Məhkəmə qərarları › İş №2(102)-3097/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3097/2020

22.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3097/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(105)-2624/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 Şahverdi oğlu, Cavabdeh2, Cavabdeh3 və X3 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Qubadlı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim V.Y.Ruvinov, iş 2(028)-113/2019) İddiaçı qızının cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilərək, bir dəst italyanski, ağ qızıldan brilyant dəst, bir ədəd italyanski sep və klonu, bir ədəd gümüş mirvari dəsti və nişan üzüyün Cavabdeh1 oğlu, Cavabdeh2, Cavabdeh3 və X1 tutulub İddiaçı qızına verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: L.M.Məmmədova, S.A.Qafari və F.Ə.Məmmədov) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, İddiaçı qızının cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı əmlak və mənəvi ziyan tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2, Cavabdeh3 və X1 dəyəri 66 manat olan 10 qram çəkidə, 583 əyarlı, 0,8 karat brilyant qaşlı nişan üzüyü, dəyəri 4000 manat olan 50 qram çəkidə, 750 əyarlı qızılgül şəklində komplekt (sırğa, üzük, qolbaq), dəyəri 4800 manat olan 60 qram çəkidə, 750 əyarlı, 2,5 karat brilyant qaşlı ağ qızıl dəst (sırğa, üzük, qolbaq, kolye), dəyəri 4400 manat olan 55 qram çəkidə, 750 əyarlı qızıl boyunbağı və kulon, dəyəri 200 manat olan 35 qram çəkidə gümüş mirvari komplekti (üzük, sırğa) alınaraq İddiaçı qızına verilməsi, iddianın qalan hissədə və cavabdehlərin apelyasiya şikayətinin təmin edilmədən saxlanılması qət edilmişdir. İşin halları: 2019-cu ilin yanvar ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə ailə qurub onun və valideynlərinin yaşadığı N küçəsində yerləşən evə köçdüyünü, evə köçərkən özü ilə cehiz və qızıl -zinət əşyaları gətirdiyini, munasibətləri korlandıqdan sonra həmin evi tərk etməsini, evdən gedərkən ona məxsus qızıl-zinət əşyalarının orda qalmasını və cavabdehlər tərəfindən həmin əşyaların qaytarılmamasını əsas göstərərək cavabdehlərdən 20.400 manat dəyərində bir ədəd nişan üzüyü və bir ədəd italyan komplekti (bir cüt sırqa və bir üzük), qız toyunda alınmış bir ədəd ağ brilyant dəst ( bir cüt sırqa, bir üzük, bir boyunbağı və klon, bir qolbağı), bir italyan boyunbağı və klonu, bir dəst gümüş komplektinin (bir cüt sırqa və bir üzük) və 50.000 manat mənəvi zərərin alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə cavabdehlər kasasiya şikayəti verə rək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materialları nı araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tələb olunan qızıl-zinət əşyaları cavabdehlər tərəfindən hədiyyə edilmiş, lakin münasibətlərinin pozulması ilə əlaqədar iddiaçı cavabdehlərlə yaşadıqları evdən gedərkən ona məxsus olan qızıl-zinət əşyaları sonunculara məxsus evdə qalmışdır. Apelyasiya instansiyası məhkəməsi tələb olunan əşyaların cavabdehlərdə qalmasını və onların həmin əşyalara qanunsuz sahib olmalarını sübuta yetirilm iş hesab etmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2 və 225.2 maddələrinə əsaslanaraq iddianı qismən təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Tələb olunan qızıl-zinət əşyaları iddiaçıy a məxsus olmaqla onun mülkiyyəti olduğundan və mülkiyyət hüququ qanunla müdafiə olunduğundan, kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, mübahisə sübutlara düzgün qiymət verilməklə, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar