Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3150/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X1-Salamovnanın cavabdeh "xxxx" KB ASC və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:hərracın nəticələrinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 2(103)9791/2021 saylı qətnaməsindən iddiaçı X kassasiya şikayəti üzrə işə 23 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halla rı İşin hallarına görə, İddiaçı X məhkəmədə cavabdeh "xxxx" KB ASC və digərlərinə qarşı iddia qaldıraraq, sonuncu ilə "xxxx" MMC arasında bağlanmış “hərracın yekunları haqqında” 29 mart 2021-ci il tarixli, 27/05 saylı protokolun və həmin protokola əsasən bağlanmış eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri. Nərimanov Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim V.Ş.Quliyev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 iyun 2020-ci il tarixli icra vərəqəsinə əsasən, borclu Xn ödəniş vaxtı milli manata məzənnədə 159.430,66 ABŞ dolları əsas, 35.085,60 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 195.016,26 ABŞ dollarının tutulub "xxxx" KB ASC verilməsi və tutmanın ipoteka predmeti olan İddiaçı mülkiyyəində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən 1 K saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına Banka olan borcunun ödənilməsi, ipoteka predmeti olan sözügedən fərdi yaşayış evinin ilkin satış qiymətinin 350.000 manat müəyyən edilməsi, həmin evə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində İddiaçı həmin evdən çıxarılması qərara alınıb. İcra məmurunun 22 oktyabr 2020-ci il tarixli qərarına əsasən icra işi üzrə icraata başlanılıb. "xxxx" MMC tərəfin dən Binəqədəi rayon İcra və Probasiya şöbəsinə, "xxxx" KB ASC, x və İddiaçı ünvanlanmış “hərracın keçirilməsinə dair” 01 saylı bildirişə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən 1 “K” saylı fərdi yaşayış evinin 27 noyabr 2020-ci il tarixdə, saat 11:00 dan, saat 17:00-dək keçiriləcək hərrac zamanı satılması barədə bildiriş X və İddiaçı göndərilib. "xxxx" MMC tərəfindən keçirilmiş “hərracın yekunları haqqında” 29 mart 2021-ci il tarixli, 27/05 saylı protokoluna əsasən, İddiaçı mülkiyyətində olan sözügedən evin ilkin satış qiyməti 350.000 manat, təkrar hərrac zamanı satış qiyməti 297.500 manat, 25 faiz aşağı qiymətlə satış qiyməti 223.125 manat müəyyən edilib. Həmçinin, "xxxx" MMC tərəfindən "xxxx" KB ASC və digərlərinə ünvanlanmış “həracın keçir ilməsi haqqında” 01 saylı bildirişə əsasən sözügedən evin 24 fevral 2021-ci il tarixdə, saat 11:00-dan, saat 17:00-dək keçiriləcək hərrac zamanı satıması barədə bildiriş X və İddiaçı göndərilib. Daha sonra, "xxxx" MMC tərəfindən "xxxx" KB ASC və digərlərinə “hərracın keçirilməsinə dair” 02 saylı bildirişə əsasən, sözügedən evin 15 mart 2021-ci il tarixdə, saat 11:00-dan, saat 17:00-dək keçiriləcək hərrac zamanı satılması barədə Füzuli Hüseynov və İddiaçı bildiriş göndərilib. İşə əlavə edilmiş 183326 və 183331 saylı qaimələrə əsasən, "xxxx" MMC tərəfindən qeyd olunan evə dair keçiriləcək hərracla bağlı bildirişlər 26 yanvar 2021-ci il tarixdə İddiaçı və X göndərilib və İddiaçı qeyd olunan ünvanda yaşamadığı qeyd edilib. Eyni zamanda, işə əlavə edilmiş 196080 və 16066 saylı qaimələrə əsasə n, "xxxx" MMC tərəfindən qeyd olunan evə dair keçiriləcək hərracla bağlı bildirişlər 02 mart 2021-ci il tarixdə İddiaçı və X göndərilib və İddiaçı qeyd olunan ünvanda yaşamadığı qeyd edilib. 26 yanvar 2021-ci il tarixli 233 (233) tirajlı və 16 mart 2021-ci il tarixli 240 (240) tirajlı “Birja Yenilikləri” qazetlərində qeyd olunan evlə bağlı "xxxx" MMC tərəfindən müvafiq elanlar yerləşdirilib. "xxxx" MMC tərəfindən Füzuli Hüseynov Xnlanmış ipoteka predmetinin əldə olunmasına dair təklifə əsasən, Cavabdeh3 28 oktyabr 2020-ci il tarixli sifarişli məktubuna əsasən, sözügedən evə dair təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 16 mart 2021 -ci il tarixli nömrəsində elan dərc edilib və “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən, ipoteka predmeti olan ev təkrar hər racdakı ilkin satış qiymətindən 25 faiz aşağı qiymətlə, yəni 223.125 manat olmaqla "xxxx" KB ASC təklif edilib və sonuncu “hərracın yekunları haqqında” 29 mart 2021-ci il tarixli protokola əsasən ipoteka predmetini 25 faiz aşağı qiymətlə əldə edib. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən hərrac Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmamaqla keçirilib, “hərracın yekunları haqqında” protokolun və alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsaslar yoxdur. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 317.1, 319.1, 416cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın t əmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Ə.İbayev sədrlik edən, məruzəçi, Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlməyib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 41.1, 42.1, 44-cü maddə lərinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştir akçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərr acın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda bir inci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim gün ü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmin Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiya sı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi ap ellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, “A zərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 iyun 2020-ci il tarixli icra vərəqəsinə əsasən, borclu X ödəniş vaxtı milli manata məzənnədə 159.430,66 ABŞ dolları əsas, 35.085,60 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 195.016,26 ABŞ dollarının tutulub "xxxx" KB ASC-yə verilməsi və tutmanın ipoteka predmeti olan İddiaçı mülkiyyəində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən 1 K saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına Banka olan borcunun ödənilməsi, ipoteka predmeti olan sözügedən fərdi yaşayış evinin ilkin satış qiymətinin 350.000 manat müəyyən edilməsi, həmin evə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində İddiaçı həmin evdən çıxarılması qərara alınıb. İcra məmurunun 22 oktyabr 2020-ci il tarixli qərarına əsasən icra işi üzrə icraata başlanılıb. "xxxx" MMC tərəfindən Binəqədəi rayon İcra və Probasiya şöbəsinə, "xxxx" KB ASC, X və İddiaçı ünvanlanmış “hərracın keçirilməsinə dair” 01 saylı bildirişə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən 1 “K” saylı fərdi yaşayış evinin 27 noyabr 2020-ci il tarixdə, saat 11:00 dan, saat 17:00-dək keçiriləcək hərrac zamanı satılması barədə bildiriş X və İddiaçı göndərilib. "xxxx" MMC tərəfindən keçirilmiş “hərracın yekunları haqqında” 29 mart 2021-ci il tarixli, 27/05 saylı protokoluna əsasən, İddiaçı mülkiyyətində olan sözügedən evin ilkin satış qiyməti 350.000 manat, təkrar hərrac zamanı satış qiyməti 297.500 manat, 25 faiz aşağı qiymətlə satış qiyməti 223.125 manat müəyyən edilib. Həmçinin, "xxxx" MMC tərəfindən "xxxx" KB ASC və digərlərinə ünvanlanmış “həracın keçirilməsi haqqında” 01 saylı bildirişə əsasən sözügedən evin 24 fevral 2021-ci il tarixdə, saat 11:00-dan, saat 17:00-dək keçiriləcək hərrac zamanı satıması barədə bildiriş X və İddiaçı göndərilib. Daha sonra, "xxxx" MMC tərəfindən "xxxx" KB ASC və digərlərinə “hərracın keçirilməsinə dair” 02 saylı bildirişə əsasən, sözügedən evin 15 mart 2021-ci il tarixdə, saat 11:00-dan, saat 17:00-dək keçiriləcək hərrac zamanı satılması barədə X və İddiaçı bildiriş göndərilib. İşə əlavə edilmiş 183326 və 183331 saylı qaimələrə əsasən, "xxxx" MMC tərəfindən qeyd olunan evə dair keçiriləcək hərracla bağlı bildirişlər 26 yanvar 2021-ci il tarixdə İddiaçı və X gö ndərilib və İddiaçı qeyd olunan ünvanda yaşamadığı qeyd edilib. Eyni zamanda, işə əlavə edilmiş 196080 və 16066 saylı qaimələrə əsasən, "xxxx" MMC tərəfindən qeyd olunan evə dair keçiriləcək hərracla bağlı bildirişlər 02 mart 2021-ci il tarixdə İddiaçı və X göndərilib və İddiaçı qeyd olunan ünvanda yaşamadığı qeyd edilib. 26 yanvar 2021-ci il tarixli 233 (233) tirajlı və 16 mart 2021-ci il tarixli 240 (240) tirajlı “Birja Yenilikləri” qazetlərində qeyd olunan evlə bağlı "xxxx" MMC tərəfindən müvafiq elanlar yerləşdirilib. "xxxx" MMC tərəfindən X və İddiaçı ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair təklifə əsasən, Cavabdeh3 28 oktyabr 2020-ci il tarixli sifarişli məktubuna əsasən, sözügedən evə dair təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 16 mart 2021 - ci il tarixli nömrəsində elan dərc edilib və “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən, ipoteka predmeti olan ev təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı qiymətlə, yəni 223.125 manat olmaqla "xxxx" KB ASC təklif edilib və sonuncu “hərracın yekunları haqqında” 29 mart 2021-ci il tarixli protokola əsasən ipoteka predmetini 25 faiz aşağı qiymətlə əldə edib. Mülki Məcəllənin 414.2-ci maddəsinə əsasən, hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. Həmin Məcəllənin 414.3-cü maddəsinə görə, bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayr ı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.5-ci maddəsinə görə, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Mə cəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə görə, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Həmçinin “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən, (30 dekabr 2018ci il tarixədək qüvvədə olan redaksiyada) hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun pred meti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 43.4-cü maddəsinə görə, (mübahisəli hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan redaksiyada) ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.43.5-ci maddəsinin əvvəlki redaksiyasına əsasən təkrar hərrac bu Qanunun 42-c maddəsində n əzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin qanunun 43.7-ci maddəsinə görə, (həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən) bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə iddiaçının apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətinin dəllilərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən hərrac Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmamaqla keçirilib və birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tə tbiq edib. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən “hərracın yekunları haqqında” protokolun və alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsaslar yoxdur və iddiaçı kassasiya şikayətində ipoteka predmetinin ilkin satış qiyməti ilə razılaşmadığını, hərracın keçirilməsi barədə ona rəsmi qaydada məlumat verilmədiyini və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq n ormalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə işdən görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti qanuni qüvvəyə minmiş Ali Məhkəmənin Mülki Kollegiyasının 22 iyun 2020-ci il tarixli qərarına əsasən müəyyən edilib. Bundan başqa, "xxxx" MM C tərəfindən qeyd olunan evin açıq hərracdan satılması barədə “Birja yenilikləri” qəzetinin 26 yanvar 2021-ci il tarixli 233 (233) tirajlı və 16 mart 2021-ci il tarixli 240 (240) tirajlı buraxılışlarında elanlar verilib və hərracın keçirilməsi barədə iddiaçıya icra sənədində göstərilən ünvanına müvafiq bildirişlər göndərilib. Digər tərəfdən, “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki Kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşki latçı hərracın keçirilməsinə onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu sözügedən Qərarında vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Bu baxımdan kas sasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 2(103) -9791/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3150/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-3150/2022
23.08.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver