Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3132/2025 09.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 22 may tarixli, 2(103)-2901/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 09 d ekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tariхli istehlak krеditi müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə 39 ay müddətinə illik 36 faiz hesablanmaqla 48.000 manat məbləğində krеdit vеrilmişdir.
2. Krеdit müqaviləsinin təminatı оlaraq cavabdeh Eyvazov Həsən Səfərəli oğlu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 34 saylı mənzili ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 12 may 2020-ci il tariхli, 2020/00115-EYİP №-li sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2020-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir.
3. İpoteka qoyan Eyvazov Həsən Səfərəli oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir, ipoteka predmeti vərəsəlik qaydasında kredit müqaviləsi üzrə borcalan, Cavabdeh mülkiyyətinə keçmişdir.
4. Bank tərəfindən xx.xx.2022-ci il tarixdə borclu Cavabdeh və ipoteka qoyan Eyvazov Həsən Səfərəli oğlunun yaşadığı ünvana 21 gün ərzində kredit borcu ödənilmədiyi təqdirdə ipoteka predmetinə tutma yönəldiləcəyi barədə bildiriş göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı BOKT ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 12 may 2020-ci il tarixli, 2020/00115-EY №-li kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 22808 AZN məbləğində qalıq, ona hesablanmış 6575.85 AZN məbləğində faiz borcu, ödənişlərin gecikdiril məsinə görə hesablanmış 4896 AZN məbləğində dəbbə pulu, cəmi 34279.85 AZN borcun və dövlət rüsumu kimi ödənilmiş 192.84 manat məbləğində pulun tutulması, tələbin cavabdeh Eyvazov Həsən Səfərəli oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 160000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 22808 AZN məbləğində qalıq, ona hesablanmış 6575,85 AZN məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4896 AZN məbləğində dəbbə pulu, cəmi 34279.85 AZN borcun və dövlət rüsumu kimi ödənilmiş 192.84 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə çıxarılması və həmin evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 12 may 2020-ci il tariхli, 2020/00115-EY №-li krеdit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 39 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 48000 manat məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq cavabdeh Eyvazov Həsən Səfərəli oğlu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 34 saylı mənzili (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ: reyestr № **********57-05101-093025, Qeydiyyat № **********, tarix xx. xx.2019) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 12 may 2020-ci il tariхli, 2020/00115-EYİP №-li sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2020-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 160000 AZN məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, 22 noyabr 2022-ci il tarixinə kreditin əsas borcu üzrə 22808 AZN məbləğində qalıq, ona hesablanmış 6575.85 AZN məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4896 AZN məbləğində dəbbə pulu, cəmi 34279.85 AZN məbləğində borc yaranmışdır.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsi 19 dekabr 2024-cü il tarixli qərardadı ilə iddianın “ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə çıxarılması və həmin evin boşaldılması” hissəsi üzrə icraata məhkəmədə baxılmalı olmadığından xitam verilmişdir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-30/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00115-EY saylı krеdit müqaviləsinin ləğv edilməsi, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00115-EY saylı krеdit müqaviləsinə əsasən 22808 (iyirmi iki min səkkiz yüz səkkiz) man at əsas borc, 6158,70 (altı min bir yüz əlli səkkiz manat yetmiş qəpik) manat faiz borcu, 400 (dörd yüz) manat cərimə olmaqla, ümumilikdə 29366,7 (iyirmi doqquz min üç yüz altmış altı manat yetmiş qəpik) manat borc, dövlət rüsumunun 178.10 (bir yüz yetmiş səkkiz manat on qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi, tələbin ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə - ipoteka predmetinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilin ilkin satış qiyməti 160.000 (bir yüz altmış min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı BOKT ASCyə olan borcun ödənilməsi, satışdan əldə olunmuş pul vəsaiti tələbdən artıq məbləğdə olarsa, borc ödənildikdən sonra pulun qalan hissəsin in Eyvazov Həsən Səfərəli oğlunun vərəsəsinə (və ya vərəsələrinə paylarına müvafiq olaraq) qaytarılması, məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizalarının dəyəri olan cəmi 400 (dörd yüz) manatın 350 (üç yüz əlli) manat hissəsinin Cavabdeh, 50 (əlli) manat hissəsinin İddiaçı BOKT ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçıdan xx.xx.2020-ci il tariхli, 2020/00115EY nömrəli krеdit müqaviləsinə əsasən kredit almaqla tərəflər arasında borc-kredit münasibətləri və öhdəlikləri yaranmış, lakin cavabdeh həmin kredit üzrə əsas borcu və ona hesablanmış faizləri ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı qeyd edilən kredit müqaviləsinin ləğv edilməsi və yaranmış əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsinə dair hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin, məhkəmə Cavabdeh əsas borc və hesablanmış faizlərin tutulmasına dair iddia tələbinin həcminə münasibət bildirərək qeyd etmişdir ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 2020/00115-EY saylı kredit razılaşması üzrə Cavabdeh xx.xx.2022-ci il tarixədək olan borcu əsas borc üzrə 22.808,00 manat; faiz borcu üzrə 6.591,51 manat. Məhkəmə ekspert rəyini əsas borca aid hissədə sübut növü kimi qiymətlə ndirmiş və qeyd etmişdir ki, ekspert rəyində müəyyən edilən əsas borc məbləği iddia ilə eynilik təşkil edir, faiz borcu isə bir qədər fərqlə iddiadan artıq müəyyən edilir. Bununla yanaşı məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı cavabdehə borcun ödənilməsinə, əks halda müqavilənin ləğv edilməsi və borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyinə dair göndərdiyi bildirişdə 22808 əsas borcun, 6158,70 manat faiz borcunun, 4032 manat dəbbə borcunun olması qeyd edilmişdir. Məhkəmə iddia ərizəsinin “4896 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə işin hallarını və müqavilələr üzrə ödənilməli ola əsas və faiz borcunun məbləğini nəzərə alaraq borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 4896 manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək m əbləğ hesab etmiş və həmin dəbbə pulunun azaldılaraq 400 (dörd yüz) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlmişdir. Məhkəmə iddia tələbinin tutmanın Eyvazov Həsən Səfərəli oğluna xüsusi mülkiyyət hüququ əsasında (vəfat etməsinə baxmayaraq) məxsus, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə yönəldilməsi hissəsi ilə bağlı hesab etmişdir ki, Cavabdeh iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə tələbin ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 34 saylı mənzil göstərilən daşınmaz əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək qeyd etmişdir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Odur ki, kredit müqaviləsi üzrə borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməli və ipoteka ilə yüklü edilmiş əmlak açıq hərracdan satılmalıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilməsindən asılı olmayaraq hazırkı iş üzrə ipoteka predmetinin dəyərinin məbləği məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin sonuncu, yəni məhz ipoteka predmeti üzrə aparılmış tədqiqatın nəticəsində təqdim edilmiş 14 oktyabr 2024- cü il tarixli 9/6360- 10/6153 saylı ekspert rəyi ilə qeyd edilən mənzilin bazar dəyəri 152012.00 manat, likvid dəyəri 136810.00 manat məbləğində müəyyən olunmuşdur. Lakin, ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 160.000 AZN məbləğində müəyyən edilmişdir və iddiaçı da hazırda iddia tələbində əmlakın likvid dəyərinin məhz həmin məbləğdə müəyyən edilməsini tələb edir. Göstərilənlərə əsasən və MPM-nin 218.3-cü maddəsinin tələbi baxımından məhkəmə hesab edir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilin ilkin satış qiyməti iddia tələbi həcmində 160.000 (bir yüz altmış min) manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hə rracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə hesab etmişdir ki, Eyvazov Həsən Səfərəli oğlunun xx.xx.2021-ci il tarixdə vəfat etməsi tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş yuxarıda sadalanan prosedurların həyata keçirilməsinə hüquqi cəhətdən maneə deyildir. Həmçinin, barəsində vərəsəlik işi açılmadığından onun vərəsələrini işə cəlb etmək mümkün olmamışdır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1, 739.1, 739.2, 741, 467, 317.1, 319.1, 319.6-cı; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 39.3-cü; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 101.3, 103.1, 218.3, 119.1, 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edil ərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə ipoteka predmetinin mövcud vəziyyətinə dair etibarlı sübutu əldə etməli idi. Lakin, məhkəmə bunu etməyərək, birtərəfli mövqedən işə yanaşaraq qeyri-obyektiv nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsindən göründüyü kimi, məhkəmə Cavabdeh kredit borcunun olmasına dair yekdil qənaətə gəlsə də, lakin ipoteka predmetinə münasibətdə qanunun tələblərinə tam riayət etməmişdir. Məhkəmə öz qətnaməsində göstərir ki, İddiaçı BOKT ASC ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ipoteka qoyan şəxsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada bildiriş göndərməklə xəbərdar etmişdir. Bu həqiqəti əks etdirmir. Çünki ipoteka qoyan şəxs ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilinin mülkiyyətçisi Eyvazov Həsən Səfərəli oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra hər hansı bildirişin onun məlum olmayan ünvanına göndərilməsi gözdən pərdə asmaqdan başqa bir şey deyildir. Məhkəmə qətnaməsində qeyd edilir ki, ipoteka qoyan Eyvazov Həsən Səfərəli oğlu xx.xx.2021-ci il tarixdə vəfat etsə də vərəsəlik işi açılmamışdır. Bu hal da həqiqətə uyğun deyildir. Çünki ata olan Eyvazov Həsən Səfərəli oğlu xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra vərəsələri qanunla müəyyən olunmuş qaydada notariat orqanına xx.xx.2021-ci il tarixdə müraciət edərək vərəsəlik işi açmışlar. Mərhum Eyvazov Həsən Səfərəli oğlunun qanun üzrə vərəsəsi olan qızı X1 miras payından imtina etdiyinə görə qanun üzrə digər vərə sə olan oğlu Cavabdeh mirası tam payla qəbul etmişdir. Buna görə də notariat orqanının verdiyi qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilinin tam payla mülkiyyətçisi olmuşdur. Buna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli Çıxarış verilmişdir. Qeyd olunanlardan görünür ki, məhkəmə ipoteka predmetinə dair məsələni həll edərkən, məsələyə səthi yanaşmış, həmin əmlakın mövcud olubolmaması, kimin mülkiyyətində olması və hansı hüquqi rejimə malik olması hallarına əhəmiyyət verməmişdir. Bu isə onlara həmin məhkəmə qətnaməsinin işin faktiki hallarına uyğun olmaması nəticəsinə gəlməyə tam əsas verir. Məhkəmə öz qətnaməsində “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsaslanaraq ipote ka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiyməti, zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri görməli olduğu halda, bunu təmin etməmişdir. Doğrudur, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli qərarına əsasən: 1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı g ündən onlara çatan miras payı həcmində mirasqoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər. Göründüyü kimi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 34 saylı mənzili artıq Eyvazov Həsən Səfərəli oğlunun mülkiyyətində deyildir və həmin daşınmaz əmlaka hər hansı tutmanın yönəldilməsi yalnız ümumi qaydada mümkündür. Həmin daşınmaz əmlakın mülkiyyətçisinin də mülkiyyət hüququnun qorunması tə min edilməlidir. Bu halda isə borcun ödənilməsi ilk növbədə əsas borcludan tələb olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Cavabdeh kredit borcumun ödənilməsi üzrə vəzifəsi həm də mərhum atası ipoteka qoyan Eyvazov Həsən Səfərəli oğlunun vərəsəsi olması ha lından da irəli gəlir.Lakin bu halda kredit borcumun ödənilməsi əsas borclunun başqa əmlakına da yönələ bilər. Bu səbəbdən də ipoteka predmetinin statusunun dəyişilməsi (miras əmlak kimi qanun üzrə vərəsə tərəfindən qəbul edilməsi) həmin kredit borcunun ödənilməsini heç bir təhlükə altına qoymur. Məhkəmə işin qeyd olunan hallarını araşdırmayaraq, iddia tələbinə yalnız ipoteka müddəasını əsas götürərək qiymət vermişdir ki, bu da məhkəmənin düzgün olmayan, ədalətsiz nəticəyə gəlməsinə səbəb olmuşdur.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) 2025-ci il 22 may tarixli 2(103)-2901/2025 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-30/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2020-ci il tariхli, 2020/00115-EY nömrəli krеdit müqaviləsinə əsasən cavabdeh həmin kredit üzrə əsas borcu və ona hesablanmış faizləri ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmiş, pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə tələbin ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 34 saylı mənzil göstərilən daşınmaz əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlı olmuşdur.Belə k i, İddiaçı BOKT ASC ilə Eyvazov Həsən Səfərəli oğlu arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00115-EYİP nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2019-cu il tarixli, 2019/00308-EY nömrəli və 12 may 2020-ci il tariхli, 2020/00115-EY №-li krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq Eyvazov Həsən Səfərəli oğlu xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 34 saylı mənzili Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 160000 AZN məbləğində müəyyən edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, ipoteka qoyan iş üzrə cavabdehin atasıdır. Eyvazov Həsən Səfərəli oğlu xx.xx.2021-ci il tarixdə vəf at etmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə düzgün qənaətə gəlmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ipoteka predmeti olan əmlak ipoteka qoyanın ölümündən sonra vərəsəlik qaydasında Cavabdeh mülkiyyətinə keçmişdir, cavabdehin etirazının ümumiyyətlə hüquqi əsası yoxdur.
18. Cavabdehin apellyasiya şikayətinin digər dəlilinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, iddia tələbi üzrə Cavabdeh olmuşdur. İşə baxan məhkəmənin elektron məhkəmə sistemindən əldə etdiyi məlumatda qeyd edilmişdir ki, Eyvazov Həsən Səfərəli oğlu xx.xx.2021ci il tarixdə vəfat etmişdir və vərəsəlik işi açılmamışdır.
19. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, xx.xx.2020-ci il tariхli, 2020/00115-EY nömrəli krеdit müqaviləsinə əsasən cavabdeh həmin kredit üzrə əsas borcu və ona hesablanmış faizləri ödəməli olmasına dair vəzifəsini icra etməyərək, ipoteka ilə təmin edilmiş pul öhdəliyini yerinə yetirmədiyindən iddiaçı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 34 saylı mənzil göstərilən daşınmaz əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlı olmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
21. Məhkəmə gəl diyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 385.1, 442, 462.1, 739.1, 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının qanunla müəyyən olunmuş qaydada bildiriş göndərməməsi ilə bağlı cavabdehin irəli sürdüyü bu ciddi prosessual pozuntuya dair qətnamədə qeyd etməmiş və bu məsələyə lazımi qaydada hüquqi qiymət verməmişdir. Bakı Apellyasiya Məhkəməsi bu faktı kifayət qədər qiymətləndirməmiş, ipo teka qoyanın vəfat etdiyini və vərəsəlik nəticəsində ipoteka predmeti olan mənzilin cavabdehin mülkiyyətinə keçdiyini bildikləri halda, bildirişin cavabdehin atasına göndərildiyi arqumentinə əsaslanaraq qərar çıxarmışdır. Cavabdeh öz etirazında bildirmişdir ki, Eyvazov Həsən Səfərəli oğlu xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra vərəsələri qanunla müəyyən olunmuş qaydada notariat orqanına xx.xx.2021-ci il tarixdə müraciət edərək vərəsəlik işi açmışlar. Mərhum Eyvazov Həsən Səfərəli oğlunun qanun üzrə vərəsəsi olan qızı X1 miras payından imtina etdiyinə görə qanun üzrə digər vərəsə olan oğlu Cavabdeh mirası tam payla qəbul etmişdir. Hazırkı işdə mübahisənin ədalətli həlli həmçinin “sübut” hesab edilən və digər sübutlarla birgə qiymətləndirilməli olan faktlara işin hallarına uyğun lazım i hüquqi qiymət verilməsini tələb edirdi. Lakin, məhkəmə sübutlara lazımi hüquqi qiymət vermək vəzifəsinin öhdəsindən gələ bilməmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinin 5-ci və 6-cı bölmələrində də qeyd edildiyi kimi, apellyasiya məhkəməsi iddiaçının dəlillərini və istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün heç bir əsaslı dəlil göstərməmişdir ki, bu da qətnamənin əsaslandırılmadığı və bu səbəbdən də ədalətli hesab edilə bilmədiyi anlamına gəlir. Kassasiya şikayətində “İpoteka haqqında” Qanunun 36-cı maddəsinin, MPM-nin 88-ci və 217-ci maddələrinin pozulduğu qeyd edilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mül ki Məcəlləsi
25. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
26. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edil məməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 462.1.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir
30. Maddə 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götür ür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
31. Maddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:
32. Maddə 34.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanı n ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır.
33. Maddə 36.1.İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.
41. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
42. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və məhkəmə tərəfindən həmin dəlillərə düzgün hüquqi qiymət verilmiş, kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual normaların pozuntusuna yol verilməmişdir.
43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2901/2025 nömrəli, 22 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.