Məhkəmə qərarları › İş №2(102)-3103/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3103/2025

14.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3103/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinin müddətli olmasına dair bəndin etibarsız hesab edilməsi, əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b”)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinin müddətli olmasına dair bəndin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi haqqında ə mrin ləğv edilməsi, işə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 aprel 2025-ci il tarixli 2(103)-1765/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 01 aprel 2016-cı il tarixdə Cavabdeh MMC-də İnzibati işlər şöbəsinin Təşkilati işlər və sənədlərin qeydiyyatı bölməsinə ümumi işlər üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. 10 iyun 2016-cı il tarixli əmrə əsasən “Maliyyə və hesabatlıq departamenti”nin “Hesabatlıq şöbəsi”nin mütəxəssisi vəzifəsinə keçirilmişdir. 14 fevral 2017-ci il tarixli əmrə əsasən “Maliyyə departamenti”nin “Hesablaşmala r şöbəsi”nin kiçik mütəxəssisi vəzifəsinə təyin edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 17 dekabr 2018-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən xitam verilmişdir.

2. İddiaçı 04 mart 2019-cu il tarixdən 01 avqust 2019-cu ilədək “X6” MMC-də, 10 sentyabr 2019-cu il tarixdən 25 sentyabr 2020-ci ilədək "xxxx" MMC-də çalışmışdır.

3. İddiaçı ilə Cavabdeh MMC arasında 01 oktyabr 2020-ci il tarixdə 890 nömrəli əmək müqaviləsi bağlanmış və İddiaçı Cavabdeh MMC-də “Maliyyə departamentinin Hesablaşmalar şöbəsinin böyük mütəxəssisi” vəzifəsinə təyin edilmişdir. Müqavilə 1 il müddətinə bağlanmış (2.1-ci bənd), 3 ay sınaq müddəti müyyən edilmiş (2.4-cü bənd), müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikd ən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə, müqavilənin əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab edilməsi barədə şərt (2.2-ci bənd) daxil edilmişdir.

4. Daha sonra iddiaçı 10 fevral 2023-cü il tarixli əmrə əsasən “Daxili audit” şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin edilmişdir.

5. İddiaçı çalışdığı Maliyyə departamentinin Hesablaşmalar şöbəsinin böyük mütəxəssisi vəzifəsində öhdəliklərini nümunəvi yerinə yetirdiyinə və əmək funksiyalarının icrasında fərqləndiyinə görə 13 oktyabr 2022-ci il tarixdə təşəkkürnamə elan edilmişdir.

6. Cavabdeh MMC-nin 16 noyabr 2022-ci il tarixli 22-AEXP-616 saylı əmri ilə iddiaçı xidməti fəaliyyətin həyata keçirilməsi məqsədilə 17 noyabr 2022-ci il tarixdən 10 iş günü müddətinə Ələt qəsəbəsində yerlə şən Şərq vaqon deposuna ezam olunmuş, işəgötürənin 29 noyabr 2022-ci il tarixli əmri ilə İddiaçı ezamiyyəti 15 dekabr 2022-ci il tarixədək uzadılmışdır.

7. Cavabdeh MMC-nin 30 sentyabr 2024-cü il tarixli 24- AEXP/K-055 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin bitməsi) bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında olan 01 oktyabr 2020-ci il tarixli 890 saylı əmək müqaviləsinin müddətli olmasına dair 2.1-ci bəndinin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi haqqında 30 sen tyabr 2024-cü il tarixli, 24-AEXP/K-055 saylı əmrin ləğv edilməsi, iddiaçı ilə bağlanan 01 oktyabr 2020-ci il tarixli, 890 saylı əmək müqaviləsi müddətsiz hesab edilməklə işə bərpa edilməsi və eyni zamanda işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta əmək haqqının ödənilməs, mediasiyaya ödənilmiş 61 manatın və vəkilə ödənilmiş 1.000 manat qonararın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 aprel 2016-cı il tarixdən Cavabdeh MMC-də 3 ay sınaq müddəti müəyyən olunmaqla İnzibati işlər şöbəsinin Təşkilati işlər və sənədlərin qeydiyyatı bölməsinə Ümumi işlər üzrə mütəxəssis vəzifəsinə təyin olunmaqla işə başlamışdır. 10 iyun 2016-cı il tarixli əmrə əsasən “Maliyyə və hesab atlıq departamenti”nin “Hesabatlıq şöbəsi”nin mütəxəssisi vəzifəsinə keçirilmişdir. Cavabdeh MMC-də struktur dəyişiklikləri və yeni ştat cədvəlinin tətbiqi ilə əlaqədar 14 fevral 2017-ci il tarixli əmrə əsasən “Maliyyə departamenti”nin “Hesablaşmalar şöbəsi”nin kiçik mütəxəssisi vəzifəsinə təyin edilmişdir. 04 aprel 2018-ci il tarixli əmrə əsasən Maliyyə departamentinin Hesablaşmalar şöbəsinin mütəxəssisi vəzifəsinə təyin edilmişdir. 17 dekabr 2018-ci il tarixli əmrə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-cu hissəsinin a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 04 mart 2019-cu il tarixli əmrə əsasən “X6” MMC-yə Beynəlxalq və daxili yükdaşımalar üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. 01 avqust 2019-cu il tarixli əmrə əsasən Əmək Məcəlləsinin 68 (a) bəndinə əsasən tutdu ğu vəzifədən azad edilmişdir. 10 sentyabr 2019-cu il tarixli əmrə əsasən "xxxx" MMC-də Baş mütəxəssis vəzifəsinə təyin edilmişdir. 12 fevral 2020-ci il tarixli əmrə əsasən Əmək Məcəlləsinin 50-ci maddəsinə əsasən əsas iş yerindən əlavə iş yerinə keçirilmişdir. 12 fevral 2020-ci il tarixli əmrə əsasən “X7” MMC-yə Beynəlxalq və Daxili yükdaşımalar üzrə Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. 25 sentyabr 2020-ci il tarixli əmrə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 30 sentyabr 2020-ci il tarixli əmrə əsasən yenidən Cavabdeh MMCdə 3 ay sınaq müddəti müəyyən olunmaqla Maliyyə Departamentinin Hesablaşmalar şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Qeyd olunan dövrdən 2022-ci ilin oktyabr ayına qədər həmin şöbədə çalışmış və oktyabr ayında müqavilə növbəti 1 il üçün uzadılmış və törəməsi olduğu "xxxx" QSC-nin rəhbərliyi tərəfindən 13 oktyabr 2022-ci il tarixli təşəkkürnamə ilə təltif edilmiş olsa da, elə həmin aydan başlayaraq işdən öz istəyilə çıxmaq üçün müxtəlif həmlələr edilmişdir. Bu təşəbbüslərin başında yer alan şəxs isə, işlədiyi şöbənin aid olduğu departamentin rəhbəri vəzifəsinə yeni təyin edilmiş X1 idi. Öz istəyilə çıxma istəklərini rədd etdiyi üçün ilk olaraq, tutduğu vəzifə və işlədiyi şöbə ilə əlaqəsi olmasa da, həmin dövrdə MMC-nin nəzdində fəaliyyət göstərən və Ələt qəsəbəsində yerləşən X4 icra edilən vaqon təmir xidmətlərinin maya dəyərinin müəyyən edilməsi məqsədi ilə qeyd edilən depoya hər biri 15 gün olmaqla, 2 dəfə ardıcıl olaraq ümumilikdə 1 aylıq müddətə e zam olunmuşdur. İlk 15 günün sonunda fəaliyyəti barədə heç bir sorğu-sual edilməmiş və bir başa ikinci 15 günlük ezam əmri iddiaçıya təqdim edilmişdir. Sözügedən ezamiyyət üçün Kamal Hüseynli tərəfindən iddiaçıya WhatsApp tətbiqi vastəsi ilə əvvəlcə 45 günlük ezamiyyət barədə əmr təqdim edilmişdir. İddiaçı həmin ezamiyyət xərcini tələb etdikdə isə ona ikinci bir əmr, yəni 15 günlük ezamiyyət barədə əmr təqdim edilmişdir. Bütün ezam müddəti və sonrakı dövrdə orada gördüyü fəaliyyətlə maraqlanılmaması, hər hansı iclas təşkil edilməməsi, heç bir sənəd istənilməməsi ezam göndərişinin sadəcə məqsədyönlü şəkildə təşkil olunduğunu bir daha təsdiq edirdi. Həmin şəxsin bezdiricilik tədbirlərinin iddiaçının fikrini dəyişdirmədiyini gördüyü zaman isə müqavilə üzrə əməkdaşı olduğu şöbədə əyləşməyinə i cazə verilməmiş, ezam müddəti bitəndən sonra, yəni 16 dekabr 2022-ci il tarixindən 10 fevral 2023-cü il tarixinə qədər müvəqqəti olaraq Əməliyyat departamenti olan ofis otağında əyləşməyə məcbur edilmişdir. Daha sonra isə həmin dövrdə Daxili Audit şöbəsinin rəhbəri olan Rüfət Əhmədovun təklifi ilə 10 fevral 2023-cü il tarixli əmrə əsasən “Daxili audit” şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin edilmişdir. 30 sentyabr 2024-cü il müqavilədə son gün idi və iddiaçı 9-29 sentyabr tarixləri arasında rəsmi məzuniyyətdə olan zaman müqaviləyə xitam veriləcəyi ilə bağlı poçt vasitəsi və ƏMAS sistemi ilə bildiriş göndərilmişdir. Lakin 18-29 sentyabr tarixləri arasında ölkə xaricində olduğu üçün poçt bildirişini ala bilməmiş, eyni zamanda ölkə sərhədlərindən kənarda ƏMAS sistemi açılmadığı üçün bu bildirişə yiyələnə bilməmişdir. Bildirişlə yalnız 29 sentyabrda ölkəyə qayıtdıqdan sonra tanış ola bilmişdir. 2016-cı ildən etibarən, ümumilikdə 8 il demək olar ki, eyni səhədə, şirkətin əsas fəaliyyət sahəsi olan dəmiryol daşınması və tarif hesablanması sahəsində özünü inkişaf etdirmiş, karyerasını bu istiqamətdə qurmuş və çalışdığı şirkətə maksimum faydalı olmağa çalışmışdır. Lakin 2022-ci ildən şirkətdə çalışmağa başlamış Kamal Hüseynli və 2023-cü ildən direktor olaraq şirkətə gəlmiş Əkbər Mədətli qurduğu kariyerasını və 10 ilə yaxın biliklərini heçə sayaraq şirkətdə ayrılmağı üçün müxtəlif vasitələrə əl atmışlar. Mütəxəssisi olduğu sahə xüsusi bir sahə olduğu üçün ölkədə bu sahə üzrə çalışılacaq şirkət sayı da məhduddur. İddiaçı isə son 10 ilini bu sahədə yetişmək üçün hədər etmiş və bu səbəbdən öz işindən ayrılmaq heç də asan deyildir. İşdən çıxarılmağı üçün müxtəlif yollara əl atmaqdan qaçınmayan Əkbər Mədətli yuxarı rəhbərliyin də icazəsini almaq üçün iddiaçı 2024-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin qurtarması) əmək müqaviləsinə məqsədyönlü şəkildə xitam verilmişdir. Əslində ididaçı 10 ilə yaxın işlədiyi, təcrübə topladığı bir sahədə işləyərkən müddətli əmək müqaviləsi bağlamaq istəməmiş, sadəcə başqa yolu olmadığı üçün bu müqaviləni imza etmək məcburiyyətində qalmışdır. Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” adlı 1-ci Əlavəsinin 2.3-cü bəndinə əsasən “əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanması göstərilməlidir”. Lak in iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 oktyabr 2020-ci il tarixli, 890 saylı əmək müqaviləsinin 2-ci bəndindən isə göründüyü kimi nəinki əmək müqaviləsinin müddətli bağlanmasının səbəbləri göstərilməmiş, hətta həmin hissə məqsədli olaraq əmək müqaviləsindən çıxarılmışdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçı 01 aprel 2016-cı il tarixdən Cavabdeh MMC-də 3 ay sınaq müddəti müəyyən olunmaqla sıravi bir işdən böyük mütəxəssis vəzifəsinə qədər yüksəlmişdir və bu sahədə ixtisaslaşmışdır. İddiaçı bu müddət ərzində Azərbaycan Dəmir Yolları QSC-nin törəmə şirkətlərində işləmiş və işəgötürənlərin məsləhəti ilə bir işdən başqa işə və ya bir şirkətdən başqa bir şirkətə keçirilmişdir, lakin təəssüflər olsun ki, bütün bunlar rəhbər şəxslərin göstərişi əsasında iddiaçının əmək müqavil əsinə xitam verilməsi və sonra yenidən əmək müqaviləsi bağlanılması yolu ilə baş vermişdir. Sonuncu iş yeri olan Cavabdeh MMC-də 30 sentyabr 2020-ci il tarixli əmrə əsasən yenidən 3 ay sınaq müddəti müəyyən olunmaqla Maliyyə Departamentinin Hesablaşmalar şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin olunmağı barədə bir illik-müddətli əmək müqaviləsi bağlanmış və hər il müddət başa çatdığına görə əmək müqaviləsinin müddəti eyni müddətə yenidən uzadılmışdır (müddətli əmək müqaviləsi bir işçi olaraq iddiaçı tərəfindən imzalansa da, bütün bunlar işəgötürənin təhriki ilə baş vermiş və iddiaçının başqa çıxış yolu olmamışdır). Göründüyü kimi işəgötürən Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış 01 oktyabr 2020-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən müqavilədə nəzərdə tutulmuş vəzifənin i crası əvvəlcədən daimi xarakterli olmasının bəlli olmasına baxmayaraq iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsində hansı səbəbdən müddətli əmək müqaviləsinin bağlanması göstərilməmişdir. Bu əmək müqaviləsi isə yuxarıda qeyd edilmiş qanunlara əsasən qanuni hesab edilə bilməz.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4 dekabr 2024-cü il tarixli 2(011)8771/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (X5).

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı onun tutduğu vəzifəsinə uyğun olaraq onunla müqavilənin müddətsiz bağlanmalı olduğunu göstərsə də, 2020-ci ildən hal-hazıradək müqavilənin müddətli olması barədə bəndini hər hansı aidiyyəti quruma müraciət etməklə mübahisələndirməmişdir. İddiaçı verdiyi izahatında göstərmişdir ki, onunla 2020-ci ildə bağlanan müqaviləni n müddətinin bundan əvvəlki dövr (2022-2023) üçün bitməsinə az qalmış vaxtda ona cavabdeh tərəfindən müqavilənin növbəti müddətə uzadılmaması ilə bağlı fikri bildirilən zaman iddiaçı qohum və tanışları vasitəsilə cavabdeh təşkilatın fikrinin dəyişməsinə nail olduğunu və nəticə olaraq onunla müqavilənin bir il daha uzadılmasını bildirmişdir. Hazırkı halda məhkəmə tərəflərin bərabər olmaması, yəni iddiaçının əlverişsiz vəziyyətdə olmasına dair dəlilini əsaslı hesab etmir. Belə ki, işin görünən halı ondan ibarətdir ki, işəgötürən kənar şəxslərin təsiri nəticəsində işçi ilə müqavilə müddətini uzatmaq qərarına gəlmişdir və iddiaçı da özü könüllü olaraq istinad olunan müqavilənin şərtləri ilə razılaşmışdır. Beləliklə, iddiaçı hər hansı təsir altında qalmadan öz iradəsi ilə müqavilənin eyni şərtl ərlə uzadılmasına razılıq vermişdir.

12. Məhkəmə iddia tələbinin əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi hissəsinə qiymət verərək hesab etmişdir ki, nə qədər ki, əmr qanunla müəyyən edilmiş qaydada tərtib edilmişdir, onun ləğvi üçün əsas yoxdur.

13. Məhkəmə iddia tələbinin işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsinə qiymət verərək hesab edib ki, bu hissədə iddia tələbi əsas tələbdən törəmədir və əsas iddia tələbi təmin edilmədiyinə görə həmin tələb təmin edilə bilməz.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35, Əmək Məcəlləsinin 3-cü maddəsinin 5 və 8-ci bəndlərinə, 47-ci maddəsinin “f” bəndinə, 68.2-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 124.1-ci maddələrinə istinadla əsaslandı rmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, sonuncu iş yeri olan Cavabdeh MMC-də 30 sentyabr 2020-ci il tarixli əmrə əsasən yenidən 3 ay sınaq müddəti müəyyən olunmaqla “Maliyyə Departamenti”nin “Hesablaşmalar şöbəsi”nin böyük mütəxəssisi vəzifəsinə təyin olunmağı barədə bir illik müddətli əmək müqaviləsi bağlanmış və hər il müddət başa çatdığına görə əmək müqaviləsinin müddəti eyni müddətə yenidən uzadılmışdır, müddətli əmək müqaviləsi bir işçi olaraq tərəfindən imzalansa da, bütün bunlar işəgötürənin təhriki ilə baş vermiş və o nun başqa çıxış yolu olmamışdır.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 aprel 2025-ci il tarixli 2(103)-1765/2025 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4 dekabr 2024-cü il tarixli 2(011)-8771/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər – Vahid Sadıqov (məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə).

18. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan apelyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı onun tutduğu vəzifəsinə uyğun olaraq onunla müqavilənin müddətsiz bağlanmalı olduğunu göstərsə də, 2020-ci ildən hazırkı vaxtadək müqavilənin bu bəndini mübahisələndirməmişdir. Məhkəmə kollegiyası tərəflərin bərabər olmaması, yəni iddiaçının əlverişsiz vəziyyətdə olmasına dair dəlilini inandırıcı hesab etməmişdir. İddiaçı özü könüllü olaraq müqavilənin şərtləri ilə razılaşmışdır. İddiaçı hər hansı kənar təsirə məruz qalmadan öz iradəsini bəyan etmiş və müqavilənin eyni şərtlərlə uzadılmasına razılıq vermişdir.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən müddətli əmək müqaviləsi bir işçi olaraq tərəfindən imzalansa da, bütün bunlar işəgötürənin təhriki ilə baş vermiş və onun başqa çıxış yolu olmamasına münasibətdə qeyd etmişdir ki, bu halı təsdiq edən hər hansı sübut nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında iddiaçı tərəfindən təqdim edilməmişdir.

20. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 14, 45, 47, 68-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətin in və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

21. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 aprel 2025-ci il tarixli tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” adlı 1-ci Əlavəsinin 2.3-cü bəndində qeyd edilmişdir ki, əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanması göstərilməlidir. Lakin onunla bağlanmış əmək müqaviləsindən göründüyü kimi işəgötürən onunla müddətli əmək müqaviləsini bağlnmasını nəinki əsaslandırmamış, hətta əmək müqavil əsinin nümunəvi formasından həmin bəndi çıxarmışdır.

23. Bakı Apellyasiya Məhkəməsi tərəfindən heç bir araşdırma aparılmadan və Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin anoloji işlərə dair mövqeləri barədə 10-a qədər qərarlar nəzərə alınmadan qərar qəbul edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 25.Maddə

3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar...

5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə....

26. Maddə

40. Maddə İşəgöt ürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;...

27. Maddə

45. Əmək müqaviləsinin müddəti

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ild ən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

28. Maddə

47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər:... f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;...

29. Maddə

73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

30. Maddə

83. Əmək müqavilə sinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

31. Maddə

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulmuş ləğv edi lməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və o nlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fa ktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şi kayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

42. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır.

43. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kif ayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

44. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

45. Tərəflər arasında yaranmış mübahisə əmək mübahisəsidir və iddia tələbi işçi ilə əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsinin qanunsuzluğu barədədir.

46. İşin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyətli olan və məhkəmələr tərəfindən müəyyən edilmiş halların qıs a xülasəsi ondan ibarətdir ki, iddiaçı 01 aprel 2016cı il tarixdə Cavabdeh MMC-də işə qəbul edilmiş, 17 dekabr 2018-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan təxminən iki ay 12 gün sonra - 04 mart 2019-cu il tarixdə “X6” MMC-də işə qəbul edilmiş və 01 avqust 2019-cu ildə onunla olan əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra iddiaçı 10 sentyabr 2019-cu il tarixdə (təxminən bir ay 9 gündən) 25 sentyabr 2020-ci ilədək "xxxx" MMC-də çalışmışdır. İddiaçı yenidən 01 oktyabr 2020-ci il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq, “Maliyyə departamentinin Hesablaşmalar şöbəsinin böyük mütəxəssisi” vəzifəsinə təyin edilmiş, müqavilə müddəti bir il müəyyən edilmişdir. İşəgötürənin 30 sentyabr 2024-cü il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin bitməsi) bəndinə əsasən xitam verilmişdir.

47. İddiaçı bu əsasla onun işdən azad edilməsini qanunsuz hesab edir və əsas dəlili ondan ibarətdir ki, əmək müqaviləsinə xitam verilənədək həmin müəssisədə 5 ildən artıq işləmişdir, bu səbəbdən də işəgötürənin onun müvəqqəti işçi hesab etməsi qanunsuzdur.

48. İlk növbədə qeyd olunmalıdır ki, müddətli əmək müqaviləsi üzrə müddətin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələrin həlli zamanı, araşdırmanın başlanğıc nöqtəsi, müddətin qurtarmasının müəyyən edilməsidir.

49. Bu baxımdan, iddiaçı ilə bağlanmış əmək müqaviləsində işə başlama tarixinin göstərilməsindən asılı o lmayaraq, iddiaçının müəssisədə nə vaxtdan işləməsi araşdırılmalıdır. Çünki Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edirsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

50. Baxılan işdə də apelyasiya instansiyası məhkəməsi bu halları araşdırmış və iddiaçının sonuncu müqavilə bağlanandan əvvəl müəssisədə fasiləsiz 5 ildən artıq müddətdə işləməsi müəyyən edilməmişdir.

51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkə məsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

52. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmi r.

54. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 aprel 2025-ci il tarixli 2(103)-1765/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar