Məhkəmə qərarları › İş №2(102)-3145/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3145/2023

20.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3145/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (üçüncü şəxslər X8, X16, X17, X13) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyətin bölünməsi; ər-arvad arasında əmlakın bölünməsi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlakın ümumi birgə əmlak hesab edilməsi, əmlak payının müəyyən edilməsi və cavabdehlə bərabər istifadəsinə verilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-257/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsind ən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 21 mart 1989-cu ildə ölmüş X3 miras qalmış və onun vərəsələri X4, X9, X10, X6 və Cavabdeh adına paylı mülkiyyət hüququ ilə xx.xx.1990-cı ildə qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı Cavabdeh ilə xx.xx.2000-ci il tarixdə rəsmi nikaha daxil olmuş və yaşamaq üçün həmin evə köçmüşdür. Onların birgə nikahlarından xx.xx.2002-ci il tarixdə Abuzər, xx.xx.2003-cü il tarixdə Türkan adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur.

2. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107) -494/2017 nömrəli, 14 fevral 2017-ci il tarixli qərardadına əsasən Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsindən iddiaçı Cavabdeh nümayəndəsi X18 tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilmiş və iddiaçı Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 12 avqust 2020-ci il tarixli məktubda göstərilmişdir ki, Mingəçevir DTİ və MHQİ tərəfindən verilmiş xx.xx.1990cı il tarixli, 79A nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 fərdi yaşayış evi X4, X9, X6, Cavabdeh adlarına paylı mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Ərazi İdarəsinin elektron məlumat bazasına əsasən JN-571F nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də Mingəçevir şəhərində Cavabdeh ümumbirgə (10 nəfər) mülkiyyətində 0.10 hektar həyətyanı torpaq sahəsi qeyd edilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 10 sentyabr 2020-ci il tarixli məktubda göstərilmişdir ki, ünvan 1 fərdi yaşayış evi üzərində X4, X9, X10, X6, Cavabdeh paylı mülkiyyət hüququ Mingəçevir DTİ və MHQİ tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 79A nömrəli qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınmışdır. 5. “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 199 saylı qərarı ilə Mingəçevir şəhəri ərazisindən X4, Cavabdeh və digər ailə üzvlərinin mülkiyyətinə 0.10 hektar həyətyanı torpaq sahəsi verilmişdir.

6. ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********39 nömrəli məktubunda göstərilmişdir ki, Mingəçevir şəhər dövlət notariat kontorunun xx.xx.1990-cı il tarixli, 4c/1594 və xx.xx.1990-cı il tarixli, 4c/1595 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvan 1 fərdi yaşayış evi üzərində X4, X9, X10, X6, Cavabdeh paylı mülkiyyət hüququ Mingəçevir DTİ və MHQİ tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 79A nömrəli qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınmışdır. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində X9, X5, X14 ümumbirgə mülkiyyət hüququ xx.xx.2019-cu il tarixl i, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi üzərində X6 tam mülkiyyət hüququ xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X7 adına JN-571F şəhadətnamədən başqa qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə ünvan 4 ünvanında yerləşən torpaq sahəsində cavabdehlə birgə inşa etdikləri yaşayış evinin onların ümumi (birgə) əmlakı hesab edilməsi, 2003cü il tarixdə doğulmuş Türkan adlı azyaşlı uşağının mənafeyi nəzərə alınmaqla onun mübahisəli əmlakdan 2/3 hissədə əmlak payının müəyyən edilməsi, hə min əmlakın cavabdehlə bərabər Türkan adlı uşağı ilə birlikdə istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)–1549/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı əmlakın ümumi birgə əmlak hesab edilməsi, əmlak payının müəyyən edilməsi və cavabdehlə bərabər istifadəsinə verilməsi tələbinə dair mülki iş üzrə X8, X16, X17, X13 üçüncü şəxs qismində işə cəlb edilmişlər

9. Mülki işə məhkəmədə baxılarkən iddiaçının nümayəndəsi məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdehla birgə nikah müddətində birgə qazancları hesabına Mingəçevir şəhəri, Kür küçəsi 6 ünvanında yerləşən torpaq sahəsində inşa etdirdikləri 70 kv. metr sahədən ibarət bir mərtəbəli yaşayış evinin və 40 kv. metr sahədən ibarət yardımçı sahənin tikintisi və təmirinə çəkdikləri 40000 manat vəsaitin 2003-cü il tarixdə doğulmuş Türkan adlı azyaşlı uşağının onun yanında qalması səbəbilə mənafeyi nəzərə alınmaqla 2/3 hissəsinin, yəni 26600 manat vəsaitin Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2000-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişdir. O, Cavabdeh 1/5 hissədə paylı mülkiyyətində olan Mingəçevir şəhəri, Kür küçəsi 6 saylı evə gəlin köçmüşdür. Birgə nikahdan xx.xx.2002-ci il tarixdə Abuzər, xx.xx.2003-cü il tarixdə Türkan adlı uşaqları doğulmuşdur. Birgə nikah dövründə Cavabdeh paylı mülkiyyətində olan Mingəçevir şəhəri, Kür küçəsi 6 saylı evdə yaşamışlar. Belə ki, həmin dövrdə həyətdə böyük bir tö vlə, çardaq inşa etdirməklə yaşadıqları evi tam hazır vəziyyətə gətirməklə yaşayış sahəsini tam təmirli hala çatdırıb orada yaşamışlar. Sonradan qayınanası ilə ailədaxili münaqişələri olduğuna görə səhhətində yaranan xəstəliklə əlaqədar stressdən uzaq olmaq məqsədilə həmin evdən çıxmalı olmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və uşaqların saxlanması üçün hər ay hər uşağa görə 150 manat aliment qət edilmişdir. Sonradan öz aralarında barışdıqlarından, o, sosial müavinət düzəltmək məqsədilə alimentdən imtina etmişdir. Bu müddət ərzində cavabdeh Rusiya Federasiyasında işləmiş, könüllü onlara pul vəsaiti göndərmişdir. Həmçinin cavabdeh Rusiya Federasiyasından gəldikdən sonra ayrıca mənzil alacağı barədə ona vəd vermişdir. Lakin o, 2019cu ilin oktyabr ayında qayıtdıqdan sonra nəinki ayrı mənzil almış, hətta yaxın qohumu ilə evlənib onu birgə inşa etdirdikləri evə köçürmüşdür. Həmin vaxt aldadıldığını başa düşmüşdür. Cavabdeh onlara verdiyi vədi yerinə yetirməmişdir. Hazırda cavabdeh birgə inşa etdirdikləri evdə ailə qurduğu arvadı ilə birgə yaşasa da, onun zəhmətinin əvəzini ödəmək istəmir. Həmin evin və yardımçı sahənin tikintisinə, təmirinə 40000 manatdan artıq birgə qazandıqları vəsait xərcləmişlər. Cavabdeh isə onun zəhməti və qazancı hesabına inşa edilən evə tam yiyələnməklə sahiblənmişdir.

11. Cavabdeh iddianı qəbul etməyərək məhkəməyə iddiaya qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi 70 kv. metrdən ibarət olan 1 yaşayış otağı, 1 hamam, 1 mətbəx, ko ridor heç də əlavə olaraq tikilməmişdir. Əslində ümumi sahəsi 40 kv. metr olan həmin tikilinin yerində köhnə yaşadıqları evə bitişik mətbəx və eyvan olmuşdur. Həmin mətbəx sökülüb, bir metr uzadılıb, əvəzinə evə bitişik 1 yataq otağı, eyvanın yerində də evə bitişik olaraq 1 mətbəx, hamam inşa edilib və istifadəyə tam hazır olmayıb. Tikintidə həyətlərində olan atasından qalan tikinti materiallarından istifadə edilib, yalnız dam örtüyü və sementə pul xərclənib. İddiada bəhs edilən tövlə də eynilə yeni tikilməyib. Köhnə tövlənin yarısı sökülüb, qonşunun arakəsmə divarına bitişik yenidən inşa edilib. Tövlənin inşasında da atasından qalan tikinti materialları ilə birgə sökülən tövlənin materiallarından istifadə edilib. Tövlənin tikintisində də yalnız dam örtüyünə və daşların yarısına pul xərclə nib. Ayrıca hər iki tikilidə anası, qardaşları Məmmədov Azər, Məmmədov Azad və Məmmədov Rövşən həm maddi, həm də tikinti işlərində onlara kömək etmişlər. Çünki onun həmin tikililəri başa çatdırmaq üçün kifayət qədər vəsaiti olmamışdır. Anası və qardaşları da paylı mülkiyyətçilər kimi atasından qalmış miras əmlakın abadlaşmasında yaxından iştirak etmişlər. Tikinti zamanı iddiaçı anasıgildə qalırdı. Səbəb də iddiaçının onunla və anası ilə yola getməməsi olmuşdur. İddiaçı onların nikahı pozulmamışdan əvvəl, 2015-ci ildən evdən çıxıb getmişdir. 2016-cı ilin noyabr ayında rəsmi olaraq boşanmışlar. İddiaçı evdən gedəndə evin bütün əşyalarını, həyətdəki 50 ədəd toyuğu, həmçinin özü ilə pul da aparmışdır. Köhnə evləri qəza vəziyyətində olduğuna görə o, Rusiya Federasiyasında olanda qardaşları Azər və Rövşən Məmmədovlar tərəfindən köhnə evləri sökülüb, bəhs edilən tikiliyə bitişik yeni ev tikilib. xx.xx.2016-cı il tarixdə nikahları pozulmuşdur. Lakin İddiaçı nikah pozulduqdan 5 il 8 ay 21 gün sonra məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı 3 illik iddia müddətini də ötürmüşdür.

12. Üçüncü şəxs X16 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, mübahisəli ev 1961-ci ildə tikilib, mərhum atasından onlara miras qalmışdır. Həmin evin mətbəxini söküb otaq düzəltmiş, eyvanını da mətbəx düzəltmişlər. O, qardaşları ilə birgə yığışıb analarına kömək məqsədilə bunları etmişlər. Həmin tikilidə Şəlalə ilə Daşqının vəsaiti olmamışdır. Həmin vaxt Daşqının ailə problemləri yarandığı üçün çıxıb Rusiyaya getmişdir, anasına görə tikilini təmir etmişlər. Daşqın pulu ailəsinə göndərib, evin təmirində onların vəsaitindən istifadə olunmayıb. Onlar tövlənin şiferini yeniləmişlər, qonşu isə hasarını yeniləmişdir. Daşqın anasının yanında qalsa da, maddi imkanı olmadığından anasına görə o, digər qardaşları ilə birgə yığışıb, təmir işlərini görmüşdür

13. Üçüncü şəxs X8 iştirak etdiyi məhkəmə iclasında izahatında göstərmişdir ki, İddiaçı onun keçmiş gəlinidir. Mübahisəli ev mərhum ərindən ona və uşaqlarına miras qalmışdır. Şəlalə gələndə evin mətbəxi balaca idi. Köhnə mətbəxi söküb böyüdərək yeni otaq düzəltmiş və mətbəxin qabağındakı eyvanı isə mətbəx etmişlər. Bütün materiallar köhnə tikilidən sökülənlər olmuşdur. Hamam və ayaqyolunu özü düzəltdirmişdir. Həmin vaxt iddiaçı onunla küsülü olduğundan evdə qalmamış, ustalara özü qulluq etmişdir. İddiaçı evdə nə qədər cehiz əşyası var i disə, hamısını yığıb özü ilə aparmış, hətta ona məxsus əşyaları da aparmışdır. Həyətdə tikilmiş tövlə əvvəldən tikilmiş tövlə idi, qonşu tövlə tərəf hasarı özü hörmüş, uşaqların köməyi ilə ancaq şifer alıb, həmin tövləni yeniləmişlər. Daşqın boşanıb Rusiya Federasiyasına getdikdən sonra digər oğullarının köməyi ilə şəraiti tamamlamışlar. Çertyoju ustaya çəkdiriblər, döşəməni, şiferi uşaqları vurmuşdur. “Banu” verilişi onların evlərində çəkilmişdir, lakin nə zaman çəkildiyini xatırlamır.

14. Üçüncü şəxs X13 iştirak etdiyi məhkəmə iclasında izahatında göstərmişdir ki, mübahisəli ev 1961-ci ildə tikilib, mərhum atasından onlara miras qalmışdır. Həmin evin mətbəxini söküb otaq, eyvanını isə mətbəx etmişlər. Təmir-tikinti işlərini qardaşları ilə birgə analarına kömək məqsədilə etmişlər. Həmin t ikilidə Şəlalə ilə Daşqının vəsaiti olmamışdır. Çünki həmin vaxt Daşqın ailə problemləri yarandığı üçün çıxıb Rusiyaya getmişdir. Daşqın pulu ailəsinə göndərib, evin təmirində onların vəsaitindən istifadə olunmayıb. Tövlənin hasarını qonşu, şiferini isə onlar yeniləmişlər. Daşqın anasının yanında qalsa da, maddi imkanı olmadığından digər qardaşları yığışıb mübahisəli evin təmir işlərini görmüşlər.

15. Məhkəmə iclasında iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, iddiaçı bacısı qızıdır. Cavabdeh isə bacısı qızının keçmiş əridir. İddiaçı ailəsi ilə birlikdə qayınanasının yanında yaşayırdı. Təxminən 8-9 il əvvəl yaşadıqları evdə artırma işləri aparmışlar və usta kimi otağın astar üzlüyünü və mətbəxin kafelini o, vurmuşdur. Əlavə tikilmiş otağa yeni qapı qoyan Osman adlı usta olub və aynabəndin döşəməsini vuran ustanın isə adını bilmir. Təxminən həmin evdə 20 gün işləmişdir. Kafelin kvadratını 6 manata vurmuşdur. Həmin vaxt Şəlalə gördüyü iş üçün ona 750 manat pul vermişdir. Pulu ona hissə-hissə, 3-4 dəfə olmaqla Şəlalə verib. Təmir üçün materialları Daşqın və Şəlalə birlikdə almışlar. Daşqın dənizdə işləyirdi, arabir gəlirdi, Şəlalə həmin vaxt qayınanası və uşaqları ilə birlikdə yaşayırdılar. Tikinti və təmir işləri gedən zaman Daşqının qardaşlarından təkcə Rövşəni görmüşdür, 1-2 dəfə gəlibgetmişdir.

16. Məhkəmə iclasında iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, Daşqınla həmkəndlidir. Daşqının xahişi ilə yeni tikiliyə qaz çəkmişdir. Qaz çəkdiyi zaman köhnə xırda borulardan istifadə etmiş dir. İş üzrə göstərişi Daşqın verirdi, Daşqın işi gördürən zaman Şəlalə ilə məsləhətləşirdi. Şəlalə də ustalara çay-çörək verirdi. Həmin vaxt evdə başqa ustalar da olmuşdur. Daşqının qardaşlarını həmin vaxt orada görməmişdir. O həmin vaxt qaz turbalarını üstdən çəkmişdir. Sonradan montaj işlərini Mustafa adlı usta aparmışdır.

17. Məhkəmə iclasında iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Daşqınla həmkəndlidir, Şəlalə isə Daşqının keçmiş arvadıdır. Təxminən 6-7 il əvvəl mübahisəli evdə 20 kv. m. döşəməni işləmişdir. O həmin evdə döşəməni vuran zaman Daşqın, anası, arvadı və iki uşağı ilə birlikdə yaşayırdılar. Qardaşları isə arabir gəlib-gedirdilər. O, döşəməni vurmağa gəldiyi zaman artıq tikinti materialları alınmışdı. Gördüyü işin pulunu isə Daşqın vermişdir. Həmin evdə görəcəyi işlər barəsində Daşqın göstəriş vermişdir. Gördüyü iş üçün pulu 2 dəfəyə almış, bir dəfə Daşqın, ikinci dəfə isə Daşqın evdə olmadığına görə Şəlalə pulu vermişdir. Həmin vaxt mətbəx və yataq otağının döşəməsini vurmuş, belə ki, köhnə döşəmə sökülüb, yenisini vurmuşdur. Həmin işi 5-6 günə görmüş, başqa işi olduğu üçün gündə 3 saat, 5 saat və ya 8 saat işləmişdir. Mil vurulmuşdur, köhnə və ya yeni mil olmasını xatırlamır.

18. Məhkəmə iclasında iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Daşqınla həmkəndlidir. Daşqının xahişi ilə tövləyə 2 dəmir qapı düzəltmişdir. Həmin qapıları 6-7 il bundan əvvəl düzəltdiyi üçün hansı qiymətə razılaşdıqlarını xatırlamır. Qapını düzəltmək üçün materialı təzə alıb vermişlər, zəh mət haqqını Daşqın və Şəlalə vermişdir. Həmin vaxt tək işləmişdir, təmir işləri getdiyi üçün, Daşqının qonşuları və qardaşları gəlib-gedirdilər. Təmir işlərinin aparılmasında hamısı köməklik edib, Daşqın balıqda olan vaxtı da olmuşdur. Hamama su çəkmiş, yəni quraşdırma işləri görmüşdür. Daşqın onu çağırıb ki, bu işlər görüləsidir. Bir kəndçi kimi Daşqın, Gülyaz, Azər deyiblər ki, həyətdə bu kimi işlər görüləsidir, o da gəlib həmin işləri görüb pulunu almışdır. Gördüyü iş üçün Daşqının qardaşları ona pul verməmişdir.

19. Məhkəmə mülki iş üzrə tikinti-texniki ekspertiza təyin etmişdir.

20. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/1895 nömrəli rəyində göstərilir ki, Mingəçevir şəhəri, Kür küçəsi ev 6-da yerləşən bir mərtəbəli fərdi yaşayış evinin 20092016-cı illə r aralığında inşa edilmiş 1 yaşayış otağından, biri yaşayış otağına çevrilmiş 2 dəhlizdən, mətbəx və sanuzel qovşağından ibarət 70 kv. m. hissəsinin və mal tövləsi və çardaxdan ibarət 40 kv.m. yardımçı sahənin tikintisi və təmirinə, habelə həmin tikililərin özülünün tökülməsinə, bütövlükdə həmin sahələrin hazırkı vəziyyətə çatdırılmasına görə sərf edilmiş materiallara, zəhmət haqqı da daxil olmaqla yeni tikinti materialları daxil olmaqla aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 26351 manat məbləğində müəyyən olunmuşdur

21. Əlavə məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/7284 nömrəli rəyində göstərilir ki, Mingəçevir şəhəri, Kür küçəsi ev 6-da yerləşən bir mərtəbəli fərdi yaşayış evinin 2009-2016-cı illər aralığında i nşa edilmiş 1 yaşayış otağından, biri yaşayış otağına çevirilmiş 2 dəhlizdən, mətbəx və sanuzel qovşağından ibarət 70 kv. m. hissəsinin və mal tövləsi və çardaxdan ibarət 40 kv.m. yardımçı sahənin tikintisi və təmirinə, habelə həmin tikililərin özülünün tökülməsinə, bütövlükdə həmin sahələrin hazırkı vəziyyətə çatdırılmasına görə sərf edilmiş materiallara, zəhmət haqqı da daxil olmaqla yeni tikinti materialları daxil olmaqla aparılmış tikintitəmir işlərinin bazar qiymətlərinə uvğun olaraq ümumi dəyəri təqribən 18721,5 manat məbləğində müəyyən olunmuşdur.

22. Mingəçevir Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(051)-42/2022 nömrəli qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia qismən təmin olunmuş, Cavabdeh 1872,15 (bir min səkkiz yüz yetmiş iki manat on beş qəpik) manat məbləğində pulu n alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, Cavabdeh ekspertiza tədqiqatın dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

23. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/1895 nömrəli və xx.xx.2022-ci il tarixli, 10/7284 nömrəli ekspert rəylərini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, məhkəmə o nəticəyə gəlmişdir ki, xx.xx.2022ci il tarixli, 10/7284 nömrəli ekspert rəy i daha aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həm də təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəldiyindən, işin qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edilməli və nəzərə alınmalıdır.

24. Məhkəmə tərəflərin təqdim etdiyi, həmçinin işdə olan sübutların tədqiqi nəticəsində müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2000-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişdir. İddiaçı Cavabdeh 1/5 hissədə paylı mülkiyyətində olan Mingəçevir şəhəri, Kür küçəsi 6 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. Onların birgə nikahından xx.xx.2002-ci il tarixdə Abuzər, xx.xx.2003-cü il tarixdə Türkan adlı uşaqları doğulmuşdur. Birgə nikah dövründə iddiaçı uşaqları ilə birlikdə Cavabdeh və üçüncü şəxslərin paylı mülkiyyətində olan ünvan 1 evdə yaşamışdır. Həmin müddət ərzində mübahisəli evdə və yardımçı sahədə təmir-tikinti işləri aparılmışdır. Məhkəmə iclası zamanı bu faktın mövcudluğu tərəflərin izahatları ilə müəyyən edildiyindən, məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin təmir-tikinti işlərinin həyata keçirilməsi zamanı çəkilmiş xərclərin məbləği və kim tərəfindən qarşılanması barədə tərəflərin izahatları ziddiyyətli olmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclası zamanı verdiyi izahatında Cavabdehla birgə nikah müddətində Mingəçevir şəhəri, Kür küçəsi 6 ünvanında yerləşən torpaq sahəsində inşa etdirdikləri 70 kv. m. sahədən ibarət bir mərtəbəli yaşayış evinin və 40 kv. m. sahədən ibarət yardımçı sahənin tikintisinə və təmirinə xərclənmiş 40000 manat vəsaitin birgə qazandıqları vəsait hesabına çəkildiyini bildirmişdir. Cavabdeh tərəf isə qeyd edilən fərdi yaşayış evinin və yardımçı sahənin təmir-tikinti işlərinə çəkilən xərcin yalnız onun və qardaşları tərəfindən çəkildiyini, tikinti işləri aparılan zaman iddiaçının atası evində qaldığını bildirmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirmiş və tərəflərin təqdim etdikləri sübutlar, iş üzrə verilmiş izahatlar və şahid ifadələri əsasında araşdırmışdır.

25. Məhkəmə hesab etmişdir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə paylı mülkiyyətdə olan mübahisəli fərdi yaşayış evinin əsaslı təmir edilməsi, həmin təmir işlərinə çəkilən xərclərin yalnız iddiaçı ilə Cavabdeh birgə nikah dövründə qazandıqları vəsaitdən ibarət olması və yaxud digər paylı mülkiyyətçilərin d ə həmin əsaslı təmir-tikinti işlərinə vəsait qoyması, həmçinin görülmüş işlərə sərf olunmuş vəsaitin ümumi məbləği müəyyən edilməlidir.

26. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qeyd etmişdir ki, iddiaçı gəlin köçməmişdən əvvəl mübahisəli fərdi yaşayış evi üzərində cavabdehin və üçüncü şəxslərin paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı gəlin köçən vaxt mübahisəli fərdi yaşayış evi 1 otaqdan, ona bitişik mətbəx və eyvandan ibarət olmuşdur. Lakin sonradan evə artırılmalar edilmiş, köhnə mətbəx sökülüb, bir metr uzadılıb, əvəzinə evə bitişik 1 yataq otağı, eyvanın yerində də evə bitişik olaraq 1 mətbəx, hamam inşa edilmiş, həmçinin təmirtikinti zamanı yardımçı sahə olan köhnə tövlənin yarısı sökülmüş, qonşunun arakəsmə divarına bitişi k yenidən inşa edilmişdir. Nəticədə, həmin fərdi yaşayış evi 1 yaşayış otağından, biri yaşayış otağına çevirilmiş 2 dəhlizdən, mətbəx və sanuzel qovşağından ibarət 70 kv. m. hissədən, mal tövləsi və çardaqdan ibarət 40 kv.m. yardımçı sahədən ibarət olmuşdur. O cümlədən, həmin hissələrə elektrik və san-texnika xətləri quraşdırılmışdır. Bu işlərin görülməsinə ustalar cəlb edilmişdir.

27. Məhkəmə, həmçinin mübahisənin qanuni həll edilməsi üçün görülmüş təmir-tikinti işlərinə çəkilmiş xərclərin kimin (kimlərin) tərəfindən ödənildiyinin müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, təmir-tikinti işlərinin görülməsində tərəflərin bildirdikləri ziddiyyətli olmuşdur. Belə ki, iddiaçı tərəf yalnız Cavabdehla onun qazandığı vəsait hesabına aparıldığını, üçüncü şəxslər isə iddiaçı ilə cavabdehin vəsai tindən istifadə olunmadığını bildirmişlər. Cavabdeh isə bütün paylı mülkiyyətçilərin vəsaitlərindən və əl əməyindən istifadə olunduğunu göstərmişdir. İddiaçı tərəf öz tələbinin əsası kimi üçüncü şəxslərin hər birinin özlərinə məxsus evləri olduğuna və ayrı yaşadıqlarına, üçüncü şəxslər isə təmir işləri aparılan vaxt iddiaçı üçüncü şəxs Gülyaz Məmmədova ilə küsülü olduğuna görə mübahisəli evdə qalmamasına və təmirdə işləyən şəxslərə Gülyaz Məmmədovanın qulluq etməsinə istinad etmişdir. Cavabdeh isə dənizdə işlədiyinə və evdə olmadığına görə bütün işlərin görülməsində üçüncü şəxslərin iştirak etdiyini göstərmişdir. Bununla belə tərəflərin heç biri məhkəmə iclası zamanı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm m övcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilən sübutlarla sübut edə bilməmişlər. İddiaçı tərəfindən dindirilmiş şahidlər isə aparılmış təmir işlərinin cüzi bir hissəsi ilə bağlı iddiaçının bildirdiklərini təsdiq etmişlər. Bu hal isə məhkəmənin yekun və inamlı nəticəyə gəlməsi üçün kifayət etməmişdir. Belə olan halda məhkəmə mübahisəni işin müəyyən edilmiş hallarına uyğun olaraq həll edilməsi qənaətinə gəlmişdir. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına görə mübahisəli fərdi yaşayış evində təmirtikinti işləri 2009-2016-cı illər aralığında, yəni iddiaçı ilə cavabdeh birgə nikahda olan müddətdə aparılmışdır. Həmin təmir-tikinti işlərinə iddiaçı ilə cavabdehin birgə nikah dövründə qazandıqları vəsaitlə yanaşı, paylı mülkiyyətçilər də vəsait xərcləmişl ər. Hazırda heç bir tərəf kimin hansı məbləğdə vəsait xərcləməsini aydın və birmənalı şəkildə sübut edə bilmədiyindən, məhkəmə həmin vəsaitin tərəflərə münasibətdə bərabər məbləğdə bölünməsini işin həqiqi hallarına uyğun hesab etmişdir.

28. Məhkəmə, həmçinin təmir-tikinti işlərinə çəkilmiş xərclərin məbləği ilə bağlı qeyd etmişdir ki, iş üzrə təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən mübahisəli fərdi yaşayış evinin 2009-2016-cı illər aralığında təmir-tikinti işlərinə 18721,5 manat məbləğində vəsait xərcləndiyi müəyyən edilmişdir. Ekspert rəyi işdə olan digər sübutlarla təkzib edilmədiyindən, məhkəmə ekspert rəyini sübut növü kimi qəbul etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, mübahisəli fərdi yaşayış evi miras əmlak kimi cavabdehin və üçüncü şəxs lərin paylı mülkiyyətində olduğundan, birgə nikah dövründə əldə edilmiş əmlak deyildir. Bununla belə işin müəyyən olunmuş hallarına görə həmin fərdi yaşayış evinin təmir və tikinti işlərinə cavabdeh də iddiaçı ilə birgə nikahda olduğu vaxt, bir qazancları hesabına digər paylı mülkiyyətçilərlə bərabər məbləğdə vəsait xərcləmişdir. Cavabdehin xərclədiyi həmin vəsaitlər tərəflərin birgə nikah dövründə əldə edilmiş gəlirləri olduğundan, iddiaçının çəkilmiş xərclərin cavabdehin payına düşən hissədən öz payını tələb etmək hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı, cavabdeh və paylı mülkiyyətçi olan iş üzrə üçüncü şəxslər tərəfindən evin təmir-tikinti işlərinə ayrı-ayrılıqda nə qədər vəsait xərcləndiyi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmadığından, evin təmirinə və tikintisinə çəkilmiş ümumi xərc paylı mülkiyyətçilər arasında paylarına mütənasib olaraq bərabər miqdarda bölünməli və Cavabdeh payına düşən hissədə iddiaçının payı müəyyən edilməlidir.

29. Məhkəmə, iddianın 70 kv. metr sahədən ibarət bir mərtəbəli yaşayış evinin və 40 kv. metr sahədən ibarət yardımçı sahənin tikintisi və təmirinə çəkilmiş 40000 manat vəsaitin 2003-cü il tarixdə doğulmuş Türkan adlı azyaşlı uşağın iddiaçının yanında qalması səbəbilə mənafeyi nəzərə alınmaqla 2/3 hissəsinin, yəni 26600 manat vəsaitin Cavabdeh alınıb ona ödənilməsi barədə hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə təmir-tikinti işlərinə çəkilmiş xərcin sübut növü kimi qəbul edilmiş ekspert rəyində göstərilən 18721,5 manat məbləğində müəyyən ed ilməsini işin həqiqi hallarına uyğun hesab etmişdir. İddianın çəkilmiş vəsaitin 2003-cü il tarixdə doğulmuş Türkan adlı azyaşlı uşağın iddiaçının yanında qalması səbəbilə mənafeyi nəzərə alınmaqla 2/3 hissəsinin Cavabdeh alınıb ona ödənilməsi barədə hissəsi ilə bağlı hesab etmişdir ki, iddiaçı iddianın həmin hissəsi ilə bağlı istinad etdiyi halları sübut etməmiş, yalnız uşağın onun yanında qalması faktına istinad etməklə kifayətlənmişdir. Bu isə əmlakın qeyri-bərabər bölünməsi üçün əsas deyildir. Ona görə də məhkəmə hesab etmişdir ki, evin təmirinə və tikintisinə çəkilmiş ümumi xərc paylı mülkiyyətçilər arasında bərabər bölüşdürüldükdən sonra Cavabdeh payına düşən hissədə iddiaçının çəkdiyi xərc ½ hissədə müəyyən edilməlidir.

30. Məhkəmə, həmçinin cavabdehin iddia müddətinin tətbiqi ilə ba ğlı istinad etdiyi dəlillərə münasibətdə qeyd etmişdir ki, hazırkı tələb üzrə iddia müddətinin tətbiq edilməsi üçün qanunda nəzərdə tutulmuş kifayət qədər əsaslar yoxdur. Məhkəmə bu hissədə öz qənaətini onunla əsaslandırmışdır ki, işin müəyyən olunmuş hallarına görə Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, lakin Cavabdeh qətnamənin aliment hissəsi ilə bağlı apellyasiya şikayəti vermişdir. Tərəflər barışdıqlarına görə İddiaçı aliment tələbindən imtina etmiş, bununla da Cavabdeh apellyasiya şikayətindən imtina etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-494/2017 nömrəli, 14 fevral 2017-ci il tarixli qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin 7 dekabr 2016-cı il tarixli qətnaməsindən Cavabdeh nümayənd əsi X18 tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilmiş və Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilmişdir. Bu müddət ərzində cavabdeh Rusiya Federasiyasında işləmiş, könüllü onlara pul vəsaiti göndərmiş, həmçinin cavabdeh Rusiya Federasiyasından gəldikdən sonra ona ayrıca mənzil alacağı barədə vəd vermişdir. Lakin cavabdeh 2019-cu ilin oktyabr ayında qayıtdıqdan sonra nəinki ayrı mənzil almış, hətta yaxın qohumu ilə evlənmişdir. Bununla da iddiaçı aldadıldığını və hüququnun pozulduğunu bilmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçı ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu 2019-cu ilin oktyabr ayında bilmiş, həmin tarixdən də ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddətinin axımı başlanmışdır. Bunda n sonra iddiaçı məhkəməyə 28 avqust 2020-ci il tarixdə müraciət etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçı iddia müddətini ötürmədiyindən, hazırkı tələb üzrə iddia müddəti tətbiq edilməməlidir.

31. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8, 32, 36 və 37-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217, 223 və 225-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

32. İddiaçı apellyasiya şikayəti verərək Mingəçevir Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(051)- 42/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Cavabdeh məhkəməyə verdiyi izahatında on un mübahisələndirdiyi tikililərin 2009-2012-cı illərdə onun həmin həyətdə yaşadığı müddətdə deyil, 2017-ci ildən sonra inşa edildiyini göstərdiyindən və məhkəməyə bu şəkildə yazılı izahat təqdim etdiklərindən 2012-ci ildə həmin həyətdə çəkilmiş “Banu” verlişinin diskini təqdim etmişdir. Həmin diskə məhkəmə iclasında baxış keçirilmiş və həmin verilişdə Gülyaz Məmmədova, Azər Məmmədov və qeyrilərinin sərbəst şəkildə söylədiklərindən belə məlum olur ki, Mingəçevir şəhəri Kür küçəsi 6 saylı evdə mən, Gülyaz Məmmədova, Cavabdeh və onun övladları yaşayır. Digərləri həmin mənzilə qonaq kimi dəvət olunmuşlar. Məhkəmə “Banu” verilişindən olan həmin çəkilişi sübut kimi qəbul etməmiş, qəbul etməməsinin səbəblərini əsaslandırmamışdır. Hazırda Cavabdeh və 3-cü şəxslər məhkəməyə ərizə təqdim etmişlər ki, onlar həmin tikinti işlərinin 2017ciildən sonra aparılmasına dair izahat verməmişlər. Məhkəmə tərəfindən yerli baxış keçirilmiş, məhz bundan sonra cavabdeh və 3-cü şəxslər onun mübahisə etdiyi tikililərin tikintisinin onun həmin həyətdə yaşadığı müddətdə aparılmasını təsdiq etmişlər. Məhz bu səbəbdən məhkəmənin 19 aprel 2021-ci il tarixli qərardadı ilə həmin tikililərə çəkilmiş xərclərin müəyyən edilməsi ilə bağlı məhkəmə texniki-tikinti ekspertizası təyin olunmuşdur. Daha sonra Cavabdeh məhkəməyə təqdim etdiyi 15 mart 2021-ci il tarixli ərizəsində tikililərin o Rusiya Federasiyasında olduğu müddətdə inşa edildiyini, həmin vaxt evlərinin qəzalı vəziyyətdə olması, o Rusiya Federasiyasından gələrkən anasının və qardaşlarının onu təzə evdə gözlədiyini göstərirdi. Bu halla Cavabdeh qardaşlar ının 2017-ci ildən sonra aparılan tikililərin tikintisində iştirak etdiyini göstərmişdir. Cavabdeh 12 aprel 2021-ci il tarixli ərizəsində isə onun mübahisə etdiyi həmin tikintidə qardaşlarından Rövşən və Azər Məmmədovların iştirak etdiyini göstərmiş, anası Gülyaz Məmmədova və qardaşı Azad Məmmədovun iştirak etdiyini göstərməmişdir. Bütün bunlar isə onu göstərir ki, Cavabdeh və 3-cü şəxslərin izahatları heç də onun yaşadığı dövrdə tikilən tikililərlə bağlı olmayıb, həmin tikiliyə bitişik sonradan tikilmiş 3 otaqla bağlıdır. Məhkəmə isə özünün də təsdiq etdiyi kimi şübhəli, mötəbər olmayan sübutlardan istifadə etdiyini təsdiq etmişdir. Halbuki, onun təqdim etdiyi diskdən görünür ki, qeyd edilən tikililərdən ancaq onun ailəsi istifadə etmiş, orada ona məxsus əşyalar yerləşdirilmişdir. O, mə hkəməyə şahidlər təqdim etmişdir ki, aparılan tikinti işlərində iştirak etmişdir. O şahidlərə konkret olaraq hansı işlərin görülməsinə dair dəlillər gətirsə də, məhkəmə iclasında iştirak edən həmin tikililərə iddia edən Azər Məmmədov və qeyriləri şahid qismində dindirilən şahidlərə zəhmət haqqı kimi hər hansı bir vəsait verdiklərini göstərməmiş, hətta şahidə belə bir müraciət etdiklərini göstərməmişlər. Digər tərəfdən evin mişar daşdan hörülməsini və yaşayış evin çardağının qurulmasını həyata keçirilmiş Mustafa adlı şəxs Cavabdeh qohumu olduğundan, qapı pəncərəni düzəltmiş şəxsin Daşqının sinif yoldaşı olduğunu, həmin şəxsləri məhkəməyə şahid qismində gətirə bilməmişlər. Ancaq məhkəməyə vəsatət vermişdir ki, əgər onun həmin tikililərin tikilməsi zamanı zəhməti olmamışdırsa, Mustafa adlı us tanı məhkəməyə gətirilməsi təmin edilsin, o da eyni qaydada izahat versin, o iddiadan imtina edir. Ancaq cavabdeh bundan da imtina etmişdir. O bu barədə yazılı vəsatətini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak etmiş, Cavabdeh verdiyi izahatlarında təsdiq edilmiş 2017-ci ildən sonra aparılmış tikinti işlərində iştirak etmiş Azər və Rövşən Məmmədovun 2016-cı ildə aparılan tikinti işləri üzrə payının müəyyən edilməsi əsassızdır. Digər tərəfdən yaşayış evləri olan Azər Məmmədov və Rövşən Məmmədovun yaşamadıqları, istifadə etmədikləri evin tikintisində pay əldə etmək məqsədilə iştirak etmələri barədə dəlillər də əsassızdır. Mingəçevir şəhəri Kür küçəsi 6 saylı evdə yerləşən fərdi yaşayış evi isə cavabdeh və 3-cü şəxslərin ümumi paylı mülkiyyətinə miras qaydasında keçmişdir. Həmin əmlakın bir hissəsi İddiaçı və Cavabdeh tərəfindən sökülərək yenidən tikilmişdir. Cavabdeh həmin həyətdə 1/10 hissədə torpaq sahəsində payı, yaşayış evindən isə 1/5 hissə payı vardır. Digər mülkiyyətçilərin razılığı ilə Cavabdeh özünə düşən hissəni ləğv edib, yenidən inşa etdirmişdir.

34. Cavabdeh apellyasiya şikayəti verərək Mingəçevir Şəhər Məhkəməsinin 10 noyabr 2022ci il tarixli 2(051)-42/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və İddiaçı tərəfindən ötürülmüş 3 illik iddia müddətini tətbiq etməklə iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tikintinin aparılması və ona çəkilən xərclər barədə iddia tələbi tamamilə yalan və uydurmadır, ona qarşı sadəcə əvvəlki məhkəmə mübahisələrində old uğu kimi əsassız varlanma niyyəti güdür. Həmin mübahisələndirilən tikinti və ona çəkilən xərc evin və torpaq sahəsinin paylı mülkiyyətçiləri və evdə qeydiyyatda olan, onunla birgə yaşayan anası X8, eləcə də qardaşları Azər, Azad və Rövşən Məmmədovlar tərəfindən həyata keçirilmişdir. O isə tikintinin bəzi fəhlə işlərini görmüşdür. Yəni, iddiaçının iddia tələbi tamamilə əsassızdır. Qeyd etmək istəyir ki, İddiaçı mübahisələndirdiyi 70 kv.metrdən ibarət olan 1 yaşayış otağı, 1 ayaqyolu-hamam, 1 mətbəx, koridor heç də əlavə olaraq tikilməmişdir. Əslində ümumi sahəsi 40 kv.metr olan həmin tikilinin yerində köhnə yaşadığı evə bitişik mətbəx və eyvan olub. Həmin mətbəx sökülüb bir metr uzadılıb əvəzinə evə bitişik bir yataq otağı və eyvanın yerində də evə bitişik olaraq bir mətbəx, ayaqyolu, hamam inşa edilib və istifadəyə tam hazır olmayıb. Tikintidə həyətində olan atasından qalan tikinti materiallarından istifadə edilib, yalnız dam örtüyü və sementə pul xərclənib. İddiada bəhs edilən pəyə də eynilə yeni tikilməyib. Köhnə pəyənin yarısı sökülüb, qonşunun ara kəsmə divarına bitişik yenidən inşa edilib. Pəyənin inşasında da atasından qalan tikinti materialları ilə birgə sökülən pəyənin materiallarından istifadə edilib. Pəyənin tikintisində də yalnız dam örtüyünə və daşların yarısına pul xərclənib. Ayrıca hər iki tikilidə qardaşları Məmmədov Azər, Məmmədov Rövşən və X36 maliyyə vəsaitləri ilə iştirak ediblər, yəni onlar tikinti işlərində atalarından miras qalmış evin paylı mülkiyyətçiləri kimi iştirak ediblər. Bu tikinti zamanı İddiaçı adəti üzrə anasıgildə qalırdı. Tez-tez evdən çıx ıb gedirdi. Səbəb də anasıyla və onunla heç vaxt yola getməməsi olub. Bu baxımdan ekspert rəyi ilə müəyyən edilmiş 18721.5 manat xərc 5 nəfər paylı mülkiyyətçiyə münasibətdə hər birinə 3744.3 manat təşkil edir ki, onun payına münasibətdə iddiaçı ilə birgə nikah dövründə ümumi əmlakın bölünməsi zamanı paylar bərabər hesab edildiyi üçün (Ailə Məcəlləsi, maddə 37.1) iddiaçının payı 1872.15 (3744.3:2) manat müəyyən edilir. Nikahları xx.xx.2016-cı il tarixdə pozulduğu və artıq onlar nə rəsmi, nə də faktiki ərarvad münasibətində olmadığı halda İddiaçı bu tələblə xx.xx.2020-ci il tarixdə - 03 il 08 ay 21 gün sonra məhkəməyə müraciət etməklə 3 illik iddia müddətini ötürmüşdür, yəni bu fakt barədə İddiaçı məlumatının olmaması mümkünsüzdür və o, hazırkı tələblə 3 il ərzində məhkəməyə müraciət etmək imkanlarından məhdud olmamışdır. Lakin, məhkəmə işin bu faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və qeyd etmişdir ki, guya iddiaçı bununla bağlı 2020-ci ildən məlumatlı olmuşdur.

36. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-257/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məuzəçi) Mahir Əsədli və Elçin Mehdiyev) İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilmişdir. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(051)-42/2022 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilərək İddiaçı Cavabdeh qarşı əmlakın ümumi birgə əmlak hesab edilməsi, əmlak payının müəyyən edilməsi və cavabdehlə bərabər is tifadəsinə verilməsi tələbinə dair iddiası həmin hissədə də rədd edilmişdir.

37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilməmiş hissəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da, iddianın təmin olunmuş hissəsində iddia müddətinin tətbiq edilməməsi barədə gəldiyi nəticə ilə razılaşmamışdır.

38. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, ünvan 1 fərdi yaşayış evi 21 mart 1989-cu ildə ölmüş X3 miras qalmış və X4, X9, X10, X6 və Cavabdeh adına paylı mülkiyyət hüququ ilə xx.xx.1990-cı ildə qeydiyyat vəsiqəsi verilmişdir. Həmçinin, həmin ünvanda yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi onların ümumi birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır. Həmin miras əmlakdan cavabdeh və üçüncü şəxslərin paylarının real bölgü sü aparılmamışdır. Həmin miras əmlakın bölünməsi təsərrüfat təyinatının itirilməsinə və, eyni zamanda, zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülməmiş və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyətində qalmışdır. Hazırkı iş üzrə müəyyən edilmiş qaydada miras qalmış həmin evdə təmir və bərpa işləri bütün mülkiyyətçilərin razılığı və vəsaiti hesabına həyata keçirilmişdir. İddiaçı və cavabdeh üçüncü şəxslərdən həmin miras əmlakda təmir-bərpa işləri aparılması üçün vəsait xərcləmələri barədə hər hansı bir göstəriş almamışlar. 1990-cı ildə cavabdeh və üçüncü şəxslərin adlarına qeydiyyata alınmış fərdi yaşayış evi hal-hazırda da mövcuddur və onun üzərində əlavə yaxşılaşdırmalar və genişləndirmələr aparılmışdır ki, hazırkı iş üzrə iddiaçı da həmin işlərin görülməsinin şahidi və iştirakçıs ı olmuşdur. İddiaçı ilə cavabdeh arasında 07 dekabr 2016-cı ildə nikah pozularkən iddiaçı görülmüş və görülməsi ehtimal olunan işlər barədə məlumatlı olmuş, nikah pozulduqdan sonra həmin evdə yaşamadığı dövr ərzində hər hansı tikinti-bərpa işlərinin görülməməsini bildirmişdir.

39. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/7284 nömrəli rəyini əsas götürməklə Mingəçevir şəhəri, Kür küçəsi ev 6-da yerləşən bir mərtəbəli fərdi yaşayış evinin tikinti-təmir işlərinə çəkilmiş xərci 18721,5 manat məbləğində müəyyən etməkdə və həmin xərcdən ümumi mülkiyyətçilərdən biri olan Cavabdeh payını müəyyən etdikdən sonra həmin payı sonuncu və İddiaçı a rasında bərabər bölməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı çəkilmiş xərcin 2/3 hissəsinin Cavabdeh alınıb ona ödənilməli olması ilə bağlı istinad etdiyi halları sübut etməmiş, yalnız uşağın onun yanında qalması faktına istinad etməklə kifayətlənmişdir. Bu isə əmlakın qeyri-bərabər bölünməsi üçün əsas deyildir.

40. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, həmin apellyasiya şikayətinin dəlilləri qismən – iddia müddətinin tətbiq edilməli olması ilə bağlı hissədə əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmiş, məhkəmə isə iddiaçının ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu 2019-cu ilin oktyabr ayında bildiyini hesab etməklə i ddia müddətinin keçmədiyi qənaətinə gəlmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, 07 dekabr 2016-cı il tarixdə Cavabdeh ilə nikahları pozulduğu zaman iddiaçı Məmmədova X1 şəhəri, Kür küçəsi 6 ünvanında yerləşən torpaq sahəsində inşa etdirdikləri 70 kv. metr sahədən ibarət bir mərtəbəli yaşayış evinin və 40 kv. metr sahədən ibarət yardımçı sahənin mövcudluğundan xəbərdar olmuşdur. Bu qətnamənin 29-cu bəndində göstərilmiş hallar iddiaçının hüququnun pozulduğunu 2019-cu ildə bildiyi anlamına gəlmir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarında ifadə olunmuşdur ki, m əhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməlidir. Konstitusiya Məhkəməsinin Plenumu 29 iyul 2019-cu il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Hazırkı iş üzrə iddiaçı cavabdehi ona ayrıca mənzil alacağı barədə vəd verməklə 2019-cu ilin oktyabr ayınadək aldatdığını və həmin vaxtdan sonra hüququnun pozulduğunu bildiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının həmin dəlillərini əsaslı şübhələrdən kənar sübut kimi qəbul etməklə səhvə yol vermişdir. Əslində, cavabdeh iddiaçı ilə aralarında olan nikah pozulmamışdan daha əvvəl həmin evi gələcəkdə oraya qayıtmamaq şərtilə tərk etməklə özünün hüquqlarının pozulduğunu həmin vaxtdan bildiyini bəyan etmiş olmuşdur.

41. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb etmişdir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində iddia müddətini tətbiq etməməklə düzgün nəticəyə gəlmədiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi -nəzərindən qаnunsuz və əsаssız, mаhiyəti üzrə isə düzgün olmadığındаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməməli, Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(051)-42/2022 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, İddiaçı Cavabdeh qarşı əmlakın ümumi birgə əmlak hesab edilməsi, əmlak payının müəyyən edilməsi və cavabdehlə bərabər istifadəsinə verilməsi tələbinə dair iddiası həmin hissədə iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.

42. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 217.1, 223.2, 223.3, 225.1, 373.2, 375.2, 377.1, 377.2, 1281-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3, 14.2, 77.1, 88, 217.1-ci, 217.3-cü və 217.4, 218.1-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

43. İddiaçı kassasiya şikayəti verərək (vəkil Nümayəndə) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

44. Kassasiya şikayəti iddia ərizəsində göstərilənləri istinad edilərək onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası iddia müddətinin hesablanmasını məhkəmə qərarının çıxarıldığı gündən hesablamaqda haqlı olmamışdır. Halbuki, iş materiallarında həm Cavabdeh, həm də İddiaçı barışmaları barədə ərizələri mövcuddur. Məhkəmə həmin sübuta qiymət verməmişdir. Məhkəmə kollegiyası ümumi mülkiyyətin əmələ gəlmə əsaslarını nəzərə almadan məhv edilmiş əmlakın yerində inşa olunmuş tikiliyə miras əmlak üzrə yaranmış payların yeni tikiliyə aid hesab etməkdə səhv buraxmışdır. Digər tərəfdən Cavabdeh məhkəməyə verdiyi izahatında həmin tikililərin qardaşları Azər və Rövşən Məmmədovların çəkdiyini göstərsə də, məhkəmə çəkilmiş xərcləri Cavabdeh və 3-cü şəxslər Azər, Rövşən, Azad və Gülyaz Məmmədovlar tərəfindən çəkildiyini göstərməklə çəkilmiş xərclərin 1/ 5 hissəsinin Cavabdeh aid olduğu qənaətinə gəlmişdir. Şəki Apellyasiya Məhkəməsi qətnaməni tam yoxladığını göstərsə də çəkilmiş xərclərin 1/5 hissəsinin Cavabdeh aid olduğu qənaətinə gəlib iddia müddəti tətbiq etməklə rədd edərkən təsdiq etmişdir ki, iddiaçı həmin xərclərin çəkilməsində iştirak etmişdir. İddia tələbimin həmin hissəsini iddia müddəti ilə rədd etsə də, qalan hissəsini isə digər şəxslərə münasibətdə onların əmlakı olması ilə bağlı rədd edərkən həmin şəxslərlə bağlı iddia müddətinin ötmədiyini nəzərə almamışdır. Digər tərəfdən həmin 3-cü şəxslərin evin tikintisinə qoyduqları vəsaitin miqdarını müəyyən etmədən onların hər birinin payını bərabər hesab etmişdir. Məhkəmə kollegiyası məhv olmuş əmlak üzərində mülkiyyət hüququna xitam verilməsinə baxmayaraq iddiaçının və Cavabdeh və saiti hesabına inşa edilmiş tikiliyə Azər, Azad, Rövşən və Gülyaz Məmmədovların bərabər paylar şəklində mülkiyyət payını müəyyən etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi diski və şahidlərin ifadələrini, çəkişmə prinsipi əsasında iddiaçı tərəfindən verilmiş izahatları mötəbər saymamış, Cavabdeh izahatı və 3-cü şəxslərin izahatını mötəbər qəbul etmişdir. Ekspert rəyinin qanuna müvafiq qaydada aparılmadığına münasibət bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı cavabdehin nümayəndəsi və vəkili Vəkil3 etiraz ərizəsi daxil olmuşdur.

46. Cavabdeh etiraz ərizəsində bildirmişdir ki, iddiaçının tikintinin aparılması və ona çəkilən xərclər barədə iddia tələbi tamamilə yalan və uydurmadır, ona qarşı qarşı sadəcə əvvəlki məhkəmə mübahisələrində olduğu kimi o, əsassız varlanma niyyəti güdür. Həmin mübahisələndirilən tikinti və ona çəkilən xərc evin və torpaq sahəsinin paylı mülkiyyətçiləri və evdə qeydiyyatda olan, cavabdehlə birgə yaşayan anası X8, eləcə də qardaşları Azər, Azad və Rövşən Məmmədovlar tərəfindən həyata keçirilmişdir. Cavabdeh isə tikintinin bəzi fəhlə işlərini görmüşdür. Yəni, iddiaçının iddia tələbi tamamilə əsassızdır. İddiaçı mübahisələndirdiyi 70 kv. metrdən ibarət olan 1 yaşayış otağı, 1 ayaqyolu-hamam, 1 mətbəx, koridor heç də əlavə olaraq tikilməmişdir. Əslində ümumi sahəsi 40 kv. metr olan həmin tikilinin yerində köhnə yaşadıqları evə bitişik mətbəx və eyvan olub. Həmin mətbəx sökülüb, bir metr uzadılıb, əvəzinə evə bitişik bir yataq otağı və eyvanın yerində də evə bitişik bir mə tbəx, ayaqyolu-hamanı inşa edilib və istifadəyə tam hazır olmayıb. Tikintidə həyətdə olan Cavabdeh mərhum atasından qalan tikinti materiallarından istifadə edilib, yalnız dam örtüyü və sementə pul xərclənib. İddiada bəhs edilən pəyə də eynilə yeni tikilməyib. Köhnə pəyənin yarısı sökülüb, qonşunun arakəsmə divarına bitişik yenidən inşa edilib. Pəyənin inşasında da Cavabdeh atasından qalmış tikinti materialları ilə birgə sökülən pəyənin materiallarından istifadə edilib. Pəyənin tikintisində də yalnız dam Örtüyünə və daşların yarısına pul xərclənib. Ayrıca hər iki tikilidə cavabdehin qardaşları Məmmədov Azər, Məmmədov Rövşən və X36 maliyyə vəsaitləri ilə iştirak ediblər, yəni onlar tikinti işlərində atalarından miras qalmış evin paylı mülkiyyətçiləri kimi iştirak ediblər. Bu tikinti işləri z amanı İddiaçı adəti üzrə anası evində qalırdı, tez-tez evdən çıxıb gedirdi. Səbəb də cavabdeh və cavabdehin anası iiə heç vaxt yola getməməsi olub. Hesab edirlər ki, məhkəmənin gəldiyi nəticə tərəflərin və üçüncü şəxslərin qarşılıqlı münasibətləri üzrə düzgündür və obyektivdir. Məhkəmə qətnaməsi çıxarılana qədər iş üzrə cavabdeh və üçüncü şəxslər qanunla tələb olunan 3 illik iddia müddətinin keçməsinə görə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Lakin məhkəmə heç bir əsas olmadan iddia müddətinin tətbiqindən imtina edərək iddia müddətinin ötürülmədiyini hesab etmiş və maddi hüquq normasını pozmuşdur. Ona görə də cavabdeh və üçüncü şəxslər Mingəçevir Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(057)-42/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və İddiaçı tərəfindən ötürülmüş 3 illik iddia müddətini tətbiq etməklə iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini Şəki Apellyasiya Məhkəməsindən xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(107)-257/2023 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin olunmaması, cavabdehin apellyasiya şikayətinin təmin edilərək Mingəçevir Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(051)-42/2022 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı əmlakın ümumi birgə əmlak hesab edilməsi, əmlak payının müəyyən edilməsi və cavabdehlə bərabər istifadəsinə verilməsi tələbinə dair iddiasının həmin hissədə iddia müddəti tətbiq edilməklə rədd edilməsi qət edilmişdir. İddiaçının h əmin qətnamədən verdiyi kassasıya şikayəti əsassızdır, təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən apellyasiya şikayətlərinə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamış, düzgün tətbiq edilmişdir, iş hərtərəfli, tam və obyektiv araşdırılmış və məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd edilir ki, iddiaçı ilə cavabdehin ailə, ər-arvad münasibətləri faktiki olaraq 2015-ci ildə pozulub və onlar faktiki olaraq ayrı yaşamışlar. Belə ki, iddiaçı 2015-ci ildə özbaşına, öz xoşu ilə evdən birdəfəlik çıxıb valideynlərinin evinə getmiş və orada yaşamışdır. xx.xx.2000-ci ildə X12rın arasında bağlanmış rəsmi nikah cavabdehin iddia ərizəsi əsasında Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli 2(051)-5424/2016 saylı qətnaməsi ilə pozul muşdur. Yəni, faktiki olaraq 2015-ci ildən, rəsmi olaraq isə xx.xx.2016-cı ildən nikahları pozulmaqla ər-arvad münasibətləri olmamışdır. İddiaçı cavabdehin nikahın pozulmasına dair iddia tələbi üzrə 07 dekabr 2016-cı ildə məhkəmə iclasında iştirak etmiş, həmin məhkəmə iclasında uşaqların onun yanında qalmasını və hər bir uşaq üçün aliment təyin edilməsini xahiş etmiş və elə həmin vaxtdan (andan) nikahlarının pozulduğunu bilmişdir. Eləcə də, o, mübahisələndirilən tikililərin tikintisi və təmiri barədə məlumatlı olmuş və görmüşdür. Yəni bu fakt barədə iddiaçının məlumatının olmaması mümkünsüzdür və o, hazırkı tələblə 3 il ərzində məhkəməyə müraciət etmək imkanlarından məhdud olmamışdır. Onların nikahlarının xx.xx.2016-cı ildə pozulduğu və artıq nə rəsmi, nə də faktiki ər-arvad münasibətində olmadıqları halda, iddiaçı bu tələblə xx.xx.2020-ci il tarixdə - 03 il 08 ay 21 gün sonra məhkəməyə müraciət etməklə 3 illik iddia müddətini ötürmüşdür. Beləliklə, İddiaçı kassasiya şikayətinin dəlilləri əsassızdır, iş üzrə mövcud olan sübutlarla təsdiq edilmir, apellyasiya məhkəməsinin iddia müddətinin tətbiq edilməsi barədə gəldiyi nəticə isə tam qanuni və əsaslıdır, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.

47. Cavabdehin nümayəndəsi və vəkili etirazını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1, 372.1, 372.2, 375.2, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1, 36.8, 36.9-cu maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanya Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarına və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cıı il tar ixli Qərarında ifadə olunmuş hüquqi mövqelər ilə əsaslandırmışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

48. Maddə 217.1. paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir.

49. Maddə 223.2. birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər.

50. Maddə 223.3. ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.

51. Maddə 225.1.ərlə arvadın nikah dövründə qazan dıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

52. Maddə 373.2. müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

53. Maddə 375.2.məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

54. Maddə 377.1. iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

55. Maddə 377.2. icra müddəti müəyyənləşdirilmiş öhdəliklə r üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

56. Maddə 1281. əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarı 57. “..Qanunverici Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulan ümumi əmlakın bölünməsi haqqında tələblərə 3 illik iddia müddətini tətbiq edərkən, bütün hallarda Mülki Məcəllənin qaydalarının rəhbər tutulmalı o lduğunu müəyyən etmişdir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Göründüyü kimi qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anlamda deyil, subyektiv anlamla əlaqələndirir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı, mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. Qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ər-arvad ın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməlidir. Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğ u gündən hesablanır..” Mülki Prosessual Məcəllə

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

66. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edil məsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

70. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

71. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

72. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-257/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar