Məhkəmə qərarları › İş №2(102)-3142/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3142/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3142/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 Cavabdeh Mənzin Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh-ya qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2354/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 18 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasın da baxaraq aşağıdakıları müəyyən etdi; İşin halları: 1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (kreditor) ilə İddiaçı (borcalan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 067-19/İ nömrəli “Kredit müqaviləsi”nə əsasən kreditor borcalana 75400 manat məbləğində illik 4 faiz dərəcəsi ilə 360 ay müddətinə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın alınması üçün ipoteka krediti vermişdir.

2. İddiaçı (alıcı – ipoteka qoyuna) ilə "xxxx" ASC (ipoteka saxlayan) və Cavabdeh (satıcı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 067-19/İ nörməli “İlkin bazardan alqı-satqı və ipoteka” müqaviləsinə əsasən satıcı ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 79,88 kvadrat metr olan 2 otaqlı mənzili alıcı – ipoteka qoyanın mülkiyyətinə verir. Mənzilin dəyərinin 18859 manat məbləğində olan hissəsini alıcı-i poteka qoyanın özü, 75400 manat məbləğində olan hissəsini kreditor – ipoteka saxlayan tərəfindən alıcı – ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. 3. ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmiş və mənzilin ümumi sahəsi 65,90 kvadrat metr qeyd edilməklə ona bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh-ya qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan mənzil üçün artıq alınan 16494,4 manat məbləğində pulun, əldən çıxmış faydaya görə 2144,27 manat pul vəsaitinin, mənəvi zərərə görə 3000 manatın və ödənilm iş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC və Cavabdeh aralarında xx.xx.2019-cu il tarixində 067-19/İ nörməli üçtərəfli “İlkin bazardan alqı-satqı və ipoteka” müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, Cavabdeh (satıcı) inşa etdiyi ünvan 1 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 79,88 kvadratmetr olan 94259 manat dəyərində mənzili onun mülkiyyətinə verməli, qarşılığında isə həmin mənzilin dəyərinin 18859 manat məbləğində hissəsi onun tərəfindən, qalan 75400 manat məbləğində hissəsi isə "xxxx" ASC (kreditor – ipoteka saxlayan) ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 067-19/İ nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC (k reditor – ipoteka saxlayan) tərəfindən ona ayrılmış 360 ay müddətinə illik 4 faiz olmaqla kredit hesabına satıcıya ödənilməli və qarşılığında həmin əmlak ipoteka ilə yüklü edilməli idi. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mənzilin pay dəyəri tam ödənilmişdir. Tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmiş və kredit ödənilməkdədir. Lakin bu yaxınlarda mənzilə çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdehə tam ödəniş edilməsinə baxmayaraq öhdəliyə uyğun olaraq mənzil ona 65,90 kvadrat metr ölçüdə təhvil verilmişdir. Belə ki, müqavilə şərtlərinə uyğun olaraq yaşadığı mənzilin sahəsi 79,88 kvadratmetr deyil, 65,80 kvadratmetrdir. Yəni mövcud olmayan 13,98 kvadratmetr mənzil sahəsi üçün ondan 16494,4 manat pul vəsaiti artıq alınmışdır. Bununla da ona əhəmiyyətli dərəcə də zərər vurulmuşdur. Aldığı mənzilin müqavilə üzrə bir kvadrat metri təxminən 1180 manat edir. Həmçinin, həmin pul vəsaitini 30 illik kredit vasitəsilə aldığı hesab edilsə, ona dəymiş ziyanın daha da artacağı istisna deyildir. Halbuki, həmin müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən mənzil 2 otaqdan ibarət olmaqla, mənzilin ümumi sahəsi 79,88 kvadratmetr göstərilmişdir. Göründüyü kimi, cavabdeh müqavilənin 1.2-ci bəndini kobud şəkildə pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzil təhvil vermişdir. Yəni, cavabdeh müqavilə öhdəliklərinə tam əməl etməmiş və nəticədə onun hüquqlarını pozmuş, olmayan ölçüyə görə ondan artıq pul vəsaiti alınmış, ona mənəvi və maddi ziyan vurmuşdur.

6. İşə baxılarkən xx.xx.2021-ci il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertiza sı təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6423 saylı rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52 ünvanda yerləşən “Xətai Park” Yaşayış Kompleksinin B blokunun 19-cu mərtəbəsində yerləşən 2 saylı mənzilin xarici parametrləri (çöldən-çölə) üzrə sahəsinin 79,88 kvadrat metr olduğu müəyyən edilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının xx.xx.2012-ci il tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52 ünvanda yerləşən “Xətai Park” Yaşayış Kompleksinin B blokun un 19-cu mərtəbəsində yerləşən 2 saylı mənzilin ümumi sahəsi 65,9 kvadrat metr olduğu müəyyən edilmişdir. ünvan 4 ünvanda yerləşən “Xətai Park” Yaşayış Kompleksinin B blokunun 19-cu mərtəbəsində yerləşən 2 saylı mənzilə dair bağlanmış (79,88 kvadrat metr) sahə ilə mənzilin faktiki sahəsi (içdən-içə hesablanaraq arakəsmələr, həmçinin eyvan və sanitar qovşaqlarda daxil olmaqla) arasında fərq olduğu və həmin fərqin 13,98 kvadrat metr təşkil etdiyi müəyyən edilmişdir.

7. Müvafiq rəylə mübahisəli mənzilin ümumi sahəsi hesablanarkən tikintialtı sahələr nəzərə alınmadığından məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixli qərardadla iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5650 saylı rəyinə əsasən İddiaçı Firuddu n oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52 ünvanında “Xətai Park” Yaşayış Kompleksinin B blokunun 19-cu mərtəbəsində yerləşən 2 nömrəli mənzilin faktiki ümumi sahəsinin 79,88 kvadrat metr, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının xx.xx.2012ci il tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla isə sahəsinin 66,9 kvadrat metr olması müəyyən edilmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Toğrul Axundov) xx.xx.2022-ci il tarixli, 2(004)-288/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh-ya qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddianın rədd edilməsi, iş üzrə məhkəmə məsrəfi ol an 100 manat ekspertiza xərcinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfin müqavilə şərtlərinə əsasən məhz ümumi sahəsi 79,88 kvadrat metr olan mənzili tikərək iddiaçıya təhvil verməyi öz öhdəsinə götürməsi, mənzilin ümumi sahəsinin, həm də mənzilin daxili arakəsmələrinin və digər tikililərinin aparıldığı (eləcə də, saxtaların mənzilin daxili sahəsinə düşən divarlarının hörgü altı sahələri) tikintialtı sahalərini də əhatə etməsi, eləcə də mənzilin ümumi sahəsinin 79,88 kvadrat metr olması mübahisəsiz olaraq iş materilları ilə müəyyən olunmuşdur.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 404.1, 404.2, 425.1, 752.1, 773, 775 və 762.2-ci maddələrinə, “Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununun 5-ci bəndinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.3, 103.1, 103.2, 119.1, 206.1 və 217.4cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli, 4 nömrəli Qərarının 3.3-cü bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müqaviləyə podrat müqavilə kimi hüquqi qiymət vermiş, lakin istinad etdiyi halı əsaslandırmamışdır. Podrat müqaviləsi o halda hesab oluna bilərdi ki, tərəfindən podratçıya müqavilədə nəzərdə tutulan iş sifariş olunsun və həmin sifarişi podratçı öz öhdəsinə götürsün, o, isə qarşılığında sifarişçi kimi podratçıya razılaşdırılmış muzd ödəməyi həyata keçirsin. Halbuki, cavabdehlə arasında hazır mənzilin alqı-satqısı və eyni zamamanda ipotekası həyata keçirilmişdir. Mənzil tikilərkən, arakəsmələr həyata keçirilərkən onunla cavabdeh arasında hər hansı bir razılaşdırılma işləri aparılmamış, bu barədə müqavilə olmamışdır. Bundan əlavə, məhkəmə digər maddi və prosessual hüquq normaların tədbiqində də səhvə yol vermişdir. Belə ki, məhkəmə qanunvericilikdə nəzərdə tutulan və cavabdehlə bağladığı xx.x x.2019-ci il tarixli “İlkin bazardan alqı-satqı və ipoteka” müqaviləsində göstərilmiş “ümumi sahə” anlayışını səhv təhrif etmiş, həmin anlayışa qanunvericilikdə birmənalı olaraq şərh verilməsinə baxmayaraq, fərqli formada, yəni “faktiki ümumi sahə” anlayışı altında hüquqi qiymət vermiş, mənzilin ümumi sahəsinin hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli arayışda və müqavilədə 79,88 kvadrat metr nəzərdə tutulmasına məhəl qoymamış, həmin sahəyə “faktiki ümumi sahə” adı qoymuşdur. Bu isə özözlüyündə ədalətsizlikdir və qəbuledilməzdir. Bundan əlavə, məhkəmə mənzilin yaşayış sahəsinin 41,41 kvadrat metr olmasını göstərsə də, mənzilin texniki pasportuna nəzər yetirildikdə, mənzildə hal-hazırda yaşayış sahə sinin 36 kvadrat metr olduğu müəyyən olunmaqdadır. Lakin, məhkəmə qeyd edilən halları nəzərə almamış, ümumilikdə araşdırmamışdır. Həmçinin, məhkəmə ekspertiza rəylərinə düzgün hüquqi qiymət verməmiş, təkrar ekspertiza nəticəsində təqdim edilmiş əsassız və uydurma olan xx.xx.2022-ci il tarixli ekspert rəyinə istinad etmiş, ümumilikdə mənzilin ümumi sahəsinin hesablanması qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Əgər məhkəmə işi obyektiv araşdırsaydı, müəyyən edərdi ki, ümumilikdə mənzil satılarkən o, aldadılmışdır və ona 65,90 kvadrat metr sahəli mənzil 79,88 kvadrat metr adı altında satılmış və ona maddi və mənəzi ziyan yetirilmişdir. O, hal-hazırda ipoteka ilə mənzilə dair ödənişlərini gecikdirmədən edir və mövcud olmayan sahəyə münasibətdə hər ay borc üzrə ödənişlər və faizlər ödəmək məcburiyyətində qalır. Bundan başqa, əgər mənzilinin planına nəzər yetirilsə, mənzildə üç şaxtanın olduğu müəyyən edilir. Cavabdeh iddia edir ki, onlar mənzili satarkən qapıdan içəri olan bütün sahənin satışını həyata keçirirlər. Onda belə çıxır ki, müştəri mənzili alarkən mənzilin daxili arakəsmələrinə, tikintialtı sahələrinə və hətta şaxtalarına görə əlavə pul vəsaiti ödəməlidir. Onu cavabdeh tərəf əmin etmişdir ki, 79,88 kvadrat metr ümumi sahəsi olan mənzil satılır. Həmçinin, tərəfindən iddia tələbinin həcminin artırılmasına dair ərizə verilsə də, məhkəmə ərizəsini təmin etməmiş, bununla da prosessual pozuntuya yol vermişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2354/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Məhəmməd Rüstəmli (sədr lik edən və məruzəçi), Vahid Sadıqov və Akif İsgəndərov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)288/2022 saylı qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh-dan 14254,4 manat məbləğində vəsaitin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh-dan İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumlarının yarısının – 22,5 manat məbləğində vəsaitin tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 manat məbləğində vəsaitin Cavabdeh-dən tutularaq X1 hesabına köçürülməsi qət edilmişdir.

14. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, tərəflər arasında tikintisi başa çatmış və dövlət reyestrind ə qeydə alınmış mənzilin alqı-satqısına dair müqavilənin bağlanmasına baxmayaraq, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə podrat müqaviləsindən irəli gələn münasibətlər kimi hüquqi qiymət vermiş, bununla da maddi hüquq normalarının tədbiqində səhvə yol vermişdir. Bundan başqa, iddia ərizəsində iddiaçının əldən çıxmış faydaya görə və mənəvi zərərə görə pul tələbi olmasına baxmayaraq, birinci instansiya məhkəməsi bu tələblərə öz qətnaməsində hüquqi qiymət verməmiş, bununla da bununla prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bu hallar isə mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslardan biridir.

15. Kollegiya qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə mənzilin ü mumi sahəsi 79,88 kvadrat metr, iddiaçıya verilmiş dövlət reyestrindən çıxarışda isə 65,90 kvadrat metr göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iki dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, birinci ekspert rəyinə əsasən mənzilin ümumi sahəsi 65,9 kvadrat metr müəyyən edilmiş, ikinci ekspert rəyinə əsasən isə 66,9 kvadrat metr müəyyən edilmişdir.

16. Məhkəmə kollegiyası hər iki ekspert rəylərini nəzərdə keçirərək hesab etmişdir ki, birinci ekspert rəyi iş üzrə digər sübutlara yanaşı tədqiq edilməli və qiymət verilməlidir. Belə ki, ikinci ekspert rəyi yanlışlıqlara yol verilməklə tərtib edilmiş, rəyin əsaslandırıcı hissəsində göstərilmiş mənzilin hissələrinin ayrı-ayrılıqda sahələrinin cəmi 66,5 kvadrat metr (31,8+4,2+14+14,4+2,1) təşkil etdiyinə baxmayaraq, ha belə mənzilin daxili arakəsmələr, şaxta və xarici divarlar nəzərə alınmaqla ümumi sahəsi 79,12 kvadrat metr göstərilsə də, rəyin nəticə hissəsində mənzilin ümumi sahəsi 66,9 kvadrat metr, faktiki ümumi sahə isə 79,88 kvadrat metr qeyd edilmişdir. Birinci ekspert rəyi ilə mənzildə olan tikililərin ayrı-ayrılıqda sahələri belədir: 1 saylı dəhliz tikilisinin sahəsi 9,4 kvadrat metr, 2 saylı mətbəx tikilisinin sahəsi – 14 kvadrat metr, 3 saylı yaşayış otağı tikilisinin sahəsi – 21,6 kvadrat metr, 4 saylı yaşayış otağı tikilisinin sahəsi 14,4 kvadrat metr, 5 saylı sanitar-qovşağı tikilisinin sahəsi – 4,3 kvadrat metr, 5 saylı lociya tikilisinin sahəsi 2,2 kvadrat metr (4,1 x 0,5). Göründüyü kimi, ekspert rəyinə əsasən mənzilin ümumi sahəsi əmsalsız (lociya tikilisinin sahəsinə əmsal tədbiq ol unmadıqda) 67,8 kvadrat metr, lociya tikilisinin sahəsinə əmsal tədbiq olunmadıqda isə 65,9 kvadrat metr təşkil edir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yaşayış sahəsinin alınması ilə bağlı formalaşmış praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin ölçüsüdür. Müqavilədə yaşayış sahəsinin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Ona görə müqavilədəki qeyri-müəyyən hallar (sahənin qanunvericiliyin tələblərinə uyğun deyil, başqa qaydada hesablanması və s.) alıcının deyil, tikintini həyata keçirən və mənzil satışı ilə məşğul olan tərəfin ziyanına şərh edilməlidir. Tərəflər bağladıqları müqavilənin şə rtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir. Formalaşmış məhkəmə təcrübəsinə görə də, analoji işlərdə mənzilin ümumi sahəsi eyvan (lociya) sahələrinə əmsal tədbiq edilmədən, daxili sahələr isə divaraltı sahələr nəzərə alınmadan hesablanır.

18. Qeyd olunanlara əsasən kollegiya hesab etmişdir ki, iddia tələbi “mülkiyyətində olan mənzil üçün artıq alınan 16494,4 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması” hissəsində qismən əsaslıdır.

19. Kollegiya qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə mənzilin ümumi sahəsi 79,88 kvadrat metr olduğu halda, eks pert rəyinə əsasən mənzilin ümumi sahəsi əmsal tədbiq edilmədən 67,8 kvadrat metr olduğundan, iddiaçı tərəfindən artıq ödənilmiş məbləğ ona qaytarılmalıdır. Belə ki, müqaviləyə əsasən mənzilin qiyməti 94259 manat, ümumi sahəsi 79,88 kvadrat metr olduğu üçün, 1 kvadrat metrin dəyəri 1180 manat təşkil edir. Odur ki, 79,88 kvadrat metrdən 67,8 kvadrat metr çıxıldıqda, 12,08 kvadrat metr üçün ödənilmiş 14254,4 (12,08 x 1180) manat fərq məbləği cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır.

20. Kollegiya hesab etmişdir ki, iddiaçı tərəfindən əldən çıxmış fayda və mənəvi zərərlə bağlı məhkəməyə hər hansı sübutlar təqdim edilmədiyindən, iddiaçının bu tələbləri təmin edilməməlidir.

21. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı apellyasiya şikayətində iddia tələbinin həcminin artırılmasına dair ərizəsinin birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq qəbul edilməməsini bildirsə də, həmin ərizədən görünür ki, iddiaçı Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddianın əsasını və ya predmetini dəyişməmiş, başqa cavabdeh də cəlb edilməklə yeni iddia tələbləri irəli sürmüşdür.

22. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 448.1, 568.1, 577.1, 578.1, 1096.1 və 1096.2-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 53 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kol legiyasının 2(103)-2354/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, podrat müqaviləsinə görə podratçı olaraq "xxxx" MTK müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Apellyasiya Məhkəməsi isə bir tək Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsi müddəalarına, o cümlədən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının xx.xx.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının müddəalarına istinad edərək, iddiaçının pul tələbinə baxmış, cavabdehin po drat münasibətlərində mənzil sahəsinin təqdim edilməsi tam araşdırılmamışdır. Bu nöqteyinəzərdən cavabdeh "xxxx" MTK müqavilədə qeyd olunmuş 79,88 kvadrat metr mənzilin tam sahəsini hər hansı bir qüsur və irad olmadan iddiaçıya təhvil vermişdir. İddiaçı mənzilin tam sahəsini qəbul edərək muzdun dəyərini ödəmişdir. Bununla da podrat münasibətləri tam icra olunmuşdur. Əlavə məhkəmə ekspertizasının keçirilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıraraq müqavilə üzrə mənzilin tam sahəsinin 79,88 kvadrat metrə uyğun faktiki tikintialtı sahə olaraq, iddiaçıya podrat münasibətlərində təhvil verildiyi məhkəmələrə məlum olduğu üçün cavabdeh "xxxx" MTK-nın xeyrinə müvafiq qətnamələr daha öncə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçı kassasiya şikayətinə etiraz edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2354/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

26. Etiraz apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şə raitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hal lar üçün cavabdehdir.

32. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

33. Maddə 577.1. Alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər.

34. Maddə 578.1. Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikin ti Məcəlləsi:

35. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.

36. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qə rəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

50. Nəzərə alınmalıdır ki, Şəhərsalma və Tikinti Məcəlləsinin təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etməkdən ibarətdir. Buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyə n etdiyi qaydalar da məhz yuxarıda istinad olunan məqsədlərə nail olunmasına xidmət edir.

51. Qeyd olunan tənzimləmənin fiziki və hüquqi şəxslər arasında bağlanmış podrat, icarə və alqı-satqı münasibətlərinə eyni qaydada tətbiq edilməsi mülki qanunvericiliyin müqavilə hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilələr azadlığı prinsiplərinin pozulmasına səbəb ola bilər.

52. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq cavabdehin müqavilədə nəzərdə tutulmuş ölçüdə mənzil vermək öhdəliyini lazımınca yerinə yetiribyetirmədiyinə qiymət vermək üçün ekspertiza təyin edilmiş və ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilin faktiki ümumi, yaşayış və yardımçı sahələri müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının al tı nəzərə alınmadan 67,8 kv.m təşkil edir.

53. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə yaşayış sahəsinin alınması ilə bağlı formalaşmış praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin ölçüsüdür. Müqavilədə yaşayış sahəsinin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Ona görə müqavilədəki qeyri-müəyyən hallar (sahənin qanunvericiliyin tələblərinə uyğun deyil, başqa qaydada hesablanması və s.) alıcının deyil, tikintini həyata keçirən və mənzil satışı ilə məşğul olan tərəfin ziyanına şərh edilməlidir. Tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir. Formalaşmış məhkəmə təcrübəsinə görə də, analoji işlərdə mənzilin ümumi sahəsi eyvan (lociya) sahələrinə əmsal tədbiq edilmədən, daxili sahələr isə divaraltı sahələr nəzərə alınmadan hesablanır.

54. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2354/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar