Məhkəmə qərarları › İş №2(102)-3120/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-3120/2020

01.07.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3120/2020 01.07.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İsmayıl Xəlilov, iddiaçılar “xxxx” MMC və X1 cavabdehlər Bakı şəhəri 46 saylı X2, ləğv prosesində olan Cavabdeh2 ASC-yə, “xxxx” MMC-yə (Səbail Rayon İcra Şöbəsi üçüncü şəxs qismində qeyd olunan) qarşı borcun hesablanması və hərrac protokollarının etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-cı il tarixli qərardadından cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək müəyyən etdim: İddiaçılar “xxxx” MMC və X1 cavabdehlər Bakı şəhəri 46 saylı X2, ləğv prosesində olan Cavabdeh2 ASC-yə, “xxxx” MMC-yə (Səbail Rayon İcra Şöbəsi üçünc ü şəxs qismində qeyd olunan) qarşı borcun hesablanması və hərrac protokollarının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi Səbail Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 275051,54 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC birinci instansiya məhkəməsinə vəsatət verərək, məhkəmə aidiyyatı qaydaları pozulduğundan mülki iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, işə inzibati icraat qaydasında baxılmalıdır. Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim R.Qafarova) vəsatət təmin edilməmişdir. Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarda dından cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən verilmiş şikayət məhkəmənin xx xxxxxx 2020ci il tarixli qərardadı ilə təmin edilməmiş, mülki iş baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Şikayət Azərbaycan Respublikası MPM-nin 403.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq vəkil tərəfindən tərtib olunmadığına və şikayətə vəkilin orderi əlavə olunmadığına görə icraata qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 403-1.3-cü maddəsinin tələbinə görə məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 407.3-cü maddəsinin tələbinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayənd əsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Şikayətin adı çəkilən prosessual normaların tələblərinə cavab verməməsi onun Azərbaycan Respublikası MPM-nin 408.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada geri qaytarılması üçün əsasdır. Göstərilənlərə əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-cı il tarixli qərardadından verilmiş şikayət icraata qəbul edilməməli və mülki iş şikayətlə birlikdə həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 403-1.3, 407.3, 408.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən verilmiş şikayət icraata qəbul e dilməsin. Şikayət işlə birlikdə birinci instansiya məhkəməyə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar