Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-314/2020 06.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “daşınmaz əmlakın üzərinə qoyulmuş qanunsuz məhdudiyyətin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(103)-11041/2019 saylı qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Suraxanı Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(010)-3784/2019 saylı qərardadı ilə (hakim T.N.Məmmədov) ərizənin icraata qəbul edilməsindən imtina edilməsi və ərizəyə əlavə edilmiş sənədlərin İddiaçı qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(103)-11041/2019 saylı qərardadı ilə (hakimlər Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və R.Ə.Eyvazov), İddiaçı şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3784/2019 nömrəli, 20 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı apellyasiya instansiyası məhkəməsinin həmin qərardadından kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 okt yabr 2019-cu il tarixli, 2(103)-11041/2019 saylı qərardadı ilə (hakimlər Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), E.Y.Şamayev və M.A.Məmmədov), Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(103)11041/2019 saylı qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İşin halları: İddiaçı, ona məxsus ünvan 1 ünvanında 0,05762 ha torpaq sahəsində yerləşən 1002,7 kv.m. qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi və həmin daşınmaz əmlakdan onun tərəfindən sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə q ərardadından narazı qalaraq İddiaçı həmin qərardaddan Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qərardadının ləğv edilib sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qərardadı qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı nümayəndələri X4 və X3 vəkilsiz iştrak etdiklərinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67ci ma ddəsinin tələbinə əsasən onların izahatı dinlənilməmişdir. İddiaçı vəkili X7 teleqramla müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və üçüncü şəxs Bakı şəhəri Suraxanı rayonu İcra və Probasiya Şöbəsinin nümayəndələri heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kass asiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericilikdə iddia ərizəsinin geri qaytarılması barədə qərardadlardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(103)-11041/2019 saylı qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, qeyd olunan prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin 22 oktyabr 2019- cu il tarixli, 2(103)-11041/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-314/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-314/2020
06.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver