Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3122/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 qarşı İddiaçı Cavabdeh2 qarşı birləşdirilmiş işlər üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair və İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair birləşdirilmiş mülki işlər üzrə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)- 127/2022 nömrəli, 10 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə 4 iyul 2022-ci il tar ixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Göyçay Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarına görə Cavabdeh1 izahat verərək göstərmişdir ki, 2020-ci ilin noyabr ayında şərikləri Cavabdeh2 və Tərlan Adıgözəlovla birlikdə İddiaçı öğlu ilə danışıb razılığa gəlmişlər ki, İddiaçı Göyçay rayonu Çərəcə kəndində xurma meyvəsini yığıb tədarük edəcək, onlar isə həmin meyvələri nisyə alıb satmaq üçün Rusiya Federasiyasına aparacaqlar, tədarükçülərin pulu meyvə satılandan sonra ödəniləcəkdir. İddiaçı zəng edərək meyvənin hazır olduğunu və gəlib onu aparmaqlarını bildirmişdir. Şərikləri ilə birlikdə Göyçay rayonu Çərəkə kəndinə getmiş, 19.500 manat dəyərində meyvəni maşınlara yükləyərək aparmışlar. RF-də meyvənin qiymətinin aşağı düşməsi səbəbindən ziyan etdiklərindən meyvənin pulu tədarükçülərə qaytara bilməmişlər.
2. Yenə həmin qərara görə Cavabdeh2 da izahat verərək Cavabdeh1 göstərdiyi halları təsdiq etmişdir.
3. Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(046)-1167/2021 nömrəli qiyabi qətnaməsi ilə cavabdeh X2 6330 manat pul və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmişdir. X5 həmin borcundan 700 manatı Göyçay Rayon İcra və Probasiya şöbəsi vasitəsilə İddiaçı nağd şəkildə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 6340 manat məbləğində pulun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2020-ci ilin oktyabr ayında X3, Cavabdeh2 və Cavabdeh1 Göyçay rayonu Çərəkə kəndi ərazisindən xurma meyvəsi alaraq onlara verməyi ilə bağlı razılaşmış, ümumilikdə 31 nəfər kənd sakinindən 19500 manat dəyərində meyvə alaraq cavabdehə vemişdir. Cavabdeh meyvənin pulunu nağd şəkildə verəcəyini bildirsə də meyvə yük maşınına yığılandan sonra Asif Ömərov malın pulunu 3-4 günə verəcəklərini demişmişdir. Əvvəl razılaşmamış, lakin cavabdeh çox təkid etdiyindən xurmaları nisyə olaraq Asifə verməyə məcbur olmuşdur. 2- 3 ay keçməsinə baxmayaraq Asif borclu olduğu 6340 manat pulu qaytarmamışdır. Kənd sakinlərindən xurmanı yığdığı üçün sakinlər pulunu ondan tələb edirlər. X1 19500 manat borc alaraq x urma aldığı şəxslərin pulunu qaytarmışdır. Lakin Asif müxtəlif bəhanələrlə borclu qaldığı pulu qaytarmamışdır. xx.xx.2021-ci il tarixdə Göyçay rayon PŞ-nə ərizə ilə müraciət etmiş, cavabdeh polis şöbəsində izahat verərək ona 6340 manat dorclu qaldığını etiraf etmişdir. Göyçay rayon PŞ-nin TB-nin Asif barəsində xx.xx.2021-ci il tarixdə Cinayət işinin başlanlmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.
6. Göyçay Rayon Məhkəməsinin (hakim B.İ.Fəttahov) 29 iyul 2021-ci il tarixli 2(046)1168/2021 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı 2020ci ilin oktyabr ayında Cavabdeh1 6340 manat dəyərində nisyə xurma meyvəsi satmış, cavabdeh isə həmin meyvəinin pulunu qaytarmamışdır. Hazırda iddiaçının cavabd ehdən 6340 manat pul tələb etəmsi əsaslıdır.
8. Məhkəmə, mövqeyini Mülki Məcəllənin 600.1, 427.1, 427.2 və 427.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) İkinci iş üzrə birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 6330 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia ərizəsi birinci iş üzrə iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.
11. Göyçay Rayon Məhkəməsinin (hakim İ.B.Fəttahov) 29 iyul 2021-ci il tarixli, 2(046)-1169/2021 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı 2020ci ilin oktyabr ayında Cavabdeh2 6340 manat dəyərində nisyə xurma meyvəsi satmış, cavabdeh isə həmin meyvə nin pulunu ödəməmişdir. Hazırda iddiaçı 6340 manat pulunu cavabdehdən tələb etməkdə haqlıdır.
13. Məhkəmə mövqeyini Mülki Məcəllənin 600.1, 427.1, 427.2 və 427.3-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh1 Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(046)1168/2021 nömrəli, Cavabdeh2 isə 29 iyul 2021-ci il tarixli, 2(046)-1169/2021 nömrəli qiyabi qətnaməsindən apellyasiya şikayəti vermişlər.
15. Hər iki mülki iş apellyasiya şikayətinə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş, Şəki Apellyasiya Məhkəməsinin 1 dekabr 2021-ci il tarixli qərardadı ilə mülki işlər bir icraatda baxılması üçün birləşdirilmişdir.
16. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi gəl diyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, maddi və prosessual normaların tələblərini pozmuşdur. Belə ki, məhkəmə iclasında iştirak edib sübutlarını təqdim etmək üçün 28 iyul 2021- ci il tarixdə məhkəməyə rəsmi olaraq müraciət edib işin təxirə salınmasını xahiş etsə də, məhkəmə tərəfindən prosessual hüquqları pozulmuş, məhkəmədə iştirak edib sübutlarının təqdim edilməsindən məhrum olunmuşdur. Bununla da məhkəmədə iş üçün əhəmiyyətli olan hallar araşdırılmamışdır. Hakim qeyd etdiyi faktı araşdırmadan sübutlara birtərəfli qiymət vermiş və iddianı tam təmin etməklə əsassız qətnamə çıxarmışdır. Hakim qətnamə çıxararkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığından, maddi və prosessual hüquq normalarını pozdu ğundan Göyçay rayon məhkəməsinin 29 iyul 2021-ci il tarixli qiyabi qətnaməsi dəyişdirilməlidir. Ona görə də, İddiaçı ona qarşı borcun ödənilməsi tələbinə dair 2(046)-1168/2021 saylı mülki iş üzrə Göyçay rayon məhkəməsinin 29 iyul 2021-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş edir.
17. Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o və digər şərikləri olan Cavabdeh1 Cənnatalı oğlu və X5 ilə birlikdə ayrı-ayrı vətəndaşlardan xurma mevyəsi alıb satmaqla məşğuldurlar. Lakin iddiaçıya Göyçay rayonu, Çərəcə kəndindən xurma mevyəsi yığmasını sifariş versələr də, iddiaçının iddia etdiyi 19500 manat dəyərində olan xurma meyvəsinin Cavabdeh1 alınmasında o iştirak etməmişdir. Onun heç iddiaçıdan 19500 manat xurma meyvəsini nisyə alınması barədə xəbəri belə yoxdur. İddiaçının ona 19500 manat dəyərində xurma meyvəsi nisyə verib əvəzində 6330 manat tələb etməsi də məntiqsizdir.
18. Cavabdeh daha sonra göstərmişdir ki, Göyçay Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı onun izahatını təhrif etmiş, izahatını özündən yazaraq imza etdirmiş, izahatını oxumağa şərait yaratmamışdır. Polis şöbəsində izahat verəndə də hazırkı halları göstərmişdir. Bir daha qeyd edir ki, onun iddiaçıya heç bir borcu yoxdur və ondan nisyə meyvə almamışdır. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(046)- 1169/2021 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir.
19. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi ), A.A.Mahmudov və M.A.Əsədli) 2(107)-127/2022 saylı mülki iş üzrə 10 yanvar 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apelyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qiyabi qətnamələri dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini birinci instansiya məhkəməsinin mövqeyi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin hər iki iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi hər iki iddianı təmin edərkən əsaslı və obyektiv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, hər bir tərəf ö z tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu edə bilməmişdir.
21. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 427.1, 427.2, 427.3 və 600.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
22. Cavabdehlər (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişlər.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışlar ki, cavabdehlərin iddiaçı qarşısında onun iddia etdiyi öhdəliyi mövcud olmamışdır. Olmayan bir öhdəlik sübut edilə və tərəfin üzərinə qoyula bilinməzdi. İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmədiyi halda, məhkəmə iddianı təmin etmişdir.
24. Qətnamədə iddianın təmini üçün əsas kimi polis orqanının cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 mart 2021-ci il tarixli qərarı əsas götürülmüş, lakin məhkəmə həmin qərarla müəyyən edilmiş halların hazırkı mübahisənin həlli üçün məcburi olmadığını diqqətdən qaçırmış, nəzərə almamışdır ki, yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin həmin qərarda cavabdehlərin izahatları təhrif olunmaqla yazılmışdır, həmin qərar ləğv edilə bilər - bununla bağlı cinayət-p rosessual məcəlləsində müddət məhduyyəti nəzərdə tutulmamışdır. Başqa sözlə, mübahisələndirilən və ləğvedilə biləcək qərara istinad hüququn müəyyənliyi prinsipinə də uyğun deyildir.
25. Cavabdehlər polis orqanında verdikləri izahatı mübahisələndirdikləri halda, məhkəmə həmin izahatları faktiki olaraq etiraf kimi qiymətləndirmişdir. Halbuki, etiraf yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə sənədləşdirilmiş olmalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllə:
27. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
28. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
29. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
30. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessu al Məcəlləsi:
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hall arın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
42. İddianın təmini üçün polis orqanının cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 mart 2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş halların əsas götürülməsi, həmin qərarda cavabdehlərin izahatlarının təhrif olunmaqla yazılması, bu izahatların məhkəmə tərəfindən iddianın etirafı kimi qiymətləndirilməsi barədə kassasiya şikayəti dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işə baxan aşağı instansiya məhkəmələri cavabdehlərin təhqiqat orqanına verdikl əri izahatlarını iddianın etirafı kimi deyil, sübut növü kimi qəbul etmiş, onların məhkəmə iclaslarında verdikləri izahatlarla müqayisədə həmin izahatlar daha mötəbər hesab olunmuşdur. Ğəhqiqat orqanının qərarında müəyən edilmiş hallara isə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələblərinə uyğun sübuta ehtiyacı olmayan, üstün hüquqi qüvvəyə malik hallar kimi qiymət verməmişdir.
43. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-127/2022 nömrəli, 10 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.