Məhkəmə qərarları › İş №2(102)-3135/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3135/2021

27.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3135/2021 27.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 Əİəkbər oğlu və İddiaçı3 cavabdehlər Cavabdeh2, "xxxx" MMC və "xxxx" Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:əmlakın yenidən qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 2(104)-2979/2020 saylı qətnaməsindən İddiaçı1 Əİəkbər oğlu tərəfind ən verilmiş kassasiya şikayəti üzrə işə 27 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı, 48 kv.metr yaşayış, 50.7 kv.metr yardımçı, 98.7 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmış, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarış verilmişdir.

2. Həmin ev 0,06 ha torpaq sahəsi ilə birlikdə K/M №12 B,12B/01, 15 mart 2010-cu il tarixli kredit müqaviləsinin təminatı olaraq "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. Kredit öhdəliyi icra edilmədiyinə görə Bərdə Rayon Məhkəməs inin 20 sentyabr 2018-ci il tarixli, № 2(021)-1177/2018 saylı qətnaməsi ilə "xxxx" BOKT ASC-nin İddiaçı1, İddiaçı3, X2 və X1 qarşı iddiası qismən təmin edilmiş, 15 mart 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı1 iddiaçının xeyrinə 45.312 ABŞ dolları əsas,14678 ABŞ dolları faiz, 359 ABŞ dolları cərimə borcu olmqla cəmi 60.350 ABŞ dolları məbləğində borcun ödəniş gününə manata olan məzənnəsi ilə tutulması, tutmanın ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən İddiaçı3 məxsus 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə və evin tərkib hissəsi olan həyətyani tikililərə və qurğulara yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 48.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borc ödənildikdən sonra qala n vəsaitin ipoteka qoyan İddiaçı3 qaytarılması, yaşayış evinə tutma yönəldikdən və satıldıqdan 1 ay ərzində cavabdehlərin həmin evdən çıxarılması və evin boşaldılması qət edilmiş, iddia qalan hissədə rədd edilmşdir. Həmin qətnamə qanuni qüvvəyə minərək icra olunması üçün Cavabdeh2nə göndərilmişdir. Cavabdeh1 31.01.2020-ci il tarixli, ****** saylı sifariş məktubu əsasında ünvan 3 ünvanında yerləşən İddiaçı3 məxsus 0,06 ha torpaq sahəsində yerləşən A və B literli fərdi yaşayış evləri "xxxx" MMC tərəfindən 07 fevral 2020-ci il tarixdə 40.800 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 Ələkbər oğlu və İddiaçı3 cavabdehlər Bərdə rayon İcra və Probasiya Şöbəsinə, "xxxx" MMC-yə və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən X. ünvanında yerləşən İddiaçı3 məxsus 0,06 ha torpaq sahəsində yerləşən A və B literli fərdi yaşayış evlərinin yenidən qiymətləndirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən A və B saylı fərdi yaşayış evlərinin 40.800 manata qiymətləndirilməsi və hərraca çıxarılması qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Belə ki, evin hansı meyarlar əsasında 40.800 manat dəyərində qiymətləndirilməsi məlum deyildir.

6. Bərdə Rayon Məhkəməsinin 19.06.2020-ci il tarixli, 2(021)-1789/2020 saylı qətnaməsi ilə (sədrlik edən Ə.V.Kərimov) iddianın təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir

7. Məhkəmə gəldiy i nəticəni onunla əsaslandırmışdır ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı qüvvədə olduğu müddətcə həmin qətnamə əsasında əmlakın qiyməti müəyyən edildiyindən hazırki iddianın təmin edilməsindən söhbət gedə bilməz və yeni iddia ilə məhkəməyə müraciət edilməsi hüquqi müəyyənlik prinsipinə ziddi olar.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı1 Ələkbər oğlu həmin qətnamədən apelyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin 19.06.2020-ci il tarixli, 2(021)-1789/2020 saylı qətnaməsinin apelyasiya icraatı qaydasında ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 2(104)-2979/2020 saylı qətnaməsi ilə (hakimlər F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ə.İ.Məmmədov) İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bərdə Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli 2(021)-1789/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə fərdi yaşayış evinin qiymətinin müəyyən edilməsi onun yenidən qiymətləndirilməsi üçün mötəbər sübutların olmadığı təqdirdə təkrarlana bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı1 Ələkbər oğlu kassasiya şikayəti verərək apelyasiya instansiyası mə hkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC evin hərracda satışa çıxarılması üçün qanunun tələblərinə riayət edilməmişdir. Belə ki, əmlak haqqında məlumatın hansı qəzet və reklam bülletenində dərc olunması həmin bildirişdə öz əksini tapmamışdır. Həmçinin iş üzrə qətnamələrin heç birində əmlakın ilkin satış qiyməti müəyyən olunmamışdır. Onlara məxsus olan evin 40.800 manat dəyərində qiymətləndirilməsinin hansı qiymətləndirici tərəfindən həyata keçirilməsi, eləcə də ipoteka qoyulmuş evə yerində baxış keçirilmədən, smeta və balans tutulmadan hansı meyarlar əsasında evə qiymət qoyulması müəmmalıdır. İpoteka predm eti orta bazar qiymətlərindən qat-qat aşağı qiymətləndirildiyindən, evin qiymətinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olmadığından həmin əmlakın yenidən qiymətləndirilməsi təmin olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı3 cavabdehlər Cavabdeh1, "xxxx" MMC-nin və “ParaBOKT“ASC-nin nümayəndələri məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 16.Maddə

4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 17.Maddə

15. Məhkəmə aktlarının məcburiliyi 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 18.Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir m ülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 19.Maddə

233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Kassasiya baxışının hədləri

20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

21. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 25.Belə ki, ipoteka predmeti olan evin ilkin satış qiyməti, "xxxx" BOKT ASC-nin İddiaçı1, İddiaçı3, X2 və X1 qarşı borcun tutulması və ipotekaya yönəldilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, № 2(021)1177/2018 saylı qətnaməsi ilə 48.000 manat müəyyən edilmişdir. 26.İddiaçı Bərdə Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş həmin məbləği iş üzrə apelyasiya və daha sonra kassasiya şikayətlərində mübahisələndirmiş, lakin onun dəlilləri qəbul edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. 27.Azərbay can Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23.02.2016-cı il tarixli qərarında göstərmişdir ki, Mülki Prosessual Məcəllənin“82.3-cü maddəsinin mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. 28.Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qar şısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. 29.Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. 30.Təsadüfi deyildir ki, MPM-nin 233.3-cü maddəsinə gö rə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 31.Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

33. Məhkəmə k ollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı1 Ələkbər oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 2(104)-2979/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar