Məhkəmə qərarları › İş №2(102)-3095/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3095/2020

13.08.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3095/2020 13.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin MəhkəməKollegiyası İddiaçı cavabdeh “xxxx” ASC-yə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı «onun “xxxx” ASC-nin direktoru vəzifəsindən azad olunması ilə bağlı dəyişikliyin qeydiyyata alınması üçün vergi orqanına müraciət olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: mübahisənin mülki, yaxud kommersiya məhkəməsinə aidiyyəti, işin aidiyyət qaydalarına uyğun olaraq icraata qəbul edilməsindən sonra işin başqa məhkəməyə aid olması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kommersiya kolleg iyasının hakimi X3, İnzibati kollegiyanın hakimi X6 oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdeh “xxxx” ASC-yə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı «onun “xxxx” ASC-nin direktoru vəzifəsindən azad olunması ilə bağlı dəyişikliyin qeydiyyata alınması üçün vergi orqanına müraciət olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Göyçay Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli qərardadından cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli qərardadı ilə (hakim Z.Quliyev) İddiaçı cavabdeh “xxxx” ASC-yə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı «onun “xxxx” ASC-nin direktoru vəzifəsindən azad olunması ilə bağlı dəyişikliyin qeydiyyata alınması üçün vergi orq anına müraciət olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə iddiaçının “xxxx” ASC-nin idarə heyətinin sədri işləməsi nəzərə alınaraq mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsi vəsatəti təmin olunmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh “xxxx” ASC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasındakı mübahisə “xxxx” ASC-nin idarə olunması ilə bağlı olduğundan hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Ona görə də kassator Göyçay Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh “xxxx” ASC-yə müstəqil tələb irəli sürməyən üçünc ü şəxs qarşı iddia qaldıraraq «onun “xxxx” ASCnin direktoru vəzifəsindən azad olunması ilə bağlı dəyişikliyin qeydiyyata alınması üçün vergi orqanına müraciət olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X2 vəsatətlə məhkəməyə müraciət edərək cavabdehlərin hər ikisinin hüququ şəxs olması, iddiaçının “xxxx” ASC-nin idarə heyətinin sədri işləməsinin nəzərə alınaraq mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli qərardadı ilə cavabdehin nümayəndəsi və vəkili X1 məhkəmə aidiyyəti haqqında vəsatəti təmin olunmamışdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, t ərəflər arasında olan mübahisə xarakterinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmamışdır. İddiaçının həmin qərardaddan verdiyi şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş və baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllən in 25-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. İşin hallarından göründüyü kimi hazırkı iş üzrə verilən iddia tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehlərin hər ikisinin hüququ şəxs olması, iddiaçının “xxxx” ASC-nin idarə heyətinin sədri işləməsi mülki işin məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılması barədə vəsatətin təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 403-1.8 və 403-1.8.1-ci maddəsinə görə kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiy yəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənləri, birinci instansiya məhkəməsi tərəfindən qərardadın ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Mülki-Prosessual Məcəlləsinin 403-1.6, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar