Məhkəmə qərarları › İş №2(102)-3119/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3119/2025

20.11.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3119/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X2” X4rşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa tələbi 20.11.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “X2” PHŞ-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3654/2025 nömrəli, 30 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 noyabr 2025ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, iddiaçı baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur.

2. X1 xx.xx.2024-cü il tarixli əmrinə əsasən X1 Bakı Regional Məşğulluq filialının Sənədlərlə iş və inzibati şöbəsində DOST əlaqələndiricisi vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə 16 dekabr 2024-cü il tarixindən əmək müqaviləsinin müddətinin qurtarması ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 16 iyun 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəməyə m üraciət edərək, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə 16 dekabr 2024-cü il tarixli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki işinə - cavabdeh X1 Bakı Regional Məşğulluq filialının Sənədlərlə iş və inzibati şöbəsində DOST əlaqələndiricisi vəzifəsinə işə bərpa olunması, iddiaçıya məcburi iş buraxma müddəti üzrə əmək haqları və onun tərkib hissəsi olan bütün ödənişlərin cavabdehdən tutularaq ödənilməsi, hüquqi yardım xərcləri qismində iddiaçı tərəfindən vəkilə ödənilmiş 350 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdən X1 Bakı Regional Məşğulluq filialının Sənədlərlə iş və inzibati şöbəsində DOST əlaqələndiricisi vəzifəsində çalışmışdır. Onun əmək fun ksiyaları bilavasitə X1 nizamnamə funksiyalarının icrası ilə bağlı olmuş və daimi xarakter daşımışdır. Beləliklə, iddiaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə onun işi və göstərilən xidmətin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmuşdur. Lakin buna baxmayaraq, sözügedən əmək müqaviləsinin 2-ci bəndinə əsasən ona müqavilənin standart şərti kimi işin birinci 3 ayı sınaq müddəti olmaqla onunla 6 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı əmək funksiyalarının və işinin daimi xarakterə malik olduğu halda onunla mövsümi işçi kimi müddətli əmək müqaviləsi bağlanmasına etiraz etdikdə cavabdeh qurumun kadr məsələləri üzrə struktur bölməsi tərəfindən ona bütün işçilərlə müddətli əmək müqaviləsi bağlandığını, onlarda əmək müqaviləsinin bu qaydada bağlandığını, b u şərtin şablon olduğu, razı deyilsə işə götürülməyəcəyi bildirilmişdir. Belə olan halda iddiaçı hüquq bərabərliyinə əsaslanmayan şəraitdə və azad iradəsinə zidd olaraq hazırkı işi itirməmək üçün müqaviləni formal olaraq imzalamağa məcbur qalmışdır. Beləliklə, daimi xarakterə malik əmək funksiyalarını yerinə yetirdiyi halda stabil iş yeri və müddətsiz əmək müqaviləsi bağlanması hüququndan könüllü surətdə imtina etməsi üçün iddiaçının hər hansı motivi və məqsədi olmamış, bu qeyri-bərabər şəraitdə, işəgötürənin iqtisadi və təşkilati-sərəncamverici imkanları, işçinin isə iqtisadi cəhətdən ondan asılı olması və iş yerinə ehtiyac duyması səbəbindən - məcburiyyət qarşısında baş vermişdir. Beləliklə, Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsinin tələbinə zidd olaraq cavabdeh tərəflər arasın da əmək müqaviləsinə və onun əlavə razılaşmalarına işçinin əmək funksiyalarının xarakterinə görə daimi işlə təmin olunmaq hüququnu məhdudlaşdıran müddəalar daxil etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı 13 yanvar 2025-ci il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təkliflə cavabdehə müraciət etmiş, təklif cavablandırılmamış, 9 saylı mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışına əsasən mediasiya prosesi həmin tarixdə başa çatmışdır. Bununla da, cavabdeh qurumun demək olar ki, bütün işçilərinin əmək müqaviləsi müddətli şərtlərlə bağlandığı halda digər işçilərdən fərq li olaraq iddiaçıya qarşı işəgötürən tərəfindən ayrı seçkiliyə yol verilərək məhz onun əmək müqaviləsinin müddəti uzadılmamışdır. Təbii ki, əmək funksiyalarının daimi xarakterə malik olduğu qabaqcadan açıq-aşkar məlum olan işçi ilə müddətli əmək müqaviləsinin bağlanması əmək qanunvericiliyinin tələblərinə zidd olmuş, lakin bununla belə həmin əmək müqaviləsinin qanunazidd və etibarsız olan həmin şərtini şərti olaraq fakt kimi qəbul etdikdə belə, bütün digər işçilərin belə əmək müqavilələrinin müddəti uzadıldığı halda, məhz İddiaçı əmək müqaviləsinin müddətinin uzadılmaması ayrı-seçkilik olmuşdur.

5. Cavabdeh yazılı vəsatətlə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi faktını nəzərə alaraq iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Vəsatət belə əsaslandırılmışdır ki, tərəflər arasında əmək münasibətlərinə xx.xx.2024-cü il tarixdə xitam verilməsi işin mübahisəsiz halıdır. İş üzrə mediasiya prosesi tətbiqi barədə təklif xx.xx.2025-ci il, ilkin mediasiya sessiyası barədə bildiriş isə xx.xx.2025-ci il tarixlidir. Bundan sonra isə prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayış tərtib edilmişdir. Belə olduğu halda 13 yanvar – 5 mart tarixləri iddia müddətinin axımının dayandırıldığı vaxt kimi qiymətləndirilməlidir. Göründüyü kimi, xx.xx.2024- xx.xx.2025-ci il tarixləri arasında olan 28 gün mediasiyanın tətbiq olunduğu dövrü çıxmaqla xx.xx.2025-ci il – xx.xx.2025-ci illərdə 6 gün olmaqla iddiaçı tərəfindən müvafiq iddiaya münasibətdə iddia müddəti ötürülmüşdür. Qanunvericiliyin tələbinə görə media siya prosesinin ümumi müddəti 30 gündən artıq olmayan müddətdə davam edə bilər. Mediasiyanın tətbiq olunduğu dövr isə 13 yanvar – 5 mart 2025-ci il tarixləri aralığı olmaqla 51 günü əhatə etmişdir. Odur ki, iddia müddəti tətbiq edilməklə, iddia ərizəsi rədd edilməlidir.

6. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-2447/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Gülnar Babazadə).

7. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin və həmin əmək müqaviləsinə bağlanmış əlavə razılaşmaların məzmunundan göründüyü kimi iddiaçının daşıdığı vəzifə öhdəlikləri və əmək funksiyaları daimi xarakterə malik olduğu halda onun iradəsinə zidd olaraq hüquqları məhdudlaşdırılmış və onunla hər dəfə 6 ay olmaqla müd dətli əmək müqaviləsi bağlanmışdır. Məhkəmə bildirmişdir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə əmək müqaviləsi bağlanarkən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmamışdır.

8. Məhkəmə qeyd etmişdir ki, əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğ u qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, 47-ci maddədə müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər.

9. İşəgötürən hesab etmişdir ki, əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olmuşdur. Lakin müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmayıb. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. İradənin ifadə olunması üçün əvvəlcə iradə olmalı, daha sonra o, ifadə olunmalıdır. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün müddətə münasibətdə iradənin o lub-olmadığı aydınlaşdırılmalıdır. İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradənin olub-olmaması motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. İşçinin iradə və motivi müəyyən olunmur: işçinin izahatından görünür ki, onun əmək müqaviləsinin müddətinin 6 ay olması ilə bağlı razılığı olmamışdır, demək ki, onun 6 aylıq müddətə münasibətdə motivi (dərk olunmuş marağı) yoxdur, işəgötürənin nümayəndəsi isə bunun əksini təsdiq edən sübut təqdim edə bilmir. Motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur.

10. Məhkəmə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə münasibətdə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən fərdi əmək mübahisəsinin həl l edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2025ci il tarixdə mediasiya təklifi göndərmiş, daha sonra xx.xx.2025-ci il tarixdə “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış tərtib edilmişdir. Qanunvericiliyin tələbinə əsasən, iddia müddəti hazırki halda günlə deyil, 1 aylıq müddətlə müəyyən olunduğundan, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başladığından, iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş iddia ərizəsi AZEMİS vasitəsilə 1 aylıq iddia müddətinin sonuncu günündə - 10 mart 2025-ci il tarixd ə məhkəməyə daxil olduğundan, hazırki halda iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi halı mövcud deyildir.

11. Məhkəmə iddia tələbinin 350 (üç yüz əlli) manat hüquqi xidmətə görə haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə hesab etmişdir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı “Kamandar Nəsibov və Partnyorları” vəkil bürosuna hüquqi xidmətə görə 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti ödənilmişdir.

12. Məhkəmə yekun olaraq qeyd etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, “X2” X5 İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli, 3-172/3-4- 1784/2024 nömrəli əmri ləğv edilməli, İddiaçı X1 Bakı Regional Məşğulluq filialının Sənədlərlə iş və inzibati şöbəsində DOST əlaqələndiricisi vəzifəsinə bərpa edilməli, İddiaçı işdən çıxarıldığı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı (tərkib hissəsinə daxil olan ödənilşərlə birlikdə) hesablanaraq ödənilməlidir.

13. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 45, 47, 68, 73, 83, 300-cü, “Mediasiya haqqında” Qanunun 35-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti vermiş,birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətinin məzmunu iddia müddətinin tətbiqinə dair ərizənin məzmununa uyğun əsaslandı rılmış, əlavə olaraq göstərilmişdir ki, hazırkı mübahisə üzrə işçinin işdən azad olunduğu 16 dekabr 2024-cü il tarixdən məhkəməyə müraciət etdiyi 11 mart 2025-ci il tarixinədək olan müddət 85 gün olmuşdur. İşə baxan məhkəmə bu məqama nəzər yetirməmiş və pozuntuya yol verərək yanlış qətnamə qəbul etmişdir. Əgər “Mediasiya haqqında” AR Qanununda nəzərdə tutulan müddətin ötürülməsi pozuntu olmasaydı, onda mediasiya prosesinin ümumi müddəti üçün yuxarı hədd müəyyən edilməzdi. Məhkəmə qətnamə qəbul edərkən bu faktlara hüquqi qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)3654/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanı lmışdır (hakimlər: Sabit Bəhramzadə – sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Vahid Sadıqov).

17. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin və həmin əmək müqaviləsinə bağlanmış əlavə razılaşmaların məzmunundan göründüyü kimi iddiaçının daşıdığı vəzifə öhdəlikləri və əmək funksiyaları daimi xarakterə malik olduğu halda onun iradəsinə zidd olaraq hüquqları məhdudlaşdırılmış və onunla hər dəfə 6 ay olmaqla müddətli əmək müqaviləsi bağlanmışdır. Məhkəmə bildirir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Konstitusi yanın 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə əmək müqaviləsi bağlanarkən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmamışdır.

18. Halbuki, iddiaçı ilə əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Hazırki halda isə işəgötürən ilə müqavilənin müddətli bağlanmasına dair işçinin razılığının olması halı müəyyən edilmir. Belə olan halda, müddətli əmək müqaviləsinin bağlanması halının olmaması təsdiqini tapı r. Bu halda isə mövcud olmayan müqavilə üzrə hər hansı müddətdən söhbət gedə bilməz.

19. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı 13 yanvar 2025-ci il tarixdə mediasiya təklifi göndərmiş, daha sonra 05 mart 2025-ci il tarixdə “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış tərtib edilmişdir. Qanunvericiliyin tələbinə əsasən də, iddia müddəti hazırki halda günlə deyil, 1 aylıq müddətlə müəyyən olunduğundan, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başladığından, iddiaçının nümayəndəsi və vəki li tərəfindən verilmiş iddia ərizəsi AZEMİS vasitəsilə 1 aylıq iddia müddətinin sonuncu günündə - 10 mart 2025-ci il tarixdə məhkəməyə daxil olduğundan, hazırkı halda iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi halı mövcud deyildir.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin də istinad etdiyi hüquq normaları ilə mövqeyini əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (Vəkil2) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayətinin ilk dəlili belə əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə görə, əmək müqaviləsi müddətli qaydada bağlanar kən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməli və bu onların qarşılıqlı razılığı ilə baş tutmalıdır. İş materiallarından da görünür ki, iddiaçı ilə müqavilə bağlanarkən işəgötürənin üstün mövqedən çıxış edərək onun iradəsinə hər hansı formada təsiri olmamışdır. Bu fakt nə birinci instansiya məhkəməsində, nə apellyasiya icraatı zamanı mübahisələndirilməmiş, eləcə də bunun əksini sübut edə biləcək dəlillər iddiaçı tərəfindən təqdim edilməmişdir. İşə baxan məhkəmə kollegiyasının sözügedən normanı düzgün tətbiq etməməsi iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

23. Kassasiya şikayətinin digər dəlili cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Kassator hesab etmişdir ki, işə baxan məhkəmə kollegiyası Əmək Məcə lləsinin 296-cı maddəsinə müvafiq olaraq iddia müddətinin ötürülməsi faktına düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

25. Maddə 45.Hissə İ.Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

26. Maddə 45.Hissə İ.Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

27. Maddə 45.Hissə İİİ. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

28. Maddə 45.Hissə İV. Əmək funksiyasının yerinə yetirilməsi şərt lərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

29. Maddə 47, f) bəndi.Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

30. Maddə 68.Hissə İİ, b) bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

31. Maddə 73.Hissə İ.Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıc ıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin fakt iki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. İşin halları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, iddiaçı baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur. X1 xx.xx.2024-cü il tarixli əmrinə əsasən X1 Bakı Regional Məşğulluq filialının Sənədlərlə iş və inzibati şöbəsində DOST əlaqələndiricisi vəzifəsində çalışan iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə 16 dekabr 2024-cü il tarixindən əmək müqaviləsinin müddətinin qurtarması ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 16 iyun 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir.

41. İddiaçı göstərir ki, onun əmək funksiyaları bilavasitə X1 nizamnamə funksiyalarının icrası ilə bağlıdır və daimi xarakter daşıyır. Lakin onunla birinci 3 ayı sınaq müddəti olmaqla 6 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. O, hüquq bərabərliyinə əsaslanmayan şəraitdə və azad iradəsinə zidd olaraq hazırkı işi itirməmək üçün müqaviləni formal ol araq imzalamağa məcbur qalmışdır. Daimi xarakterə malik əmək funksiyalarını yerinə yetirdiyi halda stabil iş yeri və müddətsiz əmək müqaviləsi bağlanması hüququndan könüllü surətdə imtina etməsi üçün onun hər hansı motivi və məqsədi olmamış, bu qeyri-bərabər şəraitdə, işəgötürənin iqtisadi və təşkilati-sərəncamverici imkanları, iqtisadi cəhətdən ondan asılı olması və iş yerinə ehtiyac duyması səbəbindən - məcburiyyət qarşısında baş vermişdir. Əmək funksiyalarının daimi xarakterə malik olduğu qabaqcadan açıq-aşkar məlum olan iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması əmək qanunvericiliyinin tələblərinə zidd olmuşdur.

42. İşə baxan məhkəmələrin mövqeyinə görə iddiaçı ilə cavabdeh arasında xx.xx.2021ci il tarixdə bağlanmış əmək müqaviləsinin və həmin əmək müqaviləsinə bağlanmış əlavə razılaşmaların məzmunundan göründüyü kimi iddiaçının daşıdığı vəzifə öhdəlikləri və əmək funksiyaları daimi xarakterə malik olduğu halda onun iradəsinə zidd olaraq hüquqları məhdudlaşdırılmış və onunla hər dəfə 6 ay olmaqla müddətli əmək müqaviləsi bağlanmışdır. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Konstitusiyanın 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə əmək müqaviləsi bağlanarkən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmamışdır. Halbu ki iddiaçı ilə əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Hazırkı halda isə işəgötürən ilə müqavilənin müddətli bağlanmasına dair işçinin razılığının olması halı müəyyən edilmir. Belə olan halda, müddətli əmək müqaviləsinin bağlanması halının olmaması təsdiqini tapır.

43. Göründüyü kimi, məhkəmələr iddiaçının tutduğu vəzifəsi üzrə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə daimi xarakterə malik olmasının qabaqcadan bilinməsinə görə Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə istinad etmişdir.

44. Həmin normaya əsasən, əmək funksiyas ının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

45. Göründüyü kimi, qanunverici bu halda Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən halları istisna etmişdir. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Normaların məzmunundan göründüyü kimi, əgər tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı varsa işin və ya göstərilən xidmətin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda belə əmək müqaviləsinin müəyyən müddətə bağlanması mümkündür.

46. İş materiallarından görünür ki, iddiaçı, cavabdeh təşkilatda fasiləsiz olaraq 5 ildən artıq müddətə işləmiş və əmək müqaviləsi müddətsiz hesab edilən işçi deyil. Tərəflər arasında bağlanmış əmək müqaviləsi işçinin və işəgötürənin razılığı əsasında ilkin üç ayı sınaq müddəti olmaqla altı ay müddətinə bağlanmış, sonradan da eyni müddətə uzadılmışdır.

47. Buna baxmayaraq apellyasiya məhkəməsi ƏM-nin 47-ci maddəsinin “f” bəndini düzgün təfsir etməmiş, həmin normanın dispozisiya şərtləri ilə işin müəyyən edilmiş halları arasında uyğunluğa (və ya uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparmadan, yalnız iddiaçının yerinə yetirdiyi işin daimi xarakterli olmasına və iddiaçının hər hansı sübut təqdim etmədiyi halda müqavilənin bağlanmasında i ddiaçının razılığının olmamasına istinad edərək əsassız nəticəyə gəlmişdir.

48. Halbuki, iddiaçının əmək müqaviləsi üzrə cəmi 3 il 6 aya yaxın fasiləsiz əmək stajı olmuş və o, əmək müqaviləsinin müddətsiz hesab edilməsi üçün zəruri fasiləsiz 5 ildən artıq əmək stajına malik olmamışdır.

49. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən onun cavabdehlə bağladığı əmək müqaviləsinin müddətsiz olması barədə sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmçinin əmək müqaviləsinin müddətsiz hesab edilməsi üçün qanuni əsas (5 il fasiləsiz staj) olmadığından apellyasiya instansiya məhkəməsinin gəldiyi qənaəti qanuni və əsaslı hesab edilə bilməz.

50. Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsinin bağlanması tərəflərin hüquq bərabərliyi prinsipinə zidd hal kimi qəbul edilə bilməz.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarında hüquqi mövqe belə olmuşdur ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır

52. Odur ki, tərəflərin qarşılıqlı razılığına əsasən müddətli əmək müqaviləsinin bağlanmasında qanunvericiliyin hər hansı pozuntusuna yol vermə si halı mövcud olmadığından, bu əmək müqaviləsinə xitam verilməsi qanuni hesab edilməlidir.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmamışdır.

54. Ona görə də kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir.

55. Mülki Prossesual Məcəllənin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər

56. Şərh edilənləri və Azərbaycan Res publikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3654/2025 nömrəli, 30 iyul 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar