Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3152/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 17 saylı Yevlax Ərazi İdarəsinə, Yevlax rayon 1 Saylı Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, sübutetmə vizifəsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 17 saylı Yevlax Ərazi İdarəsinə, Yevlax rayon 1 Saylı Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsızlığı, çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-520/2024 nömrəli, 21 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 22 oktyabr 2024-cü il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi:. İşin halları
1. Yevlax Rayon Məhkəməsinin 9 mart 2007-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 ilə cavabdeh X4 arasında X2 məxsus ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsi 240 kv metr olan bir mərtəbəli ümumi sahəsi 37,30 kv metr yaşayış sahəsi 20,5 kv metr, köməkçi sahəsi 16,80 kv metr olan bir yaşayış otağından ibarət fərdi yaşayış evinin (bundan sonra – mübahisəli əmlak) alğı-satqı əqdi təsdiq olunmaqla həmin torpaq sahəsinə və yaşayış evinə mülkiyyət hüququnun tanınması qət edilmişdir.
2. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X.Qarayevanın və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs İddiaçı (bundan sonra – iddiaçı) birgə verdikləri apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh2 cavabdeh X.Qarayevaya qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbi barədə iddiasının rəldd olunması qət edilmişdir.
3. DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin (bundan sonra - ərazi idarəsi) 25 fevral 2021-ci il tarixli məktubuna əsasən 1-ci bənddə qeyd edilən qətnamə əsasında Cavabdeh2 mübahisəli əmlak üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2007-ci il tarixində dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra Cavabdeh2 mülkiyyətində olan mübahisəli əmlakı 21 sentyabr 2007-ci il tarixində alğısatqı müqaviləsinə (bundan sonra – mübahisələndirilən müqavilə) əsasən vətəndaş Cavabdeh3 satmışdır. Sonuncu isə satın aldığı fərdi yaşayış evinin və torpaq sahəsinin üzərində mübahisələndirilən müqavilə əsasında xx.xx.2007-ci il tarixində dövlət reyestrindən çıxarış əldə etmişdir.
4. İddiaçının mübahisəli əmlaka dair mərhum atası M.Qarayevin adına mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizəsinə cavab olaraq ərazi idarəsi tərəfindən göndərilmiş 23 iyun 2023-cü il tarixli məktuba görə 1ci bənddə qeyd edilən qətnamənin ləğv olunmasına baxmayaraq onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi 2-ci bənddə q eyd edilən qətnamədə nəzərdə tutulmamışdır. Belə ki, Yevlax Rayon Məhkəməsinin 09 mart 2007-ci il tarixli qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə ilə ləğv olunmaqla iddia rədd edilsə də, həmin qətnaməyə əsasən mübahisəli əmlakla bağlı aparılmış əməliyyatlara hüquqi qiymət verilmədiyinə görə əmlakın M.Qarayevin adına dövlət qeydiyyatına alınması mümkün deyildir.
5. İddiaçının atası X5 9 sentyabr 2000-ci il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin əsasının dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh3 arasında mübahisəli əmlaka dair bağlanmaqla Yevlax şəhər 1 saylı notariat kontorund a bağlanmış təsdiqlənmiş 21 sentyabr 2007-ci il taixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlaka dair Cavabdeh3 adına verilmiş 28 sentyabr 2007-ci il tarixli dövlət reyestrindən çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə əsaslandırmışdır.
8. Cavabdeh3 iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, Mülki Məcəllənin tələbinə görə daşınmaz əmlakla bağlı iddia müddəti 6 ildir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Həmçinin qeyd etmişdir ki, onunla bağlanmış alğı-satqı müqaviləsi tam qanunidir və hazırkı iş üzrə o vicdanlı alıcıdır.
9. Məhkəmə iclasında iddiaçı izahatında göstərmişdir ki, mübahisəli əmlak atası M.Qarayevə məxsus olmuşdur. Atasının vəfatından sonra həmin evdə bir müddət bacısı X.Qarayeva yaşamışdır. Sonra isə o da həmin evi tərk etmişdir. Bundan sonra Yevlax Rayon Məhkəməsinin qərarı əsasında ev Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Bundan nə o, nə də bacısının məlumatı olmamışdır. Belə ki, uzun müddət maddi imkanları olmadığından Yevlax şəhərinə gələ bilməmişlər. Həmin ev və torpaq sahəsi baxımsız olmuş, hətta evdə yanğın olmuş və evin bir hissəsi yandığından yaşayış üçün yararsız olmuşdur. Bir müddət sonra evin məhkəmə qərarı əsasında Cavabdeh2 adına rəsmiləşdirildiyi, sonuncunun isə evi Cavabdeh3 satması barədə məlumat almış və hər ikisi məhkəmə qətnaməsini əldə edərək həmin qətnamədən apellyasiya şika yəti vermişlər. Onların apellyasiya şikayəti əsasında məhkəmə qətnaməsi ləğv edilmişdir. Belə ki, ataları heç zaman evi kimsəyə satmaq niyyətində olmamış, bu məqsədlə kimsədən pul almamışdır.
10. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərmişdir ki, nə M.Qarayevi, nə də Cavabdeh3 tanıyır. Mübahisəli əmlakın alğı-satqısı ilə bağlı heç bir orqana, notariat kontoruna heç zaman getməmişdir. Həmin evi nə almamış, nə də kimsəyə satmamışdır. Xatırlayır ki, uzun müddət qabaq onu məhkəməyə dəvət edib xatırlamadığı bir sənədə imza etməli olduğunu bildirmişlər. Həmin zaman məhkəməyə gedib mahiyyətini bilmədiyi bir sənədi imzalamışdır. Belə ki, həmin zaman xəstə olduğundan çox hadisələri xatırlamır. Alğı-satqı müqaviləsində olan imza ona məxsusdur. Buna baxmayaraq nə özü, nə də arvadı notariat konto runa getməmişlər. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxmışdır.
11. Yevlax Rayon Məhkəməsinin 2(039)-2199/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli qətnaməsi ilə X1 iddiası rədd edilmişdir (hakim Toğrul Əli).
12. Məhkəmə mövcud sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, iddiaçı Təhminə Vəliyeva Cavabdeh3 mübahisəli əmlakın mülkiyyətçisi olmuş mərhum M.Qarayevin mülkiyyətindən qanuni əsaslar olmadan çıxdığını, həmin daşınmaz əmlaka dair müqavilə bağlanan zaman Cavabdeh2 buna səlahiyyəti olmadığını bildiyini sübut etməlidir, lakin iddiaçı buna dair hər hansı sübut təqdim etməmişdir. Halbuki mövcud sübutlarla mübahisəsiz qaydada təsdiq olunmuşdur ki, mübahisəli əmlak məhkəmə qətnaməsi əsasında 2007-ci ildə Cavabdeh2 adına dövlət reyestrində qeydə alınmış və sonuncun un adına həmin qeyddən çıxarış verilmişdir. Məhz həmin qeyd əsasında Cavabdeh2 daşınmaz əmlakı Cavabdeh3 satmışdır. Belə ki, həmin zaman bu qeydin qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən bu qeydin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur. Cavabdeh2 məhkəmə iclasında müqavilədə olan imzanın ona məxsus olduğunu tam olaraq etiraf etmiş və həmin müqaviləni, ümumiyyətlə, mübahisələndirməmişdir.
13. Eyni zamanda təsdiq olunmuşdur ki, iddiaçı və bacısı atalarına məxsus olmuş daşınmaz əmlaka uzun müddət sahiblik etməmiş, daşınmaz əmlakın vəziyyəti ilə, ona kimin sahiblik etməsi ilə maraqlanmamışlar. İddiaçı bunu maddi imkanının olmadığı ilə izah etsə də, bəlli olmuşdur ki, hər ikisi uzun müddət Azərbaycan Respublikasında yaşamaqla əmlakın vəziyyəti ilə maraqlanmaq imkanına malik olmuşlar.
14. Məhkəmə hesab etmişdir ki, mövcud sübutlarla mübahisəli əmlaka dair bağlanmış mübahisələndirilən müqavilənin həmin zaman qüvvədə olan qanunvericiliyin və notariatla bağlı təlimatın tələblərinə uyğun bağlandığı təsdiq olunmuşdur.
15. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 140, 148.2, 149.2 və 182.1-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" ASC-nin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının anası erməni millətindən olduğu üçün məlum hadisələrlə bağlı Stavropol şəhərinə getmişdir. O və bacısı isə anaları ilə getməyərək atalarının yanında qalmışlar. O, Bakı şəhərində yaşamış, bacısı isə uşaqları ilə birlikdə atalarından miras qalmış mübahisəli əmlakda yaşamışdır. Bacısına heç bir yerdə iş verilmədiyindən o, yetkinlik yaşına çatmamış uşaqlarını qidalandırmaq üçün fermalarda işləyən zaman mübahisəli əmlak naməlum səbəbdən yanmışdır. Daha sonra isə əsassız olaraq 1-ci bənddə qeyd edilən qətnamə əsasında Cavabdeh2 mübahisəli əmlakı mülkiyyətinə keçirtmişdir. Halbuki Cavabdeh2 məhkəmə iclaslarında, ümumiyyətlə, qəbul edilmiş qətnamədən xəbəri olmadığını bildirirdi. Mübahisəli əmlak yandığı halda Cavabdeh2 ad ına mülkiyyət hüququnu təsdiq edən çıxarışın hansı səbəbdən verilməsi sual doğurur. Belə ki, bütün bunları həmin dövrdə ərazi idarəsində məsul vəzifədə işləyən qayınatası həyata keçirmişdir. Boş torpaq sahəsi faktiki olaraq yerində mövcud olduğu halda sənəd üzərində həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini satın alması Cavabdeh3 vicdanlı alıcı olmadığını təsdiq edir. Sonuncu Bakı şəhərində yaşayır və Cavabdeh2 qohumudur. Görüntü yaratmaq üçün aralarında əqd bağlanmışdır. Belə ki, Cavabdeh2 öz adına 19 aprel 2007-ci il tarixdə mübahisəli əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd alır, 21 sentyabr 2007-ci il tarixində isə sonuncu ilə Cavabdeh3 arasında alğı-satqı müqaviləsi bağlanır. Hadisələrin yüksələn xətlə ardıcıllığı sırf görüntü yaratmaq, izi itirmək, o cümlədən hazırda nail olduqları vicdanlı alıcı statusu yaratmaq üçün edilmiş hərəkətlərdir. Həmçinin 2022-ci ilədək vicdanlı alıcının həmin əmlak üzərində heç bir inşa və yaxşılaşdırma işlərinin aparmaması da işin maraq doğuran halıdır. Qeyd edilənlərə əsasən iddiaçı hesab etmişdir ki, iş üzrə qəbul edilmiş məhkəmə aktı səthi və birtərəfli qəbul edilərək əsaslandırılmamışdır.
18. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh3 izahatında apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, Cavabdeh2la arasında heç bir qohumluq münasibəti yoxdur.
19. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-520/2024 nömrəli, 21 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: E.Mehdiyev – sədrlik edən və məruzəçi, Ə.Məcidov və M.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
20. Məhkəmə apellyasiya şikayətinin boş torpaq sahəsi faktiki olaraq yerində mövcud olduğu halda, sənəd üzərində həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini satın almasının Cavabdeh3 vicdanlı alıcı olmadığını təsdiq etməsinə dair dəlilini əsassız edərək qeyd etmişdir ki, işdə olan 2-ci bənddə göstərilən qətnamənin məzmunu ilə M.Qarayevə mübahisəli əmlakın 8 iyul 2006-cı il tarixində baş vermiş yanğın zamanı tamamilə yanması müəyyən edilsə də, yanğın nəticəsində həmin yaşayış evinin tamamilə məhv olması halı müəyyən edilməmişdir. Yəni yanmanın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı istisna edən hal olması qanunvericilikdə nəzərdə tutulmamışdır.
21. Məhkəmə apellyasiya şika yətinin Cavabdeh3 Cavabdeh2 qohumu olması, görüntü yaratmaq üçün aralarında əqd bağlanmasına dair dəlilini Mülki Məcəllənin 182.1ci maddəsinə əsasən əsassız hesab etmişdir.
22. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, əqdin etibаrsız sаyılmаsı üçün mövcud оlаn hаllаr əqdin bütün tərəflərinə münаsibətdə mövcud оlmаlıdır. Yəni əqdin etibаrsızlığı hаlını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və bunа bаxmаyаrаq оnlаr əqdi bаğlаmаlıdırlаr. Hаzırkı hаldа isə əqdin tərəfi olan Cavabdeh3 mübahisələndirilən müqavilə əsasında daşınmaz əmlakın əldə edilməsində bаğlаdığı əqdə münаsibətdə vicdаnlı оlmamasına, əqdin legitimsizliyi bаrədə оnda hər hаnsı şübhənin оlmаsına dair iş materialında hər hansı bir sübut olmadığından, buna dair məhkəmə kollegiyasına da hər hansı bir sübut təqdim edilmədiyindən, o, əqd üzrə üzərinə düşənləri edərək hüquqlаrını qeydə аldırdığından işə baxan birinci instansiya məhkəməsi sonuncuya münasibətdə vicdanlı olması qənaətinə gələrkən doğru mövqedən çıxış etmişdir.
23. Həmçinin məhkəmə göstərmişdir ki, Cavabdeh2 ilə Cavabdeh3 qohumluğuna dair hər hansı bir sübut təqdim edilməməklə yanaşı, qohumluq faktı mövcud olarsa, belə bu hal hələ özü-özlüyündə əmlakın əldə edilməsində vicdanlılığı aradan qaldırmır. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin 2022-ci ilədək vicdanlı alıcının həmin əmlak üzərində heç bir inşa və yaxşılaşdırma işlərinin aparmamasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, Cavabdeh3 əqd əsasında əldə etdiyi əmlak üzərində heç bir inşa və yaxşılaşdırma işlərini aparmaması onun əldə etdiyi əmlaka dair vicdanlıl ığını istisna edən hal deyildir.
24. Bundan başqa məhkəmə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, müqavilə əsasında daşınmaz əmlakın əldə edilməsində Cavabdeh3 vicdanlı olması müəyyən edildiyindən iddiaçının məhrum olduğu əmlakın dəyərinin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli, obyektiv araşdırılmış, məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Qətnamənin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi üçün əsas yoxdur.
25. Apellyasiya instansiyası məhkəməsi m övqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 139.1, 139.3, 140, 144.1, 146.1, 146.2, 149.2, 152.1, 182.1, 337.1, 567 və 646.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.3-cü və MPM-in 9.1, 9.3, 14.2, 77.1, 88, 217 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni olan dəlillərlə əsaslandırılmışdır.
28. Şikayət Mülki Məcəllənin 140, 340.1 və 340.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqın da” Qanunun 16.6-cı və MPM-in 88, 217.1, 217.2 və 217.3-cü maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Cavabdeh3 kassasiya şikayətinə qarşı etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, mübahisələndirilən müqavilə qanunlara tam riayət edilməklə bağlanılmışdır. Cavabdeh2la heç bir qohumluq münasibətləri yoxdur. Kassasiya şikayəti əsassız olduğundan apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınma z əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
31. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
32. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
33. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüqu qu onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
34. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
35. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçün cü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
36. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
37. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
38. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
39. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu
40. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:
41. Maddə 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlə rindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
50. İddiaçının kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Məhkəmə haqlı olaraq Cavabdeh2 ilə Cavabdeh3 arasında mübahisəli əmlaka dair bağlanmış və Yevlax şəhər 1 saylı notariat kontorunda bağlanmış təsdiqlənmiş 21 sentyabr 2007-ci il taixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlaka dair Cavabdeh3 adına verilmiş 28 sentyabr 2007-ci il tarixli dövlət reyestrindən çıxarışın ləğv olunması üçün qanuni əsasların olmadığı qənaətinə gəlmişdir.
51. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərin ə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
52. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri nə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-520/2024 nömrəli iş üzrə 21 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.