Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3159/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X2 və Cavabdeh1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(060)4922/2018, hakim C.B.Məmmədov) İddiaçı1 Cavabdeh1 qarşı avtomobilin və ya onun dəyərinin geri qaytarılması t ələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(105)-3730/2018, hakimlər Ş.R.Abasov, A.Ə.Abbasov və T.Q.Məmmədov) İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-2845/2019, hakimlər V.Ə.İbayev, Q.Ə.Allahverdiyev və Ə.Ə.Əliyev) İddiaçı1 kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qə tnaməsi ilə (iş № 2(105)-305/2020, hakimlər F.Ə.Məmmədov, M.Ə.Rzayev və E.M.Əhmədov) İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxxx 2018-ci il tarixdə İddiaçı1 Cavabdeh1 qarşı “BMW-318” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin və ya onun dəyərinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator kassasiya şikayətini onunla əsaslandırmışdı r ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara və təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələblərinə riayət edilməmişdir. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabeh isə vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı xx.xx.2009-cu il tarixdə mülkiyyətində olan **-BT-*** dövlət qeydiyyat nişanlı “BMW-318” markalı minik avtomobilinin alqı-satqısı ilə bağlı cavabdehlə razılaşdıqlarına, həmin avtomobilin 6.000 manat, cavabdehin faktiki istifadəsində olan avtomobilin isə 12.500 ABŞ dolları məbləğində qiymətləndirildiyinə, avtomobilləri dəyişdirməklə onun cavabdehə 6.500 dolları, həmin vaxta olan məzənnə ilə 5.200 manat borcu qaldığına və həmin puldan 2.500 manatı dərhal ödədiyinə, qalan məbləği bir il ə rzində ödəməyi öhdəsinə götürdüyünə, avtomobilə görə cavabdehə etibarnamə verdiyinə və cavabdehin də ona bir il müddətinə etibarnamə verdiyinə, xx.xx.2010-cu il tarixdə cavabdehə avtomobilə görə ödəməli olduğu borcu tam ödəyib qurtardığına, lakin cavabdehin ona satdığı avtomobili sonradan başqa şəxsə satdığına, sonradan onlar arasında avtomobillə bağlı çoxsaylı məhkəmə mübahisəsi olduğuna və ondan 6.000 ABŞ dolları məbləğində pulun alınaraq cavabdehə verilməsi barədə qətnamə qəbul edildiyinə, bu halda cavabdehin də ona “BMW-318” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili qaytarmalı olduğuna istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür. İşin halları ondan ibarətdir ki, Cavabdeh1 İddiaçı1 qarşı pul tələbinə dair mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə m üəyyən edilir ki, tərəflər arasında “BMW 318” markalı ** BT *** dövlət nömrə nişanlı avtomobilə dair alqı-satqı baş tutmamış, cavabdeh aldığı 6000 ABŞ dolları məbləğində pulun müqabilində iddiaçıya 30 il müddətinə etibarnamə versə də, avtomobili rəsmi olaraq iddiaçıya satmamışdır və avtomobil cavabdeh İddiaçı1 mülkiyyətində qalmışdır. Cavabdeh avtomobilin mülkiyyətçisi olduğundan sonradan avtomobili başqa şəxsə satmışdır. Beləliklə də, iddiaçı Cavabdeh1 həm avtomobildən, həm də avtomobil üçün ödədiyi puldan məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut e dilmir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəli avtomobilin hazırkı iş üzrə iddiaçı tərəfindən başqa şəxsə satıldığı, nəticədə Cavabdeh1 həm avtomobildən, həm də avtomobil üçün ödədiyi puldan məhrum olması halı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Odur ki, həmin işdə iştirak etmiş şəxslərin göstərilən faktları hazırkı işdə yenidən mübahisələndirməsi yolverilməzdir. Digər tərəfdən, iddiaçı həmin avtomobili xx.xx.2012-ci ildə alqı-satqı müqaviləsi əsasında X3 xeyrinə özgəninkişləşdirmişdir. Kassasiya şikayətinin dəlilləri ilə məzmunca eynilik təşkil edən dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli araşdırılaraq hüquqi qiymət verilmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə iş üzrə müəyyən edilmiş h əqiqi hallara uyğun olmaqla, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3159/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3159/2020
29.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver