Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3113/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Qanuni nümayəndə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmək mübahisələrindən irəli gələn mübahisələr; əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı Qanuni nümayəndə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmə k haqqının ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3484/2025 nömrəli, 20 iyun 2025-ci il tarixli qətnaməsindən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 18 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Qanuni nümayəndə "xxxx" ASC nin "xxxx" MMC-nin aparatının təsərrüfat işləri sahəsində onunla bağlanmış xx.xx.2011-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən istehsalat sahəsini və xidməti otaqları yığışdıran kimi fəaliyyət göstərmişdir. 2. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 "xxxx" MMC-nin Qanuni nümayəndə ünvanladığı xx.xx.2024-cü il t arixli 13-16-1/2-03/01/1-704/2024 saylı ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıqdan müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət X2 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə” “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 yaradılmışdır. Azərbaycan Dövlət X2“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 xx.xx.2024-cü il tarixli 09 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəll əsinin 70-ci maddəsinin “b” bəndinə əsasən Qanuni nümayəndə ilə bağlanmış əmək müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün Qanuni nümayəndə bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, ona bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əmək haqqının 2 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsi müraciət etdiyi gündən ləğv edilə bilər.
3. Qanuni nümayəndə xx.xx.2024-cü il tarixdə ərizə ilə işə götürənə müraciət edərək, başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2024-cü il tarixdən ləğv edilməsini xahiş etmişdir. Eyni gündə xx.xx.2024-cü il tarixdə iddiaçı elektron qaydada işəgötürənə müraciət edərək əvvəlki ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir. Buna baxmayaraq, 1 gün sonra – xx.xx.2024-cü il tarixdə cavabdeh "xxxx" MMC-nin direktor müavini tərəfindən verilmiş 217-K nömrəli əmrlə, iddiaçı Qanuni nümayəndə ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçi başqa işə götürənlə əmək müqaviləsi bağladığına görə, xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Qanuni nümayən də (bundan sonra iddiaçı) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 (bundan sonra cavabdeh, yaxud X8) iddia ərizəsi (və cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə) ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Azərsu” ASC-nin "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 217-K nömrəli əmrinin ləğv edilərək onun əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının, hər gecikdirilmiş günü üçün işçiyə əmək haqqının azı bir faizinin ödənilməsi, 2024-cü il üçün əmək məzuniyyəti pulunun, ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2011-ci il tarixli müddətsiz əmək müqaviləsi əsasında "xxxx" ASC-nin "xxxx" MMC-yə işə götürülmüşdür. Xadimə vəzifəsini yerinə yetirərək, istehsalat sahəsini və xidməti otaqları yığışdırmaq fəaliyyəti ilə məşğul olmuşdur. 22 oktyabr, 2024-cü il tarixində "xxxx" MMC tərəfindən ona ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq göndərilmişdir. Həmin xəbərdarlığa əsasən, "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili ilə əlaqədar “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 yaradılmışdır. Müvafiq qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə xx.xx.2024-cü il tarixində ixtisara düşmüşdür. Xəbərdarlıqda həmçinin 9 təqvim həftəsi sonra əmək müqaviləsinin ləğv ediləcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixində ona işçisi olduğu müvafiq müə ssisə tərəfindən ərizə imzaladılmışdır. Lakin o, həmin ərizənin işdən azad edilmə ilə bağlı olduğundan məlumatlı olmamışdır. Məhz bu səbəbdən, elə həmin tarixdə işəgötürən müəssisəyə müraciət edərək xx.xx.2024 tarixində onun tərəfindən yazılmış ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin onun müraciəti nəzərə alınmamış, əksinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi üzrə əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunmalıdır ki, həmin müəssisədə artıq 13 ildir ki işləyir, və əmək müqaviləsinə xitam verilmə əsası kimi göstərilən maddədə nəzərdə tutulan halların heç biri mövcud olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 69.3-cü maddəsinə görə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köç dükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Lakin o, qanunla müəyyən edilən qaydada yaşa və ya əlilliyə görə əmək pensiyasına çıxmamış və maddənin dispozisiyasında göstərilən digər hallar da baş verməmişdir. Bu da müvafiq maddə ilə əmək müqaviləsinə xitam verilməsinin əsassız və qanunsuz olduğunu sübut edir. xx.xx.2024-cü il tarixli xəbərdarlıqda Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatın ixtisarı səbəbi ilə əmək müqaviləsinə xitam verilməsi qeyd olunmuşdur. Daha sonra isə xx.xx.2024-cü il tarixində "xxxx" MMC tərəf indən ona ərizə imzaladılmışdır. Hansı ki, o, həmin vaxt ərizənin onun işdən azad edilməyi ilə bağlı olduğunu bilməmiş və işəgötürən müəssisə də onun məlumatsızlığı barədə xəbərdar olmuşdur. Bunun nəticəsində isə həmin tarixdə imzaladılmış ərizənin etibarsızlığı barədə olan müraciəti nəticəsiz qalmış və bu dəfə də əmək müqaviləsinə 69.3-cü maddəsi ilə əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa, Əmək Məcəlləsinin müvafiq maddələri ilə işdən azad olunsa da, qanunvericiliyin tələblərinə zidd olaraq şəxsin əmək müqaviləsinə qeyd olunan əsaslarla xitam verilməsinin zərurəti, iddiaçı tərəfindən qanunvericliyin maddələrinin pozulmasının nədən ibarət olması ilə bağlı heç bir əsaslandırılma aparılmamış, bu hal ona naməlum olaraq qalmışdır.
6. Bundan sonra, iddiaçı Qanuni Nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşirilməsi barədə ərizə ilə məhkəməyə müraciə edərək, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 217-K nömrəli əmrinin ləğv edilərək iddiaçının əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(004)-1900/2025 nömrəli, 17 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia təmin edilmiş, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 217-K nömrəli əmrinin ləğv edilməsi, iddiaçı Qanuni nümayəndə əvvəlki iş yer inə və vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının cavabdehdən iddiaçıya ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2011-ci il tarixli müddətsiz əmək müqaviləsi əsasında "xxxx" ASC-nin "xxxx" MMC-yə işə götürülmüşdür. Xadimə vəzifəsini yerinə yetirərək, istehsalat sahəsini və xidməti otaqları yığışdırmaq fəaliyyəti ilə məşğul olmuşdur. 22 oktyabr, 2024cü il tarixində "xxxx" MMC tərəfindən ona ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq göndərilmişdir. Həmin xəbərdarlığa əsasən, "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili ilə əlaqədar “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 yarad ılmışdır. Müvafiq qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən, tutduğu vəzifə xx.xx.2024-cü il tarixində ixtisara düşmüşdür. Xəbərdarlıqda həmçinin 9 təqvim həftəsi sonra əmək müqaviləsinin ləğv ediləcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixində ona işçisi olduğu müvafiq müəssisə tərəfindən ərizə imzaladılmışdır, lakin o həmin ərizənin işdən azad edilmə ilə bağlı olduğundan məlumatlı olmamışdır. Məhz bu səbəbdən elə həmin tarixdə işəgötürən müəssisəyə müraciət edərək xx.xx.2024 tarixində onun tərəfindən yazılmış ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin onun müraciəti nəzərə alınmamış, əksinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi üzrə əmək müqaviləsinə xitam verilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən ca vabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 “Birləşmiş Sukanal“ MMC-nin xx.xx.2024-cü il tarixli, 217-k nömrəli əmrindən görünür ki, işçinin işdən çıxarılmasının əsası kimi iddiaçı Qanuni nümayəndə ərizəsi qoyulmuşdur. Məhkəmə araşdırması zamanı isə qeyd edilən fakt iş materialları ilə öz təsdiqini tapmamışdır.
10. Belə ki, Qanuni nümayəndə həmin ərizənin işdən çıxması ilə əlaqədar olduğunu bilməmişdir. Göründüyü kimi, həmin ərizə iddiaçı tərəfindən yazılmamış, hazır blankda olmuşdur. İddiaçı evə gəldikdən sonra, oğluna ərizəyə imza atdığını bildirmiş, oğlu dərhal anasının adından həmin ərizənini etibarsız hesab edilməsi barədə "xxxx" MMC-yə ərizə ünvanlamışdır. Ərizə xx.xx.2014-cü il tarixdə yazı lmış, iddiaçı həmin ərizənin etibarsız hesab edilməsi üçün xx.xx.2024-cü il tarixdə cavabdeh orqana ərizə ünvanlamışdır. Lakin iddiaçının ərizəsi nəzərə alınmadan onu xx.xx.2024-cü il tarixdə işdən azad etmişlər. Bununla da, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinin tələbləri pozulmuşdur. Belə ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. İddiaçı da xx.xx.2024-cü il tarixli ərizəsində xx.xx.2024cü il tarixdən işdən azad edilməyini xahiş etmiş, lakin xx.xx.2024-cü il tarixədək ərizəsinin etibarsız hesab edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmişdir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçıya xx.xx.2024-cü il tari xli 13-16-1/203/01/1-704/2024 saylı ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq göndərilmiş və həmin xəbərdarlıqda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət X2 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023cü il tarixli 2356 nömrəli fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə” “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 yaradılmışdır. Azərbaycan Dövlət X2 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 xx.xx.2024-cü il tarixli 09 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Əmək Mə cəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən, Qanuni nümayəndə ilə bağlanmış əmək müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün Qanuni nümayəndə bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, ona bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda, Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı olduğu halda, orta aylıq əmək haqqının 2 misli miqdarında bir dəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsi müraciət etdiyi gündən ləğv edilə bilər.
12. Məhkəmə hesab etmişdir ki, göründüyü kimi, iddiaçı ilə cavabdeh orqan qərəzli olduğunu göstərir. Həmçinin, cavabdeh orqan iddiaçıya onun məlumatı olmayan ərizə imzalatmış, bunun əsasında onu işdən çıxarmışdır. Bundan başqa, həmin ərizə də əsas kimi iddiaçının başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması qeyd edilmişdir.
13. Lakin məhkəmə qeyd etmişdir ki, iddiaçı hal-hazıradək də hər hansı işə qəbul olunmamış, hər hansı işəgötürənlə əmək müqaviləsi bağlamamışdır. Bu hal da həmin ərizənin cavabdeh tərəfindən tərtib edildiyi iddiaçıya məlumatı olmadan imzalatmağını müəyyən etməyə imkan verir.
14. Belə olduğu təqdirdə, məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçı Qanuni nümayəndə işdən çıxarılmağının qanuni olduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh tərəf həmin faktı təsdiq edə biləcək sübutunu məhkəməyə təqdim edə bilmədiyindən, habelə əmək müqaviləsi nə əsassız olaraq Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərkən Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinin tələbləri cavabdehin xx.xx.2024-cü il tarixli, 217-K nömrəli əmri ləğv edilməli və iddiaçı Qanuni nümayəndə əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü, və 7-ci hissələrinə, 83.1, 83.2, 84-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
16. Qətnamədən cavabdeh X8 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə, apellyasiya şikayətinin ver ilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qətnaməsində Əmək Məcəlləsinin 71.1-ci maddəsinə istinad edərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulmasını qeyd etmişdir. Buna münasibət olaraq bildirilmişdir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbir lər görür. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Ağentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx"ASC-nin çevrilmə formasında yenidən təşkil yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 yaradılmışdır. Azərbaycan Dövlət X2 29 may 2024-cü il tarixli 002/1 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin strukturu təsdiq edilmişdir. Həmin əmrə əsasən X5 ştat vahidlərinin sayı 14.000-dən 7.700-dək azaldılmış, PHŞ-nin aparatının ştat vahidi isə 180 olmuşdur. İşin mahiyyəti üzrə bildirmişlər ki, qeyd olunan əmrə istinadən iddiaçıya xx.xx.2024-cü il tarixli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq təqdim edilmişdir. Ə mək qanunvericiliyinin tələblərinə əsasən, iddiaçıya iş axtarması üçün şərait yaradılmış, əmək müqaviləsi ləğv edildikdən sonra müvafiq ödənişlər tam şəkildə həyata keçirilmişdir. Qeyd olunanlardan göründüyü kimi cavabdeh tərəf Əmək Məcəlləsinin 77-ci maddəsi üzrə tələblərə riayət etmiş, iş üzrə həmkarların razılığını almış, əmək haqqını, müavinətini və əlavə ödənişlərini vaxtında etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-3484/2025 nömrəli, 20 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Kərimov və Elşən Kazımov) cavabdehin apellyasiya şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi ilk öncə qeyd etmişdir ki, ərizə cavabdeh tərəfindən öncədən kompüter vasitəsilə hazırlanmış blankda tərtib olunmuşdur. Həmin blankda yalnız işçinin şəxsiyyəti, vəzifəsi və əmək müqaviləsinin ləğv edilməsi xahiş olunan tarix barədə yerlər boş saxlanılıb, habelə blankın sonunda kompüter vasitəsilə “struktur vahidinin rəhbərinin vizası” ifadəsi yazılmaqla müvafiq şəxsin imzası üçün yer saxlanılıb. Bu isə onu təsdiq edir ki, ərizə blankı cavabdeh tərəfində hazırlanıb və imzalanmaq üçün iddiaçıya təqdim olunub, çünki təmizlik işləri ilə məşğul olan işçinin belə blank hazırlaması ağlabatan deyil.
20. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, əmək müqaviləsi ərizə verildikdən 1 gün sonra ləğv edilib, buna əsas kimi iddiaçının başqa işəgötürənlə əmək müqaviləsi bağladığı göstə rilib. Bu məlumat da cavabdeh tərəfindən öncədən kompüter vasitəsilə hazırlanmış ərizə blankında qeyd olunub. Lakin iddiaçının başqa işəgötürənlə əmək müqaviləsi bağladığı müəyyən edilmir. Əgər bağlamış olsayıdı bu elektron sistemdən görünərdi, o cümlədən cavabdehin də imkanı olub ki, bunu elektron sistem vasitəsilə müəyyən etsin.
21. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, ərizənin verildiyi gün iddiaçı elektron qaydada cavabdehə müraciət edərək həmin ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir. Buna baxmayaraq, 1 gün sonra əmək müqaviləsinin ləğvi barədə əmr verilmişdir.
22. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi üçün Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində göstərilən əsas olmayıb. Habelə əmək müqaviləs i ləğv edilərkən həmin Məcəllənin 69-cu maddəsində müəyyən edilmiş qaydaya əməl edilməyib.
23. Ona görə də məhkəmə kollegiyası Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının əvvəlki vəzifəsinə bərpa olunmasını və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini qət etməklə düzgün nəticəyə gəlmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 324.5-ci maddəsinə və Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə, 69 və 300cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
25. Qətnamədən cavabdeh X8 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv e dilməsini, iddia tələbinin rədd edilməsi və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət X2 29 may 2024-cü il tarixli 002/F nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən iddiaçının tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşmüş, ümumilikdə "xxxx" MMC ləğv edilmişdir. Yəni ki, yeni strukturda iddiaçının xadimə olduğu müəssisə nəzərdə tutulmamışdır. Agentlik mərkəzi icra hakimiyyəti orqanıdır və onun ştat vahidləri müvafiq orqan tərəfindən müəyyən və təs diq edilir. Yəni, səhmdar cəmiyyətlərdən fərqli olaraq istənilən zaman ştat vahidinin açılması və bağlanması qeyri mümkündür. Bu əsaslı faktlara məhkəmə tərəfindən hüquqi qiymət verilməmiş, iddiaçı əsassız olaraq işə bərpa edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
27. Maddə 2 (3-cü hissə). Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması və digər prinsiplərə əsaslanır.
28. Maddə 11 (“ə” bəndi). İşəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır.
29. Maddə
14. Əmək mün asibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.
30. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
31. Maddə 69 (3-cü hissə). İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
32. Maddə 69 (4-cü hissə). Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya e lektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
33. Maddə 69 (7-ci hissə). İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
34. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcə llənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
35. Maddə 83 (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
36. Maddə 84 (1-ci hissə). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
37. Maddə 84 (2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
38. Maddə 84 (3-cü his sə). Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
39. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müdd əti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
40. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
41. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yer dən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
44. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
45. Maddə 77.1. H ər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassa siya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nə ticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində cavabdeh X8 tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
55. Məhkəmə koll egiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəm ə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
57. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayətində qeyd olunan işin halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin hallarla bağlı şikayətin dəlillərini təkrar araşdırmağa lüzum yoxdur.
58. Bununla bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisər əncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan şəxsin işə qəbul edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır.
59. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilm ir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
61. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
62. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 63. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenu munun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
65. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3484/2025 nömrəli, 20 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.