Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3110/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdeh "xxxx" MMC-yə qarşı “əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: iş vaxtından artıq işə görə əmək haqqı tələbi, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2024-cü il tarixli, 2(103)1883/2024 nömrəli qətnaməs indən İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçılar "xxxx" MMC-də müxtəlif vəzifəsində işləmiş, onlarla bağlanmış əmək müqavilələrinə MMC tərəfindən 31 iyul 2023-cü il tarixli əmrlə ştatların ixtisarı əsası ilə xitam verilmiş, son haqq-hesab məbləğləri ödənilmişdir.
2. İddiaçıların işlədikləri dövr ərzində, 01 iyul 2022-ci il tarixinədək gecə növbəsində və bayram günlərində işə cəlb olunduqları üçün əlavələr ödənilməmiş, yalnız 2022-ci ilin iyul ayı üzrə həmin əlavələr hesablanmağa başlayaraq ilk dəfə 05 avqust 2022-ci il tarixində ödənilmiş, həmin əlavələrin ödənişi 31 iyul 2023-cü il tarixinədək davam etmişdir. İş üzrə qə bul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı3 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 07 noyabr 2013-cü il tarixindən 01 iyul 2022-ci il tarixinə olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, çəkilmiş xərclərin əvəzi olaraq mediasiya təşkilatına ödənilmiş 60 manat rüsumun, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsin i xahiş etmişdir.
4. Digər iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 da oxşar tələblərlə ayrı-ayrılıqda məhkəməyə müraciət etmişlər. (Apellyasiya məhkəməsinin qətnaməsi həmin iddiaçılar tərəfindən onların iddialarının təmin olunmayan hissədə mübahisələndirilmədiyindən, hazırki qərarın sonrakı hissələrində onların iddialarının əsaslarına və qəbul edilmiş aşağı instansiya məhkəmələrinin məhkəmə aktlarına istinad olunmayacaqdır)
5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı3 07 noyabr 2013-cü il tarixindən cavabdeh MMC-də sonuncu vəzifəsi “nəzarətçi” olmaqla əmək müqaviləsi əsasında əmək münasibətlərində olmuş, 28 iyul 2023-cü il tarixli əmrlə 31 iyul 2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bənd inə əsasən xitam verilmiş və bu zaman onlara əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətlərinin əvəzi, habelə ştatların ixtisarı ilə əlaqədar kompensasiya məbləği ödənilmişdir. İddiaçı ilə imzalanmış əmək müqaviləsinə xitam verilən zaman iddiaçı 01 iyul 2022-ci il tarixə kimi olan dövr üzrə faktiki işlənilmiş gecə növbəsində və bayram günlərində iş saatlarına görə əmək qanunvericiliyi ilə ona ödənilməli olan əmək haqqına əlavələrin ödənilmədiyini bilmiş və buna uyğun olaraq öz etirazını cavabdeh quruma təqdim etmişdir. Belə ki, cavabdeh qurumun səlahiyyətli əməkdaşları tərəfindən həmin günlərin əvəzinin ödənilməsi ilə bağlı dəfələrlə vədlər verilmiş, lakin əmək münasibətlərinə xitam verilən zaman son haqq-hesab məbləği qismində onlara ödənilməli olan məbləğ üzrə hesablamalar aparılan za man bəlli olmuşdur ki, cavabdeh qurumun səlahiyyətli əməkdaşları həmin məbləğləri hesablamamış və həmin məbləğlərin ödənilməsindən birtərəfli qaydada imtina edilmişdir. Cavabdeh təşkilat 2017-ci ildən işçilərə elektron qaydada aylıq hesablaşma vərəqələri (“payslip”) göndərdiyini bildirsə də, həmin vərəqələr iddiaçıların bəzilərinə 2018-2019-cu illərdə, bəzilərinə isə daha gec göndərilmiş, həmçinin 1 iyul 2022-ci il tarixə kimi olan vərəqələrdə gecə növbəsinə və bayram günlərinə görə əlavələr qeyd olunmamış, yalnız 2022-ci ilin iyul ayından başlayaraq həmin əlavələr qeyd olunmuş və ilk dəfə 05 avqust 2022-ci il tarixdə ödənilmişdir. 2022-ci ilin iyul ayı üzrə əlavələrin ödənişləri, eyni zamanda planlı şəkildə ixtisara hazırlıq başlamış, son haqq-hesab zamanı 01 iyul 2022-ci il tarixədək o lan əlavələrin ödəniləcəyi bildirilmişdir.
6. Birinci instansiya məhkəməsində cavabdeh tərəf iddia tələblərinə etiraz təqdim edərək göstərilmişdir ki, iddiaçı iddia tələbini 2023-cü ilin avqust ayında irəli sürmüşdür. Mübahisə predmeti 2022-ci ilin iyul ayından əvvəlki dövrə münasibətdə yarandığından Əmək Məcəlləsində bu növ tələblərə dair nəzərdə tutulmuş bir illik iddia müddəti məhkəmə tərəfindən tətbiq edilməlidir. İddiaçı3 tərəfindən ilkin mediasiyaya 3 avqust 2023-cü il tarixində edilmişdir. Odur ki, onun yalnız 2022-ci ilin iyul ayı üzrə əmək haqqına əlavələri tələb etməsi başa düşülən hesab oluna bilər, əvvəlki dövr üzrə iddia müddətini ötürmüşdür.
7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, e2(002)- 3103/2023 nömrəli qətnaməsi ilə (hakim F.Ə.Hüseynov) id dia qismən təmin edilmiş, İddiaçı3 01 iyul 2021-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə 31 iyul 2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, mediasiya xərcinə görə 20 manat, hüquqi yardıma görə 80 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı3 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, digər iddiaçıların iddialarının da qismən təmin edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya gecə növbəsində və bayram günlərində işlədiyinə görə əlavələrin ilk dəfə 2022-ci ilin iyu l ayı üzrə hesablanaraq 05 avqust 2022-ci il tarixdə verilməsi, əvvəlki dövrə görə əlavələrin ödənilmədiyinin iddiaçı tərəfindən birmənalı olaraq məhz həmin tarixdə aşkar edilməsi; bundan əvvəl həmin əlavələri tələb edən işçilərə hər dəfə güvənverici məlumatların verildiyini, 2022-ci ilin iyulundan əlavələrin verilməsi ilə yanaşı həmin bölmənin gələcəkdə ixtisarı ilə bağlı araşdırmanın aparıldığını şahid T.Əliyevin təsdiq etməsi; müəssisənin istehsalat bölməsində həmin əlavələrin daha əvvəldən verildiyi halda iddiaçılara münasibətdə bu barədə ayrı-seçkiliyə yol verilməsi; əlavələrin yalnız 2022-ci ilin iyul ayından 2023-cü ilin iyul ayları üzrə bir il ödənildikdən sonra işçilərin 31 iyul 2023-cü il tarixdən işdən azad edilməsi və iddia müddətinin həmin bir il nəzərə alınmaqla tətbiqinin iş çilərdən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olan işəgötürən tərəfindən tələb edilməsi, bununla da digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsinin hüquqdan sui-istifadə xarakteri daşıması; eyni zamanda iddiaçı tərəfindən mediasiya prosesinə 05 avqust 2023-cü il tarixədək başlanması və ona münasibətdə müddətin üzrlü hesab olunaraq bərpa edilməsinin əsaslı olması; tərəflərin mediasiya prosesində və məhkəmə baxışı gedişində mübahisəni sülh yolu ilə həll etmək üçün səy göstərməsi halları nəzərə alınaraq, iddia müddətinin 01 iyul 2021-ci il tarixədək olan dövr üçün tətbiq edilməsi, iddiaçıya 01 avqust 2021-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək olan bir illik dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqq ına əlavə məbləğinin, habelə 31 iyul 2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qanuni və ədalətli hesab olunmalıdır.
9. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddia qismən təmin olunduğundan, məhkəmə xərcləri və hüquqi yardıma görə xərc tələbləri də qismən təmin olunmalıdır.
10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndinə, X1 “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsinə, Əmək Məcəlləsinin 2.3, 12, 16.1, 83.2, 97.1, 102.1, 109, 154.1, 154.2, 157.3, 164.1, 166.1, 172.4, 172.5, 178.1, 296.4, 296.3, 296.6, 296.7, 310-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 560.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 119.1, 121.1, 217.4-cü maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 74 saylı Qərarının 1-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5 -ci hissəsinin şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə (Delkur Belçikaya qarşı işi üzrə xx.xx.1970-ci il tarixli, Piersack Belçikaya qarşı işi üzrə xx.xx.1982ci il tarixli, X2rşı işi üzrə xx.xx.1984-cü il tarixli qərarlara) istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçılar birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələblərinin təmin edilməyən hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişlər.
12. Həmçinin, cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi b arədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 may 2024-cü il tarixli, 2(103)-1883/2024 nömrəli qətnaməsi ilə (hakim X.A.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovdan və A.N.İmanovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, e-2(002)-3103/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, iddiaçının işlədiyi dövr ərzində gecə növbəsində və bayram günlərində işə cəlb olunduğu, 01 iyul 2022-ci il tarixədək buna görə əlavələrin ödənilmədiyi, yalnız 2022-ci ilin iyul ayı ü zrə həmin əlavələrin hesablanmağa başlayaraq ilk dəfə 05 avqust 2022-ci il tarixdə ödənildiyi, həmin əlavələrin ödənişinin 31 iyul 2023-cü il tarixədək davam etdiyi mülki iş üzrə sübutlarla tam təsdiq olunur və tərəflər arasında mübahisə doğurmur. Hazırkı iş üzrə mübahisə tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərinə əsasən gecə növbəsində və bayram günlərində işləyən işçilərə əmək haqqına müvafiq əlavələr ödənilməli ilə bağlı olmuşdur.
15. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya gecə növbəsində və bayram günlərində işlədiyinə görə əlavələr ilk dəfə 2022-ci ilin iyul ayı üzrə hesablanaraq 05 avqust 2022-ci il tarixdə verilmiş, əvvəlki dövrə görə əlavələrin ödənilmədiyinin iddiaçılar tərəfindən birmənalı olaraq məhz həmin tarixdə aşka r etmişlər.
16. İddiaçının tələblərinə əsasən həmin əlavələri tələb edən işçilərə hər dəfə güvənverici məlumatlar verilmişdir.
17. İş materiallarından görünür ki, iddiaçıya 2022-ci ilin iyulundan əlavələrin verilməsi ilə yanaşı, həmin bölmənin gələcəkdə ixtisarı ilə bağlı araşdırmanın aparılmasını şahid "xxxx" MMC-də İnsan resursları və inzibati işlər üzrə menecer vəzifəsində işləyən T.Əliyev təsdiq etmişdir.
18. Beləliklə, apellyasiya kollegiyası hesab etmişdir ki, müəssisənin istehsalat bölməsində həmin əlavələrin daha əvvəldən verildiyi halda iddiaçılara münasibətdə bu barədə ayrı-seçkiliyə yol verilməsi; əlavələrin yalnız 2022-ci ilin iyul ayından 2023-cü ilin iyul ayları üzrə bir il ödənildikdən sonra işçilərin 31 iyul 2023-cü il tarixdən işdən azad edilməsi və iddia müddətinin həmin bir il nəzərə alınmaqla tətbiqinin işçilərdən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olan işəgötürən tərəfindən tələb edilməsi, bununla da digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsinin hüquqdan sui-istifadə xarakteri daşıması; eyni zamanda iddiaçı tərəfindən mediasiya prosesinə 05 avqust 2023-cü il tarixədək, digər iddiaçılar tərəfindən isə həmin tarixdən bir ay keçmədən başlanması və sonunculara münasibətdə müddətin üzrlü hesab olunaraq bərpa edilməsinin əsaslı olması; tərəflərin mediasiya prosesində və məhkəmə baxışı gedişində mübahisəni sülh yolu ilə həll etmək üçün səy göstərməsi halları nəzərə alınaraq, iddia müddətinin 01 iyul 2021-ci il tarixədək olan dövr üçün tətbiq edilməsi, iddiaçıya 01 iyul 2021-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək olan bir illik dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə 31 iyul 2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
19. Apellyasiya məhkəməsi həmçinin, birinci instansiya məhkəməsinin iddiaçının hüququn pozulması anının iddiaçı tərəfindən 2022-ci ilin avqust ayından bilinməsi qənaətinə gəlsə də, faktiki olaraq həmin müddətə qədər olan dövr üzrə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərin əvəzinin hansı səbəbdən ödənilməməsini aydınlaşdırmaması, yalnız son ödənişin həyata keçirilməsindən əvvəlki dövr üzrə bir il müddəti əsa s götürməklə iddia tələbini qismən təmin etməsi kimi apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, hüququn pozulması anının iddiaçı tərəfindən 2022-ci ilin avqust ayından bildiyindən, vurulmuş zərərin əvəzi məhz həmin tarixdən sonra müəyyən edilməlidir, çünki həmin vaxta qədər tərəflər arasında hər hansı mübahisə olmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
20. İddiaçı3 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2024-cü il tarixli, 2(103)-1883/2024 nömrəli qətnaməsinin ona aid hissədə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsi, 296-ci maddəsi, Mülki Məcəllənin 384.0.4, 560.2, 560.3.4-cü maddələri, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsi pozulmuşdur.
22. Belə ki, iddiaçı ilə imzalanmış əmək müqaviləsinə 31 iyul 2023-cü il tarixində xitam verilmiş və buna uyğun olaraq o, 03 avqust 2023-cü il tarixdə, mövcud mübahisənin həlli məqsədi ilə aidiyyəti üzrə mediasiya təşkilatına müraciət etmişdir. Bu halda 1 illik iddia müddətinin axımını heç bir halda ötürməmişdir. İddiaçı hüququnun pozulduğunu yalnız 2022-ci ilin avqust ayının 5-də, yəni ilk dəfə ona gecə növbəsi və bayram günlərinin əvəzi ödənilən və pul vəsaiti ödənilən zaman məlumatlı olmuşdur. Cavabdeh qurum iddiaçının öz hüququnun pozulması anının ona paysliplərin göndərilməsi ilə təsdiq olunduğunu bildirsə də, nəz ərə alınmalıdır ki, gecə növbəsi və bayram günləri ilə məlumatları özündə əks etdirən paysliplər ilk dəfə 2022-ci ilin iyul ayına əhatə etməklə 2022-ci ilin avqust ayının 8-10 aralığında iddiaçının elektron poçt ünvanına təqdim edilmişdir. Həmçinin ilk dəfə iddiaçıya gecə və bayram günlərinə əlavələrin məbləği 2022-ci ilin iyul ayına əhatə etməklə 05 avqust 2022-ci il tarixində bank hesabına köçürülmüş, həmin məbləğlərin açıqlamalı qaydada sənəd forması isə 2022-ci ilin 10 avqust tarixinə kimi tam təqdim edilmişdir. Bu zaman məhkəmənin nöqtəyi nəzərindən iddiaçının öz hüquqlarının pozulmasının bildiyi anı 2022-ci ilin avqust ayının 5-i kimi müəyyən etmək zərurəti yaranır ki, bu halda iddiaçı heç bir halda iddia müddətini ötürməmişdir. Cavabdeh işəgötürən kimi öz hüquqlarından sui-istifadə etmiş, buna uyğun olaraq lazımı qaydada sənədləşmələr həyata keçirmədən iddiaçıya zərər vurmuş, iddiaçının və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyindən məhrum etmişdir. Cavabdeh qurum baxmayaraq ki, bütün müdafiəsini müddətlə bağlı qurmuş, təqdim etmiş olduğu etiraz ərizəsində və mülahizəsinə iddia müddətinin əhəmiyyətini vurğulasa da, Mülki Məcəllənin imperativ tələbi kimi ərizənin yazılı qaydada verilməsini həyata keçirməmişdir. Halbuki qanunvericilik mütləq qaydada bununla bağlı ayrıca ərizənin təqdim edilməsinin vacibliyini vurğulamış, məhkəmənin həmin ərizəni tələb etməsi və mütləq qaydada cavabdeh tərəfindən təqdim edilməsini tələb etməsi səlahiyyəti olmadığından məhkəmə həmin halı nəzərə almamış, iddia tələbini qismən təmin etmişdir.
23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
24. Cavabdeh "xxxx" MMC kassasiya şikayətinə qarşı etiraz verərək təmin olunmamasını xahiş etmişdir.
25. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya məhkəməsinin qətnaməsi ilə razılaşmış və onu könüllü icra edərək, kassatorun bank hesabına 17 iyul 2024-cü ildə 7261,93 manat pul köçürülmüşdür. Cavabdeh iddia müddətinin tətbiqinə dair ayrıca ərizə təqdim etmiş, həmçinin iddia ərizəsinə etiraz ərizəsində də bu məsələni qabardaraq vurğulamış və məhkəmədən iddia müddətinin tətbiq edilməsi xahiş edilmişdir. İddiaçı əlavələrin düzgün hesablanmamasını 2018-2019-cu illərdən xəbərdar olunmuş və o, iddia müddətini ötürmüşdür. Kassasiya baxışının hədləri:
26. Azərbaycan Respublikası mülk i prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
27. Apellyasiya instan siyası məhkəməsinin qətnaməsi kassatordan başqa digər iddiaçılar və cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, hazırkı kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin İddiaçı3 iddiasının təmin olunmayan hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
29. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 95-ci maddəsinin 1-ci hissəsinə əsasən iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlə rinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. 95-ci maddəsinin 2-ci hissəsinə əsasən iş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. 99-cu maddəsinin 1-ci hissəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtı ndan artıq müddət ərzində yerinə yetirməsi sayılır. 157-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia m üddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarına əsasən: İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılması na xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər ü zrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzg ün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, iddiaçıya cavabdeh MMC tərəfindən 2022-ci ilin iyul ayına kimi işlədiyi dövr üçün əmək haqqısına əlavələrin hesablanmaması və ödənilməməsi işin mübahisəsiz halıdır.
35. Hazırda mübahisəli qalan məsələ həmin əlavənin tələb olunmasında iddia müddətinin tətbiq edilməli olmasıdır.
36. İddiaçının bu məsələ üzrə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı tələbə iddiaçının hüquqlarının pozulmasını bildiyi tarixdən 1 illik iddia müddətinin tətbiq edilməli olmasına dair işin faktiki hallarını araşdıran məh kəmələrin mövqeləri Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olmuşdur. Belə ki, həmin maddədə birmənalı olaraq işçinin işəgötürənə qarşı pul, əmlak və ziyan tələbləri üzrə 1 illik iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur.
37. İddiaçı gecə növbəsində və bayram günlərində işlədiyi üçün, ona ilk dəfə əlavələr 2022-ci ilin iyul ayı üçün hesablanaraq, 05 avqust 2022-ci ildə verilmişdir. Beləliklə, bundan əvvəlki dövrə görə əlavələrin ödənilməməsi həmin tarixdə ona aşkar məlum olmuşdur. Lakin, iddiaçı hazırkı tələblə bağlı mediasiya təşkilatına 05 avqust 2023cü ildə müraciət etmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsi iddiaçının əvvəlki dövr üçün əmək haqqına əlavələrin ödənilməsi tələbini irəli sürərkən, iddia müddətinin ötürməsi nəticəsinə gəlməsi əsaslı olmuşdur.
38. M əhkəmə kollegiyası xüsusi ilə qeyd edir ki, cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və kassasiya şikayətinin şikayət verən şəxsin ziyanına şərh edilməsi mülki prosesin dispozitvlik, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə zidd olduğundan, iddia müddətinin axımının başlanğıcının məhkəmələr tərəfindən düzgün hesablanıb-hesablanmaması məsələsinə hüquqi qiymət verilməməlidir.
39. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizənin verilməməsinə dair kassasiya şikayətinin dəlili isə açıq-aydın əsassızdır. Belə ki, iş materiallarında iddia ərizəsinə etirazla yanaşı, cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi (həmin sənəd “Mülahizə” kimi adlandırılıb) əlavə olunmuşdur (cild 1, i.v. 219-218).
40. Beləliklə, məhkəmə kollegiyası hesa b edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2024-cü il tarixli, 2(103)-1883/2024 nömrəli qətnaməsi İddiaçı3 iddiasının təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.