Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3095/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülüb kənarlaşdırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1679/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 noyabr 2024-cü il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yaşayan Cavabdeh (bundan sonra –cavabdeh) məxsus fərdi yaşayış evi 1950-cı illərdə qəsəbə ərazisində dəmiryolunun ətrafında, dəmir yolu xəttindən 6 m kənarda yerləşir. Belə ki, həmin ərazidə dəmir yolunun mühafizə zolağının ölçüsü yolun oxundan hər iki istiqamətdə 24 m təşkil edir.
2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən ölkə ərazisində dövlət əhəmiyyətli strateji magistral boru kəmərləri və kommunikasiyaların (qaz, neft kəmərləri, dəmir yolu, elektrik verilişi xətləri və s.) mühafizə zonasında yerləşən şəhərsalma və tikintiyə dair normativlər pozulmaqla özbaşına inşa edilmiş kifayət qədər y aşayış evlərinin mövcud olduğunu və sözügedən fərdi evin sakinlərinin maddi yardım verilməklə köçürülməsinin arzuolunmaz presedentə səbəb ola biləcəyini nəzərə alaraq məsələnin iddiaçı tərəfindən hüquq-məhkəmə müstəvisində həllini dəstəkləyir və gələcəkdə bu qəbildən olan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsini təklif edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" QSC (bundan sonra – iddiaçı) cavabdehə qarşı “qanunsuz tikilinin sökülüb kənarlaşdırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qəsəbənin ərazisindən keçən dəmir yolunun mühafizə zonasında qazma yataq üzərində inşa edilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırıl ması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının balansında olan qəsəbənin ərazisindən keçən dəmir yolunun mühafizə zonasında qazma yataq üzərində torpaq sahələrinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, həmin ərazidə dəmir yolunun mühafizə zonasının eni 24 metr təşkil etdiyi halda cavabdeh tərəfindən 6 metr məsafədə tikinti işləri aparılmışdır. Dəmir yolu xəttinin qazma yataqda çəkilməsi, həmçinin hazırda bu evin qəzalı vəziyyətdə olması və həmin dəmir yolu xətti ilə neft və neft məhsullarının daşınması təhlükəliliyi daha da artırır, gələcəkdə neqativ halların baş verməsini qaçılmaz edir.
5. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək bildirmişdir ki, onun evin in rəsmi sənədləri yoxdur və dövlət qeydiyyatına alınmamışdır. Bundan bir neçə il əvvəl hazırkı məsələ müzakirə edilmiş və razılaşdırılmışdır ki, vətəndaşlar pis vəziyyətdə qalmasınlar deyə onlara kompensasiya verilməlidir. İndi isə iddiaçı ona kompensasiya verilməsindən imtina edir.
6. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 10/3458 nömrəli ekspert rəyindən görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evi ilə dəmir yolu xətti arasındakı məsafənin 7.4 metr təşkil etdiyini nəzərə alaraq həmin fərdi yaşayış evinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli, 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolları üçün və dəmiryolun un sanitariya-mühafizə zonası üçün torpaqayırma normaları”nın 3.5-ci bəndində əsasən iddiaçının balansında olan qəsəbənin ərazisindən keçən dəmir yolu xəttinin mühafizəsi zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur.
7. Nizami Rayon Məhkəməsinin e-2(007)-1144/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək qəsəbənin ərazisindən keçən dəmir yolunun mühafizə zonasında qazma yataq üzərində inşa edilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehə məxsus fərdi yaşayış evi ilə dəmir yolu xətti arasındakı məsafə 7.4 metr təşkil edir və fərdi yaşayış evi iddiaçının balansında olan qəsəbənin ərazisindən keçən d əmir yolu xəttinin mühafizəsi zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Hazırkı iddianın təmin edilməsi cavabdehin hüquqlarına və mənafelərinə xələl gətirə bilməz. Belə ki, onun inşa etdiyi tikili özbaşına tikilidir, bunun üçün ayrılmayan torpaq sahəsində, buna lazımı icazələr almadan tikilmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 12 (İ bənd), 14, 41-ci (İİİ bənd), Mülki Məcəlləsinin 180.1, 180.2, 180.4-cü Torpaq Məcəlləsinin 129-cu, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə, o cümlədən "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın və "Dəmiryolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları"nı n təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli 33 saylı qərarının 2 və 21-ci bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh və anası uzun illərdir ki, qəsəbədə yerləşən həyət evində yaşayırlar. Həmin ev 1950-1960-cı illərdə tikilmişdir və evi tikən adam 1994-cü ildə bu evi əmisinə satmışdır. 1994-cü ildə isə əmisi həmin evi onlara satmışdır. Evə dair 2010-cu ildə verilmiş texniki pasport vardır. Belə ki, həyət evləri dəmir yolunun mühafizə zonasında yerləşdiyindən onl ar bu günə qədər mülkiyyət hüququnu təsdiq edən sənədi ala bilməmişlər. Bu səbəbdən də mülkiyyət hüquqları dövlət reyesterində qeydiyyata alınmamışdır. O həmin evə dair kommunal ödənişləri də vaxtaşırı ödəyir. Sadəcə olaraq evin dəmir yolunun mühafizə zonasında yerləşdiyindən digər sakinlər kimi onlar da öz yaşadıqları evə dair çıxarış əldə edə bilmirlər. İddiaçı onların evinin sökülməsi zamanı heç bir kompensasiya ödənilməməsini, sadəcə olaraq həmin evdən çıxarılmaqlarını tələb etmişdir. Lakin onlar həmin evin alınması zamanı pul ödəmişlər və illərdir ki, burada yaşayırlar. 2017-ci ilddə iddiaçı tərəfindən tərtib edilən siyahıya əsasən dövlət tərəfindən həmin ərazidə məskunlaşan 477 ailəyə kompensasiya verilmiş və bundan sonra onların evi sökülmüşdür. Həmin vaxt bu məsələ ilə bağlı ayrılm ış maliyyə vəsaiti tükəndiyindən onların və ətraf evlərin sökülməsi dayandırılmışdır. 2010-cu ildə bu məsələ ilə bağlı dövlət tərəfindən komissiya da yaradılmışdır. Göründüyü kimi qətnamə maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qəbul edilmiş və cavabdehin qanuni maraqlarını pozmuşdur.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1679/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: S.Bəhrəmzadə - sədrlik edən və məruzəçi, X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddiaçının cavabdehə qarşı qanunsuz tikilinin sökülüb kənarlaşdırılması tələbinə dair iddiası təmin edilməmişdir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli torp aq sahəsi üzərində inşa edilmiş 50 ildən çox müddət ərzində mövcud olmuş tikilidən cavabdehdən öncə yaşayan şəxslərin və eləcə də 30 il müddətində cavabdehin istifadəsinin legitimliyi tanınmış, hazırda da həmin tikili onun istifadəsinə verilmişdir. Lakin iddiaçının cavabdehin həmin ərazidə yaşadığı 30 il ərzində inşa edilmiş mübahisəli tikilinin məhz dəmir yolunun mühafizə zonasında qazma yataq üzərində yerləşən torpaq sahəsinin zəbt edilərək qanunsuz tikintinin mövcudluğundan məlumatı olduğu halda bununla bağlı hər hansı bir tələbi olmamışdır. Buna görə də birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, cavabdehin ailəsi ilə birlikdə yaşadığı ev onlar üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində evin m övcudluğunu və mühafizə zonasında olmasını bildikləri halda bunun belə qalmasına hər hansı bir reaksiya verməməklə əksinə onların burada yaşamasına şərait yaratmış, onların sahibliyini tanımışdır.
14. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda sökülməsi tələb edilən ev cavabdeh və onun anasının yeganə yaşaya biləcəkləri evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün evin sökülərək oradan çıxarılacağı halda anası ilə birlikdə evsiz qalacağını məhkəmə nəzərə almamışdır. Həmin evin işin mübahisəsiz halları ilə müəyyən edildiyi kimi 1950-cı illərdən qəsəbənin ərazisində dəmiryolunun ətrafında mövcud olmuşdur. Həmin vaxtdan hazırkı dövrlərədək (iddia qaldırılana kimi) ərazi üzrə və aidiyyətı orqanların evin özbaşına tikili olması və sökülməli olması ilə bağlı mənfi reaksiyaları olmamış, həmin ev kommunal xidmətlərlə təhciz olunaraq orada yaşayış davam etmiş və etməkdədir, o cümlədən cavabdeh həmin evdə qeydiyyatdadır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” X1 (bundan sonra – Konvensiya) 8ci maddəsinin tələbləri fonunda cavabdehin şəxsi şəraiti nəzərə alınmaqla onun mütənasibliyi lazımı qaydada yoxlanılmadan iddiaçı tərəfindən tikilinin sökülməsi, ərazinin boşaldılmasına dair qaldırılmış iddianın təmin edilməsi halında Konvensiyanın 8-ci maddəsi pozulacaqdır. Məhkəmə kollegiyası cavabdehin alternativ yaşayış yerinin, başqa ev almaq üçün imkanlarının olub-olmaması ilə bağlı halları aydınlaşdıraraq müəyyən etmişdir ki, cavabdehin adına mülkiyyət əsasında qeydə alınmış yaşayış evlərinin olmasına dair iddiaçı tərəfindən də sübut təqdi m edilməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bu hal yoxlanılaraq başqa yaşayış yerinin olmaması müəyyən edilmişdir. Bu baxımdan cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikilinin müvafiq kompensasiya ödənilmədən sökülməsi də sosial ədalət prinsipinə zidd olardı.
15. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir.
16. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 152.2, 152.3, 164.1, 180.1, 180.2, 180.4-cü Torpaq Məcəlləsinin 46-cı, Konvensiyanın 8.1, 8.2-ci və MPM-in 14.2, 77.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şi kayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Şikayət belə əsaslandırılmışdır ki, sözügedən evlər metal boru dayaqlar və tirlər üzərindəki meydançada inşa edilmişdir. Bu meydançanın istismara yararsız vəziyyətini, evin divarlarında yaranmış çatları və qatarların hərəkəti zamanı ciddi titrəyişlərə məruz qalmasını nəzərə alaraq evin texniki vəziyyəti qəzalı kimi qiymətləndirilmişdir. Nəticədə həmin evlərə giriş qadağan edilməli, evə daxil olan kommunikasiya xətləri kəsilməli, evin ətrafı çəpərlənməli və digər təhlükəsizlik tədbirləri görülməlidir. Evin altında metal boru dayaqlar üzərində primitiv qaydada düzəldilmiş meydançanın örtüyü yararsız vəziyyətdə olduğu üçün hər an uçma təhlükəsi vardır. Lakin məhkəmə kollegiyası tərəfindən bu hallara toxunulmamış, bu təhlükəli vəziyyət nəzərə alınmamışdır. Məhkəmə kollegiyası bir tərəfdən vətəndaşların mənzil toxunulmazlığı hüquqlarını qoruyur, digər tərəfdən onların həyatını təhlükə altına qoyur. Evin yararsız və təhlükəli vəziyyətdə olmasını nəzərə alaraq gələcəkdə hər hansı bir bədbəxt hadisənin baş vermə ehtimalı məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası tərəfindən Konvensiyanın 8-ci maddəsinə istinad edilməsinə baxmayaraq düzgün tətbiq edilməmiş, maddədə qeyd olunan istisna hallar nəzərə alınmamışdır. Həmçinin Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən heç kə s cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Nəzərə almaq lazımdır ki, müvafiq iddia tələbinin əsasını cəmiyyətin maraqları və insanların sağlamlığı təşkil edir.
19. Bundan başqa məhkəmə kollegiyasının iddiaçının qanunsuz tikilinin mövcudluğundan məlumatı olduğu halda hər hansı bir tələbi olmamasına münasibətdə qeyd edilməlidir ki, bu fikir tamamilə əsassızdır. Belə ki, iş materiallarında olan sənədlərə əsasən iddiaçı tərəfindən tikili barədə məlumat olduğu vaxtdan müxtəlif qurumlara müraciət edilmiş, eyni zamanda həmin qurumlar tərəfindən də tikilinin qanunsuz olması ilə bərabər eyni zamanda potensial təhlükə mənbəyi olması, texniki vəziyyətinin qəzalı və yolverilməz kimi qiymətləndirilməsi qeyd edilmişdir. Lakin məhkəmə tərəfindən bu hallara diqqət yetirilməmişdir. Digər tərəfdən kollegiyanın özbaşına tikilinin 1950-ci illərdə inşa edilməsi barədə gəldiyi qənaətin hansı mötəbər sübutla əsaslandırması aydın deyildir.
20. Göründüyü kimi məhkəmə kollegiyası sübutlara obyektiv, qərəzsiz, hərtərəfli qiymət verməmiş, ekspert rəyini, cavabdehin izahatını nəzərə almamış, o cümlədən yerində müayinə aparmamış, dəmir yolunun və qeyd olunan evin həmin ərazidə nə vaxt tikildiyini araşdırmamışdır. Nəticədə qərəzli və cavabdehin özü üçün təhlükəli bir qərar qəbul etmişdir.
21. Şikayət Mülki Məcəllənin 180.4-cü, Torpaq Məcəlləsinin 129-cu, Konvensiyanın 8.2-ci və MPM-in 88-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. C avabdeh kassasiya şikayətinə qarşı etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, kassasiya şikayətində göstərilən məhkəmə kollegiyasının evin təhlükəli və qəzalı vəziyyətdə olmasına toxunmaması iddiası tamamilə yalan və əsassızdır. Belə ki apellyasiya məhkəməsi iddiaçının nümayəndəsinə nə üçün 30 ildir bu evlərin və buna oxşar minlərlə evin taleyi ilə maraqlanıb kömək göstərmədikləri, əksinə bununla bağlı cavabdehin özünün dövlət orqanlarına müraciətindən sonra məhkəməyə müraciət etdiklərini soruşduqda cavab olaraq 30 ilin keçməsinin indi məhkəməyə müraciət etmələrinə maneə olmadığını qeyd etmişdir. Həmçinin vətəndaşların sağlamlığı barədə qayğılanan dövlət qurumu 30 ildir niyə heç bir vətəndaş yönümlü tədbir görmədiyi halda yalnız vətəndaşların qurumlara müraciətindən sonra özünü sığorta lamaq məqsədilə məhkəməyə müraciət edir.
23. Digər tərəfdən dövlət tərəfindən insan təhlükəsizliyi ilə bağlı bundan əvvəl addımlar atılaraq 477 ailəyə kompensasiya verərək köçürmüşlər. Lakin cavabdehə və ailəsinə münasibətdə iddiaçının seçdiyi yol isə dövlətin vətəndaş və sosial siyasətinə ziddir. Belə ki, iddiaçının nümayəndələri Konvensiyanın 8-ci maddəsini düzgün anlaya bilməmişlər. Ona görə də bununla bağlı apellyasiya məhkəməsinin gəldiyi qənaət doğru olmuşdur, çünki əlavə yaşayış yeri olmayan birini evindən heç bir kompensasiya verilmədən çıxarılmasını istəmək dövlətin Konstitusiyada üzərinə götürdüyü vəzifələrə ilə ziddiyət təşkil edir və iddiaçının bir dövlət qurumu kimi öz məsuliyyətini dərk etmədiyinə dəlalət edir.
24. Hər iki instansiya məhkəməsində cavabdeh dəfələrlə qeyd etmiş dir ki, əgər bu evi özü və ya ailəsi tikmiş olsaydı, heç bir şərt olmadan hər şeylə razılaşardı. Lakin o burada böyüyüb və ailəsi bu evi alıb. Həmçinin burada yaşadığı müddət ərzində dövlət qarşısında olan bütün vəzifələrini tamlığı ilə icra edib.
25. Bundan başqa iddiaçı tikilidən xəbəri olmamasını qeyd etmişdir. Belə ki, özünün təqdim etdiyi iddia ərizəsində və Fövqəladə Hallar nazirliyinin xx.xx.2019-cu il tarixli aktında da cavabdehin evinin 1960-cı illərdə tikildiyi qeyd olunub. Həmçinin Maliyyə nazirliyinin Aparat rəhbəri Rüfət Məmmədova ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubunda da evin 1960-cı illərdə tikildiyi qeyd olunmuşdur. Bu məlumatı iddiaçı öz ərizəsində qeyd etmiş və nümayəndəsi də məhkəmə iclasında təkrar etmişdir.
26. Ümumiyyətlə, iddiaçının kassasiya şikayətində qe yd etdiyi normativ hüquqi aktlar evin ailəsi tərəfindən alındığı tarixdən sonra normayaratma orqanı tərəfindən qəbul edilmişdir. Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə istinadla qeyd etmişdir ki, həmin normativ hüquqi aktlar onun və ailəsinin vəziyyətini pisləşdirdiyi üçün geriyə qüvvəsi şamil edilməməli, yəni onun evinə münasibətdə tətbiq edilməməlidir. Tətbiq edilən hüquq Mülki Məcəllə
27. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
28. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
29. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası
30. Maddə 8.2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri ol an hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. Torpaq Məcəlləsi
31. Maddə 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Mülki Prosessual Məcəllə
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlar dan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş pros essual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsin in aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
41. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətlən dirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2024-cü il tarixli 2(103)-1679/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.