Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3121/2022 08.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3121/22 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi) Bakı şəhəri, 08 sentyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satıması” tələblərinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-3609/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 10 may 2017-ci il tarixli, 169948/02 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı bank Cavabdeh1 aylıq 20% dərəcəsi ilə 48 ay müddətinə 30000 manat məbləğində kredit verməyi, cavabdeh isə müqavilənin şərtlərinə və müddətlərinə uyğun həmin krediti qaytarm ağı öhdəsinə götümüşdür. 2. 10 may 2017-ci il tarixli, 169948/02 saylı zaminlik müqavilələsindən görünür ki, 10 may 2017-ci il tarixli, 169948/02 saylı kredit müqaviləsinin təminatı kimi “X2 Azərbaycan” QSC ilə Cavabdeh2 arasında zaminlik müqavilə bağlanmış və borclu Cavabdeh1 Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh2 Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürərək borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 3. 22 may 2017-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, 10 may 2017-ci il tarixli, 169948/02 saylı kredit müqaviləsinin təminatı kimi “X2 Azərbaycan” QSC ilə Cavabdeh2 arasında müqavilə bağlanmış və həmin müqavilənin şərtlərinə görə Cavabdeh2 məxsus ünvan 1 ünvanında 2-ci mərtəbədə yerləşən, ümumi sa həsi 211.1 kv.m, yaşayış sahəsi 139.0 kv.m yardımçı sahəsi 72.1 kv.m, yaşayış otaqların sayı 6 olan mənzil bank qarşısında ipoteka ilə yüklü edilmiş, bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışında qeyd aparılmışdır. 4. 05.07.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 “X2 Azərbaycan” QSC-yə əsas borc üzrə 10749.16 manat, faiz borcu üzrə 3598.84 manat, cərimə borcu üzrə 2730.23 manat cəmi 17078.23 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı “X2 Azərbaycan” QSC əvvəlcə iddia ərizəsi, sonra isə iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərəq (birgə) qaydada 10749,16 manat əsas kredit borcunun, 3598,84 manat əsa s məbləğə hesablanmış faiz borcunun, 2730,23 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, ümumilikdə: 17078,23 manat məbləğində kredit borcunun və 60 manat əmlakın siğortalanmasına görə bank tərəfindən çəkilmiş siğorta haqqı, 4.80 manat siğorta ödənişinin ödənilməsi barədə ipoteka qoyana göndərilmiş bildirişə görə ödənilmiş poçt xərci, 9.60 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya bildirişin (pretenziyanın) göndərilməsi üçün çəkilmiş poçt xərləri, 4.80 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildiriş üçün poçt xərci, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun “X2 Azərbaycan” QSC-nin xe yrinə tutulması (ödənilməsi) barədə, habelə Banka olan borcun cavabdehlərdən (borclu və zamindən) tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında, ümumi sahəsi 211.1 kv.m. yaşayış sahəsi 139.0 kv.m., yardımcı sahəsi 72.1 kv.m-dən ibarət 6 otaqlı mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 01/21-71 saylı ekspertiza rəyinə əsasən, 112000 manat məbləğində olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayyət etmədiyi təqdirdə məbləğin qalan hissəsini borclu və zamindən tutulmasının təmin edilməsi, hərracda mənzil “X2 Azərbaycan” QSC tərəfindən alındıqda (əl də edildikdə) 10 gün müddətində boşaldılaraq banka təhvil verilməsi. ünvan 2 ünvanında pasport qeydiyyatında olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bank müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh1 kredit müqavilənin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehlərə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə və həmçinin, məhkəmədənkənar qaydada kreditin ödənilməsinə dair pretenziyaların verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər və borclarını ödəməmişlər.
7. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1892/2020 nömrəli, 25 noyabr 2020-ci il tarixli qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. 8. "xxxx" MMC-nin 16 fevral 2021-ci il tarixli, 01/21-071 saylı rəyi ilə ünvan 1 ünvanında yerləşən 6 otaqlı mənzilin bazar dəyəri 140.000 manat, likvid dəyəri 112.000 manat müəyyən edilmişdir.
9. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-202/2021 nömrəli, 20 aprel 2021-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09/3559 nömrəli, 07 iyun 2021-ci il tarixli ekspert rəyinə əsasən, hesabdan çıxarış məlumatları və “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 Zülfü oğlu arasında bağlanmış 10 may 2017-ci il tarixli, 169948/02 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 Zülfü oğlunun banka olan borcu maliyyə arayışı müddətinə, yəni xx.xx.2020-ci il tarixinə əsas borc üzrə 17431.80 manat, faiz borcu üzrə 475,92 manat, ekspert rəyinin veriləcəyi günə yəni xx.xx.2021-ci il tarixinə əsas borc üzrə 14696.52 manat, faiz borcu üzrə 302.10 manat müəyyən edilmişdir.
11. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim K.Hüseynov) 2(044)202/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 10 may 2017-ci il tarixli, 169948/02 saylı kredit müqaviləsi üzrə 10749.16 manat məbləğində əsas borcu, 302,10 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu, cəmi 11151 (on bir min yüz əlli bir) manat 26 (iyirmi altı) qəpik məbləğində borcun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında ümumi sahəsi 211.1 kv.m. olan yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və hərrac satışından əldə olunan vəsait hesabına iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə olan borc ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ümumi qaydada tutulması, ipoteka predmeti olan ünvan 1 ünvanında ümumi sahəsi 211.1 kv.m. olan yaşayış sahəsinin ilkin satış qiymətinin 112.000 manat müəyyən edilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzi ndə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 həmin əmlakdan çıxarılaraq, həmin əmlakın boşaldılıb alıcıya təhvil verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
12. Tərəflər arasında sonrakı ipoteka müqaviləsi xx.xx.2018-ci il tarixdən əvvəl imzalandığı üçün məhkəmə hesab etmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun həmin tarixə qədər qüvvədə olmuş normaları tətbiq edilməlidir.
13. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 317.1, 319.1, 385.1, 442, 443.1, 448.1, 467, “İpoteka haqqında” Qanunun 33, 39.3, 59.3, 59.4 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə, işin müəyyən edilmiş halları və ekspert rəyləri ilə əsaslandırmışdır. Apellyasiya i nstansiyası məhkəməsindəki icraat
14. İddiaçı bank, habelə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişlər.
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər R.Mamedov sədrlik edən və məruzəçi, Ə.Abdullayev və A.Bayramov) 2(104)-3609/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətinin təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsinin “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 10 may 2017-ci il tarixli, 169948/02 saylı kredit müqaviləsi üzrə 10749.16 manat məbləğində əsas borcu, 302,10 manat məbləğində faiz borcu tutulması” hissəsində dəyişdirilmiş, cavabdehlərdən tu tulan faiz borcunun məbləği 475,92 manat müəyyən edilmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, kredit müqaviləsi üzrə ekspert rəyi ilə müəyyən edilmiş əsas borcun məbləği iddia tələbində göstərilmiş əsas borcun məbləğindən azdır. Belə olan halda, cavabdehlərdən əsas borc üzrə tutulmalı məbləğ 10749,16 manat, faiz borcu üzrə tutulmalı məbləğ isə 475,92 manat məbləğində müəyyən olunmalıdır. Çünki, kredit müqaviləsi üzrə əsas borcun məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərilmişdir. Belə olan halda, həmin müqavilə üzrə əsas borc iddia tələbinə uyğun, faiz borcu isə ekspert rəyinə uyğun tutulmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri b) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə istinad etsə də, nəzərə almamışdır ki, ekspertiza qarşısında qoyulan suallar həmin normanın tələbləri nəzərə alınmamışdır, həmçinin müqavilədə nəzərə tutulmuş cərimə faizləri barədə sual isə ümumiyyətlə qoyulmamışdır. Belə olan halda, iş üzrə maddi hüquq normasının düzgün tətbiq edilmədiyi ilə nəticələnən qətnamə qəbul ediləcəyi əvvəlcədən məlum idi. İşə tamhüquqlu məhkəmə kimi baxmalı olan apellyasiya məhkəməsi isə bu pozuntunu aradan qaldırmaq və maddi hüquq normasının düzgün tətbiqini təmin etmək üçün öz səlahiyyətləri daxilində əlavə ekspertiza təyin etmək əvəzinə bunu etməmiş, borclu şəxsin müqavilə üzrə yaranmış öhdəliklərinin məcmusunu yalnız müqavil ə müddəti ilə, həmçinin gecikdirmə faizləri nəzərə alınmadan məhdudlaşdırmışdır. Hazırkı işdə müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyi işin mübahisə olunmayan hallarına aiddir və bu səbəbdən müqavilədə nəzərdə tutulan dəbbə pulunun tutulmalı olması üçün hər hansı əlavə sübut tələb olunmurdu. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
21. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
22. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edi lən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməs i üçün əsas yoxdur.
30. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə, işdəki ekspertiza rəyinə və mülki qanunvericiliyə əsasən yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3609/2021 nömrəli mülki iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.