Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3158/2020 25.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, ilk İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı BOKT ASC-yə qarşı müqavilənin ləğvi tələbinə dair mülki üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Rəsulova x1 Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İlkin İddiaçı BOKT ASC Cavabdeh qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması tələbinə, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı BOKT ASC-yə qarşı müqavilənin ləğvi tələbinə dair iddia ərizələri ilə məhkəməyə müraciət etmişdilər. Abşeron rayon məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Kərimli, iş № 2(012)-1050/2018) ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi, Cavabdeh 22896.51 ABŞ dolları əsa s, 11490 ABŞ dolları faiz borcu və 1467 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 35853.51 ABŞ dolları məbləğində kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və dövlət rüsumu kimi ödənilmiş 30 manatın və 1 manat xidmət haqqının 25 manat hissəsinin əvəzi tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi, Cavabdeh məxsus Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsində 0.0775 ha torpaq sahəsində yerləşən, 6 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmeti 192000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin İddiaçı BOKT ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabı na cavabdehin iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin Cavabdeh qaytarılması, iddianın qalan hissədə rədd edilməsi, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 27.07.2015-ci il tarixli 2015/00101-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), F.Məmmədov və L.Məmmədova, iş № 2(105)-1149/2019) qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlil ləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlan ılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 27.07.2015-ci il tarixli 2015/00101-01 saylı kredit müqaviləsinə görə, cavabdehə illik 28 faiz dərəcəsi ilə 60 ay müddətinə 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. İpoteka saxlayan İddiaçı BOKT ASC və ipoteka qoyan Cavabdeh arasında bağlanmış 27.07.2015-ci il tarixli ipoteka müqaviləsinə görə, Cavabdeh qızına məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 27.07.2015-ci il tarixli 2015/00101-01 s aylı kredit müqaviləsindən irəli gələn kredit və faiz borcunun qaytarılmasının təminatı üçün banka ipotekaya qoyulmuşdur. Müqavilənin 3.1-ci maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 50000 manat məbləğində qiymətləndirilmişdir. 05.09.2017-ci il tarixli maliyyə arayışına görə, Cavabdeh həmin tarixədək iddiaçıya 23896.51 ABŞ dolları əsas, 11490 ABŞ dolları faiz borcu və 14675 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 50061.51 ABŞ dolları məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10912 saylı 14 avqust 2019cu il tarixli mühasibatlıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, 05.09.2017-ci il tarixli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka ümumilikdə 35.318,02 ABŞ dolları məb ləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 23.808,43 ABŞ dolları, faiz borcu üzrə 11.509,59 ABŞ dolları təşkil edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1-ci maddələrini tətbiq etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya məhkəməsi faktiki olaraq kassasiya şikayətində göstərilən dəlillərlə eyni olan cavabdeh tərəfin dəlillərini tam araşdırmış və müvafiq ekspertiza təyin edərək borc məbləğini müəyyən etmiş və cərimə məbləğinin əsas borc məbləğinə mütənasib olması nəticəsinə gəlmişdir. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apelyasiya instansiyası məhkəməsi tə rəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərba ycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hall ara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3158/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3158/2020
25.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver