Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3154/2020 20.07.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: X1 İddia tələbi: müqavilənin ləğvi, pulun qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi (Açar sözlər: baş tutmayan əqd üzrə verilmiş pulun qaytarılması, faktın yazılı etirafı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-379/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq mə hkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: İddiaçı (bundan sonra – iddiaçı) ilə X1 (bundan sonra – cavabdeh) arasında imzalanmış xx xxxxxxx 2017-ci il tarixli aktda qeyd edilmişdir ki, cavabdeh iddiaçıya 0,1 ha həyətyanı torpaq sahəsini 9400 manata satmış, lakin alğı-satqı müqaviləsi bağlamamışdır. Alğı-satqı baş tutmadığından cavabdeh iddiaçıdan aldığı 9400 manatın bir hissəsini xx xxxxxxxx 2018-ci il tarixdə, qalan hissəsini xx xxxxxxxx 2019-cu il tarixdə ödəməyi öhdəsinə götürmüşdür. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ondan 2008-ci ilin mart ayında götürdüyü 9.400 manat pulun qaytarılması öhdəliyini təsbit edən xx xxxxxxx 2017-ci il tarixli aktın öhdəli yin icra edilməməsi və cavabdehin öhdəliyi icra etmək niyyətinin olmaması səbəbindən ləğv edilməsi, cavabdehin ona qaytarmalı olduğu 9.400 manat pulun qətnamənin icrası vaxtına mövcud Azərbaycan manatı ilə denominasiya və inflyasiya nəzərə alınaraq qaytarılması, cavabdehin 9.400 manata ona satacağını vəd etdiyi 0,1 ha torpaq sahəsində 10 il ərzində bağın salınmasına və aqrotexniki qulluğa sərf etdiyi 11.010 manat pulun cavabdeh tərəfindən öhdəlik pozulduğu üçün ondan alınaraq verilməsi, cavabdehin müqavilə öhdəliklərini pozmaqla ona vurduğu mənəvi zərərə görə 2.000 manat həcmində təzminatın alınaraq ona verilməsi, ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabde hlə Xaçmaz rayonunun Mürşüdoba kəndində yerləşən və onun xüsusi mülkiyyətində olan 0,1 ha həyətyanı torpaq sahəsini alqı-satqısı ilə bağlı razılığa gəlmişlər. 2008-ci ilin mart ayında torpağın dəyəri olaraq 9.400 manat pulu nəğd qaydada cavabdehə vermişdir. Cavabdeh torpaq sahəsini onun faktiki istifadəsinə versə də, torpağın alqı-satqı müqaviləsinin notarial qaydada bağlanmasını müxtəlif bəhanələrlə uzatmışdır. Bir müddət sonra bəlli olmuşdur ki, torpaq sahəsi “xxxxxxxxx” ASC-nin Qusar rayon filialında girov qoyulmuşdur. Bir neçə ildir ki, cavabdeh nə alqı-satqı müqaviləsi bağlayır, nə də ödədiyi pulu qaytarır. xx xxxxxxx 2017ci il tarixdə şahidlərin iştirakı ilə cavabdeh öhdəlik götürmüşdür ki, 9.400 manat pulun bir hissəsini xx xxxxxxxx 2018-ci il tarixədək, qalan hissəsini isə xx xxxxx xxx 2019-cu il tarixədək ona qaytaracaqdır. Bu barədə akt tərtib olunmuş və onlar aktı imzaları ilə təsdiq etmişlər. Yazılı öhdəlik götürdükdən sonra 5 aya yaxın müddətin keçməsinə baxmayaraq, cavabdeh 9.400 manat puldan heç nə qaytarmamışdır. Hazırda isə cavabdeh 9.400 manatı ondan torpağın icarə haqqı kimi aldığını və qaytarmayacağını bildirir. Bunu imkanının olmaması ilə izah edir. Artıq tam əminlik yaranmışdır ki, cavabdeh borcunu qaytarmaq istəmir. Odur ki, həmin aktın ləğvi və pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin verdiyi 0,1 ha torpaq sahəsini 10 ildir ki, sərmayə qoymaqla istifadə edir. Hər il ağacların qulluq edilməsinə 1101 manat xərci çıxmışdır. Bu illər ərzində bar verən bağ yetişdirmişdir. 10 il ərzində 11.010 manat vəsait xəcləmişdir. Bu zərərin əvəzini də ca vabdeh ödəməlidir. Cavabdehin 10 il müddət ərzində onu get-gələ salması, aşağılayıcı münasibət bildirməsi onda psixi sarsıntı, əsəb gərginliyi vəziyyəti yaratmışdır. Yəni, cavabdeh ona mənəvi zərər də vurmuşdur. Bu zərərin həcmini 2.000 manat dəyərləndirir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, mülkiyyətində olan torpaq sahəsini iddiaçıya satmamış, torpaq sahəsini 09 il müddətinə icarəyə vermişdir. İcarə müddəti bitdikdən sonra isə torpaq sahəsini geri almışdır. İddiaçıya 9400 manat qaytarmaq haqqında akta isə iddiaçının təzyiqi ilə imza etmişdir. İddiaçı bildirir ki, torpaq sahəsində bağ salmış və ağaclara qulluq edilməsi ilə əlaqədar 11000 artıq vəsait xərcləmişdir. Onun ağaclara qulluq etməsi ilə əlaqədar bu qədər xərci çıxa bilməzdi. Bağda cəmi 41 şaftalı, 15 gilas, 2 zoğal, 1 albalı ağacı var. İş üzrə dindirilmiş şahidlər sözügedən bağ sahəsinin cavabdeh tərəfindən iddiaçıya satıldığını, iddiaçı tərəfindən həmin bağ sahəsinə qulluq edildiyini, cavabdeh tərəfindən bağ sahəsinin geri alındığını, lakin cavabdehin iddiaçıdan aldığı pulu qaytarmadığını təsdiq etmişlər. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(067)-1278/2018 nömrəli xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia qismən təmin edilmiş, tərəflər arasında xx xxxxxxx 2017-ci il tarixdə bağlanılmış borc müqaviləsinin ləğv edilməsi, cavabdehdən 9.400 manat borc məbləğinin, 0,1 ha torpaq sahəsində 10 il ərzində bağın salınmasına və aqrotexniki qulluğa xərclənmiş 2.500 manat, mənəvi zərərə görə 1.000 manat və işə məhkəmədə baxılması üçün öd ənilmiş 30 manat dövlət rüsumu, cəmi 12.930 manatın alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-379/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və M.Rzayev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehdən 9400 manat borc məbləğinin və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi qət edilmiş, tərəflər arasında xx xxxxxxx 2017-ci il tarixdə bağlanılmış borc müqaviləsinin ləğv edilməsi, 0,1 ha torpaq sahəsində 10 il ərzində bağın salınmasına və aqrotexniki qu lluğa xərclənmiş 2.500 manat, mənəvi zərərə görə 1.000 manat alınıb iddiaçıya verilməsi hissəsində iddia təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi iddianın təmin olunmuş hissəsi ilə bağlı müəyyən etmişdir ki, cavabdeh iddiaçıya 0,1 ha həyətyanı torpaq sahəsini 9400 manata satmış, lakin alqı-satqı müqaviləsini bağlamaq mümkün olmamışdır. Müqavilə baş tutmadığından cavabdeh üzərinə 9400 manatın bir hissəsini xx xxxxxxxx 2018-ci il tarixdə, qalan hissəsini xx xxxxxxxx 2019-cu uil tarixdə ödəmək öhdəliyini götürmüşdür. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1 və 14.2.6-14.2.7-ci, 21.1, 1091.1 və 1091.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: Cavabdeh (v əkil X4)kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, cavabdehin özünə məxsus bağ sahəsini iddiaçıya satmadığı, 10 il müddətinə icarəyə verdiyi və iddiaçının ona məxsus bağdan uzun illər faydalandığını nəzərə alınmamışdır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normaların ın pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instasniyası məhkəməsinin qətnamədən yal nız cavabdeh şikayət verdiyi üçün həmin məhkəmə aktı iddianın təmin olunmuş hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən, başqa şəxsə zərər vurulması və əsassız varlanma nəticəsində əmələ gəlir (14.1 və 14.2.6-14.2.7-ci maddələr). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). MPM 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğunu ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlili məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verilmişdir. Nəzərə alınmalıdır ki, hazrıkı iş üzrə iddia tələbi daşınmaz əmlakla bağlı baş tutmamış əqd üzrə verilmiş pul məbləğinin geri qaytarılması ilə bağlıdır. Cavabdeh aralarında bağlanmış şifahi razılaşma üzrə tələb olunan 9400 manat mənləğində pulu iddiaçıdan aldığını yazlılı etiraf etmişdir. MPM-in 106.3-cü maddəsinə əsasən bu hal iddiaçını həmin faktı sübut etmə vəzifəsindən azad edir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-379/2020 n ömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3154/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3154/2020
20.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver