Məhkəmə qərarları › İş №2(105)-460/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-460/2024

08.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-460/2024 08.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(027)-1929/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 5727,85 (beş min yeddi yüz iyirmi yeddi manat səksən beş qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50(əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27,28 ( iyirmi yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, e-2(027)-1929/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 5727,85 (beş min yeddi yüz iyirmi yeddi manat səksən beş qəpik) manat məbləğində pul vəsaitinin, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat məbləğində pulun və ödənilmiş 27,28 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir (hakim Vüqar Seyidov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, e-2(027)-1929/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş apellyasiya qaydasında baxılarkən İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə cavabdehlə razılığa gəlindiyi və barışıq sazişinin hazırlanması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etməsi barədə ərizə ünvanlamışdır və bununla əlaqədar məhkəmə iclası təxirə salınmışdır. 28 mart 2024-cü il tarixdə tərəflər barışıq sazişinin qəbul və təsdiq edilməsi barədə ərizəni, həmçinin barışıq sazişini məhkəməyə göndərərək mübahisə ilə bağlı müəyyən razılığa gəldiklərini və bu razılaşmanı xx.xx.2024-cü il tarixli barışıq sazişində ətraflı şərh etdiklərini bildirərək barışıq sazişini qəbul etməyi və təsdiqləməyi xahiş etmişlər. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər:

1. Sazişin predmeti: “Birinci tərəf”( İddiaçı MMC – etibarnamə üzrə Nümayəndə2 şəxsində) və “İkinci tərəf” (Cavabdeh) (bundan sonra birlikdə tərəflər adlanacaq) razılığa gəlirlər ki, Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan 2(105)-460/2024 saylı iş üzrə mübahisəni Sazişin aşağıdakı bəndlərində göstərilən şərtlərlə həll edirlər.

2. Tərəflərin öhdəlikləri: 2.1 Tərəflər etiraf və qəbul edirlər ki, “İkinci tərəf” in “Birinci tərəf”ə olan borcu 5727,85 (beş min yeddi yüz iyirmi yeddi manat səksən beş qəpik) manat təşkil edir. 2.2 “Birinci tərəf” borc məbləğinin 3727,85 (üç min yeddi yüz iyirmi yeddi manat səksən beş qəpik) manat hissəsini “ikinci tərəf”ə güzəşt edir və həmin hissəni tələb etməyəcəyini öhdəsinə götürür. 2.3 Tərəflər arasında aparılmış hesablamalar nəticəsində müəyyən edildi ki, “İkinci tərəf” borc məbləğinin 710(yeddi yüz on) manat hissəsini ödəmişdir. 2.4 “İkinci tərəf” borc məbləğinin qalıq 1290 (bir min iki yüz doxsan) manat hissəsini xx.xx.2024-cü il tarixindən başlayaraq, hər ay 322,50 (üç yüz iyirmi manat əlli qəpik) manat olmaqla 4 (dörd) ay müddətinə 31 iyul 2024-cü il tarixinədək “Birinci tərəf”ə ödəməyi öhdəsinə götürür. 2.5 Məhkəmə araşdırması zamanı tərəflərin çəkdiyi digər real xərclər tərəflərin özünə aid ediləcək. 2.6 Tərəflər barışıq sazişi üzrə məlumatları gizli saxlayacaq, onları yaymayacaq, birbirinin əleyhinə istifadə etməyəcəklər.

3. Sazişin hüquqi nəticələri: 3.1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu tərəflərə aydındır bu Saziş imzalandıqdan sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən, bu Sazişlə həll edilən məsələlər üzrə gələcəkdə bir-birilərinə qarşı iddia qaldırmaq hüquqlarının olmadıqlarını bilirlər. 3.2. Bu barışıq sazişi imzalandıqdan sonra dəyişdirilə və ləğv oluna bilməz. 3.3. Bu barışıq sazişi 3(üç) orijinal nüsxədə, Azərbaycan dilində tərtib olunub, bir nüsxəsi məhkəmədə qalmaqla, sazişin hər bir iştirakçısında bir nüsxə saxlanılır. 3.4. Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişinin məzmunu, müddəaları və şərtləri ilə bilavasitə və öz nümayəndələri vasitasilə tanışdırlar, razılaşmalar onların iradasinə uyğundur, məzmunu onlara tam aydındır va hər-hansı qeyri-müəyyənlik yoxdur, onlara öz hüquq məsləhətçiləri tərəfindən izahlar verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, Quba Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(027)- 1929/2023 nömrəli qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, tərəflər barışıq sazişi bağladıqları üçün və barışıq sazişi qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Quba Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(027)-1929/2023 nömrəli qətnaməsi Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.5, 370, 384.0.5, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Quba Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(027)- 1929/2023 nömrəli qətnaməsi ləğv edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Sazişin predmeti: “Birinci tərəf”( İddiaçı MMC – etibarnamə üzrə Nümayəndə2 şəxsində) və “İkinci tərəf” (Cavabdeh) (bundan sonra birlikdə tərəflər adlanacaq) razılığa gəlirlər ki, Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan 2(105)-460/2024 saylı iş üzrə mübahisəni Sazişin aşağıdakı bəndlərində göstərilən şərtlərlə həll edirlər.

2. Tərəflərin öhdəlikləri: 2.1 Tərəflər etiraf və qəbul edirlər ki, “İkinci tərəf” in “Birinci tərəf”ə olan borcu 5727,85 (beş min yeddi yüz iyirmi yeddi manat səksən beş qəpik) manat təşkil edir. 2.2 “Birinci tərəf” borc məbləğinin 3727,85 (üç min yeddi yüz iyirmi yeddi manat səksən beş qəpik) manat hissəsini “ikinci tərəf”ə güzəşt edir və həmin hissəni tələb etməyəcəyini öhdəsinə götürür. 2.3 Tərəflər arasında aparılmış hesablamalar nəticəsində müəyyən edildi ki, “İkinci tərəf” borc məbləğinin 710(yeddi yüz on) manat hissəsini ödəmişdir. 2.4 “İkinci tərəf” borc məbləğinin qalıq 1290 (bir min iki yüz doxsan) manat hissəsini xx.xx.2024-cü il tarixindən başlayaraq, hər ay 322,50 (üç yüz iyirmi manat əlli qəpik) manat olmaqla 4 (dörd) ay müddətinə 31 iyul 2024-cü il tarixinədək “Birinci tərəf”ə ödəməyi öhdəsinə götürür. 2.5 Məhkəmə araşdırması zamanı tərəflərin çəkdiyi digər real xərclər tərəflərin özünə aid ediləcək. 2.6 Tərəflər barışıq sazişi üzrə məlumatları gizli saxlayacaq, onları yaymayacaq, birbirinin əleyhinə istifadə etməyəcəklər.

3. Sazişin hüquqi nəticələri: 3.1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu tərəflərə aydındır bu Saziş imzalandıqdan sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən, bu Sazişlə həll edilən məsələlər üzrə gələcəkdə bir-birilərinə qarşı iddia qaldırmaq hüquqlarının olmadıqlarını bilirlər. 3.2. Bu barışıq sazişi imzalandıqdan sonra dəyişdirilə və ləğv oluna bilməz. 3.3. Bu barışıq sazişi 3(üç) orijinal nüsxədə, Azərbaycan dilində tərtib olunub, bir nüsxəsi məhkəmədə qalmaqla, sazişin hər bir iştirakçısında bir nüsxə saxlanılır. 3.4. Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişinin məzmunu, müddəaları va şərtləri ilə bilavasitə və öz nümayəndələri vasitasilə tanışdırlar, razılaşmalar onların iradasinə uyğundur, məzmunu onlara tam aydındır va hər-hansı qeyri-müəyyənlik yoxdur, onlara öz hüquq məsləhətçiləri tərəfindən izahlar verilmişdir. İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar