Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3157/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: İstehsalatda bədbəxt hadisə ilə əlaqədar sığorta ödənilməsi, sığorta hadisəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-744/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı övladı X9 "xxxx" MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 52/19 №-li əmək müqaviləsinə əsasən Texniki dəstək departamentinin Energetika şöbəsinin Yarımstansiyalara xidmət sahəsinə 3-cü dərəcəli elektrik montyoru peşəsinə işə qəbul olunmuşdur.
2. X9 01 fevral 2019-cu il tarixdə, saat 21:40 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarət nəticəsində vəfat etmişdir.
3. Pərviz Musazadənin iş vaxtı ölümü ilə əlaqədar onun anası X5 10 mart 2020-ci il tarixli ərizəsi əsasında X12 Xidməti tərəfindən təhqiqat aparılmış, P.Musazadə ilə baş vermiş bədbəxt hadisə iş vaxtından sonra müəssisənin ərazisindən kənarda baş verdiyind ən və onun əmək funksiyalarının icrası ilə bağlı olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən istehsalatda baş verən bədbəxt hadisə hesab olunmamışdır.
4. X1 (iddiaçının arvadı) "xxxx" MMC-yə qarşı oğlu Pərviz Musazadənin ölümü ilə bağlı "İstehsalat zədəsi” formalı aktın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5723/2021 saylı, xx.xx.2021-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra - iddiaçı) Sumqayıt Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – cavabdeh və ya MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən X4 əmək vəzifələrini yerinə yetirərkən ölümü nəticəsində vurulan 50.000 manat zərərin əvəzinin 100 faizi miqdarında, yəni 50.000 manat sığorta ödənişinin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu Pərviz Musazadə xx.xx.2018-ci ildə Sumqayıt Texnologiyalar Parkında “Yarımstansiyalara xidmət sahəsi”ndə 3-cü dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. O, xx.xx.2019-cu ildə işdə olarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. Belə ki, onun işlədiyi MMC Bakı-Quba yolunun yanında yerləşir və yolun o biri tərəfindən yarımstansiyada sayğac göstəricilərini mütəmadi yoxlayır və onları qeydiyyat kitabına salırdı. Oğlu 2 gün axşam saat 20:00-dan növbəti gün 08:00-a qədər, 2 gün isə 08:00-dan növbəti gün 20:00-a qədər işləyirdi. Hadisə baş verən zaman onun iş vaxtı saat 20:00-dan növbəti gün 08:00-a qədər idi. Oğlu işə gedərkən və işdən çıxarkən şirkətin verdiyi giriş-çıxış kartından istifadə edirdi. İşə giriş və çıxış saatlarını təsdiq etmək üçün oğlunun iş yoldaşı X11 şahidlik edə bilər. xx.xx.2019cu ildə oğlu saat 21:20-21:30 radələrində yolun əks tərəfinə keçib yarımstansiyada sayğac göstəricilərini yoxlayıb və onları yazıb geri şirkətə qayıdarkən 21:40 radələrində qarşıdan gələn nəqliyyat vasitəsi onu vurmuşdur. Nəticədə oğlu hadisə yerində ölmüşdür. Oğlu iş zamanı bədbəxt hadisə nəticəsində ölsə də, işlədiyi MMC "xxxx" aktı tərtib etməmişdir. Oğlunun vəfatından sonra MMC rəhbərliyi övladının ölümünü gizlətmək məqsədilə həyat yoldaşı X7 müəssisədə 4 ay müddətinə işə qəbul etmiş və ona hər ay 360 manat əmək haqqı ödəmişlər. Lakin cavabdeh təşkilat sonradan ştat ixtisarını bəhanə gətirərək həmin pulu ona ödəməkdən imtina etmişdir. Əslində isə MMC-nin rəhbərliyi oğlunun ölümündən sonra onlarla belə razılaşmışdı ki, guya ömürlərinin sonuna qədər hər ay 500 manat kompensasiya ödəyəcəkdi. Lakin cavabdeh təşkilat vədinə əməl etməyərək ödənişdən imtina etmişdir. X2 01 fevral 2019-cu ildə ölməsi hadisəsinin bədbəxt hadisə kimi qiymətləndirilməsi və "xxxx" formalı aktın verilməsinə dair ərizə ilə X12 Xidməti Sumqayıt regional ərazi şöbəsinə müraciət etmişdir. X12 Xidməti Sumqayıt regional ərazi şöbəsinin 18 noyabr 2021-ci il tarixli, **********4 saylı imtina m əktubu onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 5723/2021 saylı qətnaməsi ilə həyat yoldaşı X6 "xxxx" formalı aktın verilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
7. Cavabdeh iddia tələbinə yazılı etirazında bildirmişdir ki, MMC lisenziya əsasında fəaliyyət göstərən ixtisaslaşmış sığorta təşkilatı deyildir. Odur ki, cavabdeh sığorta ödənişi ilə bağlı hazırkı iddia tələbinə cavab verməli subyekt deyildir. Başqa sözlə, iddiaçı iddianı yanlış cavabdehə qarşı yönəltmişdir. İddiaçı istehsalatda bədbəxt hadisə nəticəsində X2 ölümü ilə bağlı sığorta ödənişini oğlunun sığortalandığı sığorta təşkilatından tələb etməlidir. Digər tərəfdən, cavabdeh MMC-nin iddiaya cavab verməli olması fərz olunsa belə, iddia tələbi əsassızdır. Azərbaycan Respubl ikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X8 (X4 anası) ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X4 xx.xx.2019-cu il tarixdə, saat 21:00-da iş vaxtı "xxxx" MMCnin ərazisini tərk etdiyi, işlədiyi ərazinin qarşısından keçən Bakı-Quba şossesinin 37-ci kilometrliyində təxminən saat 21:40 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyi, hadisənin müəssisənin ərazisindən kənarda, iş vaxtından sonra baş verdiyi, bu halın onun əmək funksiyasının icrası ilə bağlı olmadığı əsas tutularaq, X9 ilə baş vermiş bədbəxt hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"nın təsir dairəsin ə düşməmiş, buna görə də "İZ" formalı aktın verilməsindən imtina edilmişdir. Bundan başqa, X5 (X4 anası) "xxxx" MMC-yə qarşı "İstehsalat zədəsi formalı aktın verilməsi" tələbinə dair iddiası Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5723/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Məhkəmə qətnaməsi mübahisələndirilməmiş və xx.xx.2021-ci ildə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, X4 ölümünün istehsalatda bədbəxt hadisə nəticəsində baş verməsini təsdiq edən nə "xxxx" formalı akt, nə də bu faktı təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud deyildir. Digər tərəfdən, baş vermiş bədbəxt hadisənin istehsalatda bədbəxt hadisə hesab olunması üçün o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehs alatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"nda müəyyən edilmiş tələblərə cavab verməlidir. X9 ilə bağlanmış 22 yanvar 2019-cu il tarixli əmək müqaviləsinin 4.16-cı bəndində qeyd olunmuşdur ki, işçi gündə 3 saatdan, həftə ərzində isə 15 saatdan çox olmayaraq işləyir. Müqavilənin 4.17-ci bəndinə əsasən isə iş vaxtı saat 18:00-da başlanır, saat 21:00-da qurtarır. X9 01 fevral 2019-cu il tarixində təxminən saat 21:40 radələrində Bakı-Quba şossesinin 37-ci kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Həmçinin qeyd edir ki, iş vaxtı saat 21:00-da bitən işçilər üçün ayrılmış nəqliyyat vasitəsi müəssisədən saat 21:15 və ya saat 21:20-də hərəkətə başlayır. X3 həmin gün təyin olunan nəqliyyat vasitəsindən istifadə etməmişdir. Göründüyü kimi, bədbəxt hadisə STP ərazisindən kənarda Bakı-Quba şosesinin 37-ci kilometrliyində, iş vaxtından sonra saat 21:40 radələrində baş vermiş və hadisə baş verərkən X9 piyada olmuş, yəni xidməti avtomobillə hərəkətdə olmamışdır. Bununla da, bədbəxt hadisənin istehsalatda bədbəxt hadisə sayılması üçün faktiki əsaslar mövcud olmamışdır. Həmçinin iddiaçının 50.000 manat sığorta ödənişini hansı əsasla tələb etməsi, bu rəqəmin hansı normativ hüquqi aktda nəzərdə tutulmuş qaydaya uyğun hesablanaraq müəyyən edilməsi müəyyən deyildir. Sığorta olunan X4 ölümündən əvvəl aldığı aylıq əmək haqqı məbləğinin 560 manat olması nəzərə alınarsa, faydalanan şəxs İddiaçı tələb edəcəyi sığorta ödənişi maksimum 20.160 (560 X 36) manat təşkil edə bilərdi. Bununla belə, X4 ölümü istehsalatda baş vermiş bədbəxt hadisə olmadığından, iddia tələbi iddiaya cavab verməli olmayan cavabdehə yönəldiyindən və tələb olunan 50.000 manat pulun qanuni əsası olmadığından iddia tələbi təmin edilə bilməz. Həmçinin, MMC ilə X4 hüquqi varisi İddiaçı arasında yeganə hüquqi münasibət Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsindən irəli gələn vəfat etmiş işçinin vərəsələrinə müavinətin ödənilməsi ola bilər ki, MMC əmək qanunvericiliyində nəzərdə tutulmuş orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinəti ödəmiş, həmçinin xx.xx.2019-cu il tarixdə mərhum X4 vərəsələrinə 25.000 manat maddi yardım ayırmışdır.
8. Məhkəmə iclasında şahid qismində dindirilən X11 öz ifadəsində bildirmişdir ki, 2018-ci ildə MMC-də iqtisadi-təhlükəsizlik şöbəsində mütəxəssis vəzifəsində çalışmışdır. Pərviz də hə mçinin həmin şirkətdə çalışmışdır. Pərviz vəfat edən gün o, işdə olmuşdur. Pərvizin vəfat etdiyi gün onu görməmiş, yalnız təhlükəsizlik kameralarına baxdıqda onun işdə olduğunu bilmişdir. Pərviz vəfat edən zaman qohum olduqları üçün ona bu barədə məlumat verilmiş, o, nəşə baxmağa getmiş, həmin vaxt Pərvizin üzərində STP-yə məxsus iş paltarı olduğunu görmüşdür. Pərviz axşam saat 8-də işə gedib, saat 8-də işdən çıxırdı. Onun əmək funksiyası elektrik hesablanma sayğaclarının yazılmasından ibarət idi. Hətta onun nəşinə baxış keçirilən zaman onun cibindən karandaş və qələm tapılmışdır.
9. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5548/2022 nömrəli, 5 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-cu il tarixli qətnaməsindən göründüyü kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X8 ünvanlanmış xx.xx.2021ci il tarixli məktubunda qeyd olunmuşdur ki, P.Musazadə ilə bağlanmış əmək müqaviləsinə uyğun olaraq işçinin işə gəlib-getmək üçün nəqliyyatla təmin edildiyi, onun iş rejimi nəzərə alınaraq saat 21:15-21:20-də hərəkətə başlayan nəqliyyat vasitəsilə getməli olduğu, lakin bəzi hallarda işçinin öz seçiminə əsasən kənar nəqliyyat vasitəsilə hərəkət etdiyi, xx.xx.2019-cu il tarixdə iş yerini vaxtında tərk etsə də şirkət tərəfindən ayrılmış nəqliyyat vasitəsindən istifadə etmədiyi bildirilmişdir. Məktubda P.Musazadənin xx.xx.2019-cu il tarixdə saat 21:00-da iş vaxtı MMC-nin ərazisini tərk etdiyi, işlədiyi ərazin in qarşısından keçən Bakı-Quba şossesinin 37-ci kilometrliyində təxminən saat 21:40-da baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində vəfat etdiyi, hadisənin müəssisənin ərazisindən kənarda, iş vaxtından sonra baş verdiyi, bu halın onun əmək funksiyasının icrası ilə bağlı olmadığı qeyd edilmişdir. P.Musazadə ilə baş vermiş bədbəxt hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən istehsalatda baş verən bədbəxt hadisə hesab edilməmişdir.
11. Məhkəmə Azərbaycan Respublikası “Sığorta haqqında” Qanunun 11-ci maddəsinin 2-ci bəndinə, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığo rta haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.5, 2.0.12, 2.0.13, 10, 10.1.1, 10.1.2, 16.3.2, 20.0.3-cü maddələrinə istinad edərək gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, sığorta ödənişi sığorta hadisəsinə görə verilir. Baş vermiş hadisənin sığorta hadisəsi hesab edilməsi əsaslarından biri həmin hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə olması ilə səciyyələnməsidir. Baş vermiş hadisənin sığorta hadisəsi hesab olunmaması sığorta ödənişin ödənilməsindən imtina edilməsinin əsaslarından biri kimi çıxış edir. Həmçinin qanunun göstərişindən göründüyü kimi istehsalatda bədbəxt hadisənin sığorta hadisəsi hesab edilməsi üçün müvafiq aktın və ya məhkəmə qərarının olması tələb olunur.
12. Məhkəmənin qənaətinə görə, baş vermiş hadisənin istehsalatda baş verən bədbəxt hadisə hesab olu nmaması həmin hadisənin sığorta hadisəsi kimi qiymətləndirilməsi halını aradan qaldırır. Qeyd edildiyi kimi sığorta ödənişinin verilməsinin əsası olaraq sığorta hadisəsi çıxış edir. Bu göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, baş vermiş hadisə sığorta hadisəsi hesab edilmədiyindən iddiaçının sığorta ödənişinin ödənilməsi barədə iddiası əsassızdır və təmin edilə bilməz.
13. Bundan başqa məhkəmə qeyd etmişdir ki, araşdırılan mübahisə üzrə iddia tələbi işəgötürən Sumqayıt Texnologiyalar Parkı MMC-yə qarşı yönəlmişdir. Hazırda cavabdeh qismində göstərilmiş şəxs qanunvericiliyin sığortaçı ilə bağlı irəli sürülmüş tələblərinin təsir dairəsinə düşmür. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsin in ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbindən göründüyü kimi cavabdeh "xxxx" MMC hər bir işçinin sığortalanmasını təmin etməlidir, yəni bu cavabdehin hüququ deyil, vəzifəsi kimi qanunvericilikdə nəzərdə tutulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5548/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli sorğusuna "Sumqayıt Texnologiyalar Parkı” tərəfindən verilmiş cavabdan görünür ki, "MMC ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 21 may 2013-cü il tarixli, № 0165-13 saylı, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından” icbari sığorta müqaviləsi bağlanmışdır. Müqav ilənin surəti məhkəməyə təqdim edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin PHS**********0 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən, X4 (5V2QRGV) xx.xx.2018-xx.xx.2019-cu il tarixlər aralığında sığorta təminatı mövcud olmamışdır. Məhkəmə həmin hala sübut kimi qiymət verməmişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-744/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – G.Cabbarova (sədrlik edən və məruzəçi), L.Rəhimli və S.Qafari) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, sığorta haqqında və mülki qanunvericiliyin normalarının tələbinə əsasən sığorta ödənişi məhz baş vermiş hadisə sığorta hadisəsi qismində çıxış etdiyi halda ödənilən maliyyə kompensasiyası məbləğidir. Baş vermiş hadisənin sığorta hadisəsi olması halı isə sığorta müqaviləsinə və ya Qanuna əsasən müəyyən edilməklə, sığorta ödənişinin ödənilməsinin əsasını təşkil edir. İndiki halda isə iş materiallarından görünür ki, X12 tərəfindən baş vermiş hadisə istehsalatda baş verən bədbəxt hadisə hesab olunmamış, həmçinin X4 xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sığorta təminatı mövcud deyildir. Deməli, bununla bağlı tərəflər arasında bağlanmış sığorta müqaviləsi mövcud olmamış, habelə qanunun tələbinə əsasən iddiaçının oğlunun ölümü ilə bağlı baş vermiş hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə olması, buna dair səlahiyyətli orqan tərəfindən tərtib e dilmiş müvafiq formalı akt və ya məhkəmə qərarı mövcud olmamış, nəticə etibarilə baş vermiş hadisə sığorta hadisəsi qismində çıxış etməmişdir.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən hazırki mülki iş üzrə iddia tələbinin cavab verməli olmayan şəxsə qarşı qaldırılması əsası ilə iddia tələbinin təmin edilməməsi qənaətini də haqlı hesab edərək qeyd etmişdir ki, hazırki mülki iş üzrə iddia tələbi işəgötürənə qarşı qaldırılmışdır. Halbuki, qanunvericiliyin qeyd olunan normalarının təhlilindən görünür ki, müvafiq sığorta hadisəsi baş verildyi halda sığorta ödənişi məhz sığortaçı tərəfindən ödənilir, işəgötürən tərəfindən deyil. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hissədə də birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərini də əsassız hesab edərək qeyd etmişdir ki, iddia tələbi sığorta ödənişinin ödənilməsi ilə bağlı olmaqla, ümumi halda araşdırılmalı olan hal məhz sığorta ödənişinin ödənilməsi üçün əsasın olubolmaması, baş vermiş hadisənin sığorta hadisəsi olub-olmaması hallar olduğundan, habelə sığorta ödənişinin ödənilməsinin əsasında isə məhz baş vermiş hadisənin sığorta hadisəsi olub-olmaması halının müəyyən edilməsi çıxış etdiyindən, apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi digər hallar (işəgötürən tərəfindən işçilərin icbari qaydada sığortalanması öhdəliyinin icra olunub-olunmaması ilə bağlı hallar) iddia tələbinin predmeti qismində çıxış etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şi kayətinin dəlilləri qeyd olunan hissədə də əsassız olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
21. Şikayət onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbindən göründüyü kimi cavabdeh hər bir işçinin sığortalanmasını təmin etməlidir, yəni bu cavabdehin hüququ deyil, vəzifəsi kimi qanunvericilikdə nəzərdə tutulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5548/2022 saylı, xx.xx.2022-ci il tarixli sorğusuna "Sumqayıt Texnologiyalar Parkı” MMC tərəfindən verilmiş cavabdan görünür ki, "xxxx" MMC ilə "xxxx" ASC arasında 21 may 2013-cü il tarixli, № 01 65-13 saylı, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlanmışdır. Müqavilənin surəti məhkəməyə təqdim edilmişdir. "xxxx" ASC-inin PHS-**********0 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən, X4 (5V2QRGV) xx.xx.2018-xx.xx.2019-cu il tarix aralığında sığorta təminatı mövcud olmamışdır. Apellyasiya instansiyası məhkəməsi qətnamədə sadalanan maddi hüquq normalarına istinad etsə də, həmin normaların tələblərini yalnız cavabdeh tərəfin xeyrinə təfsir etmiş və Əmək Məcəlləsində işçiləri icbari sosial sığorta etməyin işəgötürənin hüququ deyil, vəzifəsi kimi nəzərdə tutulmasına əhəmiyyət verməmiş və iddia ərizəsini rədd etməklə, əslində cavabdeh tərəfi bütövlükdə mülki məsuliyyətdən azad etmişd ir. Halbuki, cavabdeh tərəfin təqsiri üzündən iddiaçı bədbəxt hadisə nəticəsində ölümü ilə bağlı ödənilməli olan sığorta məbləğindən məhrum olmuşdur. Bütün bunlar isə cavabdeh tərəfin təqsiri üzündən iddiaçının maddi, mənəvi məhrumiyyətlərə məruz qalmasını istisna etmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmuşdur. Cavabdeh kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
24. Maddə 922.1. Sığorta hadisəsi icbari sığor ta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
25. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
26. Maddə 935.1.8 və 935.1.10 “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; icbari sığorta qanunlar ında nəzərdə tutulmuş digər hallarda. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunu
27. Maddə 11- 2-ci bənd. Qanuna və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığorta olunanlara və ya üçüncü şəxslərə ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu
28. Maddə 2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:... 2.0.2. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi (bundan sonra – icbari sığorta müqaviləsi) – icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşmadır.... 2.0.6. faydalanan şəxs – bu Qanuna uyğun olaraq sığorta müqaviləsindən faydalanan (sığorta ödənişi verilməli olan) şəxs;... Maddə 2.0.9. istehsalat – fiziki şəxsin işləri, xidmətləri (bundan sonra – əmək funksiyalarını) haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri;... 2.0.10. istehsalatda bədbəxt hadisə – əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı;... 2.0.12. sığorta hadisəsi – icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olu nanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan hal;... 2.0.13. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı maddi itkilərin bərpası məqsədilə faydalanan şəxsə verilən pul təzminatı;...
29. Maddə 5.1. Aşağıdakı şəxslər bu Qanuna əsasən faydalanan şəxs sayılırlar:... 5.1.2.3. sığorta olunanın himayəsində olmuş və on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü; 5.1.2.4. sığorta olunanın himayə sində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər.
30. Maddə 5.3. Bu Qanunun 5.1.2-ci maddəsində müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, sığorta olunanın ailə üzvləri faydalanan şəxs hesab edilirlər.
31. Maddə 10.1. Bu Qanuna əsasən sığorta hadisəsi aşağıdakılar əsasında müəyyən olunur:... 10.1.1. istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı;...
32. Maddə 16.3.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda sığorta ödənişi verilir.
33. Maddə 20.0.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci və “İcbari sığortalar haq qında” Azərbaycan Respublikası Qanununun 21-ci maddələrinə uyğun olaraq sığorta ödənişindən imtinanın digər ümumi əsasları mövcud olduqda sığorta ödənişinin verilməsindən imtina edilir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şik ayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədlər
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul e dilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilm əsi üçün əsas yoxdur.
42. Belə ki, işin mübahisəsiz olaraq müəyyən olunan halları bu qərarın 1-4-cü paraqraflarında qeyd olunmuşdur.
45. İddiaçı, cavabdeh müəssisədə əmək müqaviləsi əsasında işləmiş oğlu Pərviz Musazadənin 01 fevral 2019-cu il tarixdə, saat 21:40 radələrində yol-nəqliyyat hadisəsi səbəbindən aldığı xəsarət nəticəsində vəfat etməsinə görə müəssisədən sığorta ödənişinin verilməsini tələb edir.
46. Cavabdeh isə hazırki iddia tələbinə qarşı bir neçə dəlil irəli sürməklə etiraz edir. Cavabdehin birinci dəlili ondan ibarətdir ki, iddia tələbi iddiaya cavab verməli olmayan cavabdehə yönəlmişdir. MMC sığorta ödənişi ilə bağlı hazırkı iddia tələbinə cavab verməli subyekt deyildir. İddiaçı istehsalatda bədbəxt hadisə nəticəsində X2 ölümü ilə bağlı sığorta ödənişini oğlunun sığortala ndığı sığorta təşkilatından tələb etməlidir.
47. Cavabdehin digər dəlili isə ondan ibarətdir ki, X14nin 01 fevral 2019-cu il tarixdə, saat 21:40 radələrində yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarət nəticəsində vəfat etməsi istehsalatda bədbəxt hadisə hesab olunmur. X17 həmin vaxtı əmək funksiyalarını yerinə yetirməmiş, hadisə iş vaxtında və iş yerində baş verməmişdir. Həmçinin bununla əlaqədar istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı yoxdur.
48. Cavabdeh tətəfindən irəli sürülmüş bu dəlillər, mübahisə üzrə düzgün nəticəyə gəlmək üçün həlledici əhəmiyyət kəsb edir. Çünki “İste hsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun müddəalarına əsasən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta– istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir (2.0.1-ci maddə). Sığorta ödənişi bilavasitə sığorta hadisəsi ilə bağlıdır və sığorta olunan işçinin peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı maddi itkilərin bərpası məqsədilə faydal anan şəxsə verilən pul təzminatı kimi çıxış edir (qanunun 2.0.13-cü maddəsi).
49. Sığorta ödənişinə səbəb sığorta hadisəsi olduğuna görə, bu cür tələblər üzrə ilk növbədə sığorta hadisəsinin olub olmaması araşdırılmalıdır. Adı çəkilən Qanunun 2.0.12-ci maddəsində sığorta hadisəsinin anlayışı müəyyən edilərək göstərilir ki, sığorta hadisəsi - icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan haldır. 50. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun (bundan sonra – Qanunun yazılacaq) 10.1-ci maddəsində bu Qanuna əsasən sığorta hadisəsinin müəyyən olunması üçün əsas olan sənədlərin siyahısı göstərilmişdir. Həmin normaya görə, istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı yaxud müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə, sığorta hadisəsini təsdiq edən sənədlərdir.
51. İşə baxmış məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, Pərviz Musazadənin ölməsi ilə əlaqədar bu sənədlər tərtib ol unmamışdır.
52. Məhkəmələr tərəfindən həmçinin müəyyən olunmuşdur ki, cavabdeh verilmiş tələb üzrə cavab verməli şəxs deyildir. "xxxx" MMC sığorta ödənişin həyata keçirən şəxs deyildir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, Qanunda sığorta münasibətlərinin “sığorta olunan”, “sığortalı”, “sığortaçı” və “faydalanan şəxs” kimi iştirakçıları müəyyən edilmişdir (2.0.3, 2.0.4, 2.0.5 və 2.0.6-cı maddələri).
53. Qanuna görə sığortaçı – Azərbaycan Respublikasında həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və İcbari Sığorta Bürosunun iştirakçısı olmaqla istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünü aparmağa, hə mçinin Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda annuitet sığortası aparmağa müvafiq icazə almış yerli hüquqi şəxsdir.
54. X14 ilə əmək münasibətlərində olmaqla yanaşı, cavabdeh müəssisisə adı çəkilən Qanunun 4-cü maddəsinə uyğun olaraq sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyan sığortalı sayılır. Cavabdeh tərəf X14 ilə sonuncu dəfə xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bağladıqdan sonra sığorta müqaviləsi bağlandığına dair sübut təqdim etməmişdir. Lakin işin bu halı gəlinən nəticəyə təsir etmir.
55. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hall arının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
57. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının 2(105)-744/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.