Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3114/2023 03.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Zaqatala Rayon 2 saylı Notariat Ofisinin notariusuna və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:icra qeydinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-483/2023 saylı mülki iş üzrə 13 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 03 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi: İşin halları
1. İddiaçı ilə Maraqlı şəxs arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlandıqda onlara hüquq və vəzifələri izah edilmiş, hər iki tərəf sərbəst olaraq hüquqi mövqeyini müəyyən etməklə müqaviləni imzalamış və həmin müqavilə notariat ofisində təsdiq edilmişdir. Həmin müqavilə ilə müqavilənin son icra tarixi xx.xx.2019-cu il kimi müəyyən edilmişdir. Müqavilə hazırda qüvvədədir və həmin müqavilənin uydurma əqd olması qənaətinə gəlmək də mümkün deyil. Müqavilənin son icra tarixi olan xx.xx.2019-cu il tarixədək müqavilə üzrə üzərinə götürülmüş öhdəlik İddiaçı tərəfindən icra edilmədiyindən, yəni 85.000 manat borc pul Maraqlı şəxs qaytarılmadığından onun vəkili X3 “Notariat haqqında” Qanunun 76-cı maddəsinin şərtlərinə əməl etməklə, yəni icra qeydi nin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən 24 gün əvvəl sifarişli poçt vasitəsilə İddiaçı tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərdikdən sonra, icra qeydinin qeyd edilməsi üçün müraciət etmiş və Zaqatala rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu haqlı olaraq xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə 8İ-605 reyestr nömrəli icra qeydini qeydə almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon 2 saylı notariat ofisinin notariusu X1 19 yanvar 2020-ci il tarixli, 8İ-605 reyestr nömrəli icra qeydinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia ərizəsin i belə əsaslandırmışdır ki, onunla cavabdeh Maraqlı şəxs arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış və müqavilə şərtlərinə əsasən cavabdeh ona 85000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi bağlandıqdan sonra bir daha razılığa gəlmişdirlər ki, tərəfindən alınmış borc məbləği mərhələli şəkildə qaytarılacaq və bu borcun qaytarılması müqavilədə göstərilən müddətlə deyil, aralarında olan razılıqla tənzim ediləcəkdir. Tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixdə alınmış borc məbləğindən 15000 qaytarılmışdır. Bu məbləği qaytararkən onlar bir daha yuxarıda qeyd edilən razılıqlarını təsbit etmişdirlər. Lakin bu yaxınlarda o Zaqatala rayon İcra və Probasiya Şöbəsi vasitəsilə xəbər tutmuşdur ki, cavabdeh notariusun icra qeydi əsasında onun guya öhdəliyi icra etməməyin i əsas gətirərək barəsində borcun tutulmasına dair hüquqi fəaliyyətin başlanmasını həyata keçirmişdir. Belə bir vəziyyətdə hesab edir ki, notariusun icra qeydi ləğv eilməlidir. Bunu nəzərə alaraq o icra qeydini vermiş notariusa müraciət edərək həmin qeydin ləğv edilməsini xahiş etmiş, lakin notarius onun xahişini həyata keçirməkdən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş "Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı"nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilm əsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Lakin bildirmək istəyir ki, cavabdeh tərəfindən ona hər hansı bir bildiriş verilməmişdir. Belə bir bildiriş olmadan icra qeydinn verilməsi qanunun tələbinə ziddir.
4. Zaqatala Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(033)-85/2023 saylı qətnaməsi ilə (hakim T.Həsənov) iddia rədd edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ərizəsində qeyd etdiyi arqumentlərin həqiqətə uyğun olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, icra qeydinin aparılması üçün əsas olan tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi qüvvədə olduğundan və xx.xx.2020-ci il tarixli, 8 İ-605 reyestr nömrəli icra qeydi Zaqatala rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydə alındığından iddia rədd edilməlidir.
6. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 385.1, 390.1-ci maddələrinə, “Notariat haqqında” Qanunun 76 və 79-cu maddələrinə, habelə Müki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 89.1, 107, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
7. İddiaçı iş üzrə Zaqatala Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əs aslandırılmışdır ki, onunla Maraqlı şəxs arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış və müqavilə şərtlərinə əsasən sonuncu ona 85.000 manat kredit vermişdir. Kredit müqaviləsi bağlandıqdan sonra bir daha razılığa gəldik ki, tərəfindən alınmış borc məbləği mərhələli şəkildə qaytarılacaq və bu borcun qaytarılması müqavilədə göstərilən müddətlə deyil, aralarında olan razılığla tənzim ediləcəkdir. Tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixdə alınmış borc məbləğindən 15.000 qaytarılmışdır. Bu məbləği qaytararkən o bir daha yuxarıda qeyd edilən razılığını təsbit etdik. O Zaqatala rayon İcra və Probasiya Şöbəsi vasitəsilə xəbər tutmuş ki, cavabdeh notariusun icra qeydi əsasında onun guya öhdəliyi icra etməməyəsi əsas gətirərək barəsində borcun tutulmasına dair hüquqi fəaliyyəti n başlanmasını həyata keçirmidir. Belə bir vəziyyətdə hesab edir ki, notariusun icra qeydi ləğv eilməlidir. Bunu nəzərə alaraq o icra qeydini vermiş notariusa müraciət edərək həmin qeydin ləğv edilməsini xahiş etdi, lakin notarius onun xahişini həyata keçirməkdən imtina etdi. Belə ki, məhkəmə araşdırması əsasında cavabdeh tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə bir-neçə sənəd daxil olmuş və çox güman bu sənədlər qarşı tərəfdən sübut xarakterli qiymətləndirilir. İddia tələbinin əsasını təşkil edən hallardan biri də cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı” nda qeyd olunan sənədlərin, konkret olaraq və o cümlədən notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildirişin təqdim olunmamasıdır. Cavabdeh tərəfindən sonuncu dəfə məhkəməyə təqdim edilmiş sənədlərdə "xxxx" MMC tərəfindən təqdim edilmiş 004800 saylı poçt qəbzi də vardır. Poçt qəbzində göndərici qismində “Vəkil Zümrüd Səməd Qızı”, alıcı qismində “İddiaçı” göstərilmişdir. Qəbzdə o cümlədən göndərilməsi nəzərdə tutulan məktubun göndərən şəxsdən xx.xx.2019-cu il tarixdə alınması, həmçinin həmin məktubun eyni gündə, yəni xx.xx.2019-cu il tarixdə alıcıya təqdim edilməsi qeyd edilir. Buna dair aşağıdakıları məhkəmənin diqqətinə çatdırır: Alıcı yerində məktubun alınması barədə qeyd, imza təmsil etdiyi şəxsə mənsub deyildir və həmin gün o ümumiyyətlə qeyd edilən ünvanda olmamışdır. Poçt qəbzinin üzərində məhz nəyin, hansı sənədin göndərilməsi əks etdirilməmişdir. Yəni belə bir halda istənilən sənədin, o cümlədən boş zərfin göndərilməsini istisna eytmək olmaz. Bakı şəhəri ilə Zaqatala arasında olan məsafəni, müddəti nəzərə alsaq poçt zərfinin eyni gündə Bakıdan Zaqatalaya çatdırılması mümkün görünmür. Bu bildiriş “Vəkil Zümrüd Səməd Qızı” tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə müəyyən edilmiş qaydada notarius vasitəsilə göndərilməli idi. Tələbkar tərəfindən icra qeydinin aparılması ilə bağlı ərizə notariusa təqdim edilməmişdir. Təqdim edilmiş poçt qəbzinin qəbul etsək belə, “Notariat haqqında” Qanunun 76-cı maddəsində göstərilən 20 günlük müddətə əməl edilməmişdir. Belə ki, həmin maddənin tələblərinə əsasən tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Belə ki, qəbzə əsasən məktub guya xx.xx.2019-cu ildə borcluya təqdim edilmişdir. 01 yanvar 2020-ci il tarixində qanunda nəzərdə tutulan 5 günlük müddət bitir. Ən yaxşı halda notariat ofisinə müraciət 03 yanvar 2020-ci il tarixdə gerçəkləşməli idi, belə ki, 01 və 02 yanvar 2020-ci il tarixli günlər rəsmi olaraq qeyri-iş günləri sayılır. İcra qeydi 19 yanvar 2020-ci il tarixdə həyata keçirilmişdir. Yəni 20 gün müddət gözlənilmədən. Bundan əlavə, notarius tərəfindən icra qeydinin aparıldığı tarix, yəni 19 yanvar 2020-ci il bazar günüdür, yəni qeyri-iş günüdür. Bu halın özü də icra qeydinin aparılmasının əsaslığı və qanuniliyini şübhə altına alır. Yuxarıda qeyd edilənlər məhkəmənin əsassız və qanunsuz qətnamə çıxarmasını bir daha sübut edir. Qətnamə çıxarıldıqda birinci instansiya məhkəməsi sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hü quqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Lakin onunla cavabdehlər arasında olan münasibətlər araşdırılmamış və onlara hüquqi qiymət verilməmişdir.
9. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-483/2023 nömrəli iş üzrə 13 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və E.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdı rılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. 11.Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 12.Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 337, 340, 385, 390-cı maddələrinə, “Notariat haqqında” Qanunun 76, 79-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 13.İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 14.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunan sənədlərin, konkret olaraq və o cümlədən notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildirişin təqdim olunmamasıdır. Cavabdeh tərəfindən sonuncu dəfə məhkəməyə təqdim edilmiş sənədlərdə "xxxx" MMC tərəfindən təqdim edilmiş 004800 saylı poçt qəbzi də vardır. Poçt qəbzində göndərici qismində “Vəkil Zümrüd Səməd Qızı”, alıcı qismində “İddiaçı” göstərilmişdir. Qəbzdə o cümlədən göndərilməsi nəzərdə tutulan məktubun göndərən şəxsdən xx.xx.2019-cu il tarixdə alınması, həmçinin həmin məktubun eyni gündə, yəni x x.xx.2019-cu il tarixdə alıcıya təqdim edilməsi qeyd edilir. Bundan başqa, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Bununla belə, “Notariat haqqında” Qanunun 76-cı maddəsində göstərilən 20 günlük müddətə əməl edilməmişdir. Belə ki, həmin maddənin tələblərinə əsasən tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Belə ki, qəbzə əsasən məktub guya xx.xx.2019-cu ildə borcluya təqdim edilmişdir. 01 yanvar 2020-ci il tarixində qanunda nəzərdə tutulan 5 günlük müddət bitir. Ən yaxşı halda notariat ofisinə müraciət 03 yanvar 2020-ci il tarixdə gerçəkləşməli idi, belə ki, 01 və 02 yanvar 2020-ci il tarixli günlər rəsmi olaraq qeyri-iş günləri sayılır. İcra qeydi 19 yanvar 2020-ci il tarixdə həyata keçirilmişdir. Yəni 20 gün müddət gözlənilmədən. Məhkəmə qətnaməsindən göründüyü kimi məhkəmə ekspert rəyini mübahisəsiz sübut kimi qəbul etmiş, real fakt və xüsusatları isə araşdırmamışdır. Onunla cavabdehlər arasında olan münasibətlər araşdırılmamış və onlara hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 15.Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 16.Maddə 337.1 bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahis ə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 17.Maddə 337.2 əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 18.Maddə 337.3 əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 19.Maddə 337.4 etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 20.Maddə 337.5 əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısın ı digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 21.Maddə 340.1 uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 22.Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 23.Maddə 390.1 fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəl lədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu 24.Maddə
76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına ə sas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 25.Maddə
79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qər arı: 26.Bənd
161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. 27.Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respubli kası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. 28.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarının 162-ci bəndinə əsasən İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. 170-1. İcra qeydinin aparılması ilə əlaqədar notariusa müraciət edildikdə, notarius icra qeydinin aparıldığı əqd üzrə öhdəliklərin icra intizamını mənfi xarakterizə edən neqativ məlumatı bu Təlimatın 7-ci hissəsinin on altıncı abzasının məqsədləri üçün “Elektron notariat” informasiya sisteminə daxil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 29.Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 30.Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 31.Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keç irməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 32.Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 33.Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 34.Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 35.Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri 36.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 37.İddiaçı kasasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətna məsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kasassiya baxışının predmetini qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi
38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
39. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozdu ğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
40. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, İddiaçıla Maraqlı şəxs arasında 25 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi bağlanıb və kredit müqaviləsi Bakı şəhəri, 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş və 3M-2311 nömrə ilə reyestrdə qeyd edilib informasiya sisteminə daxil edilmişdir. Həmin kredit müqaviləsinə əsasən Maraqlı şəxs İddiaçı 85.000 manat borc pul verməyi İddiaçı isə həmin borcu xx.xx.2019-cu il tarixədək Maraqlı şəxs ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər borcun faizsiz verilməsini şərtləşdirmişdirlər.
41. İddiaçı 85.000 manat pulu Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi no tariusunun "xxxx" ASC-də olan bank hesabına xx.xx.2019-cu il tarixdə təhvil vermişdir. 25 sentyabr 2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn borc öhdəliyi İddiaçı tərəfindən icra edilmədiyindən Maraqlı şəxs vəkili Zümrüd Səməd qızı tərəfindən İddiaçı 24 dekabr 2019-cu il tarixli bildiriş ünvanlanaraq 25 sentyabr 2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn borc öhdəliyini 20 gün müddətində ödəmədiyi halda “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış 85.000 manat borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir.
42. Maraqlı şəxs vəkili Zümrüd Səməd qızı tərəfindən göndərilmiş poçt zərfi İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı qey di edilməklə və imzalanmaqla təhvil alınmışdır.
43. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmış, işə baxan məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır.
44. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə uyğundur. Belə ki, həmin normanın mənasına görə, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün bo rclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydi aparmalıdır. İcra qeydi yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Mülki Məcəllənin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə mü raciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyəəlavə olunur. Elektron formada müraciət ol unduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.
45. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, iddiaçının tələbinə əsasən nə icra qeydinin ləğv edilməsi, nə də etibarsız sayılması üçün əsaslar olmadığına görə, kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 aprel 2023-cü il tarixli, 2(107)-483/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.