Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1252/2025 01.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 6556,21 manat məbləğində pul vəsaitinin, həmçinin mediasiya xərci kimi ödənilmiş 60 manat və məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 86 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən cavabdeh “satıcıkassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə Əlavəyə əsasən “administrator” vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “X4 haqqında” müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2024-cü il tarixli, 1-x saylı əmri ilə cavabdeh işdən azad edilmişdir. Cavabdeh ilə bağlanmış “X4 haqqında” müqavilənin 1-ci bəndinin tələblərinə görə cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmalı və rəhbərliyə təqdim etməlidir. Həmin müqavilənin 3.3cü bəndinə görə işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. İddiaçı MMC-nin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2023-cü il tarixli, 2347 saylı əmrindən göründüyü kimi “Oba – Qobu 3” mağazasında administrator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator, yəni maddi məsul şəxs olduğu mağazada xx.xx.2023-cü il - xx.xx.2023-cü il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin cəmiyyətə 7032,83 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş inventarizasiya yoxlaması zamanı tərtib edilmiş “İnventarizasiya komissiyasına İltizamnamə”ni imzalamaqla və müvafiq qeydlərini aparmaqla, sayımda tam olaraq iştirak etdiyini, sayım qrupu tərəfindən təqdim olunan kəsr məhsullarını yoxladığını, sayımla bağlı heç bir narazılığının olmadığını, sayılan miqdarların düzgünlüyünü öz imzası ilə təsdiq etdiyini bildirmişdir. İnventarizasiya yoxlamalarının nəticələri ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələri ilə bağlı izahat verməsi və müvafiq sənədləri imzalaması üçün cavabdehə xəbərdarlıq məktubları göndərilsə də cavabdeh ziyanla bağlı izahat verməkdən və müvafiq sənədləri imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəflər arasında bağlanmış “X4 haqqında Müqavilə”nin 3.3-cü bəndinə müvafiq olaraq İmtina Aktlarını tərtib etmişlər. Cəmiyyətin xx.xx.2024-cü il tarixli maliyyə arayışından göründüyü kimi çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra cavabdehin yekun olaraq qalıq borcu 6556,21 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də heç bir ödəniş həyata keçirilməmişdir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, iddia tələbini qəbul edir. Belə ki, İddiaçı MMC-yə maddi ziyan vurulmasında onun da təqsiri vardır. İşıqlar söndükdə alınan mal kassaya vurulmamış, birbaşa müştəriyə verilmişdir. Qeyd edir ki, iddiaçı tərəfindən ondan tələb edilmiş pul məbləğini aylıq təxminən 50-100 manat olmaqla hissə-hissə ödəyəcəkdir və bununla bağlı iddiaçı şirkətin rəhbərliyi ilə razılaşmışdır. İş materiallarında olan İddiaçı MMC (işəgötürən) ilə Cavabdeh (işçi) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsindən və əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əlavədən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədən 1 ay müddətinə əsas iş yeri olmaqla İddiaçı MMC-də “satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, daha sonra isə xx.xx.2023-cü il tarixdən “administrator” vəzifəsinə keçirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli X4 haqqında Müqavilədən görünür ki, bu müqavilə İddiaçı MMC ilə Cavabdeh arasında işçinin vəzifə funksiyaları və vəzifə məsuliyətləri göstərilməklə bağlanmışdır. İş materiallarında olan “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2023-cü il tarixli, 2347 saylı əmrindən görünür ki, “Oba – Qobu 3” mağazasında administrator işləyən Cavabdeh öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, Cavabdeh öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə təqdim olunmuş iltizamnamədən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş inventarizasiya yoxlaması zamanı tərtib edilmiş qeyd edilən iltizamnaməni imzalamaqla və müvafiq qeydlərini aparmaqla sayımda tam olaraq iştirak etdiyini, sayım qrupu tərəfindən təqdim olunan kəsr məhsullarını yoxladığını, sayımla bağlı heç bir narazılığının olmadığını, sayılan miqdarların düzgünlüyünü öz imzası ilə təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1-x saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı MMC-nin Satış Departamentinin Satış şöbəsinin Administratorunun (Cavabdeh) əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilməsi və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Məhəmməd oğlunun 18 sentyabr 2024-cü il tarixinə İddiaçı MMCyə olan ümumi borcu 6556,21 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu, 191-ci, 192-ci, 194-cü, 199-cu, 200-cü, 202-ci, 205-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələri təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. “Oba – Qobu 3” mağazasında administrator vəzifəsində çalışdığı zaman xx.xx.2023-cü ildə aparılmış inventarizasiya nəticəsində Cavabdeh 6556,21 manat məbləğdə zərər vurması müəyyən edilmiş, tərəflər arasında X4 haqqında müqavilənin bağlandığını nəzərə alaraq, cavabdeh (zərər vuran) Cəmiyyətə 6556,21 manat məbləğində zərər vurduğunu tam etiraf etmişdir. İddiaçı MMC tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli arayışdan göründüyü kimi Cavabdeh 18 sentyabr 2024-cü il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 6556,21 manat təşkil edir. Bundan əlavə Cavabdeh da məhkəmədə iddianı tam olaraq qəbul etdiyini bildirmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan qanunvericilik normalarına istinad etməklə belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı MMC-nin qarşısında zərər vurulmasından irəli gələn öhdəliyi vardır və buna görə də Cavabdeh mülki hüquq məsuliyyəti daşımaqla İddiaçı MMC-yə vurduğu zərəri tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq - əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri sırasındadır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin İ hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192-ci maddəsinin İ hissəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinin İ hissəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinin İİ hissəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin İ hissəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200-cü maddəsinin İ hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X4 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 202-ci maddəsinin İ hissəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 205-ci maddəsinin İİ hissəsinə əsasən əgər ziyan işçi tərəfindən X4 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan əlavə iddia tələbinin mediasiya xərci kimi ödənilmiş 60 manat pulun cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, iddiaçı təşkilat tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq iddiaçı təşkilata ödənilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, məhkəməyə iddia qaldırmaq üçün ödədiyi 86 manat dövlət rüsumu da cavabdehdən tutulub iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 6556,21 manat məbləğində pul vəsaiti, 60 manat mediasiya xərci və 86 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1252/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1252/2025
01.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver