləğv edilməsi mümkün deyildir. 8. 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisinin Bakı şəhəri Nizami rayon Məhkəməsinə ünvanladığı 26 aprel 2024-cü il tarixli 996 nömrəli cavab məktubunda qeyd o lunmuşdur ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni ona notarius, yaxud tərcüməçi tərəfindən tərcümə olunmalıdır. Həmin ərizə tərtib edilərkən vətəndaş İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri, ərizənin məzmunu izah edilmişdir. İddiaçı öz iradə ifadəsini bildirdikdən sonra həmin ərizə notarius tərəfindən təsdiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2023-cü il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində İddiaçı tərəfindən X2 irs qalmış mirasın ona çatası hissəsindən imtina ərizəsinin etibarsız hesab edilməsi, eyni zamanda Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixdə Cavabdeh2 adına verilmiş V-11/2024 №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında DƏDK və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı ərazi İdarəsi tərəfindən X7 adına Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 8, 196 №-li mənzilə mülkiyyət hüququ üzrə verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. ünvan 3 ünvanında yerləşən mə nzil ½ payda mülkiyyət hüququ ilə Nasima Belayevaya məxsus olmuşdur. Mənzilin digər ½ payı 2014-cü ildən Cavabdeh2 mülkiyyət hüququ ilə məxsusdur. Son iki ildə X4 Belayevin Moskva vilayəti Podolsk şəhərində yerləşən evində yaşamış və onun himayəsində olmuşdur. xx.xx.2023-cü il tarixdə Nasima Belayeva iddiaçının evində ölmüşdür. İddiaçı anasının meyitini təyyarə ilə Bakı şəhərinə çatdıraraq onu ölən yaxın qohumlarının yanında şəhər qəbiristanlığında dəfn etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı 5 saylı “ASAN Xidmət” mərkəzində yerləşən notariat ofisinə müraciət edərək, anasının ölümündən sonra qalan əmlakın vərəsə kimi onun adına qeydiyyata alınmasını xahiş etmişdir. Bu zaman iddiaçının yanında qardaşı Cavabdeh2 və vətəndaş Şahid olmuşdur. İddiaçı Azərbaycan dilini bilmədiyi üçün vətəndaş Şahid vasitəsilə notariusla söhbət etmişdir. Notariat ofisində texniki işçi tərəfindən ərizə tərtib edilmişdir və bu ərizə iddiaçı tərəfindən imzalanmışdır. Notariusda ərizəni imza edərkən iddiaçı anasının ölümündən sonra qalan əmlaka vərəsə kimi qeydiyyata alınması üçün bir ərizə imzaladığına əmin idi. İddiaçı Podolsk şəhərindəki evinə gəldikdən sonra Cavabdeh2 onunla əlaqə saxlamağı dayandırmışdır. Qardaşının nəsə gizlətdiyini hiss edən iddiaçı yenidən Bakıya uçmuşdur. Vərəsəlik şəhadətnaməsini nə zaman alacağını öyrənmək üçün 5 saylı “ASAN xidmət”in notariat ofisinə gələn iddiaçı burada vərəsəlik payından imtina barədə ərizəyə imza atdığını öyrənmişdir. Bu zaman o, qardaşı Cavabdeh2 və Ruslanın qohumu Şahid tərəfindən aldadıldığını başa düşmüşdür. Miras payından imtina ərizəsini ləğv e tmək üçün iddiaçı vəkillə müqavilə bağlayaraq 5 saylı “ASAN xidməti” mərkəzinin notariat ofisində İddiaçı nümayəndəsi və vəkili Vəkil2 qeyd olunan ərizənin ləğvi ilə bağlı etibarnamə vermişdir. Sonra məlum olmuşdur ki, Cavabdeh2 27 yanvar 2024-cü il tarixdə Bakı şəhəri 18 saylı notariat kontorunda iddiaçının ərizəsindən istifadə edərək, anası Nasima Belayevanın ölümündən sonra qalan əmlakın yeganə vərəsəsi kimi özünü elan etmişdir və həmin gün vərəsəlik haqqında şəhadətnamə almışdır. Vərəsəlik şəhadətnaməsinə əsasən, cavabdeh Ruslan Belayev DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 8, 196 №-li mənzilə mülkiyyət hüququ üzrə çıxarış almışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə 5 saylı ASAN Xidmətində notariat ofisində miras qalmış əmlakdan imtina edərkən, bu ərizənin mənası onun üçün nə şifahi, nə də yazılı şəkildə rus dilinə tərcümə edilməmişdir.

11. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək məhkəmədə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında verdiyi izahatlarında bildirmişdir ki, cavabdehin anası Moskva şəhərində vəfat etdikdən sonra anasını Bakıya gətirmişlər. Qohumu Şahid məlumat vermişlər, o da cavabdehin anasının dəfn edilməsi, dəfn mərasiminin keçirilməsində köməklik etmişdir. Ruslan deyir ki, anası vəfat etdikdən sonra onların bibisi gətirib bükmənin içərisində onların anasından miras kimi qalmış pul vəsaitini və qızılları onlara təhvil vermişdir. İddiaçı böyük qardaş kimi təqdim edilən bükmədəki puldan 2.600 Avro pulu özünə götürmüş, anasının xarici ölk ədən vətənə gətirilməsi xərclərinin əvəzi kimi, 1000 ABŞ dolları pulu Ruslana vermiş, qalan pulu da qəbir daşının düzəltdirilməsi üçün ayırmışdır. Qızılları da iddiaçı özünə götürmüşdür. İddiaçı özü bildirmişdir ki, o, anasının evindən ona qalacaq payı istəmir. Ona izah edilmişdir ki, onda o, əmlakdan imtina etməlidir. Buna görə də həmin əmlakdan imtina etmək üçün səhəri gün notariat orqanına getmiş, özü orada bildirmişdir ki, miras əmlakdan imtina etmək istəyir. Notariat ofisində iki qız onun yanında olmuş, ona rus dilində izah vermişlər. İddiaçıya bildirilmişdir ki, bu ərizəni verirsə, sonra geri götürə bilməyəcək. İddiaçı sonradan Moskvaya qayıtmış, onun həyat yoldaşı ona nələrsə dedikdən sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçı da, cavabdeh də Azərbaycan dilini bilirlər, danışmaqda çətinlik çəkirlər. İddiaçı Azərbaycanda doğulmuşdur. 12. 5 saylı “Asan Xidmət” Mərkəzinin notariusu Pərvin Xudiyevin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatda qeyd etmişdir ki, notarius Pərvin Xudiyev rus dilini bilir və iddiaçıya notarius tərəfindən hansı notariat hərəkətini etdiyi, onun nəticəsi izah edilmişdir. İddiaçı tərəfindən tərcüməçi tələb edilməmişdir.

13. Şahid ifadəsində göstərmişdir ki, o, Rafael və Ruslanın doğma bibisinin həyat yoldaşıdır. O, 30 ildir ki, onların xeyir-şər mərasimlərinə başçılıq edir. Ruslan da, Rafael də onun üçün qardaş oğludurlar. Ruslan və Rafael ayın 4-ü və yaxud 5-i ona zəng edib bildirdilər ki, anaları vəfat edib, Bakıya gəlirlər. O, aeroportda onları qarşılamışdır. İddiaçının anasın ı Suraxanı qəbiristanlığında dəfn ediblər. Yas mərasimindən sonra onun yoldaşı gətirib stolun üstün içərisində qızıl və pul olan bükmə qoyub bildirdi ki, analarından qalmışdır. Rafael yol xərci çəkdiyi üçün puldan özünə götürmüş, 1000 dollar pulu Ruslana vermiş və bir hissəsini isə 40 mərasimini vermək üçün ayırmışdır. Qızılları isə Rusiyada bölüşdürmək üçün çantasına qoymuşdur. İddiaçı həmçinin qeyd etmişdir ki, Bakıda analarından qalan əmlak var, onu Bakıya bağlayan anası olduğundan, o da vəfat etdiyindən satmaq istədiyini bildirmişdir. Ruslan isə ata evini satmaq istəmirdi. Rafael həmin əmlakdan pay istəmədiyini, Bakıya gəlib-gedə bilmədiyini, vaxtı olmadığını bildirərək indidən əmlak ilə bağlı məsələni həll etmək istədiyini bildirmişdir. O isə iddiaçıya bildirmişdir ki, bunun üçün nota rial ərizə yazmaq lazımdır. Onlar səhəri günü ASAN Xidmətə getmişlər. ASAN Xidmət mərkəzinin əməkdaşı iddiaçının Azərbaycan dilini bilmədiyini başa düşmüş, digər əməkdaşa nə isə demişdir. Bundan sonra digər əməkdaş iddiaçı ilə rus dilində danışmağa başlamışdır. O, tərcüməni özü etməsini təklif etmişdir. Onlar isə buna icazə verməmişlər. Əməkdaş Rafaeldən “kimin xeyrinə payından imtina edirsən?” deyə soruşmuş, o isə qardaşının adına keçirmək istədiyini bildirmişdir. Əməkdaş bu sənədin geriyə qüvvəsinin olmayacağını rus dilində başa salmışdır. Bundan sonra iddiaçı oturmuş, onun şəklini çəkmişlər. Notarius onun rus dilli olmasını görüb onunla rus dilində danışmağa başlamışdır. Ondan nə üçün imtina ərizəsi yazmasının səbəbi soruşanda, o, demişdir ki, Moskvada işləyir, yaşayır, evi və maşını va r, Bakıda heç bir işi yoxdur. Notarius bu ərizənin geriyə qüvvəsi olmadığını bildirdikdən sonra ərizə imzalanmış və sonra notariat ofisindən çıxmışlar. Sənədləri topladıqdan sonra o, 18 saylı notariat ofisinə getmişdir və Ruslan ona etibarnamə vermişdir ki, şəhadətnamə ala bilsin. 1 həftə onun evində qaldıqdan sonra Rafael və Ruslan Moskvaya getmişlər. 1 ay sonra Rafaelə həyat yoldaşı nə isə dedikdən sonra o, Bakıya gəlmişdir. Özünə vəkil tutmuş və iddia qaldırmışdır. İddiaçı onun yalan danışdığını bildirir. Halbuki, o, bir qohum kimi onların bütün işlərində köməklik etmişdir. O, etibarnamə aldıqdan sonra notariusa yaxınlaşmış və vərəsəlik haqqında şəhadətnamə almaq istədiyini bildirmişdir. Notarius əvvəlcə 6 aylıq vaxt lazım olduğunu bildirsə də, sonra imtina ərizəsinin olduğunu görüb işi n qısa müddətə həll ediləcəyinin mümkün olduğunu söyləmişdir. Şəhadətnamə hazır olduqdan sonra çıxarış alınmaq üçün DƏDRX-nə sənədlər göndərilmişdir. Həmçinin qeyd etmişdir ki, Rafael ancaq rus dilində başa düşüb, danışa bilsə də, Ruslan həm tatar dilini, həm də Azərbaycan dilini bilir. 14. 5 saylı ASAN Xidmət Mərkəzinin notariusu Pərvin Xudiyev tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məktuba əsasən, məktubda notarius iddiaçıya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256,1268 və 1269-cu maddələrinin tələblərini və ərizənin məzmununun izah etdiyini bildirmişdir. İddiaçıya notarius tərəfindən ərizənin məzmunu və verilmiş ərizənin hüquqi nəticələri izah edilmişdir. Həmçinin iddiaçı tərəfindən notariat ofisində tərcüməçi tələb edilməmişdir.

15. Bakı şəhəri N izami Rayon Məhkəməsinin (hakim – Starə Əliyeva) 13 iyun 2024cü il tarixli, 2(007)1131/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsi mövgeyini belə əsaslandırmışdır ki, iddiaçı əqdi aldatma nəticəsində imzaladığını iddia edərək əqdin etibarsızlığı tələbini irəli sürməsinə baxmayaraq, öz tələbini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, öz iddia tələbini sübut etmə yükü iddiaçının üzərinə düşür.

17. Hazırkı halda etibarsız hesab edilməsi tələb edilən “mirasdan imtina” ərizəsi birtərəfli əqd olub, onun aldatma nəticəsində etibarsız hesab edilməsi üçün iddiaçı onun notarius tərəfindən aldadıldığını sübut etməlidir.

18. Belə ki, həmin “mirasdan imtina” ərizəsi notariat orqanında rəsmiləşdirilməli və ərizəni almış notarius vərəsənin şəxsiyyətini müəyyən etməli, onun imzasının həqiqiliyini yoxlamalıdır. Həmçinin, notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə, bu zaman “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9-cu bəndinin tələblərinə riayət edilməlidir. Əgər notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni notarius və ya tərcüməçi tərəfindən ona tərcümə edilməlidir.

19. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlmişdir ki, 8 dekabr 2023-cü il tarixli, 8İ-56202 reyestr nömrəli “mirasdan imtina”ya dair ərizə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir.

20. Həmçinin, məhkəmə işin hallarına istinad etməklə bu qənaətə gəlmişdir ki, iddiaçıya notarius tərəfindən ərizənin məzmunu və verilmiş ərizənin hüquqi nəticələri izah edilmiş, onun etibarlılığını şübhə altına alan hal müəyyən edilməmiş, bununla bağlı iddiaçının dəlilləri öz təsdiqini tapmamışdır.

21. Məhkəmə daha sonra hesab etmişdir ki, iddia tələbinin “vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi” hissəsi “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı olduğu və iddiaçının “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi” tələbi təmin edilmədiyi üçün iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4. 339.2, 339.3, 339.4, 1256, 1268.1, 1272, 1273, 1321.1, 1322-ci, “Notariat haqqında” Azər baycan Respublikası Qanununun 13-cü maddələrinə, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9-cu bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

23. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(007)-1131/2024 nömrəli qətnaməsinin ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə əsassızdır, qanunsuzdur, maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsində tətbiq edilən hüquq normaları iddiaçı Rafael Belayev ilə cavabdehlər arasında yaranmış hüquq münasibətlərini tənzimləmir və bu hüquq normalarının yaranmış hüquq münasibətlərinə heç bir aidiyyəti yoxdur. Birinci instansiya məhkəməsi öz qanunsuz qətnaməsi ilə iddiaçının Konstitusiya ilə nəzərdə tutulmuş vərəsəlik hüququnu, habelə ana dilindən istifadə hüququnu pozmuşdur. Notariat ofisinin notariusu vərəsəlikdən imtina ilə bağlı ərizə rəsmiləşdirilərkən qanun pozuntularına yol verib. İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. O, 1990-cı ildə 17 yaşında Bakı şəhərini tərk edib və həmin dövrdən Rusiya Federasiyasının ərazisində daimi yaşayır. İddiaçı Azərbaycan dilində yazıb-oxumağı bacarmır. Eyni zamanda latın qrafikasını da bilmir. Məhkəmə iclasında 5 saylı “ASAN xidmət”in notariat ofisinin nümay əndəsi iş üzrə cavabdeh qismində izahat vermişdir. O, izahatlarında bildirib ki, imzaladığı ərizənin mahiyyəti iddiaçıya izah edilib. Lakin iddiaçıya tərcüməçinin verilib-verilməməsi ilə bağlı suala o, mənfi cavab vermişdir. Yaranmış notariat təcrübəsinə görə, dövlət dilini kifayət qədər bilməyən şəxs öz ana dilində tərtib edilən sənədin nüsxələrindən birində imzaladığı sənədin mahiyyətini başa düşdüyü barədə yazılı qeyd edir. Lakin notarius Rusiya Federasiyasının vətəndaşı olan iddiaçıdan notariat ofisində qalan ərizənin surətinə bu qeydi qoymasını vətəndaşı olan iddiaçıdan notariat ofisində qalan ərizənin surətinə bu qeydi qoymasını tələb etməyib. İddiaçı milliyyətcə tatardır və 30 ildən artıqdır ki, Rusiya Federasiyasında daimi yaşamaq üçün Bakı şəhərini tərk edib. Buna görə də, iddia çının latın qrafikası ilə yazıb-oxumağı, ümumiyyətlə, Azərbaycan dilində yazıb-oxumağı bilməməsi ilə bağlı dediyi həqiqətdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid təsdiqləyib ki, həqiqətən də, 2024-cü il dekabrın 8-də Belayev qardaşları ilə birlikdə 5 saylı ASAN Xidmət mərkəzinin notariat ofisində olub. Lakin o, kənarda dayanıb və Rafael Belayevin ərizəni imzalaması zamanı heç bir iştirak etməyib, iddiaçı Ruslan Belayevdən fərqli olaraq rus dilindən başqa heç bir dildə danışmır, nə Azərbaycan dilini, nə də öz doğma tatar dilini bilmir. Bu bir daha vurğulayır ki, iddiaçı Azərbaycan dilini bilmədən, milliyyətcə tatar və Rusiya vətəndaşı olmaqla, mahiyyətini bilmədiyi sənədə əslində imza ata bilərdi. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin “vərəsəlik şəhadətnaməsinin və onun əs asında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi” hissəsi “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı olduğu və iddiaçının “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi” tələbi təmin edilmədiyi üçün iddia tələbinin həmin hissəsinə qiymət verilməsinə zərurət yoxdur, həmin hissədə də iddia tələbi təmin edilməməlidir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunla 6 aylıq müddət keçdikdən sonra verilməli olmasına baxmayaraq, necə olur ki mübahisəli miras əmlaka dair cavabdeh X1 üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 1 gün müddətində verilmişdir. Bundan sonra, qısa müddət ərzində vərəsəlik haqqında şəhadətnamənin əsasında miras qalmış mənzilə Daşınmaz Əmlakın Dövlət Kadastr ı və Reyestri Publik hüquqi Şəxsi Bakı şəhər ərazi İdarəsindən Çıxarış alınmışdır. Lakin məhkəmə bu halı da nəzərə almamışdır. Bununla belə, cavabdeh Ruslan Belayevin 6 ay müddətindən əvvəl vərəsəlik şəhadətnaməsi alması bir daha təsdiq edir ki, cavabdeh Ruslan Belayev qohumu Şahid vasitəsilə iddiaçını aldadaraq bütün miras əmlakı əldə edib. Lakin məhkəmə cavabdehin bütün miras əmlakı əldə etməsi üçün bu halı aldatma sübutu kimi qəbul etməyib. İddiaçı bütün sübutları təqdim edib ki, ərizəyə imza atarkən vərəsəlikdən imtina ilə bağlı ərizəyə imza atdığını bilmir. Bundan əlavə, iddiaçının Azərbaycan dilini bilməməsi, ərizə tərtib edilərkən tərcüməçinin təqdim edilməməsi, ərizənin Azərbaycan dilindən rus dilinə tərcümə edilməməsi, imzaladığı ərizənin mənasının ona aydın olduğu barədə iddiaçın ın qeydi olmaması halları məhkəmədə tam sübuta yetirmişdir. Lakin məhkəmə tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verilməmişdir.

25. Cavabdeh Belayev Ruslan Ramizoviçin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki, mirasdan imtinaya dair ərizə verilməsini iddiaçı özü təklif etmişdir. Şahid təkcə Ruslanın deyil, həm də Rafaelin bibisinin həyat yoldaşıdır. Yəni, hər iki qardaşa eyni münasibətdə olan şəxsdir.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5209/2024 nömrəli, xx.xx.2024-cü il tarixli (hakimlər – Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev, Xəyal Sarıyev) qətnaməsi ilə, iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(007)1131/20 24 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddiaçının cavabdehlərə qarşı miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməsi və iddiaçı tərəfindən 08 dekabr 2023-cü il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində X2 miras qalmış əmlakın ona çatası hissəsindən imtinası barədə ərizənin etibarsız hesab edilməsi, 27 yanvar 2024-cü il tarixdə Bakı şəhəri 18 saylı notariat ofisində iddiaçının adına verilmiş V-11/2024 №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bu şəhadətnamə əsasında Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 8, 196 №-li mənzilin ½ hissəsi üzərində iddiaçının mülkiyyət hüququ nun qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi qət edilmişdir.

27. Məhkəmə kollegiyası mövgeyini belə əsaslandırıb ki, iddiaçının kargüzarlığın aparıldığı dili bilməməsi notariusa məlum olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin 13-cü bəndində də qeyd olunmuşdur ki, “Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, notarius özü rus dilini bilir, iddiaçıya hansı hərəkəti etdiyi notariusun özü tərəfindən izah edilmişdir. İddiaçı tərəfindən tərcüməçi tələb olunmamışdır.”

28. Məhkəmə kollegiyası notarius tərəfindən aparılmış hərəkətlərin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata uyğun olub – olmamasını araşdıraraq bu qənaətə gəlmişdir ki, notarius tər əfindən həmin Təlimatın 9, 134 və 135-ci bəndlərinin tələbləri pozulmuş, mübahisəli sənəd iddiaçının bildiyi dilə tərcümə olunmalı olduğu halda, bu tələbə riayət olunmamış, nəticədə iddiaçı sənədin məzmunundan məlumatsız olmuşdur. Kollegiya hesab etmişdir ki, bu hal ərizənin etibarsız hesab edilməsi üçün əsasdır.

29. Apellyasiya şikayətinin digər dəlili iondan ibarət olmuşdur ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunla 6 aylıq müddət keçdikdən sonra verilməli olmasına baxmayaraq, mübahisəli miras əmlaka dair cavabdeh X1 üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 1 gün müddətində verilmişdir. Məhkəmə kollegiyası bu əsasla vərəsəlik şəhadətnaməsinin ləğv olunmasını əsaslı hesab etməmiş və bununla bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bu əsasla bağlı düzgün ola raq Mülki Məcəllənin 1322-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə görə, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Lakin digər əsas, yəni, mirasdan imtina ərizəsinin etibarsızlığı həm şəhadətnamənin, həm də bu şəhadətnamə əsasında dövlət reyestrində aparılmış qeydin ləğvi üçün əsasdır.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1256, 1268.1, 1272, 1273, 1321.1,1322-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında ” Təlimatın 9, 134, 135-cü bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

31. Cavabdeh2 (vəkil - Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 2(103)5209/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi üçün qərar çıxarılmasını xahiş etmişdir.

32. Kassasiya şikayəti belə əsaslandırmışdır ki, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının mübahisələndirilən qətnaməsi ilə şəxs ədalətli məhkəmə müdafiəsindən məhrum edilmişdir. Belə ki, tətbiq edilən maddi hüquq normalarına düzgün hüquqi qiymət verilməmiş, “hərfi” mənada və təhrif edilmiş şəkildə şərh edilib izah verilərək tətbiq edilməklə subyektiv mülahizəyə əsaslanmışdır. Ərizə notarius tərəfindən onun şəxsiyyəti müəyyən edilməklə imzasının həqiqiliyi təsdiq edilmişdir. Həmçinin bir qayda olaraq notarius tərəfindən ərizənin məzmunu müraciət edən şəxsə izah edilmişdir. Bu hal notariusun 1-ci instansiya məhkəməsində iştirak edən nümayəndəsi tərəfindən bildirilmiş və notariusun məhkəməyə göndərdiyi rəsmi məktubla təsdiq edilmişdir. Notarius üzərinə düşən vəzifəni yerinə yetirmiş, şəxsə müraciət etdiyi məsələ ilə bağlı hüquq və vəzifələri izah edilmişdir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarının tətbiq edilməsində düzgün hüquqi nəticəyə gəlməmiş və mahiyyətcə düzgün olan 1-ci instansiya məhkəməsinin qətnaməsini həmin maddənin düzgün o lmayan şərhi əsasında subyektiv mülahizə əsasında ləğv edərək iddia tələbini təmin etmişdir. məhkəmə kollegiyası normanın şərhində “vurğunu” normanın “aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin aparılmasını hər hansı dildə aparılmasını xahiş etmişdirsə” hissəsinə yönəltsə də, normanın ikinci hissəsinə diqqət yetirməmişdir. Həmin hissədə “və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir” göstərilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsində iştirak edən notariusun nümayəndəsi notariusun rus dilini bildiyini, iddiaçıya hansı hərəkətin etdiyinin notariusun özü tərəfindən izah edildiyini, iddiaçı tərəfindən tərcüməçi tələb olunmadığının bildirildiyi qətnamənin 31-ci bəndində göstərilmişdir. Göründüyü kimi məhkəmə kollegiyası tərəfindən maddi hüquq norması düzgün tətbiq e dilməmişdir.

33. Cavabdeh 5 saylı “Asan Xidmət” Mərkəzinin notariusu Pərvin Xudiyev (vəkil Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 2(103)5209/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, işin halları ilə müəyyən edilir ki, notarius Pərvin Xudiyev rus dilini bilir və iddiaçıya notarius tərəfindən hansı notariat hərəkəti etdiyini, onun nəticəsi izah edilmişdir. İddiaçı tərəfindən tərcüməçi tələb edilməmişdir. Həmçinin 5 saylı “Asan Xidmət” Mərkəzinin notariusu Pərvin Xudiyev tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məktubdan görünür ki, məktubda notarius iddiaçıya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256, 1268 və 1269-cu maddələrinin tələblərini və ərizənin məzmununun izah etdiyini bildirmişdir. İşin məhkəmə tərəfindən tədqiq edilmiş faktiki hallarından görünür ki, iddiaçıya notarius tərəfindən ərizənin məzmunu və verilmiş ərizənin hüquqi nəticələri də izah edilmişdir. Həmçinin iddiaçı tərəfindən notariat ofisində tərcüməçi tələb edilməmişdir. Belə ki, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, iddiaçı notariat ofisinə müraciət edərkən tərcüməçi tələb etməmişdir. Belə ki, o Şahid inanmışdır. Həmçinin qeyd etmişdir ki, notarius rus dilini bilmir və tərcümə onun tərəfindən yox, Şahid tərəfindən həyata keçirilmişdir. İşin hər bir halında müəyyən olur ki, iddiaçıya notariat hərəkətinin mahiyyəti və nəticəsi izah edilmişdir. Onu da məhkəmə kollegiyasının diqqətinə çatdırırlar ki, mübahisəli mənzil paylı mülkiyyətdə olmaqla ½ hissədə cavabdehin, ½ hissədə isə analarının adına qeydə alınmışdır. İşin əhəmiyyətli halı ondan ibarətdir ki, əgər iddiaçı həqiqətən də mənzildəki payı istəmiş olsaydı, anasının sağlığında mübahisə predmetini təşkil edən mənzilin ½ hissəsi onun adına bağışlama qaydasında keçə bilərdi. İşin materialları ilə təsdiq edilir ki, iddiaçının anası ölənədək onunla birlikdə yaşamışdır. Belə olduğu halda iddiaçı həmin hissəyə ya vəsiyyətnamə yada ki bağışlama yolu ilə hüquq əldə edə bilərdi. Görünür, iddiaçının mənzildəki paya hüquq əldə etmək niyyəti olmamışdır. Ona görə də iddiaçı mirasın qəbulundan qardaşının xeyrinə qanunla müəyyən edilmiş qaydada və müddətdə imtina etmişdir. Ona görə də hesab edir ik ki, Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsi ləğv edilməli və iddia əsassız olduğundan rədd edilməlidir. İşə baxan məhkəmə kollegiyası tərəfindən Notariat haqqında qanunun qeyd edilən norması düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən qeyd edilən normaya qətnamənin 33-cü bəndində şərh verilir və göstərilir ki, normanın məzmunundan görünür ki, rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edilməsi və ya mətnin tərcüməçi tərəfindən ona tərcümə edilməsi üçün normada “və” deyil, “və ya” bağlayıcısı istifadə olunduğundan aşağıdakı şərtlərdən hər ikisi deyil, birinin mövcud olması kifayətdir: müraciət etmiş şəxsin kargüzarlığın aparıldığı dili bilməməsi; - notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş etməsi. Göründüyü kimi məhkəmə kollegiyası normanı n şərhində “vurğunu” normanın “aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin aparılmasını hər hansı dildə aparılmasını xahiş etmişdirsə” hissəsinə yönəltsə də, normanın ikinci hissəsinə diqqət yetirməmişdir. Həmin hissədə “və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir” göstərilmişdir. Hesab edirik ki, Bakı Apellyasiya məhkəməsi qanunvericiliyin qeyd edilən normalarını düzgün tətbiq edə bilməmişdir. Hazırkı işdə iddiaçının aldadılmasını təsdiq edən sübutlar da təqdim edilməmişdir.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Rəşad Həsənov (məruzəçi), Əhməd Nurməmmədov və Aqil Abbasov) 2(102)-1317/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5209/2024 nömrəli, xx.xx.2024-cü il qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

36. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin hallarından göründüyü kimi iddiaçı anasından miras qalmış əmlakdakı payından imtina etməklə bağlı notarial qaydada ərizə vermiş və bununla da, birtərəfli qaydada həmin paya dair iradəsini ifadə etmişdir.

37. Hazırda iddiaçı həmin vaxt miras paydan imtina ilə bağlı hər hansı niyyətinin olmadığını, cavabdeh Ruslan Belayev və onun nümayəndəsi olmuş Şahid tərəfindən aldadılması nəticəsində belə bir ərizəyə imza etdiyinə istinad etməklə qeyd edilən ərizənin etibarsızlığını iddia etmişdir. Öz iddiasının faktiki əsası kimi iddiaçı onun Azərbaycan dilini bilməməsinə, notar iusun isə notariat hərəkətlərini apararkən ərizəni onun bildiyi dilə tərcümə etməməsinə, notariat ofisində olarkən notariusla qohumu Şahid vasitəsilə əlaqə saxlamasına, sonuncu tərəfindən aldadılmasına, bu səbəbdən arzuladığı sənədi deyil, başqa məzmunlu sənədi imzaladığına istinad etmişdir.

38. İddianı təmin edən apellyasiya instansiyası məhkəməsi notariat hərəkətini aparan notarius tərəfindən “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9, 134 və 135-ci bəndlərinin tələblərini pozaraq mübahisəli ərizənin məzmununun həmin normaların tələbinə uyğun olaraq iddiaçının bildiyi dilə tərcümə olunmaması, nəticədə iddiaçının sənədin məzmunundan məlumatsız olması və bu halların ərizənin etibarsız hesab edilməsi üçün əsas verməsi qənaətinə gəlmişdir.

39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır:

40. İlk növbədə qeyd edilməlidir ki, mübahisəli ərizə iddiaçının miras əmlakın ona çatası hissəsindən imtina etməsini təsbit edən iradə ifadəsidir və mahiyyət etibarı ilə birtərəfli əqddir.

41. Qeyd edilməlidir ki, əqdin etibarlı olması bir sıra şərtlərə bağlıdır. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarsızlığına səbəb ola bilər.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin öz qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.

43. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin 12 aprel 2021-ci il tarixli Qərarı).

44. Bu hüquqi mövqedən çıxış edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün ilk növbədə iddiaçının mübahisələndirdiyi ərizənin yuxarıda sadalanan şərtlərə cavab verib-verməməsi yoxlanmalı, yalnız bundan sonra onun etibarlılığı məsələsinə qiymət verilməlidir.

45. Hazırkı mübahisədə iddiaçının istinad etdiyi əsas dəlil onun aldadılması və nəticədə arzulamadığı başqa məzmunlu bir sənədə imza etməsi olmuşdur. Göründüyü kimi, iddiaçı miras paydan imtina edərkən onun iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtin pozulduğunu iddia etmişdir. Bu mənada, işə mahiyyəti üzrə baxan məhkəmələrin əsas vəzifəsi qeyd edilən halın baş verib-vermədiyini tərəflərin təqdim etdiyi sübutlar əsasında müəyyən etməkdən ibarət olmalıdır.

46. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında qeyd edilir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər.

47. Həmin qərarda daha sonra göstərilir ki, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər.

48. Konstitusiya Məhkəməsinin bu qərarındakı hüquqi mövqeyindən göründüyü kimi, iradə ifadəsinin zədələnməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxılarkən iradə ifadəsinin özü ilə yanaşı, həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, o cümlədən əqdə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri də nəzərə alınmalıdır.

49. Hazırkı mübahisəni həll edən apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş yalnız bir hala – iddiaçının miras payından imtinaya dair verdiyi ərizənin onun bildiyi dilə tərcümə edilməməsinə istinad etməklə iddianı təmin etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, miras payından imtinaya dair ərizənin verilməsi ilə bağlı notariat hərəkətlərini həyata keçirmiş notarius tərəfindən “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9, 134 və 135-ci bəndlərinin tələblərinin pozulması işin mübahisəsiz halı olsa da, bu fakt özüözlüyündə həmin ərizənin etibarsızlığına səbəb olmur.

50. Qeyd edilən hal iddiaçının miras payından imtina etmək niyyətinin olmadığı, verdiyi ərizənin məzmunundan xəbərsiz olduğu qənaətinə gəlmək üçün də kifayət deyildir. Bu hal yalnız iddianın əsaslılığı ilə bağlı iddiaçının istinad etdiyi sübut növlərindən biridir və məhkəmələr mübahisəni həll edərkən həmin hala digər sübutlarla yanaşı qiymət verməlidirlər.

51. Lakin iş materiallarından görünür ki, hazırkı mübahisə həll edilərkən tərəflər arasında həmin vaxt mövcud olmuş münasibətlər, o cümlədən ərizə verilərkən onların arasında miras əmlakla bağlı hər hansı mübahisənin olub-olmaması məsələsinə qiymət verilməmiş, habelə iş üzrə araşdırılmış digər sübutlar, o cümlədən cavabdeh notariusun və şahidin ifadəsi məhkəmənin iddianı təmin edərkən istinad etdiyi sübutla əlaqəli şəkildə qiymətləndirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin həllinə həddən artıq formal yanaşmışdır.

52. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2, 1256, 1268.1, 1272, 1273, 1321.1, 1322; “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 13; “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9, 134, 135; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 416.1, 417.1.1, 417.1.3, 418.1, 418.3-cü maddələrinə istinadən əsaslandırmışdır. ç ) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

53. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4124/2025 nömrəli, 4 avqust 2025-ci il tarixli (hakimlər – Fuad Talışınski (sədrlik e dən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1131/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

54. Kassasiya instansiyasının göstərişlərini nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı öz iddia tələbini sübut edə bilməmişdir. İddiaçının onun azərbaycan dilini bilmədiyini, notarius tərəfindən ona ərizənin mətninin rus dilində izah edilmədiyini iddia etsə də bununla bağlı hər hansı mötbər sübut təqdim edə bilməmişdir. Bunun əksinə şahid ifadəsi, notariusun izahatı ilə təsdiq olunur ki, iddiaçı həmin ərizəni imzalayarkan ərizənin məzmunu və doğuracağı hüquqi nəticələr ona tam izah edilmiş və iddiaçı tərəfindən könüllü olaraq ona çatası miras payından imtina edilmişdir.

55. Notariusda ərizəni imza edərkən iddiaçı anasının ölümündən sonra qalan əmlaka vərəsə kimi qeydiyyata alınması üçün ərizə imzaladığına əmin olduğunu, xx.xx.2023-cü il tarixdə 5 saylı ASAN Xidmətində notariat ofisində miras qalmış əmlakdan imtina edərkən, bu ərizənin mənası onun üçün nə şifahi, nə də yazılı şəkildə rus dilinə tərcümə edilməmiş, qardaşı Ruslan Belayev və qohumları Şahid tərəfindən aldadıldığını başa düşmüşdür. Ərizəni təsdiq edən notariat ofisində qanunvericiliyin tələblərinin pozulduğunu və qohumları tərəfindən aldadıldığını ərz edən iddiaçı X8, Bakı şəhəri 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu Xudiyev Pərvin Etibar oğluna, Bakı şəhəri 18 saylı notariat ofisi nin xüsusi notariusu X5 qarşı tələb irəli sürsə də, hər bir cavabdehə qarşı yönələn tələbin nədən ibarət olduğuna dair mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq sübutedici dəlillərini məhkəməyə təqdim etməmiş, onların birlikdə və ya ayrılıqda olan mülki məsuliyyətini müəyyən edən təfərrüatları təsnif etməmişdir.

56. Miras payından imtinaya dair ərizənin verilməsi ilə bağlı notariat hərəkətlərini həyata keçirmiş notarius tərəfindən “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9, 134 və 135-ci bəndlərinin tələblərinin pozulması işin mübahisəsiz halı olsa da, bu fakt özü-özlüyündə həmin ərizənin etibarsızlığına səbəb olmaması, habelə iddiaçının miras payından imtina etmək niyyətinin olmadığı, verdiyi ərizənin məzmunundan xəbərsiz old uğu qənaətinə gəlmək üçün də kifayət olmadığı və bu halın yalnız iddianın əsaslılığı ilə bağlı iddiaçının istinad etdiyi sübut növlərindən biri olması, mübahisə həll edilərkən həmin hala digər sübutlarla yanaşı qiymət verilməli olması kassasiya instansiya məhkəməsinin mövqeyi ilə artıq təsbit edildiyindən bu halların yenidən müzakirəsi yolverilməzdir.

57. Bununla belə, kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq yenidən araşdırma zamanı hazırkı mübahisə həll edilərkən tərəflər arasında həmin vaxt mövcud olmuş münasibətlər, o cümlədən ərizə verilərkən onların arasında miras əmlakla bağlı hər hansı mübahisənin olub-olmaması, habelə iş üzrə araşdırılmış digər sübutlar, o cümlədən cavabdeh notariusun və şahidin ifadəsinin məhkəmənin iddianı təmin edərkən istinad etdiyi sübutla əla qəli şəkildə qiymətləndirilməsi kimi vəzifələr olmuşdur ki, bu hallara dair iddiaçının hər hansı sübut təqdim etmədiyi prosessual şəraitdə notariusun və şahidin ifadələrinin təkzib edən xüsusatlar müəyyən edilməmiş, iddiaçı və cavabdeh olan qardaşların isə aralarında vərəsəliklə bağlı razılığın olması, miras qalmış pul vəsaitlərin bölünməsi və qızılların iddiaçı tərəfindən götürüldüyü müəyyən edilmişdir. Mirasın bir hissəsinin qəbulu artıq onun faktiki qəbulunu və vərəsələr arasında razılığın olmasını müəyyən edir. Bu müstəvidə imtina ərizəsinin verilməsi vərəsəliyin qəbulu zamanı mübahisənin olmadığını və vərəsələr arasında qarşılıqlı etimadın olduğunu şərtləndirir.

58. Mirasa dair vərəsəlik şəhadətnaməsi almaq barədə ərizə deyil, vərəsəlik payından imtina barədə ərizəyə imza atması barəd ə ərizənin verilməsini iddia edən iddiaçı necə, nə zaman və hansı şəraitdə bunu bildiyini sübut etməmişdir. Öz hüquqlarının müdafiəsi üçün müvafiq olaraq hansı zamandan hansı tədbirlərinin görülməsi və ya hansı səbəbdən görülməməsini sübut edə bilməmişdir. Diqqətə çatdırılmalıdır ki, mülki hüquq (fəaliyyət) qabiliyyətiinə şübhə belə olmayan iddiaçının öz vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün ölkə ərazisində kifayət qədər hüquq (tərcümə) təsisatların mövcudluğundan istifadə etməməsi onun özünün davranışlarının risk dairəsinə aiddir. Belə ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməli və yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İddia ərizəsində yalnız etimad göstərdiyi qardaşı Cavabdeh2 və qohumu Şahid tərəfindən aldadıldığının qeyd edilməsi isə hüquqi cəhətdən iddiaçının vacib əhəmiyyətli yanılma kimi qiymətlndirilə bilərdi ki, bu normanın dispozitiv şərtlərinə müvafiq faktoloji əsaslar sübuta yetirilməmişdir. Lakin iddiaçının imza atmazdan öncə tərcüməçi tələb etməsi və bununla əlaqədar iddia edilən digər dəlillər, habelə iddiaçının miras əmlakın ona çatası hissəsindən imtina etməsini təsbit edən iradə ifadəsinə zidd (arzulamadığı deyil, başqa məzmunlu bir sənədə imza etməsi) və yanılma əsasında birtərəfli əqdin etibarsızlığnı müəyyən edən dispozitiv şərtlər təsdiq edilməmişdir.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin öz qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şə rtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin 12 aprel 2021-ci il tarixli Qərarı).

60. Göründüyü kimi, iddiaçı miras paydan imtina edərkən onun iradə sərbəstliyi və iradə ifadəsinin bild irilməsi vəhdətinə dair şərtin pozulduğunu iddia etmişdir ki, həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilən dayanıqlı digər əsaslar iddianın səciyyəsi ilə uyğunluq təşkil etməmişdir.

61. Beləliklə, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, subyektiv və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

62. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.2, 347.1, 347.2, 347.3, 560.1, 560.2, 12 56, 1261, 1268.1,1268.2, 1273,1321,1322-ci maddələrinə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9, 134, 135-ci bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

63. İddiaçı (vəkili – Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kolleqiyasının 2(103)-4124/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsini ləğv edərək, apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında İddiaçı cavabdehlər Cavabdeh2 və 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi notariat ofisinə qarşı miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdan çıxarışın ləğv edilməsi barədə iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

64. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, dövlət vərəsəlik hüququna təminat verir. İşdə müəyyən edilib ki, iddiaçı Rafael Belayev onun vəfat etmiş anası Nəsimə Belayevanın birbaşa varisidir. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçı Rafael Belayevin apellyasiya şikayətini təmin etməyərək və İddiaçı vərəsəlikdən imtina haqqında ərizəsinin etibarsız hesab edilməsi barədə iddia tələbin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla İddiaçı Konstitusiyada nəzərdə tutulmuş vərəsəlik hüququnu faktiki olaraq pozmuşdur.

65. İddiaçı Rafael Belayev pozulmuş vərəsəlik hüququn u bərpa etmək istəyib və bunu maksimal qısa müddətdə etmişdir. Lakin məhkəmə onu nəzərə almayıb ki, Rafael Belayev aldatmadan xəbər tutaraq vərəsəlikdən imtina ilə bağlı təqdim olunmuş ərizəyə tez bir zamanda məhkəməyə müraciət edib. Bu hal bir daha təsdiqləyir ki, Belayev həqiqətən də vərəsəlikdən imtina barədə ərizəyə imza atdığını bilmirdi və bundan xəbər tutan kimi dərhal məhkəməyə müraciət edib. İddiaçı bunu Mülki Məcəllənin 1272-ci maddəsində göstərilən müddətə riayət etməklə həyata keçirilmişdir.

66. Hesab edir ki, iddiaçı Rafael Belayevin 5 saylı ASAN Xidmətdə yerləşən notariat ofisinə müraciət edərkən məqsəd anasının ölümündən qalan əmlaka vərəsəlik hüququna daxil olması idi və bu hal məhkəmə iclaslarında müəyyən edilib və sübuta yetirilib. Lakin apellyasiya məhkəməsi bu halı nə zərə almamışdır. Məhkəmənin qanunsuz qətnaməsi nəticəsində İddiaçı qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması hüququndan məhrum edilmişdir.Bununla da, məhkəmənin qətnaməsi ilə AR Mülki Məcəlləsinin1321.2-ci maddəsinin tələblərini pozmuşdur

67. Həm birinci, həm də apellyasiya instansiya məhkəmələrdə məhkəmə iclasları zamanı Rafael Belayevin azərbaycan dilini ümumiyyətlə bilməməsi müəyyən edilmişdir. X12 Rusiya vətəndaşı və etnik tatar olması ilə təsdiqləyir. İddiaçı Rafael Belayevin izahatlarından müəyyən edilib ki, o, 1990-cı illərin əvvəllərində 17 yaşında Azərbaycanı tərk edib. Həmin vaxtdan indiyədək X11 yaşayır və yalnız bir vətəndaşlığa malikdir. Azərbaycan dilini bilmədiyi üçün məhkəmə iclasına tərcüməçi dəvət olunmuşdur. Odur ki, həm birinci instansiya, həm də apellyasiya instan siyası məhkəməsində faktiki olaraq sübuta yetirildi ki, Azərbaycan dilini bilmədiyi üçün iddiaçı Rafael Belayev mənasını anlamadığı ərizəyə imza ata bilərdi. İddiaçı bildirib ki, notariat kontorunda ərizə tərtib edildikdən sonra ərizənin mətnini Azərbaycan dilindən rus dilinə Şahid tərcümə edib. Bundan başqa, Şahid notariat ofisində notariusla bütün danışıqları Azərbaycan dilində aparmışdır. Rafael Belayev də məhkəmədə izahat verib ki, Şahid onların xalası əridir. Ona görə də, notariat ofisində vərəsəlik hüququna daxil olması barədə ərizə verərkən Şahid tam etibar etmişdir. Rafael Belayev ərizəni imzalayarkən tam əmin idi ki, anasının ölümündən sonra qalan mirasın qəbulu və ona vərəsəlik şəhadətnaməsi verilməsi üçün ərizəyə imza atır. Lakin sonradan onun müttəhimlər tərəfindən aldadıldığı məlum olub. Lakin apellyasiya instansiyası məhkəməsi bu mühüm halı nəzərə almamış, bununla da Mülki Məcəllənin 339.2-ci maddəsini düzgün şərh etməmiş qətnaməsində tətbiq etmişdir. 68. “Notariat haqqında” qanunun 13-cü maddəsinə əsasən, Rafael Belayev notariusa ərizə tərtib edərkən tərcüməçi ilə təmin edilməli idi. Alternativ olaraq, notariat ofisində ərizə onun bildiyi dildə tərtib edilməli idi. Lakin ərizə Rafael Belayevin adından tərtib edilərkən Notariat Qanununun bu tələblərinin heç biri yerinə yetirilməyib. Nəticədə Azərbaycan dilini bilməyən Rusiya Federasiyası vətəndaşı İddiaçı Azərbaycan dilində tərtib olunmuş ərizəsi imzalamışdır. Lakin məhkəmə müəyyən edilmiş bu halı da nəzərə almamışdır.

69. Mülki işə baxarkən məhkəmə birtərəflilik, qərəzlilik və natamamlıq nümayiş etdirmişdir. Beləliklə, məhkəmə yalnız cavabdehlər tərəfindən təqdim edilmiş dəlilləri nəzərə alaraq qərəzlik göstərmişdir. İddiaçının Azərbaycan dilini bilməməsi və notarius tərəfindən imzalanmış ərizəsinin mətnini rus dilinə tərcümə etməməsi ilə bağlı arqumentləri məhkəmə tərəfindən tamamilə nəzərə alınmamışdır.

70. Bu mülki işdə bütün müəyyən edilmiş hallar məhkəmədə öz təsdiqinu tapmışdır. İddiaçı Azərbaycan dilini bilməməsi, imzaladığı sənədin mənasını başa düşməməsi ilə bağlı iddiaçı tərəfindən bütün sübutları təqdim edilmişdir. Bu hallar iş materialları ilə, həmçinin cavabdehin nümayəndəsinin izahatlarıvəşahidin ifadələri ilə dətəsdiqlənir. Lakin məhkəmə qərarında qeyd edib ki, iddiaçı məhkəmədə heç bir əhəmiyyətli sübut təqdim etməyib.

71. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respubl ikasının Konstitusiyasının 29-cu maddəsinin 7-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.2, 1272, 1321, “Notariat haqqında” Azzərbaycan Respublikası Qanununun 13-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

72. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə etiraz verərək üzrə İddiaçı nümayəndəsi və vəkili tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4124/2025 nömrəli, xx.xx.2025- ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməsini, məhkəmə kollegiyasının qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir

73. İş üzrə cavabdeh 5 saylı "A SAN Xidmət Mərkəzindǝ" notariat ofisinin xüsusi notariusu Xudiyev Pərvin Etibar oğlu kassasiya şikayətinə qarşı etiraz verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)- 4124/2025 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməsini, məhkəmə kollegiyasının qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

74. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldad ılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

75. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.

76. Maddə 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir.

77. Maddə 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir.

78. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

79. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.

80. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.

81. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.

82. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu:

83. Maddə

13. Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat:

84. Bənd 9. 9. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilin i bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni ona notarius, yaxud tərcüməçi tərəfindən tərcümə olunmalıdır. Həmin sənədin notarius tərəfindən edilmiş tərcüməsinin düzgünlüyü və ya sənədi tərcümə etmiş tərcüməçinin imzasının həqiqiliyi təsdiq olunur. Notariat hərəkəti aparılarkən, eyni zamanda başqa dilə də tərcümə edilərsə, bu Təlimatın 134-cü və 135-ci hissələrində göstərilmiş qaydaya riayət olunmalıdır.

85. Bənd

134. Notariat hərəkəti aparılarkən (əqdin təsdiq edilməsi, surətin düzgünlüyünün təsdiq olunması və s.) eyni zamanda başqa dilə tərcümə də edilərsə, tərcümə sənədin əsli ilə bir vərəqdə, hər iki mətn bir-birinin yanında, şaquli xətlə ayrılan bir səhifədə elə yerləşdirilir ki, mətnin əsli sol tərəfdə, tərcümə isə sağ tərəfdə olsun. Mətnin hamısı tərcümə olunmalı və imzalarla qurtarma lıdır. Tərcümənin sonunda tərcüməçinin imzası olur. Bu halda notarius əvvəl tərcüməçinin imzasının həqiqiliyini, sonra isə sənədi təsdiq edir. Təsdiq qeydləri sənədin və sənəddən tərcümənin mətnlərinin sonunda ifadə olunur.

86. Bənd

135. Tərcümə sənədin əslindən ayrı vərəqdə də verilə bilər. Bu halda tərcümə sənədin əslinə və ya notariat qaydasında təsdiqlənmiş surətinə əlavə olunur, qaytanla ona tikilir və notariusun imzası və şəxsi gerbli möhürü ilə təsdiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

87. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

88. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

89. Maddə 407.2. Kassasiya şikayətində işin hall arının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

90. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

91. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

92. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

93. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

94. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

95. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

96. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

97. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişlərini icra etmiş, işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

98. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və on ların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

99. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

100. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4124/2025 nömrəli, 4 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar