Məhkəmə qərarları › İş №2(102)-3129/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3129/2024

27.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3129/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehna qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa 27.11.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-343/2024 nömrəli, 5 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh X4 X tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “X 25 iyun 2010-cu il tarixli başqa işə k eçirmə haqqında əmrinə əsasən İddiaçı (tabel nömrəsi 1267) – "xxxx" X ustası 25 iyun 2010-cu il tarixdə bağlanmış əmək müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olaraq və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59cu maddəsinə əsasən 25 iyun 2010-cu il tarixdən X mühəndis vəzifəsinə keçirilməsi əmr edilmişdir.

2. X 25 fevral 2020-ci il tarixli başqa işə keçirmə haqqında məlumatına əsasən, İddiaçı şəxsi ərizəsi əsasında xx.xx.2020-ci il tarixdə böyük X sahəsində böyük texnoloq vəzifəsindən X sahəsində sahə rəisi vəzifəsinə keçirilmişdir.

3. X2 İttifaqı Komitəsi Rəyasət Heyətinin 114 nömrəli, xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən, rəhbərliyin 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəisi İddiaçı, həmin sahənin böyük mexaniki X9 və növbə rəisi X6 işdən azad o lunmaları barədə müraciəti nəzərə alınaraq razılıq verilməsi, 4 saylı sahənin rəis müavini X10 xəstəlik səbəbindən iclasda iştirak etməməsi nəzərə alınaraq onun barəsində müvafiq qərarın qəbulu işə çıxdıqdan sonra baxılması qərara alınmışdır. 4. 17 iyul 2023-cü il tarixli, 14-2-3-1/3-1i-267/2023 nömrəli intizam tənbehi haqqında əmrə əsasən, ƏM və TT qaydalarını pozduqlarına görə 4 saylı qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəisi İddiaçı (tab.1370155), həmin sahənin böyük mexaniki X9 (tab.1372287) və növbə rəisi X15 (tab.1370382) ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixindən Azərbaycan Respbulikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi, əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə icra etmədiklərinə görə Baş mühəndisin SƏTƏMM və KH üzrə müavini-şö bə rəisi X13 (tab.1372570), Baş texnoloq-şöbə rəisi X16 (tab.1370159) və “Etilen” istehsalatının rəisi X1 (tab.1370056) Azərbaycan Respublikası ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi və nəzərlərinə çatdırılmalıdır ki, bir daha belə hallara yol verərlərsə barələrində daha ciddi intizam tənbehi tədbirinin görüləcəyi əmr edilmişdir.

5. İddiaçı 17 iyul 2023-cü il tarixli, 14-2-3-1/3-1i-267/2023 nömrəli intizam tənbehi haqqında əmrə əsasən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (ƏM və TT qaydalarını pozduğuna görə) əmək müqaviləsi ləğv edilmişdir.

6. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsilə məhkəməyə daxil olmuş X xx.xx.2023cü il tarixdə yanğının baş verməsi ilə nəticələnmiş qəzanın səbəblərinin texniki təhqiqatı haqqında akta əsasən X və X tərəfindən FHN-nin Yanğından mühafizə xidmətinə yanğın baş verən zamandan təxminən 30 dəqiqə sonra zəng olunmuşdur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, sahədə mövcud olan 5 ədəd kamera işlək vəziyyətdə olmamış və komissiyanın fəaliyyəti zamanı bir çox uyğunsuzluqların və qeyri-müəyyənliklərin aydınlaşdırılmasında çətinliklər yaratmışdır. Baş vermiş hadisə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə geniş yayınlanmış və X işgüzar nüfuzuna ziyan dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən X direktoru X t ərəfindən “intizam tənbehi” haqqında 17 iyul 2023-cü iltarixli, 14-2-3-1/3-1|-267/2023 saylı əmrin o, İddiaçı münasibətdə olan hissəsinin ləğv olunaraq işə bərpa olunmağı və məcburi buraxma günləri üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh direktoru X tərəfindən “intizam tənbehi” haqqında verilmiş 17 iyul 2023-cü il tarixli, 14-2-3-1/3-1|-267/2023 saylı əmrə əsasən, Əmək Məcəlləsi və Texniki Təhlükəsizlik qaydalarını pozduqlarına görə 4 saylı qaz həmin sahənin böyük mexaniki X9 və növbə rəisi X15 ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Həminəmr in o - İddiaçı münasibətdə olan hissəsini-qanunsuz və ədalətsiz hesab etmişdir. O, İddiaçı 8-9 iyun 2023-cü il tarixlərində X direktoru X göstərişinə əsasən SOCAR TTSİ-TƏLİM, Tədris və Sertifikatlaşdırma İdarəsinə təlimdən keçməyi məqsədi ilə göndərilmişdir. Təlimdə olduğu müddət ərzində bütün vəzifə səlahiyyətlərinin icra olunması 4 saylı qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavini X20 ğluna həvalə edilmişdir. Həmin şəxs ona müvəqqəti olaraq həvalə olunmuş səlahiyyətlərdən sui-istifadə edərək onun tərəfindən imzalanan “Yüksək təhlükəli (soyuq) işlərin aparılmasına tapşırıq-icazə verilməsi barədə” sənəddə saxtalaşdırma aparmışdır. Belə ki, qeyd olunan icazə sənədində iş yeri olaraq “ İ parktutumları”, işin məzmunu olaraq isə “tutumların əlaqə xətlərinin, klapanlarının, q aynaq tikişlərinin dedeskopiyası” göstərildiyi halda müavini X17 iş yeri olaraq “Vİ parktutumları”, işin məzmunu olaraq isə “tutumların klapanlarının çıxarılmasına hazırlıq” şəklində həmin sənədə qanunsuz olaraq əlavələr etmiş, icazənin-müddətini isə xx.xx.2023-cü il tarixinə qədər uzadaraq bu faktı öz imzası ilə təsdiq etmişdir. Qeyd olunan əlavələrin olunması təlimdə olduğu müddətdə baş verdiyi üçün bu barədə məlumatı olmamışdır. İcazə sənədinə X17 tərəfindən düzəlişlərin sonradan əlavə olunduğu həmin sənəddən aydın şəkildə hiss olunmuşdur. Buna baxmayaraq, belə bir saxtakarlığın olunduğu baş vermiş hadisənin səbəb və şəraitini araşdırmaq məqsədi ilə yaradılmış komissiya tərəfindən müəyyən olunmamış, bunun nəticəsində heç bir qanuni əsas olmadan Əmək Məcəlləsi və Texniki Təhlükəsizlik qa ydalarını pozma əsası ilə digər şəxslərlə yanaşı, o da işdən azad olunmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 15:30 radələrində 4 saylı qaz məhsullarının qəbulu və buraxılması sahəsinin böyük mexaniki X9 ona yaxınlaşaraq Vİ parkda yerləşən E-31 mövqeli tutumdan qoruyucu klapanların çıxarılması üçün iş yerinin hazırlanmasına göstəriş verməyini xahiş etmişdir. Xahişinə cavab olaraq bu işin hələlik görülməməli olduğunu ona bildirmişdir. Növbəti (qəzanınbaşverdiyi) gün saat 8:00 radələrində həmin sahənin böyük mexaniki operator otağına gedərkən yenidən ona yaxınlaşaraq onun tərəfindən tutumun təmirə verilməsinə razılıq verilmədiyini bildirmişdir. Oxşar cavab alaraq geri qayıtmışdır. O, saat 8:30 radələrində selektor müşavirəsində olarkən X operatorunun yanında həmin sahənin rəis müavini X14 yax ınlaşaraq Vİ parkda yerləşən E-31 mövqeli tutumdan qoruyucu klapanların çıxarılmasına sahə rəisinin razılıq vermədiyini bildirmiş, rəis müavini isə ona bu məsələni özünün həll edəcəyini bildirmişdir. Daha sonra o, növbə rəisi X11 E-31 mövqeli tutumun təmirə hazırlanması barədə göstəriş vermişdir. KamilovYusif öz növbəsində rəis müavinin göstərişinə əməl edərək bəhs olunan tutumun giriş-çıxış xətlərini bağlamış, tutumu təzyiqdən azad edərək təmirə hazırlamışdır. Bu barədə ona heç bir məlumat verilməmişdir. Saat 10:50-də baş mexanik X5 nəzarəti altında dörd çilingər və onlara rəhbərlik edən şəxs klapanların çıxarılması işinə başlamış, bu zaman tutumun üstündə yerləşən üç gedişli siyirmənin arasında yerdəşən polimer materialı alışaraq yanğına səbəb olmuşdur. Yalnız yanğın baş verdikdən sonr a bu barədə ona məlumat verilmişdir. Dərhal hadisə yerinə gələrək yanğın söndürülməsində iştirak etmiş və təcili olaraq növbə rəisinə yanğının söndürülməsinə xidmət edən müxtəlif tapşırıqlar vermişdir. Baş vermiş yanğın barədə dərhal rəhbərliyə və eyni zamanda FHN əməkdaşlarına məlumat verilmişdir. Yanğının söndürülməsinə nail olmaq üçün o X tutumun üstünə çıxmaqla arakəsmə qoyaraq yanğını nəzarət altına ala bilmişlər. Növbə rəisi X15 verdiyi izahatında X5 rəis müavininə sahə rəisinin hazırlıq işlərinin görülməsi üçün razılıq verməməsini bildirdiyini, rəis müavini isə ona cavab olaraq problemli məsələnin olmadığını, müvafiq göstərişi özünün verəcəyini və bundan sonra sahə rəisindən razılıq almadan E-31 mövqeli tutumun təmirə hazırlanması barədə ona göstəriş verməsini və müvafiq göstəriş əs asında əməli icra etdiyini bildirmişdir. Eyni zamanda izahatı ilə onun tərəfindən yanğının söndürülməsi üçün mümkün ola biləcək hər növ tədbiri gördüyünü də təsdiq etmişdir.

9. Cavabdeh X məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, məhkəmədən iddiaçının cavabdehə qarşı “işə bərpa və digər” tələbinə dair iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, 13 iyun 2023cü il tarixdə saat 10:50 radələrində cavabdehin “Qaz məhsullarının qəbulu və buraxılması” sahəsində yerləşən (V=600 kubmetr, D=10500 mm) E-3/1 tutumunda təmir işləri aparılarkən sahə rəisi İddiaçı işinə məsuliyyətsiz yanaşması, əmək müqaviləsi üzrə vəzifə öhdəliklərini layiqincə yerinə yetirməməsi, sahədə aparılan təmir işlərinin əməyin mühafizəsi və təhlükəsizli k texnikası qaydalarına uyğun aparılmasına zəif nəzarət etməsi, vəzifə təlimatına əməl etməməsi nəticəsində yanğın hadisəsi baş vermişdir. Sahə işçiləri tərəfindən dərhal yanğın söndürmə vasitələrindən istifadə olunmuş, tutumun üzərindəki su çiləyicilər, eləcə gə yanğın söndürən lafet lülələri işə salınmış və paralel olaraq FHN məlumat verilmişdir. Yanğın saat 19:30 radələrində tam söndürülmüşdür. Zavod rəhbərliyi qeyd olunanları nəzərə alaraq 4 saylı qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəisi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilməsi üçün 14-2-3-1/3-6-846/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla zavod Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmişdir. X Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli protokolu ilə X müraciətinə iddiaçının iştirakı ilə baxılmış və İddiaçı Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilmişdir. X xx.xx.2023-cü il tarixli, 14-23-1/3-1İ-267/2023 nömrəli əmrilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir.

10. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5712/2023 nömrəli iş üzrə 9 oktyabr 2023cü il tarixli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbinin təmin edilməsi, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə X4 Etilen-Polietilen zavodunun 17 iyul 2023-cü il tarixli, 14-2-3-1/3-1i-267/2023 saylı əmrinin İddiaçı aid hissədə ləğv edilməsi, İddiaçı X4 X əvvəlki iş yerində 4 saylı qaz məhsullarının qəbulu və buraxılm ası sahəsinin rəisi vəzifəsinə bərpa edilməsi, X4 X tərəfindən məcburi işburaxma müddəti üzrə 17 iyul 2023cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsinin həm faktiki, həm də hüquqiə sası yoxdur. Beləki, cavabdeh-işəgötürən ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə istinad etmişdir. Məhkəmə qeyd etmişdirki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinə dair əmrdə göstərilən hallar faktiki olaraq iddiaçının əmək müqaviləsinin ləğv edilməsi üçün süni əsaslar yaradılmasından ibarət olmuşdur.

12. Məhkəmə qeyd etmişdir ki, hazırda cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının müvafiq vəzifə nöqsan ları və ya çatışmazlıqlarına dair hallara qiymət verilməsindən qabaq bu hallar üzrə işəgötürənin vəzifələrini düzgüni cra edib-etməməsinin müəyyən olunması zəruri hesab edilməlidir. Əks təqdirdə işəgötürən tərəfindən işçiyə dair görülmüş tədbirlərin hüquqi əsaslılığı şübhə altına alına bilər. İddiaçının bildirdiyi və cavabdehin nümayəndəsinin mübahisə etmədiyi hal ondan ibarət olmuşdur ki, sahə rəisinin müavini vəzifəsində (iddiaçının müavini) işləyən şəxsin iddiaçının göstərişi olmadan işlərin görülməsini tapşırıq vermək olmuşdur. Bu hal cavabdehin nümayəndəsinin bildirdiyinə əsasən həmin şəxsin saxtakarlıq etməsi müəyyən edilmiş, yəni etiraf etmişdir. Lakin inzibati qaydada qiymət verilməmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, X4 X direktoru X 14-2-3-1/3-1i-267/2023 saylı əmri 17 iyul 20 23-cü il tarixdə verilmiş, X2 İttifaqı Komitəsinin 114 nömrəli iclas protokolu isə xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Məhkəmə mübahisələndirilən əmrilə pozuntuya hüquqi qiymət verərək bildirmişdir ki, işəgötürən ƏM-nin 187-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş normaya əməl etməyərək, işçiyə intizam tənbeh tədbirini pozuntunun aşkar edildiyi vaxtdan 1 ay 4 gün sonra tətbiq etmişdir. Nəticə etibarı ilə işəgötürənin həmin normanı pozaraq əmək qanunvericiliyində nəzərdə tutulmuş birbaşa ən ciddi tənbeh növünü, yəni əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin “ç” bəndini tətbiq etməsi ədalətli və qanuni hesab edilə bilməz. Bundan əlavə məhkəmə hesab etmişdir ki, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə nəzərdə tutulmuş intizam tənbehinin tətbiq edilməsi o halda mümkündür ki, mübahisələndirilən əmrdə sadalanan hallar əmək və icra intizamının normal ahəngini pozulmuş olsun və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Lakin hazırki mübahisəli məsələ ilə bağlı qeyd olunan hallar mülki işdə müəyyən olunmamışdır. Nəticə etibarilə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterin i nəzərə almalıdır.

14. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X4 X direktoru X 17 iyul 2023-cü il tarixli, 14-2-3-1/3-1i-267/2023 saylı əmrində müəssisənin möhürünə rast gəlinməmişdir. Məhkəmə yuxarıda qeydolunan qanunvericilik normalarına istinad etməklə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 83.1-ci maddəsində işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli olduğu halda, işəgötürən tərəfindən yolverilən pozuntunun Əmək Məcəlləsinin 76-cı, 83-cü və 187-ci maddələrinin çərçivəsində qiymətləndirilməli və həmin Məcəllənin tələblərinə əməl olunmaması səbəbindən iddiaçı həmin əmrin ləğv edilməsini tələb etməkdə haqlıdır.

15. Məhkəmə hesab etmişd ir ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin faktiki və hüquqi əsası yoxdur.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndi, 71-ci maddəsinin İ və İİ hissələri, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə, 74-cü maddəsinə, 83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə, 84-cü maddəsinin 1-ci hissəsinə, 187-ci maddəsinin 2-ci hissəsinə, 300-cü maddəsinin 1ci hissəsinə, Avropa İnsan hüquqları Konvensiyasının 14-cü maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edil məsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 13 iyun 2023-cü il tarixində saat 10:50 radələrində "xxxx" İstehsalat Birliyinin X “Qaz məhsullarının qəbulu və buraxılması” sahəsində yerləşən (V =600 m3, D=10500 mm) E-3/1 tutumunda təmir işləri aparılarkən sahə rəisi İddiaçı işinə məsuliyyətsiz yanaşması, əmək müqaviləsi üzrə vəzifə öhdəliklərini layiqincə yerinə yetirməməsi, sahədə aparılan təmir işlərinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına uyğun aparılmasına zəif nəzarət etməsi, vəzifə təlimatına düzgün əməl etməməsi nəticəsində yanğın hadisəsi baş vermişdir. Sahə işçiləri tərəfindən dərhal yanğın söndürmə vasitələrindən istifadə olunmuş, tutumun üzərindəki su çiləyicilər, eləcə də yanğın söndürən lafet lülələri işə salınmış və parale l olaraq Fövqəladə Hallar Nazirliyinə məlumat verilmişdir. Yanğın saat 19:30 radələrində tam söndürülmüşdür. Zavod rəhbərliyi qeyd olunanları nəzərə alaraq 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəisi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilməsi üçün 14-2-3-1/36-846/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla zavod Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmişdir. X Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli protokulu ilə X zavodun müraciətinə iddiaçının iştirakı ilə baxılmış və İddiaçı ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilmişdir. X” zavodunun xx.xx.2023-cü il tarixli, 14-2-3- 1/3-1İ-267/2023 nömrəli əmri ilə İddiaçı ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə əmək qanunverciliyinin tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-343/2024 nömrəli mülki iş üzrə 5 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Zaur Məmmədov və Gülnar Cabbarova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

20. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin faktiki və hüquqi əsası yoxdur. Birinci instansiya məhkəməsi maddi hüquq nor masının təfsirində yanlışlığa yol versə də, tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdırki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilat i-sərəncam verici səlahiyyətlərə malik olur.

22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, əgər işçinin öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirilməsi nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmamışsa və ya işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin(onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişsə, həmin işçi ilə əmək müqaviləsinin AR ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi yolverilməzdir. Həmçinin ƏM-nin 71.3-cü maddəsinə əsasən işəgötürən üçün Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsini ləğv edərkə n belə bir şərt müəyyən edilmişdir ki, o, hər bir halda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Yəni əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar rəsmiləşdirilməli və bu, işəgötürən tərəfindən tərtib edilən rəsmi sənədlərdə öz əksini tapmalıdır.

23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının bildirdiyi və cavabdehin nümayəndəsinin mübahisə etmədiyi hal ondan ibarətdir ki, sahə rəisinin müavini vəzifəsində (iddiaçının müavini) işləyən şəxsin iddiaçının göstərişi olmadan işlərin görülməsini tapşırıq vermək olmuşdur. Bu hal cavabdehin nümayəndəsi tərəfindən etiraf etmişdir.

24. Məhkəmə kollegiyasının araşdırması zamanıda sahə rəisinin (iddiaçı) müavini Sabir Qənbərovun cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş izahatı ilə müəyyən edilmişdir k i, sonuncu sahə rəisinin məlumatı olmadan hadisə baş verən ərazidə işlərin görülməsi ilə bağlı tapşırıq vermişdir. Cavabdehin nümayəndəsi bu hala aydınlıq gətirərək bildirmişdir ki, sahə rəisinin müavinin vəzifə təlimatına əsasən belə bir göstəriş verməyə sahə rəisini əvəz etdikdə səlahiyyəti vardır, lakin sahə rəisi işdə olarkən belə bir tapşırığı mütləq qaydada sahə rəisi ilə razılaşdırmalıdır. Əks halda sahə rəisinin müavini vəzifə təlimatını pozmuş olur. Araşdırma zamanı bu fakt, yəni müavinin sahə rəisinin məlumatı olmadan tapşırıq verməsi öz təsdiqini tapmışdır.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzi fə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının norma ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin müəyyən edilmiş faktiki halları bu qənaətə gəlməyə əsas vermişdir ki, mübahisələndirilən əmr qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuş, iddiaçının barəsində tətbiq edilən tənbeh tədbiri onun əməlinə mütənasib olmamışdır. Belə ki, göründüyü kimi vəzifə təlimatına əsasən təhkim olduğu sahə üzrə ümumi nəzarətin həyata keçirilməsinə sahə rəisi (iddiaçı) məsuliyyət daşısa da, konkret fakt üzrə – məlum hadisənin baş verməsinə səbə b olan halların yaranmasında bir başa əlaqəsi olmamış, sahə rəisinin müavininin vəzifə təlimatını pozaraq sahə rəisinin məlumatı olmadan verdiyi tapşırıq əsasında görülmüş işlər nəticəsində hadisə baş vermişdir.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Əmək Məcəlləsinin 187.2-ci maddəsinin məzmunundan göründüyü kimi intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Araşdırılan mübahisə üzrə işin faktiki hallarına istinad edərək məhkəmə kollegiyası qeyd etmişdir ki, işçi tərəfindən əmək intizamının pozulduğunun aşkar edildiyi an araşdırma nəticəsində müvafiq aktın tərtib edildiyi 10 iyul 2023-cü tarix qəbul edilməlidir.

28. Məhkəmə kollegiyasının qənaətincə işçinin əmək intizamını pozması məhz araşırmanın nəticəsi ol araq müəyyən edilməli olduğu haldır. Odur ki, qeyd olunan aktın qəbul edildiyi tarixdən bir ay müddətində işə götürənin müvafiq intizam tənbehi tədbiri tətbiq etmək hüququ yaranmışdır.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, mübahisələndirilən əmrin qanuniliyinə hüquqi qiymət verilərək birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün qərar qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin nəticə etibarı ilə düzgün olan qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

30. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35, 71-ci maddələrinə, Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə, 70-ci maddəsinə, 71-ci maddəsi nin 3-cü hissəsinə, 76, 84-cü maddəsinin 1-ci hissəsinə, 296-cı maddəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, habelə Mülki Prosessual Məcəllənin 372.6, 372.7, 384.0.1, 402.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddia cavabdeh ola bilməyəcək şəxsə qarşı qaldırıldığından iddia rədd edilməli olduğu halda, işə baxan məhkəmələr tərəfindən pozuntuya yo l verilərək qanunsuz qətnamə qəbul edilmişdir. Hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. "xxxx" İB-nin X işəgötürmə səlahiyyəti olsa da hüquqi şəxs deyil və prosessual fəaliyyət qabiliyyətinə malik deyil, "xxxx" İB-nin X hazırki iş üzrə cavabdeh ola bilməz, iş üzrə cavabdeh "xxxx" İB olmalıdır. Həmçinin, nə X əsasnaməsində məhkəmə mübahisələrində hüquqi şəxsin adından çıxış etmə səlahiyyəti verilməmiş, nə də ki, "xxxx" İB tərəfindən XX məhkəmə mübahisələrində hüquqi şəxsin adından çıxış etməsinə dair etibarnamə verilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. İddiaçı kassasiya ş ikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

34. Maddə 68 (bənd a) Əmək müqavilələrinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsidir.

35. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

36. Maddə 71. (3-cü hissə) İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müq aviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

37. Maddə

76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

38. Maddə 84. (1-ci hissə) Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əməkmüqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, a y və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir.

39. Maddə 296. (2-ci hissə) Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3-cü hissə Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

40. Maddə 300. 1) Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv e dilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər ü zrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hallarının araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirdiyindən, apellyasiya instansiyası məh kəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

48. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

49. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiya sı məhkəməsi cavabdehin bu dəlilləri ilə razılaşmır.

50. Belə ki, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin nə faktiki, nə də hüquqi əsası yoxdur. Birinci instansiya məhkəməsi maddi hüquq normasının təfsirində yanlışlığa yol versə də, tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna və ya düzgün tətbiq olunmamasına yol verilməmişdir.

51. Apellyasiya instansiyası məhkəməsi, “Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi əsas tuturaq qeyd etmişdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncam verici səlahiyyətlərə malik olur.

52. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, əgər işçinin öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirilməsi nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmamışsa və ya işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquql arına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişsə, işçi ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə xitam verilməsi yolverilməzdir.

53. Həmçinin, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinin tələblərinə görə, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilərkən, bir halda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. Yəni, əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar rəsmiləşdirilməli və bu, işəgötürən tərəfindən tərtib edilən rəsmi sənədlərdə öz əksini tapmalıdır.

54. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarına və işin müəyyən edilmiş hallarına əsaslanaraq qeyd etmişdir ki, hazırkı mübahisə əslində sahə rəisinin müavini vəzifəsində (iddiaçının müavini) işləyən şəxsin iddiaçının göstərişi olmadan işlərin görülməsinə tapşırıq verib-verməməsi ilə bağlıdır. Belə ki, apellyasiya baxışı zamanı sahə rəisinin (iddiaçı) müavini Sabir Qənbərovun cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş izahatı ilə müəyyən olunmuşdur ki, o sahə rəisinin məlumatı olmadan hadisə baş verən ərazidə işlərin görülməsi ilə bağlı tapşırıq vermişdir. Cavabdehin nümayəndəsi bu hala aydınlıq gətirərək həmçinin bildirmişdir ki, sahə rəisinin müavinin vəzifə təlimatına əsasən belə bir göstəriş verməyə sahə rəisini əvəz etdikdə səlahiyyəti vardır, lakin sahə rəisi işdə olarkən belə bir tapşırığı mütləq qaydada sahə rəisi ilə razılaşdırmalı idi. Əks halda sahə rəisinin müavini vəzifə təlimatını pozmuş olur. Araşdırma zamanı bu fakt, yəni müavinin sahə rəisinin məlumatı olmadan tapşırıq verməsi öz təsdiqini tapmışdır.

55. Apellyasiya instansiyası məhkəməsi, işin müəyyən edilmiş hallarını nəzərə alaraq qeyd etmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının norma ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

56. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayəti nin dəlillərini araşdıraraq qeyd etmişdir ki, işin müəyyən edilmiş faktiki halları bu qənaətə gəlməyə əsas verir ki, mübahisələndirilən əmr qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuş, iddiaçının barəsində tətbiq edilən tənbeh tədbiri onun əməlinə mütənasib olmamışdır. Belə ki, işə əlavə edilmiş vəzifə təlimatına görə təhkim olunan sahə üzrə ümumi nəzarətin həyata keçirilməsinə sahə rəisi (iddiaçı) məsuliyyət daşısa da, konkret fakt üzrə, məlum hadisənin baş verməsinə səbəb olan halların yaranmasında birbaşa əlaqəsi olmamış, əksinə sahə rəisinin müavini vəzifə təlimatını pozaraq, sahə rəisinin məlumatı olmadan verdiyi tapşırıq əsasında görülmüş işlər nəticəsində sözügedən hadisə baş vermişdir. Belə olan halda iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı əmək mübahisəsinə düzgün tətbiq etmişdir. Ona görə də qətnamə dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, kassatorun kassasiya şikayətində göstərdiyi yeni, yəni cavabdehin iddiaya cavab verməli olmayan şəxs olmasına dair dəlili (bu dəlil nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində işə baxılmasının predmeti olmayıb) də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsas sayıla bilməz.

58. Belə ki, mülki prosessual qanunvericiliyə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (MPM-nin 50.1 və 50.3-cü maddələri).

59. Eyni zamanda Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsində göstərilir ki, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.

60. Həmçinin, MPM-in 50.4-cü maddəsinə əsasən, qanunla nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər.

61. Göründüyü kimi, bununla da qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun təyin etdiyi müəssisə rəhbərlərini də işəgötürən olaraq qəbul edir. Belə olan halda, iddiaçı ilə əmək müqaviləsi bağlamış və sonradan ona yuxarıda göstərilən əsasla xitam vermiş cavabdehin rəhbəri də işəgötürən statusunda olmaqla, hazırkı iddiaya cavab verməli olan şəxs olmuşdur. Ona görə də kassatorun, cavabdehin hazırkı iddiaya cavab verməli olan şəxs olmamasına dair dəlili əsaslı sayıla bilməz.

62. Bu səbəbdən də kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, cavabdehin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

63. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kas sasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 mart 2024-cü il tarixli, 2(105)-343/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar