Məhkəmə qərarları › İş №2(102)-3099/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3099/2022

04.07.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3099/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavdehlər Cavabdeh1 Həbibiulla oğlu və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavdehlər Cavabdeh1 Həbibiulla oğluna və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8384/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 təərfindən verilmiş kassasiya şikayətinə 04 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binas ında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Mübahisəli 0,06 ha torpaq sahəsi Pirşağı Bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixdə vətəndaş X4 istifadəsinə 1144 saylı icarə müqaviləsi əsasında vermişdir. Sonradan xx.xx.2009-cu il tarixindən X7 öz torpaq sahəsini X3 istifadəsinə, o da adı həmin torpaq sahəsini etibarnaməyə əsasən Cavabdeh3 istifadəsinə vermişdir.

2. Torpaq sahəsini cavabdeh Yusifov X10 Fikrət Qasım oğluna satmış və İddiaçı də orada bir otaqlı ev tikmişdir. İddiaçının müraciətinə əsasən “Mülkiyyətçi MMC” tərəfindən evə dair qiymətləndirmə rəyi verilmişdir.

3. Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin ********* nömrəli cinayət işi üzrə Sübutların qiymətləndirilməsi haqqında haqqında xx.xx.2019-cu il tarixli qərarına görə Cavabd eh1 əməllərində Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmişdir ona görə ki, o, xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində İddiaçı etibarından sui-istifadə edərək Pirşağı qəsəbəsində, dənizkənarında, Delfin marketin arxa tərəfində yerləşən torpaq sahəsinin özünə məxsus olması barədə yalan məlumat verməklə onu aldadaraq torpaq sahəsini satmaq adı ilə İddiaçı həmin tarixə uyğun məzənnə ilə 3412,5 manat dəyərində 4375 ABŞ dolları pulunu ələ keçirərək dələduzluq etmişdir. CPM-in 39.1.3-cü maddəsinə əsasən, yəni cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Cavabdeh1 barəsində cinayət təqibinə hissəvi xitam verilməlidir

4. Sabunçu rayon prokurorluğunun Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-c i il tarixli Qərarına görə X16 izahatında göstərmişdir ki, 2018-ci ilin aprel-may aylarında Məmməd adlı şəxsdən ona zəng gəlmiş, həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş, əvəzində 1000 manat verərək halallıq almaq istədiyini söyləmişdir. X8 izahatında bildirmişdir ki, həmin torpaq sahəsini qardaşı oğlu İntizam Mustafayev 2008-2009-cu illərdə tanımadığı şəxsdən almışdır. 2016-cı ildə o torpaq sahəsinə baş çəkməyə getdikdə balaca bir otağın tikildiyini görmüşdür. Həmin vaxtlar İddiaçı adından şəxs ona zəng vuraraq torpağın ona məxsus olduğunu bildirmişdir. O, İddiaçı sənədlərin təqdim edilməsini istədikdə, Fikrət yaxın zamanlarda ona sənədləri təqdim edəcəyini bildirməsinə baxmayaraq heç bir sənəd təqdim etməmişdir. Bir müddət sonra ona Fikrətin bacısı oğlu kimi özünü təqdim edən şəxs zəng vuraraq torpağın yalnışlıqla sənədsiz aldığını, orda evi tikdirdiyini ona hər hansı formada güzəşt istədiyini bildirmişdir. O isə həmin adama torpağın qanuni olaraq qardaşı oğlu İntizama məxsus olduğunu, torpaqla bağlı alqı-satqı etdikdən sonra ona çəkdiyi xərclərə görə 1000 manat pul verəcəyini bildirmişdir. Torpağı satdıqdan sonra o makler Cavid vasitəsi ilə həmin şəxsə 1000 manat pul göndərmişdir. X6 izahatında bildirmişdir ki, həmin torpaq sahəsini 2009-cu ildə Ağamoğlan adlı şəxsdən etibarnamə ilə almışdır. 2013-cü ildə qonşuluqda yaşayan sakinlərdən biri zəng edərək torpağında başqa bir şəxsin ev tikmək istədiyini bildirmişdir. O, məzuniyyət götürərək Pirşağıya gəlmiş, həmin torpaq sahəsini Baba adlı şəxsin Fikrət adlı şəxsə satdığını öyrənmişdir. Onlardan sənəd istədikdə sənədləri təqdim edə bilməmişlər. O, Fikrətlə mobil telefonla danışarkən hərbiçi olduğunu, torpaqla bağlı sənəd istədiyini, o olmadıqda sənədləri əmisi Məmməd təqdim etməsini xahiş etmişdir. Fikrət ona sənədləri təqdim edəcəyini vəd etsə də, təqdim etməmişdir. 2018-ci ildə torpağı Tofiq adlı şəxsə 10000 manata satmışdır. Həmin puldan 1000 manat pulu Cavid adında dəllala verərək torpaq sahəsində tikilmiş evin xərclərini ödəmək üçün Fikrətə çatdırmasını bildirmişdir. Cavabdeh3 izahatında göstərmişdir ki, həmin torpaq sahəsini xx.xx.2018-ci il tarixində İntizam Mustafayev adlı şəxsdən almışdır. O həmin torpaq sahəsini aldıqda torpaq sahəsinin ərazisində 1 mərtəbəli, 2 otaqlı ev olmuşdur. İntizamın deməsinə görə həmin evi o tikmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansi ya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh1 və Pirşağı bələdiyyəsinə qarşı “pul tələbinə dair” iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi və cavabdehin əsl cavabdehlə-Pirşağı Bələdiyyəsinin əsl Cavabdeh3 ilə əvəz edilməsi barədə ərizələr təqdim edərək “Cavabdeh1 4375 (dörd min üç yüz yetmiş beş) ABŞ dollarının, Cavabdeh3 42400 manatın, həmçinin mənəvi ziyana görə cavabdehlərdən müştərək qaydada 10000 (on min) manatın İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “Bakı şəhəri Pirşağı Qəsəbəsi, “Delfin” marketin arxasında 0,06 ha torpaq sahəsini 2013-cü ildə cavabdeh Pirşağı Bələdiyyəsinin sabiq sədri X11 vasitəsi ilə, Cavabdeh1 4375 (dörd min üç yüz yetmiş beş) ABŞ dolları ödəyərək almışdır. xx.xx.2013-cü il tar ixində tərtib edilmiş alqı-satqı müqaviləsi tərəflər, onların şahidləri tərəfindən imzalanmış, müqavilədə alqı-satqı nəticəsində yarana biləcək problemlərə görə məsuliyyəti Cavabdeh1 öz üzərinə götürmüşdür. Həmin torpaq sahəsində bir mərtəbəli ev tikmişdir. Ev cavabdeh Pirşağı Bələdiyyəsi ilə əməkdaşlıq müqaviləsi olan “Mülkiyyətçi MMC” tərəfindən xx.xx.2007-ci il tarixində qiymətləndirilmiş, qiymətləndirmə rəyi Pirşağı Bələdiyyəsinin sabiq sədri X18 tərəfindən imzalanmış, evin yekun bazar dəyəri həmin müddət üçün 11400 manat müəyyən edilmişdir. 2015-ci ildə Azərbaycan Respublikasının hüdudlarını tərk etdiyindən evin idarəçiliyini etibarnamə əsasında bacısı X12 tapşırmışdır. 2018-ci ilin aprel-may aylarında özünün Məmməd adı ilə təqdim edən X8 telefonla bacısı X12 zəng edərək torpağın ona məxsus olduğunu bildirmiş, halallıq üçün ona 1000 (min) manat pul təklif etmişdir. X20 təkliflə razılaşmamış, 2019-cu ilin mart ayında evinə baş çəkərkən 5360 manat dəyərində ev əşyalarının talandığını gördükdə ərizə ilə fakt barəsində Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. X1 şikayəti əsasında Azərbaycan Respublikası CMin 177.2.3-cü və 177.2.4-cü maddələri ********* saylı cinayət işi başlanmış, iş üzrə ibtidai araşdırmanının gedişində Cavabdeh1 torpaq sahəsinin dəyəri olaraq ondan aldığı 4375 (dörd min üç yüz yetmiş beş) ABŞ dollarının əvəzində 3000 manat məbləği ibtidai araşdırma orqanına ödəmiş, lakin X9 hüquqlarının müdafiəsini həyata keçirən vəkil X13 iştirakı ilə ziyan tam ödənilmədiyindən pul ibtidai araşdırma orqanına qaytarılmış, bu barəd ə protokol tərtib edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə "xxxx"MMC-nin xx.xx.2013-cü il tarixli qiymətləndirmə rəyi və "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli qiymətləndirmə rəyi əlavə edilmişdir.

7. Mülkiyyətçi M” MMC-nin xx.xx.2013-cü il tarixli qiymətləndirmə rəyinə əsasən həmin torpaq sahəsində mövcud olan tiklinin bazar qiyməti 11400 manat müəyyən edilmiş, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli qiymətləndirmə rəyinə əsasən həmin torpaq sahəsində mövcud olmuş tikilinin bazar qiyməti 42420 manat müəyyən edilmişdir.

8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini belə əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi 16 avqust 2016-cı il tarixində etibarnamə ilə İntizam Mustafayev adlı şəxs tərəfindən Cavabdeh3 satılmış, həmin torpaq sahəsinə dair sonuncu ilə Pirşağı B ələdiyyəsi arasında icarə müqaviləsi bağlanmış, İddiaçı tərəfindən tikilmiş ikiotaqlı, birmərtəbəli yaşayış evinə Cavabdeh3 əlavələr tikmiş və hazırda sonuncunun sahibliyində və istifadəsindədir. Adı çəkilən torpaq sahəsinin onun istifadə və sahibliyində olması faktını, həmçinin orda bəzi əmlakların olmasını Cavabdeh3 Sabunçu rayon Prokurorluğunda müstəntiqə verdiyi ifadəsində təsdiq etmiş, həmin etiraf cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarda öz əksini tapmışdır. Adı çəkilən torpaq sahəsində İddiaçı tərəfindən inşa edilmiş ikiotaqlı birmərtəbəli tikilinin hazırki bazar qiyməti "xxxx" MMC tərəfindən 42420 manat olaraq qymətləndirilmişdir.

9. Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsi tərəfindən məhkəməyə etiraz ünvanlanmış və qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi Pirşağı Bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixində vətəndaş X5 1144 saylı icarə müqaviləsi əsasında istifadəsinə vermişdir. Sonradan xx.xx.2009-cu il tarixindən X7 öz torpaq sahəsini X3 istifadəsinə, o da adı çəkilən torpaq sahəsini vəkalətnaməyə əsasən Cavabdeh3 istifadəsinə vermişdir. Adı çəkilən torpaq sahəsinin icarəyə verilməsinə baxmayaraq uzun müddət baxımsız vəziyyətdə qalmışdır. Bu səbəbdən də bu sahəni Yusifov X10 Fikrət Qasım oğluna satmış və İddiaçı da o sahədə qanunsuz olaraq bir otaqlı ev tikmişdir. Pirşağı bələdiyyəsinin əməkdaşları bu evi qeydiyyata almaq məqsədi ilə “Mülkiyyətçi MMC” tərəfindən qiymətləndirmə rəyi verilmişdi. Bu sənəd yalnız qanunsuz tikililəri qeydiyyata almaq məqsədi ilə verilir.

10. Birinci instansiya məhkəməsinin i clasında Cavabdeh1 vəkili və nümayəndəsi iddia tələbinə etiraz edərək göstərmişdir ki iddia tələbi üzrə iddia müddəti keçmişdir. Belə ki, iddiaçının verdiyi iddia ərizəsindən də aydın olur ki, iddiaçı pulu torpaq sahəsini əldə etmək üçün yazılı müqavilə əsasında 4375 ABŞ dolları məbləğində pul vermişdir. Aydındır ki, iddia müddətinin axımı da həmin tarixdən başlanmalıdır. Qanunvericiliyin tələblərinə əsasən pul tələbinə dair iddia müddəti 3 ildir. İddiaçı 3 illik iddia müddətini ötürmüş və bu səbəblə də iddia rədd edilməlidir.

11. Həmçinin, iddiaçı iddia edir ki, həmin torpaq sahəsində ev inşa etmiş və həmin tikilinin inşası ilə əlaqədar 42420 manat məbləğində vəsait xərcləmişdir. Lakin iddiaçı tərəfindən evə nə qədər vəsait xərcləməsini təsdiq edən sənədlər əlavə edilməmişdir. Bundan əlav ə, iddiaçı mübahisəli tiklinin onun tərəfindən inşa edilməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçı yalnız mövcud tiklinin qiymətləndirilməsi ilə bağlı iki rəy təqdim etmişdir ki, həmin rəylərdə də tikilinin iddiaçı tərəfindən tikilməsini təsdiq edən hər hansı məlumat yoxdur. Habelə, özünün tərtib etdiyi iddia ərizəsində mübahisəli torpaq sahəsində olan tikilinin dəyərinin 11000 manat olduğunu qeyd edir. Bundan əlavə ümumiyyətlə həmin tikiliyə çəkilmiş xərc cavabdehdən istənilə bilməz. Belə ki, həmin tikili başqasının torpaq sahəsində inşa edilmişdir. Əgər iddiaçı iddia etdiyi kimi həmin torpaq sahəsinin Məmməd adlı şəxsə aid olduğunu bilmirdisə, o vicdanlı sahib olmuşdur. Vicdanlı sahiblə bağlı qanunverciliyin tələblərini nəzərə alsaq hazırki cavabdehdən həmin vəsait ist ənilə bilməz. iddiaçının Cavabdeh1 həmin tikili üçün çəkilmiş xərcin tələb edilməsi əsassızdır.

12. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin (hakim Ə.R.Səmədov) (bundan sonra – birinci instansiya məhkəməsi) 31 may 2021-ci il tarixli, 2(008)-1091/2021 saylı qətnaməsi ilə iddia təmin rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı bir mərtəbəli iki otaqlı evin onun tərəfindən tikildiyini iddia etsə də, həmin tikilinin onun tərəfindən tikilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən tikilinin onun tərəfindən inşa etdirilməsi barədə qiymətləndirmə rəyləri tərdik edilsə də, həmin rəylər bir-birinə ziddir. Bu rəylərdə də tikilinin iddiaçı tərəfindən inşa etdirilməsi göstərilməmişdir. Rəylərin iddiaçının m üraciəti əsasında verilməsi də tikilinin onun tərəfindən tikilməsini təsdiq etmir. Göstərilən əsaslara görə iddiaçının Cavabdeh3 qarşı tələbi rədd edilməlidir.

14. Məhkəmə iddiaçının digər Cavabdeh1 qarşı tələbi ilə bağlı qeyd etmişdir ki, həmin tələb də iddia müddətinin keçməsi əsası ilə rədd olunmalıdır. İddiaçının Cavabdeh1 xx.xx.2013-cü il tarixdə 4375 ABŞ dolları məbləğində pul vermsi təsdiq olunsa da, həmin pulu tələb etmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini keçirmişdir. Cavabdeh1 dələduzluq edərək sənədlər olmadan, özünə məxsus olmayan torpaq sahəsini iddiaçıya satmışdır. Belə olan halda iddia müddətinin axımı iddiaçının öz hüququnu pozulduğunu bilməli olduğu vaxtdan -yəni xx.xx.2013-cü il tarixindən hesablanmalıdır. Çünki iddiaçı həmin torpaq sahəsini aldığı tari xdən müəyyən etməli idi ki, həmin torpaq sahəsi başqa şəxsə məxsusdur. Lakin işin faktiki hallarından da görünür ki, iddiaçı bunun üçün heç bir hərəkət etməmiş, məlumatlı olsa da, bununla bağlı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. İddiaçı ilə cavabdeh arasında sadə yazılı formada bağlanmış müqavilə daşınmaz əşyanın alqı-satqısı ilə bağlı şərtə əməl edilmədən bağlanması səbəbi ilə etibarsız olsa da, tərəflər arasında yaranmış mübahisə müqavilədən irəli gələn öhdəliyin icrası ilə bağlıdır. Belə olan halda iddiaçı MM-in 373.2-ci maddəsi ilə müəyyən edilmiş 3 illik iddia müddətini keçirmişdir. Bu səbəblə də iddiaçının Cavabdeh1 Həbubulla oğluna qarşı 4375 ABŞ dolları məbləğində pulun tutulması tələbi rədd edilməlidir.

15. Məhkəmə iddiaçının mənəvi ziyanla bağlı tələbi ilə bağlı qe yd etmişdir ki, iddiaçı mənəvi zərərlə bağlı tələb irəli sürsə də məhkəməyə mənəvi zərərin yaranması haqqında hər hansı sübut təqdim etməmişdir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2 və 377.1-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1, 80.3 və 80.4-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 80-cı maddələrinə, Ali Məhkəmənin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.112008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etm işdir.

18. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iddianı təmin etməməklə maddi və prosessual hüquq normalarını pozmuş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, əksinə tətbiq olunmamalı qanun tətbiq olunmaqla səhv nəticəyə gəlmişdir. Məhkəmənin iddia müddətini tətbiq etməklə idddianı rədd etməsi səhv nəticəyə gəlinməsini göstərir. Adı çəkilən torpaq sahəsini alanda vicdanlı tərəf kimi iştirak etmiş, torpaqla bağlı qaranlıq məqamlar ona məlum olmamışdır. 2018-ci ilin avqust ayında ona məlum olmuşdur ki, torpaq sahəsi problemli imiş, yəni hüququnun pozulmasını həmin andan bilmişdir. Məhkəmənin, həmçinin Cavabdeh3 münasibətdə iddianın rədd edilməsi qənaətinə gələrək mübahisəli torpaq sahəsində olan tikilinin onu n tərəfindən i nşa olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməsi barədə gəldiyi nəticə də əsassızdır. 2013-cü ilin sentyabr ayından torpaq sahəsi istifadəsində olduğu zaman özbaşına tikililərin qeydiyyata alınması üçün tikilinin qiymətləndirilməsi zərurəti ortaya çıxdıqdan sonra "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli qiymətləndirmə rəyinə əsasən torpaq sahəsində tikilinin olması və tikilinin həmin dövr üçün bazar qiymətinin 11400 manat olması kimi göstərilmişdir. Cavabdeh3 vermiş olduğu izahatında 2018-ci il avqustun 16-da torpaq sahəsini alan zaman orada 1 mərtəbəli 2 otaqlı evin olmasını bildirməklə fakt öz təsdiqini tapmış, lakin həmin tikilinin X6 tərəfindən inşa edilməsini bildirsə də, sonuncu müstəntiqə vermiş olduğu izahatında belə bir halın olduğunu bildirməmişdi r. Bu hal tikintinin inşasının onun tərəfindən aparılmasını inkar etmir, yəni ona satılmış, istifadəsində olmuş və orada aparılmış tikili də daxil torpaq sahəsinin Cavabdeh3 2018-ci ilin avtust ayında satılmasından sonra halallıq üçün 1000 manat göndərilməsi qanunla qorunan hüququnun pozulması anının başlanğıcını və iddia müddətinin axımının həmin andan başlanmasını göstərir.

19. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və X.Ə.Sarıyev) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-8384/2021 saylı mülki iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qə bul edilməklə iddia tələbinin qismən təmin olunması, Cavabdeh1 4375 (dörd min üç yüz yetmiş beş) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və Cavabdeh3 11400 (on bir min dörd yüz) manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə rədd edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qənaəti ilə razışmayaraq, hesab etmişdir ki, qətnamə maddi hüquq normasının tətbiqində səhvə yol verilməklə, həmçinin məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi ilə qəbul edilmişdir.

21. Birinci instansiya məhkəməsi iddianın Cavabdeh1 qarşı təmin olunmaması hissəsində mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarına əsasən Cavabdeh1 dələduzluq edərək özünə məxsus olmayan torpaq sahəsini iddiaçıya satmışdır. Belə olan halda iddia müddətinin axımı iddiaçının öz hüququnu pozulduğunu bilməli olduğu vaxtdan, yəni xx.xx.2013-cü il tarixindən hesablanmalıdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış sadə yazılı formada müqavilə daşınmaz əşyanın alqı-satqısı ilə bağlı şərtə əməl edilmədən bağlanması səbəbi ilə etibarsız olsa da, tərəflər arasında yaranmış mübahisə müqavilədən irəli gələn öhdəliyin icrası ilə bağlıdır. Belə olan halda iddiaçı MM-in 373.2-ci maddəsi ilə müəyyən edilmiş 3 illik iddia müddətini keçirmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Cavabdeh1 qarşı iddia tələbinin qanuni əsasını deliktdən irəli gələn hüquq normaları təşkil edir və iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.

22. Ap ellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçının mübahisəli torpaq sahəsində bir mərtəbəli, iki otaqlı evin onun tərəfindən tikildiyini təsdiq edən hər hansı sübut təqdim edə bilmədiyinə görə iddianın Cavabdeh3 qarşı təmin edilməməsi barədə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, mübahisəli torpaq sahəsi Cavabdeh3 istifadəsinə verildiyi xx.xx.2018-ci il tarixədək iddiaçı tərəfindən həmin sahədə "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli qiymətləndirmə rəyinə əsasən 11400 manat dəyərində tikili inşa edilmiş və hazırda həmin tikili Cavabdeh3 istifadəsindədir.

23. Məhkəmənni qənaətinə göbrə birinci instansiya məhkəməsi iddianı tam rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də iddia tələbi qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməli, Cavabdeh1 4375 ABŞ dolları, Cavabdeh3 isə qeyd edilən torpaq sahəsində inşa edilmiş tikilinin dəyəri olan 11400 manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır.

24. Məhkəmə iddia tələbində cavabdehlər tərəfindən mənəvi ziyanın vurulmasına dair istinad etdiyi hallarla bağlı qeyd etmişdir ki, iddiaçı bu halları sübut edən sübutları məhkəməyə təqdim edə bilməmişdir, işin tədqiq olunan hallarına görə də iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 373.1, 1091.1, 1091.2, 1093.1, 1096.1 və 1096.2-ci, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilm əsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh3 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın tam rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq olunmamış, bu isə qətnamənin ləğv edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmadan düzgün olmayan nəticəyə gəlmiş, cavabdeh rəsmi olaraq məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmamış, işə cavabdehin iştirakı olmadan baxmaqla qununun tələblərini pozmuşdur.

28. İşin faktiki halları ilə müəyyən edilir ki, əslində İddiaçı deyil, guya Mamed adlı şəxsin X20ya 1000 manat verərək halallıq almaq istədiyini qeyd etmişdir, İntizam Mustafayev isə 2018-ci ilin avqust ayında torpaq sahəsini Cavabdeh3 satmış və həmin puldan 1000 manatını Tofiq adlı şəxsə göndərmişdir və hüququnun pozulmasını həmin andan bilmişdir. Belə ki, Cavabdeh3 həmin torpaq sahəsinin İntizardan alarkən qanunsuz tikili ilə birgə almışdır. Sözügedən torpaq sahəsinə aid işıq və su Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. Bundan başqa, mübahisəli torpaq sahəsini Cavabdeh3 6500 manat məbləğə X2 alan vaxtı həmin torpaq sahəsində yerləşən qanunsu z tikilinin qiymət 1000 manat ola bilərdi. Həmin tikilini öz vəsaiti hesabına bərpa etmiş, keçmiş və indiki vəziyyətinin foto şəkilləri əlavə edilmişdir. İş üzrə İddiaçı sözü gedən tikilini torpaq sahəsi Cavabdeh3 deyil, X3 istifadəsində olan vaxtı tikmiş, Cavabdeh3 isə həmin torpaq sahəsinin tikili ilə birgə alınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

30. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

31. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmu ş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

32. Maddə 373.1 Ümumi iddia müddəti on il təşkil edir.

33. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

34. Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin, o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

35. Maddə 1092.1. Varlanmış şəxs əldə et diklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

36. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

37. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

38. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfi ndən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmam asına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Apellyasiya instansiyası məhkəməsini qətnaməsindən yalnız Cavabdeh3 kassasiya şikayəti vermiş, qətnaməni iddia tələbinin ona aid təmin olunması hissədə mübahisələndirmişdir. Digər cavaöeh Cavabdeh1 və iddiaçı kassasiya şikayəti verməmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin aktı Cavabdeh3 qarşı iddia tələbinin təmin olunması hissədə yoxlanılır. Kassasiya instans iyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır.

50. Cavabdeh kassasiya şikayətində ona rəsmi olaraq məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməməsi, işə cavabdehin iştirakı olmadan baxılması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iş üzrə tərəflər lazımi qaydada məlumatlandırılmışdır. MPM-nin 185.1-ci maddəsinin tələbinə görə isə, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Cavabdeh onun tərəfindən irəli sürülmüş dəlillərin məhkəmə tərəfindən onun iştirakı ilə araşdırılması üçün prosessual fəallıq göstərməlidir, məhkəmə iclasında iştirak etməli, sübutlar təqdim etməlidir. Lazımi şərait yaradılmasına baxmayaraq cavabdeh tərəfindən sübutlar təqdim edilmədikdə, məhkəmə işdə olan sübutlar əsasında qərar çıxarmaqda haqlıdır və baxılan işdə də məhkəmə bu prosessual qaydaya ria yət etmişdir.

51. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

52. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh3 kassasiya şikay ətinə əsasən dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8384/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qətnaməsi iddia tələbinin Cavabdeh3 qarşı təmin olunması hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar