Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2656/2025 28.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı Oba Market MMC-nin Cavabdeh qarşı əmlaka vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Oba Market MMC Cavabdeh qarşı əmlaka vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 7672,99 manat, mediasiya xərci kimi ödənilmiş 60 manat, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 37 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən cavabdeh “Satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixli X2 əsasən “Administrator” vəzifəsinə keçirilmiş, onunla “X7 haqqında” Müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2024-cü il tarixli 60/x saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir. Tərəflər arasında bağlanmış Əmək Müqaviləsinin 5.1-ci bəndinə əsasən bu Əmək Müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış X7 haqqında Müqavilənin 1-ci bəndinə əsasən, maddi məsul şəxs ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür, ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin dəqiq hesabatınıaparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir. 3.3-cü bəndinə əsasən, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddiməsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. Əmək Müqaviləsinin tərkib hissəsi olan X1 1.1-ci bəndinə əsasən administrator anbarın, satış zalının əskiksiz olmasına nəzarət etməlidir; 2.6-cı bəndinə əsasən tabeliyində çalışan əməkdaşlardan vəzifə funksiyalarının icra edilməsini, Cəmiyyətin prosedur və qaydalarına əməl edilməsini tələb etməlidir; 3.2-ci bəndinə əsasən sayım zamanıəskik gələnməhsullara görə məsuliyyət daşımalıdır; 3.6-cı bəndinə əsasən əmək qanunvericiliyi və vəzifə təlimatı ilə nəzərdə tutulmuş vəzifələrin icra edilməməsi və lazımi səviyyədə icra edilməməsinə görə məsuliyyət daşımalıdır; 3.8-ci bəndinə əsasən maddiməsuliyyət müqaviləsiçərçivəsində öhdəsində olan vəsaitlərə görə məsuliyyət daşımalıdır. İş materiallarına əlavə edilmiş, komissiya üzvlərindən əlavə cavabdehin də imzaladığı xx.xx.2023-cü il tarixli İnventarizasiya Siyahısından göründüyü kimi,“Oba- Xırdalan 30” mağazasına administrator təyin edilmiş cavabdehin öhdəsinə 2160 sıra nömrəsi ilə nömrələnmiş, müvafiq miqdarları və qiymətləriəks olunmuş ümumilikdə 51 864 manat dəyərində mallar təhvil verilmişdir. Birinci inventarizasiya yoxlaması üzrə: Cəmiyyətin “Planlı inventarizasiyanın aparılması haqqında” xx.xx.2024-cü il tarixli, 497 saylı Əmrindən göründüyü kimi, “Oba – Xırdalan 30” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış,cavabdehin öhdəsində olan maddiehtiyatların fizikisayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2023-cü il - xx.xx.2024-cü il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 5075,22 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş cavabdehin özəlyazması və imzası ilə təsdiq edilmiş “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi,cavabdeh sayımda iştirak etmiş, sayım qaydalara uyğun keçirilmiş, sayılan artıq və əskik mallar yoxlanılmış, sayımla bağlı heç bir narazılığı olmamışdır. İnventarizasiya yoxlamasının nəticələri ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələri ilə bağlı izahat verməsi və müvafiq sənədləri imzalaması üçün cavabdehə xəbərdarlıq məktubları göndərilsə də, cavabdeh ziyanla bağlı izahat verməkdən və müvafiq sənədləri imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəflər arasında bağlanmış “X7 haqqında Müqavilə”nin 3.3- cü bəndinə müvafiq olaraq İmtina Aktlarını tərtib etmişlər. İkinci inventarizasiya yoxlaması üzrə: Cəmiyyətin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2024-cü il tarixli, 706 saylı Əmrindən göründüyü kimi, “Oba – Xırdalan 30” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin (mağazanı təhvil verən və təhvil alan administratorların) bilavasitə iştirakı ilə fizikisayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2024-cü il - xx.xx.2024-cü il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 3153,54 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. İnventarizasiya yoxlamasının nəticələri ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələri ilə bağlı izahat verməsi və müvafiq sənədləri imzalaması üçün cavabdehə şifahi məlumat və rəsmi şəkildə xəbərdarlıqlar göndərilsə də, cavabdeh ziyanla bağlı izahat verməkdən və müvafiq sənədləri imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəflər arasında bağlanmış “X7 haqqında Müqavilə”nin 3.3-cü bəndinə müvafiq olaraq İmtina Aktlarını tərtib etmişlər. Yekun nəticə: Cəmiyyətin “Təbii itki normalarının tətbiqi haqqında” xx.xx.2024-cü il tarixli, 751 saylı Əmrindən göründüyü kimi, mağazada keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkar edilmiş yekun nəticələrin “təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsulşəxs olan cavabdehdən tələb olunması tapşırılmış, təbii itki normasısatış dövriyyəsinin 0,15 faizi miqdarında müəyyən edilmişdir. Cəmiyyətin xx.xx.2024-cü il tarixli Maliyyə Arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdehnın yekun olaraq qalıq borcu 5075,22 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı Oba Retail Chain MMC-nin nümayəndəsi məhkəməyə xx.xx.2025-ci il tarixli ərizəyə ünvanlayaraq bildirmişdir ki, hazırki iş üzrə Cavabdeh borcu qismən (5075,22 manat hissəsində) etiraf etdiyini və bu barədə müvafiq etiraf ərizəsini xx.xx.2025-ci il tarixli məhkəmə iclasında yazdığını nəzərə alaraq, iddia tələbinin qismən, yəni 5075,22 manat və məhkəmə xərclərinin tutulması hissəsində təmin edilməsinə etirazları yoxdur. Əlavə olaraq bildirilir ki, cavabdehin maddi vəziyyətini nəzərə alaraq qətnamə icraya yönəldikdən sonra hissəvi (münasib şərtlərlə) ödənişlərə də tərəflərindən şərait yaradılacaqdır. Üzrlü səbəbdən məhkəmənin baxış iclasında iştirak edə bilməyəcəklərini nəzərə alıb, xx.xx.2025- ci il tarixli məhkəmənin baxış iclasını iştirakları olmadan keçirilməsini və yuxarıda qeyd edilən hissədə iddianın təmin edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh izahatında və ərizəsində bildirmişdir ki, o, iddia ərizəsini qismən qəbul edir. Yəni, o, iddianın 5075,22 manat hissəsində razıdır, qalan hissədə isə iddianı qəbul etmir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq): 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -X4 MMC ilə işçi Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh əsas iş yeri satış departamenti satış şöbəsi satıcıkassir vəzifəsinə aylıq əmək haqqı 345 manat olmaqla işə qəbul edilmişdir. Müqavilənin 7.1-ci bəndinə əsasən, işçi iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də başqa istehsal vasitələrinin – maşın, mexanizm, avadanlıq, cihaz və alətlərin, qurğu, habelə, işəgötürənin mülkiyyətində olan digər əmlakın qorunmasına cavabdehdir. -xx.xx.2023-cü il tarixli xxxxxxx000400 saylı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh Oba Market MMC-nin satış departamenti satış şöbəsinə satıcı nəzarətçi, kassir (ərzaq və qeyri-ərzaq malları üzrə), əmək müqaviləsi üzrə satıcı-kassir vəzifəsinə aylıq əmək haqqı 345 manat olmaqla işə qəbul edilmiş, müqavilənin müddətinin bitmə tarixi xx.xx.2023-cü il tarixi müəyyən edilmişdir. -Oba Market MMC-nin xx.xx.2023-cü il tarixli “İşə qəbul etmə haqqında” 018/İQ saylı əmrindən çıxarışından görünür ki, Cavabdeh cəmiyyətin satış departamentinin satış şöbəsinə xx.xx.2023-cü il tarixdən satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, əmək haqqının ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilməsi müəyyən edilmiş, əmrin verilməsi üçün əsas tərəflər arasında bağlanmış əmək müqaviləsi olmuşdur. -X5 Chain MMC ilə işçi Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli X7 haqqında müqavilədən görünür ki, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Müqavilənin 1.1-1.4-cü bəndlərinə əsasən, işçi aşağıdakı vəzifələri yerinə yetirməlidir: ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməli, inzibati hüquqpozmalar, cinayət yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verməməlidir. Müqavilənin 3-cü bəndinə əsasən, maddi məsul şəxsin təqsiri (qəsdən və ya ehtiyatsızlığı) üzərindən işəgötürənə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi aşağıdakı qaydada həyata keçirilir: 3.1 İşəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. 3.2 İşəgötürənin əsas fondu hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda pərakəndə satış üzrə mövcud olan faktiki bazar qiyməti ilə hesablanır. 3.3 İşçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçi aktla tanış edilir. İşçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. 3.4 İşçi ziyanı könüllü surətdə ödəməkdən imtina edərsə işəgötürənin qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlər görmək hüququ vardır. Bu halda işəgötürənin müəyyən olunmuş ziyanla bərabər ziyanın məbləği üzərindən hər gün üçün 0,5 % miqdarında dəbbə pulunun işçidən tutularaq ona ödənilməsini tələb etmək hüququ vardır. Dəbbə pulu ziyan barədə tərtib edilmiş aktın tarixindən başlayaraq məhkəmənin qərar qəbul etdiyi tarixədək hesablanır. Dəbbə pulu ilə yanaşı işəgötürən qanunvericiliklə müəyyən olunmuş bank uçot dərəcəsinə uyğun hesablanmış faizlərin və digər zərərlərin ödənilməsini tələb edə bilər. -Satış departamenti-vəzifə təlimatından görünür ki, satıcı kassir vəzifəsinə işə qəbul edilmiş işçi vəzifə təlimatının 3.2, 3.7 və 3.8-ci bəndlərinə əsasən, ehtiyatsızlıq ucbatından və ya qəsdən hər hansı məhsulu satışa yararsız hala saldığına görə maddi məsuliyyət müqaviləsi çərçivəsində istifadəsində olan avadanlıq və digər vasitələrə görə, maddi və maliyyə vəsaitini, xidmət üçün təyin olunmuş xüsusi vasitələri təyinatından kənar, şəxsi məqsədlər üçün istifadəyə görə məsuliyyət daşıyır. -Oba Market MMC-nin xx.xx.2024-cü il tarixli “vəzifə dəyişikliyi haqqında” 60/x saylı əmrindən çıxarışından görünür ki, Cavabdeh əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən AR Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmiş, son haqq-hesab: istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. -xx.xx.2024-cü il tarixli xxxxxxx0004X0 saylı əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh əmək müqaviləsinə xx.xx.2024cü il tarixindən AR Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. -Oba-Xırdalan-30 ünvanında komissiya sədri maliyyə direktoru K.D.Kərimovanın, komissiya sədr müavini mühasibatlıq departamentinin müdiri G.İ.Mövsümovanın, komissiya üzvləri satış əməliyyatları direktoru V.İ.İsmayılovun, daxili nəzarət department müdiri M.O.Muxtarovun, inventarizasiya şöbə müdiri P.C.Əliyevin imzası ilə təsdiq olunmaqla tərtib olunmuş inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə yoxlama aparılmış, yoxlama dövrü müəyyən edilmiş, dondurulmuş məhsullar, donmuş qida depo, konserva, kosmetika, meyvə, qastronom, quru qida-1, quru qida-2, şirniyyat çeki, spirtsiz içkilər, süd məhsulları depo, südlük, tekstil və ev əşyaları, təmizlik, tərəvəz, təzə ət və yumurta, tütün məlumatları, un məlumatları üzrə yoxlamalar aparılmış, imha və itkilər fərqi, həmçinin, itki və imhanın dövriyyə nisbəti müəyyən edilmişdir. İnventarizasiya nəticələri ilə əlaqədar yoxlama Cavabdeh iştirakı ilə keçirilmiş və çıxarılan nəticə ilə razı olmayaraq aktı imzalamaqdan imtina etmişdir. -Oba-Market MMC-nin Cavabdeh ünvanadığı xx.xx.2024-cü il tarixli DN-4046 saylı xəbərdarlıqdan görünür ki, MMC tərəfindən Cavabdeh faktiki qalıq borc olaraq 7672,99 manat pul vəsaitini 3 gün müddətində ödəmədiyi təqdirdə barəsində müvafiq hüquqi tədbirlərin görüləcəyi barədə xəbərarlıq edilmişdir. -İddiaçı MMC-nin sabiq administratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış inventarizasiya yoxlaması barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixdə 5075,22 manat, xx.xx.2024-cü il tarixdə 3153,54 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşılaşdığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 7672,99 manat borcu qalmışdır. Beləliklə, Cavabdeh xx.xx.2024-cü il tarixinə İddiaçı MMC-ə olan ümumi borcu 7672,99 manat təşkil edir. -2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, “Oba Market MMC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarına dair, qanuni təmsilçi X3 olmasına dair xx.xx.2020-ci il tarixli, **********488600 nömrə ilə çıxarış verilmişdir. -Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, iddia ərizəsini qismən qəbul edir. Yəni, o, iddianın 5075,22 manat hissəsində razıdır, qalan hissədə isə iddianı qəbul etmir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı Oba Market MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən, sözügedən MMC-yə satış departamenti-satış şöbəsinə aylıq əmək haqqı 345 manat olmaqla satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş və bu barədə xx.xx.2023-cü il tarixli 018/İQ saylı əmr verilmişdir. İşçinin vəzifə səlahiyyətləri onunla bağlanılmış əmək müqaviləsi ilə yanaşı satış departamenti-vəzifə təlimatları ilə, həmçinin, onunla bağlanılmış maddi məsuliyyət haqqında müqavilə ilə tənzimlənmişdir. Belə ki, Cavabdeh Cəmiyyət qarşısında satış zamanı əskik gələn satış məhsullarına görə, ehtiyatsızlıq ucbatından və ya qəsdən hər hansı məhsulu satışa yararsız hala saldığına görə, maddi məsuliyyət müqaviləsi çərçivəsində istifadəsində olan avadanlıq və digər vasitələrə görə, maddi və maliyyə vəsaitini, xidmət üçün təyin olunmuş xüsusi vasitələri təyinatından kənar, şəxsi məqsədlər üçün istifadəyə görə, həmçinin, digər məsələlər üzrə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Beləliklə, Cəmiyyət sahibliyində olan ərzaq və qeyri-ərzaq məhsullarının inventarizasiyasını həyata keçirmiş və bu barədə aktlar tərtib edərək həmin aktlar əsasında sözügedən məsələ üzrə məsul şəxs olan Cavabdeh vəzifə səlahiyyətlərinin öhdəsindən gəlmədiyi müəyyən edilərək məhsulların qiymət və imhalarında kəskin fərqin olduğu aşkar edilmişdir. Bu səbəbdən də cavabdeh ilə bağlanmış müqavilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən, yəni, əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən xitam verilmişdir. Hazırda, Cəmiyyət işçi tərəfindən MMC-yə vurulmuş ziyanın məhkəmədənkənar qaydada tutulması tədbirlərini görməsinə baxmayaraq, bir nəticə verməmiş, bu səbəbdən də vurulmuş ziyanın məhkəmə qaydasında tutulmasına dair müdafiə hüququ yaranmışdır. Məhkəmə hazırki mülki iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi adlanacaq): 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq. 11-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək. Mülki iş materiallarına əlavə olunmuş, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli X7 haqqında müqaviləyə əsasən, maddi məsul şəxs olan Cavabdeh ona işəgötürən tərəfindən etibar edilmiş maddi səvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüş, ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməyi, inzibati hüquqpozmalar, cinayət yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verməməyi öhdəsinə götürmüşdür. Beləliklə də, tərəflər arasında bağlanmış maddi məsuliyyət haqqında müqavilədən də göründüyü kimi, işçi işə qəbul edilərkən əmək müqaviləsi ilə nəzərdə tutulmuş öhdəliklərlə yanaşı, müəssisənin əmlakına görə də məsuliyyət daşımağı, eyni zamanda, həmin əmlaka dəymiş zərərə görə Cəmiyyət qarşısında X7 daşımağı öhdəsinə götürmüşdür. Əmək Məcəlləsinin 72-ci maddəsinin c bəndində əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Mülki iş materiallarına əlavə olunmuş Cəmiyyətin səlahiyyətli məsul şəxsləri tərfindən tərtib olunmuş inventarizasiya nəticələrinə dair yekun aktdan göründüyü kimi, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyərək Cəmiyyətə maddi ziyan vurmuş və bu hal onun əmək müqaviləsi üzrə öhdəliklərinin kobud şəkildə pozulması ilə nəticələnmiş, nəticə etibarı ilə sonuncu ilə bağlanmış əmək müqaviləsinin müddəti uzadılmayaraq xx.xx.2024-cü il tarixli xxxxxxx0004X0 saylı əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, Oba Market MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin ikinci hissəsinin b bəndinə əsasən xitam verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmış, qeydiyyatı №-1810 nömrəli «14» iyul 2000-ci il tarixli, Azərbaycan Respublikası Maliyyə Nazirinin №- İ-107 nömrəli, «03» iyul 2000-ci il tarixli əmri ilə təsdiq edilmiş “Əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları”na əsasən, 1.1. Bu Qaydalar «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun hazırlanmışdır. Həmin Qanuna əsasən müəssisə mühasibat uçotu və hesabatının doğru və düzgünlüyünü təsdiq etmək üçün dövri olaraq öz əmlakının, öhdəliklərinin, hesablaşmalarının, kapitalının və s. maddi sərvətlərinin və ümumiyyətlə, balansın bütün aktiv və passiv maddələrinin inventarizasiyasını aparmalıdır. 1.4. Müəssisənin bütün əmlakı və öhdəlikləri onların olduğu yerlərdən asılı olmayaraq inventarizasiya olunmalıdır. Bundan başqa müəssisənin istifadəsində olan və balansarxası hesabda göstərilən (məsuliyyətli mühafizəyə qəbul edilən, müvəqqəti icarəyə götürülən, təkrar emal və ya yuyulmaq üçün alınan və s.) istehsal ehtiyatları, əmlaklar, həmçinin bu və ya digər səbəblər üzündən uçota alınmamış qiymətlilər inventarizasiya olunur. 1.5. Əmlakın inventarizasiyası bir qayda olaraq onların olduğu yerlər və maddi-məsul şəxslər üzrə aparılır. 5.1. İnventarizasiya siyahılarında malmaterial qiymətlilərinin hər birinin (istehsal ehtiyatları, hazır məhsul, mallar, sair ehtiyatlar) adı, növü, qrupu, miqdarı və başqa lazımi göstəriciləri (artikul, növ və s.) ayrıca göstərilir. Əmək Məcəlləsinin:
191. maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, 1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
192. maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, 1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi səvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Oba-Xırdalan-30 ünvanında Komissiyanın məsul şəxslərinin iştirakı ilə keçirilmiş xx.xx.2024-cü il tarixli yoxlamalar zamanı, ərzaq və qeyri-ərzaq məhsulları üzrə imha və itkilər fərqi, həmçinin, itki və imhanın dövriyyə nisbəti müəyyən edilmişdir. Aktlar üzrə inventarizasiya nəticələrinə dair yekun aktlara əsasən, son nəticə olaraq isə 7672,99 manat müəyyən edilmişdir. Beləliklə, tərtib olunmuş aktlar əsasında cavabdehin Cəmiyyətə maddi ziyan vurması müəyyən edilmiş və bu, İddiaçı MMC-nin sabiq administratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış inventarizasiya yoxlaması barədə nəticələr xx.xx.2024-cü il tarixli arayışla da öz təsdiqini tapmışdır. Belə ki, həmin arayışa əsasən, Cavabdeh ilə bağlı inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixdə 5075,22 manat, xx.xx.2024-cü il tarixdə 3153,54 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşılaşdığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 7672,99 manat borcu qalmışdır. Beləliklə, Cavabdeh xx.xx.2024-cü il tarixinə İddiaçı MMC-ə olan ümumi borcu 7672,99 manat təşkil edir. Əmək Məcəlləsinin 194-cü maddəsinin 2-ci hissəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Beləliklə, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Oba Market MMC-nin xx.xx.2024-cü il tarixli “işdən azad olunma haqqında” 60/x saylı əmrinə əsasən, xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin b bəndinə əsasən (əmək müqaviləsi müddətinin qurtarması) xitam verilmiş, lakin bu hal cavabdehin iddiaçı qarşısında maddi məsuliyyətdən azad edilməsinə əsas olmadığından sonuncunun cavabdehdən pul tələbinə dair məhkəmə qaydasında müdafiə etmək hüququnu istisna etməmişdir. Əmək Məcəlləsinin:
198. maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır.
199. maddəsinə əsasən, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X7 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda;
200. maddəsinə əsasən, 1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X7 daşıması barədə yazılı müqavilə bağlaya bilər. 3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən X7 barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. 5. X7 barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.
202. maddəsinə əsasən, 1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. 2. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. 3. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir.
205. maddəsinə əsasən, 1. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. 2. Əgər ziyan işçi tərəfindən X7 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh xx.xx.2025-ci il tarixində məhkəməyə ünvanlandığı ərizədən göründüyü kimi o, iddianın 5075,22 manat hissəsində razı olduğunu bildirmişdir. İddiaçı isə həmin məbləğlə razılaşdığını iddia ərizələrinin qismən təmin olunmasına etiraz etmədiklərini bildirmişlər.Odur ki, cavabdehin qismən etirafını, iddiaçının razılığını və məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh tərəfindən iddiaçı Oba Market MMC-nin əmlakına vurulmuş maddi ziyana görə 5075,22 manat pul vəsaiti tutularaq iddiaçı Oba Market MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin;
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun 3.4. maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Qanunun tələblərindən göründüyü kimi, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olduğundan və mediasiya prosesinin keçirilməsinə görə ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilmədiyindən iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 37 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 24,50 manat məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1 maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3 maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı Oba Market MMC-nin əmlakına vurulmuş maddi ziyana görə 5075,22 (beş min yetmiş beş manat iyirmi iki qəpik) manat pul vəsaiti və 24,50 (iyirmi dörd manat əlli qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı Oba Market MMC-yə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov