Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3130/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməs) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3997/2025 nömrəli 17 iyul 2025-ci il tarixli qətnaməsindən Cavabd eh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 3 ünvanında yerləşən mənzil üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.
2. İddiaçı oğlu Cavabdeh1 ilə X2 arasında xx.xx.2014-cü il tarixində nikah bağlanmış, nikahdan sonra arvada “Zamanova” soyadı verilmişdir. 3. ünvan 3 ünvanında İddiaçı ilə yanaşı, Cavabdeh1 və X7 yaşayış yeri üzrə qeydiyyatdadırlar.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2626/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərin mənzildən məcburi çıxarılması, iddiaçının mənzilə köçürülməsi, cavabdehlərin iddiaçının mənzildə n istifadəsinə maneələrin aradan qaldırılması və qeyri-qanuni hərəkətlərinə son qoyulması” barədə iddiası qismən təmin edilərək, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 18A ünvanında yerləşən 60 saylı mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh1 mənzildən istifadə hüququ vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 1 ünvanından istifadə hüququna 50000 kompensasiya verilməklə xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əmlakları ilə birgə mənzildən məcburi çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələ bi onunla əsaslandırılmışdır ki, xx.xx.2002-ci il tarixdə İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 114 saylı müqaviləyə əsasən üzvlüyə qəbul edilməklə payçı olmuş, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili əldə etmişdir. xx.xx.2002-ci il tarixli, 170 saylı qəbzə əsasən mənzilin dəyərini tam ödəmişdir. xx.xx.2003-cü il tarixdə BŞİH-nin 437 saylı sərəncamına əsasən 001014 saylı order verilmişdir. xx.xx.2003-cü il tarixdə BŞİH-nin 437 saylı sərəncamına əsasən 001014 saylı orderdə özü və azyaşlı uşaqları xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh1 və 1984-cü il təvəllüdlü İ.Zamanova ilə birgə ailə tərkibi qeyd edilmişdir. Sonradan qızı 1984-cü il təvəllüdlü İ.Zamanova kooperativdən çıxmışdır. İddiaçı ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili özəlləşdirərək mülkiyyət hüquqlarını qeydiyyata aldır mış, buna dair xx.xx.2018-ci il tarixdə çıxarış verilmişdir. 2024cü ilin fevral ayında iddiaçı ilə birgə mənzildə yaşayan Cavabdeh1 və həyat yoldaşı olan Cavabdeh2 İddiaçı xəsarətlər yetirərək mənzilindən çıxarmışlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən məcburi çıxarılması, İddiaçı mənzilə köçürülməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mənzildən istifadəyə maneələrin aradan qaldırılması və qeyri-qanuni hərəkətlərinə son qoyulmasına dair qətnamə qəbul edilməsinə dair iddia verilmiş, məhkəmənin qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh1 istifadə hüququna kompensasiya verilmədən xitam verilməsinin mümkün olmaması müəyyən edilmişdir.
7. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişlər ki, İddiaçı öz oğlu Cavabdeh1 ilə birlikdə “Mahir" MTK ilə bağlanmış 114 saylı payçı müqaviləsinin əsasında əldə edilmiş ünvan 3 ünvanında olan mənzildə 2002-ci ildən bir yerdə yaşamışdır. Sonradan ailə həyatı qurmuş və həyat yoldaşı Cavabdeh2 və övladları xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X7 ilə birlikdə həmin evdə yaşamağa davam etmişlər. İddiaçı ilə aralarında heç bir zaman sonuncunun iddia ərizəsində göstərdiyi münaqişə olmamış, mehriban ailə münasibətində olmuşlar. Hər bir ailədə olduğu kimi, ara-sıra ailə münasibətləri zəminində mübahisələr olsa da, bu münaqişələr fiziki zorakılıq, təhqir və böhtan həddinə gəlib çatmamışdır. İddiaçının Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsine ərizə ilə müraciət edərək, guya oğlu Cavabdeh1 və gəlini Cavabdeh2 onu döyərək xəsarətlər yetirməsi v ə nalayiq söyüşlərlə söyüb təhqir etmələri və onu öldürməklə hədələmələri səbəbi ilə sonunculardan şikayətçi olmuşdur. xx.xx.2024-cü il tarixdə toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Cavabdeh1 barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qərarın surəti Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə göndərilmişdir. Lakin Binəqədi rayon prokurorluğu tərəfindən qərar əsassız olduğu üçün ləğv edilmişdir. Göründüyü kimi, İddiaçı döyülməsi iftiradır və əsassızdır. Həmçinin İddiaçı X5 ilə 1990-cı iyununda nikaha daxil olmuş və birgə nikah dövründə Bakı şəhəri, Buzovna qəsəbəsində, Ağa Nemətulla küçəsində ev almış dılar. İndiki, ünvan 4 ünvanında yerləşən mənzili isə, məhz Cavabdeh1 atası X1 vəfatından sonra Buzovna qəsəbəsində yerləşən evlərini satdıqdan sonra əldə etmişdilər. Məlumdur ki, qanunverciliyin tələbinə əsasən valideynlərin mülkiyyətində olan əmlaklarda övladların payı vardır. Bu səbəblə də, qanunvericiliyin tələbini nəzərə almaqla iddiaçının öz oğlunu kompensasiyasız mənzildən çıxarmaq istəməsi əsassızdır və qanuna uyğun deyil. Eyni zamanda, Cavabdeh1 ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyatdadır və adı çəkilən mənzilin anası İddiaçı adına özəlləşdirilməsi üçün ərizə vermiş və nəticədə xx.xx.2018-ci il tarixdə sonuncunun adına çıxarış verilmişdir. Əlavə olaraq, cavabdeh iddia ərizəsində qeyd edir ki, onun mənzildən istifadəsinə dair cavabdehlər tərəfindən maneələr yaradılıb. Lakin maneələrin nədən ibarət olması da göstərilmir. Cavabdehlər İddiaçı öz evinə geri qayıtması üçün dəfələrlə əlaqə saxlamağa cəhd etsələr də, İddiaçı ilə əlaqə saxlaya bilməmişlər. İddiaçı hazırda yaşadığı qızının evinə gəlməyə cəhd etmələrinə baxmayaraq, sonuncular tərəfindən suni maneələr yaradılmış və bu görüşlər baş tutmamışdır. Əlavə olaraq, nə Cavabdeh1, nə də Cavabdeh2 İddiaçı evinə qayıtmasına etiraz etmir və hətta geri qayıtmasına çalışırlar. Bundan əlavə, cavadehlər tərəfindən adı keçən mənzilin təmir-bərpası üçün 30000 manata qədər vəsait xərclənib. Bu xərc özlüyündə həmin mənzilin bugünə olan real bazar qiymətinin 1/6 hissəsini təşkil edir. Öhdəliklərində xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X7 adlı iki az yaşlı övladları vardır. İddiaçının tələbi ilk növb ədə bu uşaqların hüquqlarının kobud surətdə pozulması deməkdir. Bütün bunlara əsasən, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən kompensasiya əsasında çıxarılmasına dair iddiası qanuna zidd və əsassızdır. Göstərilənlərə və qanunvericiliyin tələbinə əsasən iddianın əsassız sayılaraq rədd edilməsini xahiş edirlər. 8. "xxxx" MMC-nin 0137 saylı hesabatına əsasən, ünvan 3 saylı (yeni qaydalarla 56, M9, m.3) ünvanında yerləşən mənzilin bazar qiyməti 165000 manat, kirayə haqqı isə 660 manat müəyyən edilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2025-ci il tarixli 9/9844 saylı ekspert rəyi ilə, ünvan 3 saylı ünvanında yerləşən, faktiki sahəsi 71,60 kv.m. olan, 2 otaqlı (3 otağa düzəlmə) orta təmirli mənzilin orta bazar qiyməti 186160 m anat, kirayə haqqı isə 700 manat müəyyən edilmişdir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5 may 2025-ci il tarixli 2(001)422/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 18A ünvanında yerləşən 60 saylı mənzildən istifadə hüququna 50000 kompensasiya verilməklə xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əmlakları ilə birgə həmin mənzildən məcburi çıxarılması, iş üzrə odənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, təklif olunan 50000 manat kompensasiya məbləği cavabdehlərə davamlı surətdə və müəyyən müddət ərzində mübahisəli mənzillə oxşar şəraitli başqa yerdə yaşamaq imkanı verir. Belə ki, təyin olunan ekspertizalarla mübahisəli mənzilin bazar qiymətinin 165000-186160 manat, kirayə haqqının isə 660-700 manat həddində olduğu müəyyən edilmişdir. Belə olan halda, iddiaçının təklif etdiyi kompensasiya məbləği ilə Cavabdeh1 ailəsi ilə birlikdə 6 ilə yaxın müddətə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur. Cavabdehlərin “mübahisəli mənzilin təmir-bərpası üçün 30000 manata qədər vəsait xərclədikləri” arqumentinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin dəlil hazırkı iddia üzrə fərqli qənaətə gəlməyə əsas deyildir. Məhkəmənin qənaətinə görə, cavabdehlər müvafiq iddia qaldırmaqla mübahisəli mənzilin təmir-bərpası üçün xərclədikləri məbləği mülkiyyətçidən tələb etmək hüququna mali kdir və həmin iddianın əsaslı olub-olmamasına işə baxan məhkəmə qərar verə bilər.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2ci maddəsinə, “R.Ağalarovun şikayəti üzrə” Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 82.3, 77.1, 217.4 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv ediləsini xahiş etdmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən mənzilin qiymətləndirilməsi üçün qiymətləndirmə ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin 0137 saylı hesabından göründüyü kimi, mənzilin bazar qiyməti 165000 manat, kirayə haqqı isə 660 manat müəyyən edilmişdir. Ə diliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2025-ci il tarixli, 9/9844 saylı ekspert rəyindən görünür ki, ünvan 7 ünvanda yerləşən, faktiki sahəsi 71.60 kv.m olan, 2 otaqlı (3 otağa düzəltmə) orta təmirli mənzilin orta bazar qiyməti 186160 manat, kirayə haqqı isə 700 manat müəyyən edilmişdir. İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış müqaviləyə əsasən üzvlüyə qəbul edilməklə payçı olmuş və ünvan 7 saylı ünvanda yerləşən 2 otaqlı mənzili əldə etmişdir. xx.xx.2003-cü il tarixli, 170 saylı qəbzə əsasən dəyərini tam ödəmişdir. Qeyd edir ki, həmin mənzil Cavabdeh1 atası X3 mənzilin satışından əldə edilmiş pul vəsaiti ilə alınmışdır. Belə ki, Müzəffər Zamanovun vəfatıdan sonra mənzil satılmış və adı keçən mənzil alınmışdır. Nəticə olaraq Cavabdeh1 da hüquqi varis kimi həmin əmla kdan pay hüququna malik olmuşdur. Həmin mənzil məhz Cavabdeh1 razılıq ərizəsi əsasında anası İddiaçı adına özəlləşdirilmişdir. Sonradan Cavabdeh1 ailə həyatı qurmuş və həyat yoldaşı Cavabdeh2 və iki azyaşlı övladları ilə həmin mənzilə qeydiyyata düşərək yaşamağa başlamışdılar. Həmçinin Cavabdeh1 və Cavabdeh2 birgə vəsaiti hesabına həmin mənzildə təmir işləri aparılmışdır. Həmin mənzilə 30000 manat miqdarında xərc çəkilmişdir. Məhkəmə çıxışlarında bu barədə məlumat verilsə də, məhkəmədə iş hərtərəfli araşdırılmamış və bu məsələyə münasibət bildirilməmişdir. Bundan əlavə cavabdehlərin birgə nikahdan doğulmuş iki azyaşlı övladları vardır. 4 nəfərdən ibarət ailənin ən azı iki otaqlı bir mənzildə yaşamalı olduqlarını nəzərə alınarsa, məhkəmənin qət etdiyi kompensasiya məbləği olduqca azdır. Uşa qlar Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində məktəbə gedirlər. Odur ki, uşağın təhsilini, mənafeyini nəzərə alaraq həmin ərazidə ev alınmalı olsa bu qiymət həddən artıq aşağı qalacaqdır. Ekspertiza Mərkəzinin işə əlavə edilmiş rəyindən də məlum olur ki, qeyd edilən ərazidə mənzil qiymətləri 150000 manatın üzərindədir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3997/2025 nömrəli iş üzrə 17 iyul 2025-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-422/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilmişdir (hakimlər - Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fərrux Qasımov).
16. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, oxşar işlər üzrə məhkəmə təcrübəsini və işdə olan eskpert rəyləri ilə mübahisəli mənzilin bazar qiymətinin 165000-186160 manat, kirayə haqqının isə 660-700 manat həddində olduğu nəzərə alaraq 71,60 kv.m. yaşayış sahəsi üçün 50000 manat kompensasiya məbləğinin müəyyən edilməsi ədalətli olmaqla hazırki işin hallarına da uyğundur. Belə ki, təklif olunan 50000 manat kompensasiya məbləği mülkiyyətçinin hesabına istifadəçi olan cavabdehə davamlı sürətdə və 5 ildən çox müddət ərizində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermiş olur.
17. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən mənzilin təmir inə çəkilmiş xərclər hazırki iddianin predmetini təşkil etmir. Cavabdeh bununla bağlı sübutlarını əlavə etməklə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 228.2-ci maddəsinə, “R.Ağalarovun şikayəti üzrə” Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 iyul 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti iddia ərizəsi nə qarşı etirazın və apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iş üzrə müəyyən edilən hallara əsaslanmadan qətnamə qəbul edilmişdir. Məhkəmə MPM-nin 217.3-cü maddəsinin tələblərini pozaraq qətnaməni qəbul edərkən zəruri halları araşdırmamışdır. Cavabdeh tərəf olaraq sübutlar təqdim etdiyi halda məhkəmə MPM-nin 77.1-ci maddəsinin tələblərini pozmuş, qanunsuz olaraq apellyasiya şikayətini rədd etməklə ədalətsiz qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
1. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
2. Maddə 29, İ və İİİ hissələr. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi
3. Maddə 152.1.Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
4. Maddə 152.5.Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istə nilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
5. Maddə 228.2.Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə” Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007ci il tarixli qərarı
6. Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onl ardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xa s olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə tə min edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
7. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
8. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
9. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəm iyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
10. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
11. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
12. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşd ırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
13. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tə tbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
15. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
16. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, ape llyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
17. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
18. İşin məhkəmələr tərəfindən mübahisəsiz olaraq müəyyən olunmuş halları bu qərarın 1-4-cü paraqraflarında qeyd olunub.
19. Tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ olan şəxsə mülkiyyətçi tərəfindən kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi ilə bağlı yaranan mübahisədir. Bu iddia tələbinin maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir və işə baxmış məhkəmələr də mübahisənin həllinə bu hüquq normasını tətbiq etmişdir. Həmin maddədə deyilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi y olu ilə xitam verilə bilər.
20. Apellyasiya instansiyası məhkəməsi də işin hallarına bu normanın dispozisiya şərtləri əsasında qiymət vermişdir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu normanın məhkəmələr tərəfindən tətbiqi təcrübəsini formalaşdıran bir neçə qərarı mövcuddur.
22. Həmin qərarlardan biri olan «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün tə yinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
23. Konstitusiya Məhkəməsi adı çəkilən qərarında həmçinin göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.
24. Eyni zamanda bir cəhəti nəzərə almaq lazımdır ki, Mənzi l Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarını istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün bir mənalı olaraq yol açır.
25. Göründüyü kimi, qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli məbləğin konkret miqdarı müəyyən olunmasa da, əsas meyar olaraq bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında mübahisəyə baxılarkən, məhkəmə tərəfindən kompensasiyanın məbləği işin konkret xüsusiyyətləri, baxılan mübahisəni fərdiləşdirən müxtəlif meyarlar nəzərə alınmaqla müəyyən olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, bu meyarlar kimi mənzilin kimin mülkiyyətində olması, evdən istifadə hüququna malik şəxslərin sayı, cavabdehin mülk iyyətçi ilə münasibətləri, habelə qohumluq münasibəti, cavabdehin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya azyaşlı uşağı ilə birlikdə çıxması, cavabdehin istifadə hüququnun yaranma müddəti, cavabdehin kompensasiya təklif olunan vaxt hər hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olubolmaması, cavabdehin mübahisəli evdə faktiki yaşadığı müddət, yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazidə cavabdehin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, tərəflərin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri və s. nəzərə alınmaqla müəyyən edilməlidir.
27. Apelyasiya instansiyası məhkəməsi də iddia tələbini bu əsasla r üzrə yoxlamış, iddiaçının təklif etdiyi 50.000 manat məbləğdə kompensasiyanın cavabdehə davamlı surətdə başqa yerdə əvvəlki evdə olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsi barədə gəlinən nəticə kifayət qədər əsaslandırılmışdır.
28. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşır.
29. Kassatorun evin anası ilə birgə alınması, mənzilə dair verilmiş orderdə onun da adının olması barədə dəlilləri, iş üzrə gəlinən nəticəni dəyişmir.
30. Belə ki, 2002-ci ildə iddiaçıya mənzilə dair order verilərkən, o və ailə üzvləri (o cümlədən cavabdeh olan oğul) həmin mənzildən istifadə hüququna malik olub, lakin mülkiyyət hüququ yaranmamışdı. Nəzərə alınmalıdır ki, MTK-dan müqavilə əsasında alınmış mənzilə dair orderin verilməsi, dövlət mən zil fonduna aid mənzillərə dair verilən orderlərdən fərqlidir. 2014-cü ildə dövlət qeydiyyatı aparıldıqdan sonra, mənzil artıq iddiaçının şəxsi mülkiyyətinə çevrilmişdir. Bu andan etibarən ailə üzvlərinin əvvəlki istifadə hüququ mülkiyyət hüququ ilə rəqabət aparan hüquqa çevrilmir. Ailə üzvü (oğul) orderdə adının yazılması ilə kooperativ üzvünün ailə üzvü kimi yaşayış sahəsinə daxil olmuşdur, lakin sonradan mənzil üzərində mülkiyyət hüququ yarandıqda, bu istifadə hüququnun öz-özünə müstəqil hüquq kimi qalması qanunla nəzərdə tutulmur. Başqa sözlə, oğulun mənzildən istifadə hüququ mülkiyyətçinin iradəsindən asılı vəziyyətə keçir. Hazırda mənzil iddiaçının mülkiyyətində olduğundan, mülkiyyətçi Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyət hüququnun bütün elementlərinə - sahibliyi sa xlamaq, istifadə etmək və sərəncam vermək səlahiyyətlərinə malikdir.
31. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 mənzildən istifadə hüququna 50000 kompensasiya ödənilməklə xitam verilməsi ilə, cavabdehlərin əmlakları ilə birgə həmin mənzildən məcburi çıxarılması eyni vaxtda icra edilməlidir. Çünki mövcud istifadə hüququna xitam verilməsi məhz kompensasiya ödənilməsi ilə bağlı olduğuna görə, isrifadəyə kompensasiya ödənilənədək son qoyulması (kompensasiya ödənilmədən mənzildən çıxarılması) bu unstitutun hüquqi mahiyyətinə ziddir və yolverilməzdir. Lakin işə baxmış məhkəmələr bu xüsusatı diqqətə almamışdır. Ancaq bu hal qətnamənin ləğvinə əsas sayılmır. Buna görə də hazırkı qərara “Cavabdeh1 mənzildən istifadə hüququna 50000 kompensasiya verilməklə xitam verilməsi ilə, cav abdehlərin əmlakları ilə birgə həmin mənzildən məcburi çıxarılmasının eyni vaxtda icra edilməsi” barədə bənd əlavə edilməli, qətnaməni icraya yönəldən məhkəmə tərəfindən bu bənd icra vərəqinə daxil edilməlidir.
32. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
33. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən hallar ın əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 17 iyul tarixli 2(103)-3997/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 18A ünvanında yerləşən 60 saylı mənzildən istifadə hüququna 50000 kompensasiya verilməklə xitam verilməsi ilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əmlakları ilə birgə həmin mənzildən məcburi çıxarılması eyni vaxtda icra edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.