Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3136/2025 23.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-889/2025 nömrəli, 2 iyul 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etd i. İşin halları
1. «X22 817 yük” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətində olmuş və həmin avtomobil bir neçə dəfə İddiaçı tərəfindən Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək və sair səlahiyyətlərlə verilmiş, həmçinin İddiaçı tərəfindən Cavabdeh2 xx.xx.2021-ci il tarixdə verilmiş etibarnaməyə xitam verilməsi Bakı şəhəri 23 saylı notariat ofisindən xahiş edilmiş və qeyd edilən etibarnamələrdən biri xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüş və digərinə isə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.
2. «X22 817 yük” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə 22000 manat müqabilində X3 və həmin müqavilənin 2-ci bəndində 22000 manat pulun satıcı, yəni İddiaçı tərəfindən alıcıdan, yə ni X5 alındığı qeyd edilmişdir.
3. İddiaçı ərizəsi əsasında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-də Cavabdeh2 barəsində müvafiq araşdırma aparılmış və Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB təhqiqatçısı polis leytenantı Nicat Qasımov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və İddiaçı tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğunun izah edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər X8 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5 və Cavabdeh2 müştərək qaydada 23000 (iyirmi üç min) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə q ətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2021-ci il tarixdən Mercedes-Benz 817 yük markalı avtomobilin mülkiyyətçisidir. Həmin avtomobillə yükdaşıma fəaliyyətini həyata keçirmiş və hər ay müəyyən məbləğdə qazanc əldə etmişdir. Yükdaşıma fəaliyyətini həyata keçirmək üçün sürücü qismində Cavabdeh2 adlı şəxslə razılığa gəlmiş, ona avtomobili idarə etmək üçün notarial qaydada etibarnamə vermiş, bir müddət sonra etibarnamənin müddəti bitdiyi üçün yeni etibarnamə vermək zərurəti yaranmış və Cavabdeh2 adlı şəxsin təkidi ilə sürücülük vəsiqəsinin müddəti bitdiyi üçün ona avtomobili bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, sürücülük hüququ olduqda idarə etmək səlahiyyəti olan etibarnamə vermişdir. Daha sonra a vtomobili satmaq istəyini Ramilə bildirdikdə Ramil başqa gəlir yerinin olmadığını, 2 ay gözləməyini və avtomobili özünün ala biləcəyini bildirmiş, lakin 4 ay keçməsinə baxmayaraq pulu ödəmədiyinə görə o, Cavabdeh2 verdiyi etibarnaməni ləğv etmiş və avtomobili geri verməyini tələb etmişdir. Bundan sonra Ramil onun iş yerinə gələrək avtomobili onun adına keçirməyini istəmişdir. O, Ramillə 23000 manat pul vəsaiti müqabilində razılaşmış, bunun müqabilində Cavabdeh2 ona 13000 manat kredit götürüb verəcəyini, 4000 manatı evdən götürəcəyini, 4000 manatlıq avtomobili ona verəcəyini və 2000 manat pulu isə yanvar ayının sonunda verəcəyini bildirmişdir. Onlar alqı-satqı prosesini rəsmiləşdirmək üçün DİN BDYPİ-yə getmiş, həmin idarədə avtomobili Nübar adlı şəxsin adına rəsmiləşdirmişdir. Bununla da o, müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etsə də Ramil bu günə qədər nəqliyyat vasitəsinin ödənişini etməmişdir. Cavabdehlər X10 və Cavabdeh2 tərəfindən 23000 manat ona ödənilmədiyindən onun iddia tələbi təmin edilməlidir. Bundan başqa o, qeyd edilənlərlə bağlı Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB- ya də şikayət ərizəsi ilə müraciət etmiş, lakin həmin bölmənin təhqiqatçısı polis leytenantı Nicat Qasımov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və ona həmin tələb ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddiaçını n izahatına uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, iddiaya etiraz ərizəsinin 1-ci bəndində qeyd edilir ki, Ramil avtomobili Anar adlı şəxsdən alıb və 22500 manatı da ona ödəyib, lakin Naxçıvanda qeydiyyatda olduğu üçün Niyazın adına rəsmiləşdirib. Səs yazısı ilə bunları sübut edəcəyini iddia etsə də bu günə qədər səs yazısını məhkəməyə təqdim etməyib. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən göndərilmiş İddiaçı müraciəti əsasında araşdırılmış materialda Cavabdeh2 izahatları mövcuddur. Belə ki, Cavabdeh2 verdiyi izahatda bildirir ki, Niyazla 3 il əvvəl işlədiyi yerdə tanış olmuş, həmin vaxt artıq Niyazın avtomobili mövcud idi və Niyaz ona həmin avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Həmin etibarnamə yalnız idarə etmək üçün verilmişdir. Deməli iddia ə rizəsinə etirazda qeyd edilən nüanslar doğru deyil. Bundan əlavə həmin etirazın 2-ci bəndində qeyd edilir ki, Niyazla Ramil arasında qazanc əldə etmək üçün razılaşma olmamışdır, lakin razılaşmanın mövcudluğu barədə sübut əlavə edilməmişdir. Eyni zamanda aralarında işgüzar münasibətlərin olması da dolayısı ilə inkar edilərək bildirilmişdir ki, belə olsaydı hər hansı bir yazışma və ya işgüzar münasibətlərə dair başqa hər hansı bir hal olmuş olardı. Bundan əlavə Cavabdeh2 polisdən göndərilmiş öz verdiyi izahatında qeyd edir ki, o, avtomobillə yük daşımış və qazanılan pulu isə Niyazla yarı-yarıya bölüşmüşdür. Deməli iki tərəfin arasında işgüzar münasibətlər mövcud olmuş və onlar qazanc əldə etmək üçün razılaşmışlar. Bunu Ramil özü izahatında etiraf edir. Deməli iddia ərizəsinə etirazda qeyd et diyi nüanslar doğru deyil. Həmin etirazın 5-ci bəndində qeyd edilir ki, guya Niyaz Nübara satdığı avtomobilin pulunu Ramilə verməmişdir və buna görə də pul tələbi barədə iddia qaldıracaqdır. Lakin Ramil öz izahatında qeyd edir ki, o avtomobilin pulunu Niyaza ödəyib. Belə dediyi təqdirdə aydın olur ki, Ramilin etirazında qeyd etdikləri doğru məlumatlar deyil. Yəni avtomobil Niyaza məxsus olub və onu Ramilə satmaq məqsədilə Nübarla müqavilə bağlanıb. Buradan da aydın olur ki, Nübar heç bir pul verməli deyildi avtomobil sadəcə Nübarın adına rəsmiləşdiriləcəkdir. Həmçinin aydın olur ki, Ramil də pul verməyib və verməsinə dair də heç bir sübutu yoxdur. Nəticə etibarilə Cavabdeh2 hazırkı mövqeyi belədir ki, o avtomobili Anardan alıb, lakin Naxçıvanda qeydiyyatda olduğu üçün Niyazın adına rəsmilə şdirib. Niyazla qazanc əldə etmək məqsədilə razılığa gəlməyib və guya Niyaz avtomobilin Nübara satılmasından əldə etdiyi pulu Ramilə verməlidir. Ramilin polisdə verdiyi izahatlardan aydın olur ki, Ramil Niyazla tanış olarkən Niyazın artıq avtomobili var idi. Həmin izahatdan görünür ki, daha sonra qazanc əldə etmək məqsədilə Niyazla razılığa gəmişlər. Bundan sonra müqavilə bağlayaraq avtomobili Nübarın adına keçirmişlər və avtomobilə görə olan borcunu 10 gün əvvəl verdiyini qeyd etmişdir. Polisdə verilən izahatlardan görünür ki, avtomobil sadəcə olaraq Nübarın adına keçirilib və əslində alqıatqı münasibətləri Ramil ilə Niyaz arasında olub. Hesab edir ki, bu məsələnin mübahisəsiz halıdır. Aydın məsələdir ki burda Nübar tərəfindən və ya onun nümayəndəsi tərəfindən Niyaza heç bir pul vəsaiti ö dənilməyib. Alqı-satqı münasibətləri Ramillə Niyaz arasında olduğundan pulu da Ramil Niyaza ödəməli idi. Lakin Ramil tərəfindən heç bir pul məbləği ödənilməmiş və o, həmin pul məbləğini ödədiyinə dair heç bir sübut da təqdim etməmişdir.
7. Cavabdeh2 izahatında bildirmişdir ki, o, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. İddia tələbini qəbul etmir. Belə ki, “X22 817” yük marlkalı 90-RlL-646 dövlət qeydiyyat nişanlı avtomobil 28 dekabr 2023-cü il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsinə əsasən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qİİ-də İddiaçı tərəfindən X3, həmin müqavilədə də 22000 manat pulun İddiaçı tərəfindən X5 alındığı qeyd edilmiş və qeyd edilən pul məbləği İddiaçı təqdim edilmişdir. Bundan başqa o, bildirir ki, “X22 817” yük marlkalı 90-RlL-646 döv lət qeydiyyat nişanlı avtomobil ona məxsus olsa da formal olaraq İddiaçı adına rəsmiləşdirilmiş, lakin İddiaçı qeyd edilən avtomobili X4 22000 manat pulu Cavabdeh1 alsa da qeyd edilən məbləği ona təqdim etməmişdir və ona görə də o, İddiaçı qarşı pul tələbinə dair iddia tələbi ilə müvafiq məhkəməyə müraciət etmək niyyətindədir. Qeyd etdiklərinə əsasən də bildirir ki, onların hal-hazırda İddiaçı ödənilməmiş hər hansı bir borc məbləği qalmamışdır. Odur ki, göstərilənlər nəzərə alınaraq iddia tələbi rədd olunmalıdır.
8. Laçın Rayon Məhkəməsinin (hakim - X9) 25 fevral 2025-ci il tarixli, e-2(047)50/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olmuş «X22 817 yük” markalı **-RL-*** dövl ət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə 22000 manat müqabilində X3 və həmin müqavilənin 2-ci bəndində 22000 manat pulun satıcı, yəni İddiaçı tərəfindən alıcıdan, yəni X5 alındığı qeyd edilmiş, lakin iş üzrə keçirilmiş məhkəmə baxışı iclaslarında sübut etmək yükünün iddiaçı tərəfin üzərinə düşməsinə baxmayaraq nə İddiaçı, nə də ki, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 qeyd edilən 22000 manat pul məbləğinin İddiaçı tərəfindən iş üzrə digər cavabdeh X5 alınmamasını təsdiq edə biləcək kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilən sübutlarla sübuta yetirə bilməmişlər. Bundan başqa iş materiallarına əsasən İddiaçı tərəfindən s adəcə olaraq müvafiq etibarnamələr ilə “X22 817 yük” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin bir neçə dəfə Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək və sair səlahiyyətlərlə verildiyi, lakin qeyd edilən etibarnamələrdən birinin xx.xx.2023-cü il tarixdə qüvvədən düşdüyü və digərinə isə xx.xx.2023-cü il tarixdə xitam verildiyi müəyyən edilmişdir. Lakin bu faktın özü belə İddiaçı tərəfindən qeyd edilən avtomobilin formal əsaslarla digər cavabdeh X1 dəlalət edə bilməz. Qeyd edilənlərə əsasən də bir daha belə müəyyən edilir ki, İddiaçı cavabdehlər X6 və Cavabdeh2 ona 23000 manat pul borcu olduğunu məhkəmə araşdırmaları zamanı sübuta yetirə bilməmiş, yəni qeyd edilən hallarla bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə İddiaçı mülkiyyətində olmuş «X22 817 yük” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin X2 nəticəsində 22000 manat pulun İddiaçı tərəfindən alınması tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə əsasən sübuta yetirilmişdir. Bundan əlavə Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı polis leytenantı Nicat Qasımov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarda izahatları alınmış şəxslərin izahatlarındakı qeyd edilən hallar mülki işə məhkəmə baxışı zamanı öz təsdiqini tapmadığından və ona görə də həmin qərarda göstərilən izahatlarda qeyd edilən halları da məhkəmə mötəbər sübut kimi qəbul edə bilməz.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 127-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 153.4, 154.1, 157.2, 157.4, 385.1, 425.1, 442, 567, 56 8.1, 1096.1, 1097.1, 1097.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, polisdə verilən izahatlardan görünür ki, maşın sadəcə olaraq Nübarın adına keçirilib və əslində alğı-satqı münasibətləri Cavabdeh2 ilə Niyaz arasında olub. Bu məsələnin mübahisəsiz halıdır. Aydın məsələdir ki, burada Nübar tərəfindən və ya onun nümayəndəsi tərəfindən Niyaza heç bir pul vəsaiti ödənilməyib. Alğı-satqı münasibətləri Cavabdeh2 ilə Niyaz arasında olduğundan pulu da Cavabdeh2 Niyaza ödə məli idi. Lakin ödəməyib. Ödədiyinə dair heç bir sübut da təqdim etməyib. Beləliklə, məhkəmə işin faktiki hallarına əhəmiyyət verməyərək əsassız qətnamə qəbul etmişdir. Kifayət qədər tutarlı sübutların olmasına baxmayaraq məhkəmə polisdə verilən izahatlara, cinayət işinin başlanmasının rədd edilməsi qərarında qeyd edilənlərə səthi yanaşmış və sadəcə alğı-satqı müqaviləsində "22000 manat pulun satıcı, yəni İddiaçı tərəfindən alıcıdan, yəni Cavabdeh1 alındığı" qeydinə istinad etmişdir. Beləliklə, əslində, iş tam, hərtərəfli və obyektiv araşdırılsa idi, alğı-satqı münasibətlərinin, əslində, Cavabdeh2 və Niyaz arasında olduğu Cavabdeh2 pul ödəməli olduğu halda ödəmədiyi, avtomobilin sadəcə Nübarın adına keçirildiyi və Nübar tərəfdən heç bir pul vəsaitinin ödənilmədiyi qənaətinə gəlinə bilər.
13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-889/2025 nömrəli 2 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - X7 (sədrlik edən və məruzəçi), X12 və X13) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-50/2025 saylı qətnaməsi qismən, yəni Cavabdeh2 aid hissədə ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək Cavabdeh2 23000 (iyirmi üç min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 159 manat dövlət rüsumunun Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
15. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin su byekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). 16. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında, əslində, eyni anda iki ayrı əqd bağlanm ış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər, əslində, bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Mülki Məcəllənin 340.2-ci ma ddəsinin mənasına görə tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağl adıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.
17. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilmişdir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə həmin müqavilənin digər şərtləri ilə yana şı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.
18. Kollegiya işin müəyyən olunan faktiki hallarını qanunvericilik aktı normaları və Konstitusiya Məhkəməsi Plenumunun Qərarında formalaşan hüquqi mövqe baxımından təhlil edərək belə nəticəyə gəlmişdir ki,İddiaçı tərəfindən satılan avtomobilin Cavabdeh1 adına rəsmiləşdirilməsinə baxmayaraq avtomobilin alıcısı qismində fakt iki olaraq Cavabdeh2 çıxış etmişdir. Çünki subyekt baxımından müqavilədə göstərilən alıcı əsl alıcı olmamış, pul ödənişi icra edilməmiş, pul məbləği “kağız üzərində” Cavabdeh1 tərəfindən ödənilmiş olaraq göstərilmişdir. Bu hal həm də tərəflərin özlərinin izahatları, həm də avtomobilin alğı-satqısından sonra Cavabdeh1 tərəfindən Cavabdeh2 həmin avtomobili idarə etmək üçün etibarnamə verilməsi və hazırda da həmin avtomobilin etibarnamə əsasında Cavabdeh2 istifadəsində olması ilə öz təsdiqini tapır. Odur ki, İddiaçı ilə Cavabdeh1 Ələdin qızı arasında bağlanan əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. İş üzrə birinci instansiya məhkəməsi işə formal yanaşaraq yalnız müqavilədəki "pul alınıb" qeydinə istinad etmiş, lakin tərəflərin faktiki münasibətləri, iradə ifadələrini və işdə olan sübutları nəz ərə almamışdır.
19. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, yalan əqdin bağlanmasında iştirak edən subyektlərin, yəni satıcı olaraq İddiaçı və alıcı Cavabdeh2 həqiqi iradə ifadələri əsas götürülməklə mübahisəyə hüquqi qiymət verilməlidir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı halda faktiki alğı-satqı münasibətləri İddiaçılə Cavabdeh2 arasında baş tutduğundan tərəflərin üzərlərinə düşən öhdəlikləri yerinə yetirib-yetirməməsi aydınlaşdırılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı X15 ilə Cavabdeh2 arasında İddiaçı mülkiyyətində olmuş “X22 817 yük” markalı **RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısı barədə razılaşma olmuş və iddiaçı qeyd olunan avtomobili 23000 manat müqabilində cavabdehə satmışdır. Hazırda iddiaçı cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməyərək ona ödənilməli olan 23000 manat pulu qaytamadığını bildirir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, MPM-in 14.2 və 77.1ci maddələrinin mənasına görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin müzakirə edilən məsələyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə avtomobilə görə ödənilməli olan 23000 manat pulun qaytarılmasını sübutetmə yükü Cavabdeh2 üzərinə düşür. Cavabdeh isə bu halları nəinki məhkəmədə sübuta yetirə bilməmiş, əksinə, həm polis şöbəsində aparılan araşdırma zamanı, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zaman ı bir-birinə zidd olan mövqe sərgiləyərək avtomobilə görə ödənilməli olan 23000 manat pulu iddiaçıya ödəməməsi barədə məhkəmə kollegiyasında qəti inam formalaşdırmışdır.
21. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı polis leytenantı X11 17 yanvar 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı ərizə ilə müraciət edərək ona məxsus avtomobili 23000 manat müqabilində Cavabdeh2 Yusif oğluna satdığını, lakin sonuncunun avtomobilə görə ödəməli olduğu 23000 manat pulu ödəməyərək onu aldatğını bildirmiş və Cavabdeh2 cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Həmin müraciətlə əlaqədar aparılan araşdırma zamanı avtomobilin pulunu ödəməsini, avtomobilə görə qalan 12000 manat pulu isə izahatı alınan tarixdən təxminən 10 gün əvvəl ödədiyini bildirmişdir.
22. Bundan başqa, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı Cavabdeh2 tamamilə fərqli mövqe sərgiləyərək “X22 817 yük” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olduğunu, həmin avtomobili Anar adlı şəxsdən aldığını, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olması səbəbindən avtomobili öz adına rəsmiləşdirə bilmədiyini, avtomobilin formal olaraq İddiaçı adına rəsmiləşdirildiyini, lakin İddiaçı qeyd edilən avtomobili Cavabdeh1 satıb 22000 manat pulu Cavabdeh1 alsa da, həmin məbləği ona təqdim etmədiyini və ona görə də İddiaçı qarşı “pul” tələbinə dair iddia tələbi ilə müvafiq məhkəməyə müraciət etmək niyyətində olduğunu bildirmişdir.
23. Bundan başqa, 04 iyun 2025-ci il tarixli apellyasi ya baxışında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 izahatında Cavabdeh2 birinci instansiya məhkəməsində verdiyi izahatının düzgün olmadığını, nümayəndəsi olduğu şəxsin ona bildirməsinə əsasən avtomobilin, həqiqətən də, İddiaçı məxsus olmasını, cavabdehin həmin həmin avtomobili 23000 manat müqabilində İddiaçı alıb tanışı Cavabdeh1 adına qeydiyyata salmasını, avtomobilə görə ödənilməli olan 23000 manat pulun tam şəkildə iddiaçıya verilməsini göstərmişdir.
24. Bundan başqa, 02 iyul 2025-ci il tarixli apellyasiya baxışında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 izahatında yenidən fərqli mövqe sərgiləyərək nümayəndəsi olduğu şəxsin ona bildirməsinə əsasən avtomobilin, həqiqətən də, İddiaçı məxsus olmasını, cavabdehin həmin həmin avtomobili 23000 manat müqabilində İddiaçı deyil, Cavabdeh1 almas ını və avtomobilə görə ödənilməli olan 23000 manat pulun tam şəkildə Cavabdeh1 verilməsini göstərmişdir.
25. Odur ki, məhkəmə kollegiyası cavabdehin iddia ilə bağlı etmiş olduğu etirazını tələbdən yayınmaq üçün özünü müdafiə halı kimi qiymətləndirmişdir. Cavabdeh2 tərəfindən məhkəməyə avtomobilin pulunun ödənilməsinə dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh2 tərəfindən öhdəlik icra olunmadığından iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməlidir.
26. Digər Cavabdeh1 münasibətdə isə qeyd edilməlidir ki, müqavilədə alıcı kimi göstərilən Cavabdeh1 ilə iddiaçı arasında real alqı-satqı münasibətləri mövcud olmamış, avtomobil onun adına formal şəkildə, digər Cavabdeh2 istəyi ilə keçirilmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh1 münasibətdə rədd et məkdə mahiyyətcə haqlı olmuşdur.
27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 334.1, 337.1, 337.2, 337.4, 340.2, 385.1, 386.1, 390, 425.1, 442, 567, 1091.1, 1091.2, 1092.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 217.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh2 (Vəkil3) kassasiy a şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-889/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, İddiaçı “X22 817 yük” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 satmış, 22000 manat pul alıcı tərəfindən ona ödənilmiş və tərəflər müqaviləni öz imzaları ilə təsdiq etmişlər. Bununla yanaşı İddiaçı müqaviləni bağlayarkən iradə ifadəsinin zədələnməsi barəsində hər hansı bir formada nə müqavilə bağlanarkən nə də məhkəmə icraatları zamanı etirazını bildirməmişdir. Alqı-satqı müqaviləsində alıcı tərəfindən 22000 manat pul vəsaitinin ödənilməsi barədə qeydin olmasına baxmayaraq Şirvan Apellyasiya Məhkəməsinin mübahisə predmeti olan qətnaməsinin 10-cu səhifəsində qeyd olunur ki, “pul ödənişi icra edilməmişdir”. Apellyasiya instansiyası məhkəməsi bu mövqeyə gələrkən ona əsaslanmışdır ki, “subyekt baxımından müqavilədə göstərilən alıcı əsl alıcı olmamış, pul məbləği kağız üzərində Cavabdeh1 tərəfindən ödənilmiş olaraq göstərilmişdir”
30. Cavabdeh2 Binəqədi RPİ-də izahat verən zaman 23000 manat məbləğində pul vəsaitini İddiaçı ödədiyini bildirsədə, o əslində həmin pulu İddiaçı deyil Cavabdeh1 ödəmişdir. Çünki Cavabdeh2 avtomobili İddiaçı deyil Cavabdeh1 almışdır. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi İddiaçı tərəfindən satılan avtomobilin Cavabdeh1 adına rəsmiləşdirilməsinə baxmayaraq avtomobilin alıcısı qismin də Cavabdeh2 çıxış etdiyini bildirərək yalan əqdin bağlanmasında iştirak edən subyektlərin, yəni satıcı olaraq İddiaçı və alıcı olaraq Cavabdeh2 iradə ifadələrini əsas götürməklə mübahisəyə hüquqi qiymət vermişdir. İlk öncə bildiririk ki, “yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir”. Apellyasiya instansiyası məhkəməsinin alqı-satqı müqaviləsini “yalan əqd” olaraq qiymətləndirməsi onu deməyə əsas verir ki, həm İddiaçı, həm də Cavabdeh2 vahid mövqe sərgiləyərək əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələmişlər. Çünki yalan əqd, tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Əks yanaşma, yəni tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yuxarıda qeyd olunanlar bizə onu deməyə əsas verir ki, apellyasiya instansiya məhkəməsi alqı-satqı müqaviləsini “yalan əqd” olaraq qiymətləndirərək maddi hüquq normasını düzgün tətbiq etməmiş, yəni hüququn tətbiqində səhvə yol vermişdir. Bundan başqa sözügedən məhkəmə avtomobilin alqı-satqısından sonra Cavabdeh1 tərəfindən Cavabdeh2 həmin avtomobili idarə etmək üçün etibarnamə verilməsini və hazırda da həmin avtomobilin etibarnamə əsasında Cavabdeh2 istifadəsində olmasını yalan əqdin əsasında dayanan xüsusat olaraq qeyd etmişdir. Bununla bağlı bildirirlər ki, mülkiyyətçi öz mülkiyyətində olan əmlakla bağlı sərəncam verməkdə sərbəstdir. Əks yanaşma, yəni mülkiyyətin konkret şəxslər ba rəsində özgəninkiləşdirilməsi mülkiyyətçinin hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh1 tərəfindən avtomobilin Cavabdeh2 barəsində özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlərində qanunvericiliyin pozulması halı mövcud deyildir. Qeyd olunan qanunvericilik normalarının işığında məhkəmənin gəldiyi nəticəni tədqiq etdikdə məlum olur ki, apellyasiya instansiya məhkəməsinin əsas gətirdiyi hallar alqı-satqı müqaviləsini “yalan əqd” olaraq adlandırmaq üçün yetərli deyildir. İşə baxan Apellyasiya instansiya məhkəməsinin mövqeyini əsas götürüb hesab edək ki, müqavilə tərəfləri olaraq İddiaçı və Cavabdeh2 çıxış edirlər. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı ilə Cavabdeh2 arasında münasibətlər müqavilə bağlanan ana qədər ürəkaçan olmamışdır. Belə olan halda İddiaçı ilkin olara q heç bir məbləğ ödənilmədən Cavabdeh2 avtomobil satması ağlabatan mühakimə hesab oluna bilməz. İşə baxan Apellyasiya instansiya məhkəməsi işin həlli üçün mühüm əhəmiyyət kəsb edən bu halları araşdırmamış və nəticədə haqlı mövqe sərgiləməmişdir.
31. İşdə olan alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, İddiaçı “X22 817 yük” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 satmış, 22000 manat pul alıcı tərəfindən ona ödənilmiş, bu barədə alqı-satqı müqaviləsində qeyd aparılmış və tərəflər müqaviləni öz imzaları ilə təsdiq etmişlər. Hazırda iddiaçı 22000 manat məbləğində pul vəsaitinin ona ödənilmədiyini bildirsədə bu halı hər hansı formada sübut edə bilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin mübahisə predmeti olan qətnaməsinin 11-ci səhifəsinin 2-ci abzasında qeyd ol unur ki, “hazırki iş üzrə avtomobilə görə ödənilməli olan 23000 manat pulun qaytarılmasını sübutetmə yükü Cavabdeh2 üzərinə düşür”. Qanun norması əsasında məhəkəmənin qeyd olunan hüquqi mövqeyini təhlil etdikdə məlum olur ki, apellyasiya instansiya məhkəməsi prosessual qanunvericilik normasını kobud şəkildə pozmuşdur.
32. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-889/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin nəticəsi mötəbər sübutlara əsaslanmır. Apellyasiya instansiyası məhkəməsi alqı-satqı müqaviləsində qeyd olunan xüsusatları kənara qoymuş və izahatlar əsasında yekun nəticəyə gəlmişdir. Təkcə bu yanaşma Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Qətnaməsinin əsassız olduğunu düşünməyə əsas verir.
33. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Resp ublikasının Mülki Məcəlləsinin 337.5, 340.2, 389.2, 390.1 və 390.3-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr 4 saylı qərarına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. İddiaçının vəkili Vəkil1 kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin rədd edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasını n Mülki Məcəlləsi
35. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
36. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
37. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
38. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
39. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
40. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
41. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
42. Maddə 340.2 Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
43. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
44. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır
45. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
46. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
47. Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq nor malarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız Cavabdeh2 tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı iddianın Cavabdeh2 qarşı təmin edilə n hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı halda faktiki alğısatqı münasibətləri İddiaçılə Cavabdeh2 arasında baş tutduğundan tərəflərin üzərlərinə düşən öhdəlikləri yerinə yetirib-yetirməməsi aydınlaşdırılmalıdır. İşin hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh2 arasında İddiaçı mülkiyyətində olmuş “X22 817 yük” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısı barədə razılaşma olmuş və iddiaçı qeyd olunan avtomobili 23000 manat müqabilində cavabdehə satmışdır. Cavabdeh2 tərəfindən məhkəməyə avtomobilin pulunun ödənilməsinə dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh2 tərəfindən öhdəlik icra olunmadığından iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməlidir.
62. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətindəki hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və mə hkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
63. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas təşkil etmir.
64. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın Cavabdeh2 qarşı təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
65. Göstərilənlərə əsasən və Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-889/2025 nömrəli, 2 iyul 2025-ci il tarixli qətnaməsi iddianın Cavabdeh2 qarşı təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.