Məhkəmə qərarları › İş №2(102)-3128/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-3128/2022

26.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3128/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2021-ci il tarixli, 2(104)1638/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus mal-qaranın və ya onların dəyəri olan 6000 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(045)-221/2020 nömrəli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, Cavabdeh iki inəyin və iki balasının, naturada alınmaları mümkün olmadığı halda isə onların ümumi dəyəri 3600 manatın alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(104)-1638/2021 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiy a şikayəti təmin edilmiş, Goranboy Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(045)-221/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh iki inək və iki balası, naturada alınmaları mümkün olmadığı halda onların ümumi dəyərləri 3600 manatın alınıb İddiaçı verilməsi” hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(104)-1638/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2021ci il tarixli, 2(102)-6003/2021 nömrəli qərardadı ilə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilmədiyindən kassasiya şikayətinin icr aata qəbul edilməsindən imtina edilmiş və kassasiya şikayəti geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(104)-1638/2021 nömrəli qərardadı ilə isə kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı təkrarən kassasiya şikayəti vermiş və həmin şikayət apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Hazırki kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassator kassasiya şikayətini Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib etməmiş, Ali Məhkəmənin 27 sentyabr 2021-ci il tarixli qeyd olunan nöqsanları aradan qaldırmamışdır. Eyni zama nda müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçı tərəfindən mübahisələndirildiyi hissədə iddianın qiyməti Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən azdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 403.1-ci maddəsinə əs asən Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Məcəllənin 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Qeyd olunan Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, Məcəllənin 408.1.5-ci maddəsinə əsasən isə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. Kassator maddi hüquq normalarının pozuntusu kimi Azərbaycan Respublikası Konstitusiyasının 29, 60-cı, Mül ki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci maddələrinin, prosessual hüquq normalarının pozuntusu kimi isə Mülki Prosessual Məcəlləsinin 88, 217.1, 217.3-cü maddələrinin dispozisiyalarını kassasiya şikayətinə köçürmüşdür. Lakin, kassasiya şikayətində qeyd olunan maddi hüquq normalarının pozulmasının hazırki işdə konkret nədə ifadə olması, hazırki mübahisəyə aidiyyəti göstərilməmişdir. İddiaçı şikayətini yalnız 1 cümlə ilə “Cavabdeh qanunsuz və əsassız olaraq mənə məxsus mal-qaranı aparmaqla məni mülkiyyət hüququmdan məhrum etmişdir” əsaslandırmışdır ki, həmin əsaslandırma işin faktiki hallarına aiddir. Bununla da, Azərbaycan Respublikası MPM-in 407.1.4 və 407.2-ci maddələrinin tələbləri pozulmuşdur. Digər tərəfdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmuş məbləği 3600 manat təşkil etmiş, iddiaçı iddianın təmin olunmamış hissəsindən apellyasiya şikayəti verməmiş və apellyasiya baxışının predmetini yalnız iddianın təmin olunmuş hissəsi təşkil etmişdir. Apellyasiya məhkəməsi tərəfindən qətnamə təmin olunan hissədə ləğv edilərək, iddia həmin hissədə də rədd edildiyindən, iddiaçının hazırki kassasiya şikayəti ilə mübahisələndirilən məbləğ 3600 manat təşkil edir. Belə olan halda, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan aşağı olduğundan ondan kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası izah edir ki, iddiaçının birinci kassasiya şikayəti 06 avqust 2021-ci il tarixdə verilmiş və MPM-in həmin zaman qüvvədə olmuş 404-1-ci maddəsinə əsasən mübahisələndirilən qətnamədən kassasiya şikayəti vermək imkanı mövcu d olduğundan Ali Məhkəmənin 27 sentyabr 2021-ci il tarixli qərardadında məbləğ şikayəti icraata qəbul edilməsinə imkan verməyən hal kimi qeyd edilməmişdir. Lakin hazırki kassasiya şikayəti verilərkən artıq MPM-in 402.1-ci maddəsinin yeni redaksiyası qüvvəyə mindiyindən kassasiya qeyri-mümkün hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətində qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən az olduğu, habelə kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya insta nsiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2021-ci il tarixli, 2(104)-1638/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar