Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3125/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeologiya Xidmətinin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1272/2025 nömrəli, 25 avqust 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X1, Cavabdeh3 qızının, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Xarverdi oğlunun və Cavabdeh7 cavabdeh qismində tanınması tələbi təmin edilməklə, cavabdehlər X3 və yuxarıda adları qeyd olunan şəxslərin Xidmətin balansında olan ünvan 3 54 ünvanında yerləşən qeyri-yaşayış binasından istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 54 ünvanında yerləşən inzibati binada 1984-cü il tarixindən həmin rayon sakini Cavabdeh1 yaşamaqdadır. Bununla bağlı Xidmət Cavabdeh1 qarşı ünvan 1 ünvanından çıxarılması üçün zəbt edilmiş dövlət əmlakının öz hesabına boşaldılması tələbinə dair müraciət etmişdir və iddia xx.xx.2022-ci il tarixli, 2(018)-106/2022 nömrəli qətnamə ilə təmin edilmişdir. Bundan sonra cavabdeh apellyasiya şikayəti vermiş, şikayəti təmin edilməmiş və ardınca Ali məhkəməyə müraciət etmişdir. Ali məhkəmənin 2(102)2477/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh1 verdiyi kassasiya şikayəti təmin edilməmiş və qətnamə qüvvədə saxlanılmışdır. Cavabdeh indiyədək icra məmurunun tələblərinə məhəl qoymamış və hələ də həmin binada yaşamaqdadır. Cavabdeh ailəsilə birlikdə 2008-ci il tarixindən ünvan 2 ünvanında qeydiyyatdadır. ünvan 3 54 əvvəllər Nizami küçəsi 70 olub və cavabdehin şəxsiyyət vəsiqəsində də bu cü r yazılıb. Ünvanın eyni olması barədə müvafiq arayış ərizəyə əlavə edilmişdir. Həmin ünvanda hazırda Xidmətin Astara HMS əməkdaşları fəaliyyət göstərir və cavabdeh və ailəsinin inzibati binada yaşaması əməkdaşların iş fəaliyyətinə mane olur. Məhz cavabdehin mənzildə formal olaraq qeydiyyatda olması və hazırda könüllü şəkildə mənzildən qeydiyyatdan çıxmaması Xidmət tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaratmışdır.
3. Astara Rayon Məhkəməsinin 2(018)-473/2025 saylı, 15 may 2025-ci il tarixli qətnaməsi (hakim İlqar Məmmədov) ilə iddia təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
4. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin M ülki kollegiyasının 2(106)-1272/2025 nömrəli, 25 avqust 2025-ci il tarixli qərardadı ilə (hakimlər: Tofiq Heydərov-sərlik edən və məruzəçi, Pərviz Əhmədov və İlham Əsədov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilmiş, iddiaçının cavabdehlərə qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmiş, iddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etməli olduğu izah olunmuşdur.
6. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə dəyərləndirmə apararkən və iddia ərizəsini icraata qəbul edərkən iddianın mahiyyətini düzgün müəyyən etməmiş, iddiaçının iddia tələbinin əsasını dolayı yolla cavabdehlərin pasport qeydiyyatından çıxarılmalı olmasını müəyyən etməmiş, nəticədə iddi açının tələbi mülki icraat qaydasında baxılmalı olmadığı halda, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normasının tələbləri pozulmaqla icraata qəbul edilmiş və tələb üzrə yekun nəticəyə gəlməklə prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
7. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarına nəzər yetirdikdə görünür ki, Astara Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qətnaməsində məhkəmə qeyriyaşayış obyektinə qanunsuz pasport qeydiyyatının ləğv edilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, pasport qeydiyyatının ləğv edilməsi ilə bağlı tələblər inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan həmin hissədə iddia təmin edilə bilməz. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti versə də, şikayəti təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)2477/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə qətnamə dəyişdirilmədədən saxlanılmışdır.
8. Hazırki işdə isə iddiaçı cavabdehlərin Astara şəhəri, Nizami küçəsi 54 ünvanında yerləşən qeyri-yaşayış binasından istifadə hüququna xitam verilməsini tələb etsə də, iddia tələbini əsaslandırarkən cavabdehin qeyri yaşayış sahəsində formal olaraq qeydiyyatda olmasını və hazırda könüllü şəkildə qeydiyyatdan çıxmaması nəticəsində iddiaçının məhkəməyə müraciət etmək zərurəti yarandığını bildirmişdir.
9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğ u yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur.
10. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, qeyri-yaşayış sahəsindən istifadə hüququ müəyyən edilmədiyindən, cavabdehlərin həmin qeyri-yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı tələb irəli sürülməsi də hüquqi baxımından qəbul edilə bilməz. Digər tərəfdən də iddiaçının tələbin in hüquqi əsasını da məhz elə cavabdehlərin pasport qeydiyyatından çıxarılması təşkil edir.
11. Belə olan halda, iddiaçı yuxarıda qeyd edilən qanuni qüvvəsini almış məhkəmə qətnamələrində də göstərildiyi kimi, cavabdehlərin pasport qeydiyyatından çıxarılmasını inzibati mübahisələri həll edən məhkəmə müdafiə hüquqndan istifadə etməklə həyata keçirilməlidir.
12. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, qanunvericiliyin yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin təyinatı ilə bağlı tənzimlədiyi normalara əsasən, yalnız yaşayış sahəsindən istifadə və həmin yaşayış sahəsinə qeydiyyata alınma hüquqi baxımdan yol veriləndir. Lakin qeyri-yaşayış sahəsinin təyinatından göründüyü kimi, qeyriyaşayış sahəsi dedikdə yaşayış təyinatı olmayan, digər məqsədlər üçün (təsərrüfat, bizne s və s) istifadə olunan sahələr nəzərdə tutulur. Bu isə o anlama gəlir ki, qeyri-yaşayış sahəsində istifadə və həmin qeyri-yaşayış sahəsinə qeydiyyat hüquqi baxımdan yol verilən deyildir. Əgər doğurdan da qeyri-yaşayış sahəsi hesab olunan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeologiya Xidmətinin balansında olan ünvan 3 54 ünvanında yerləşən binanın təyinatı yaşayış təyinatı olmaydan digər məqsədlər üçün (təsərrüfat, biznes və s) istifadə olunursa və bu qeyri-yaşayış obyetkinə inzibatin orqan tərəfindən qanunsuz olaraq yaşayış sahəsi kimi cavabdehlər qeydiyyata alınıblarsa, onda iddiaçı həmin qeydiyyatı aparan inzibati orqana qarşı aparılan qeydiyyatın qanunsuz olduğu və qeydiyyatın əsasında duran aktın ləğv edilməsini inzibati məhkəmə icraa tı qaydasında iddia qaldırmaq yolu mübahisələndirə bilər.
13. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının tələbi mülki icraat qaydasında baxılmalı olmadığı halda, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normasının tələbləri pozulmaqla icraata qəbul edilmiş və tələb üzrə yekun nəticəyə gəlməklə prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
14. Buna görə də, apellyasiya şikayəti qismən əsaslı hesab edilməklə qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (vəkil X7) kassasiya şikayəti verərək qərardadın tamamilə ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilmsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqi marağın pasport qeydiyyatından çıxarılmasına dair məhkənin qənaəti tamamilə əsassız olmuşdur. Belə ki, iddia tələbi inzibati orqanının üzərinə vəzifənin qoyulması, hərəkət və hərəkətsizliyi iləı bağlı olmamışdır ki, Ali Məhkəmənin Plenumunun Qərarına istinad olunsun. Həmçinin mübahisə predmeti olan əmlakın yaşayış və ya qeyri-yaşayış sahəsi olmasına dair məhkəmənin mövqeyi də qəbul olunmazdır. Belə ki, əmlakın hansı statusta olması aiddiyatın pozulması kimi qiymətləndirilib icraata xitam verilə bilməz. Maraqlısı isə odur ki, məhkəmə irəli sürülməyən tələbə qiymət verməyə çalışaraq, icraata xitam verməni əsaslandırmaq əvəzinə, iddianın rədd olunmasını əsaslandırmağa çalışmışdır.
17. Mübahisələndirilən Qərardadla ilk olara q pasport qeydiyyatından çıxarılması bildirilmişdir. Lakin istifadə hüququ qala-qala pasport qeydiyyatından çıxarılması mümkünsüzdür. Hansı səbəbdən iddianın inzibati qaydada qaldırılması öz əksini tapmamışdır. Məhkəmə tərəflər arasında olan məhkəmə proseslərindən məlumatsız olub və ya bilərəkdən qəbul olunmuş və qüvvədə olan məhkəmə aktlarına da diqqət yetirməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 261.0.1 və 261.0.2. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina et məsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.
20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olu nmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Kassasiya şikayətində qərardad tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. İddiaçının özü bildirir ki, Xidmət Cavabdeh1 qarşı ünvan 1 ünvanından çıxarılması üçün zəbt edilmiş dövlət əmlakının öz hesa bına boşaldılması tələbinə dair müraciət etmiş və iddia xx.xx.2022-ci il tarixli, 2(018)-106/2022 nömrəli qətnamə ilə təmin edilmişdir. Bu qətnamə qanuni qüvvəsini almışdır.
25. Kollegiya nəzərə alır ki, məhkəmə bir şəxsin yaşadığı sahədən çıxarılması tələbini həll edərkən cavabdehin həmin sahədən istifadə hüququnun olub-olmamasını öz xidməti vəzifəsinə görə yoxlayır. Odur ki, iddiaçının qeyd etdiyi qətnamə həm də Cavabdeh1 sözügedən ünvanda istifadə hüququnun olmadığının təsbitinə dair qüvvədə olan məhkəmə aktının mövcudluğuna dəlalət edir.
26. Qanuna əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xi tam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir (§ 19).
27. Apellyasiya məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçı cavabdehlərin Astara şəhəri, Nizami küçəsi 54 ünvanında yerləşən qeyri-yaşayış binasından istifadə hüququna xitam verilməsini tələb etsə də, iddia tələbini əsaslandırarkən cavabdehin qeyri yaşayış sahəsində formal olaraq qeydiyyatda olmasını və hazırda könüllü şəkildə qeydiyyatdan çıxmaması nəticəsində iddiaçının məhkəməyə müraciət etmək zərurəti yarandığını bildirmişdir. İddiaçının tələbinin hüquqi əsasını da məhz elə cavabdehlərin pasport qeydiyyatından çıxarılması təşkil edir. Qeyri-yaşayış sahəsindən istifadə hüququ müəyyən edilmədiyindən, cavabdehlərin həmin qeyri-yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı tələb irəl i sürülməsi də hüquqi baxımından qəbul edilə bilməz.
28. Kassasiya kollegiyası qeyri-yaşayış sahəsinə münasibətdə istifadə hüququnun yoxlanılmalı olmadığı, istifadə hüququna xitam adı ilə qaldırılmış, lakin əslində qeyriyaşayış sahəsinə qanunsuz şəkildə passport qeydiyyatına düşdüyü iddia olunan cavabdehlərin məhz bu qeydiyyatının ləğv edilməsinə yönəlmiş iddiaya mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması və həmin mübahisəli hüquq münasibətlərinin inzibati qanunvericiliyə uyğun qaydada həll edilməli olması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
29. Belə ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir (§ 19).
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
31. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1272/2025 nömrəli, 25 avqust 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.