Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3165/2020 20.07.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: X2 İddia tələbi: mənzilə istifadə hüquqlarının itirilmiş hesab olunması (Açar sözlər: dövlət reyestrində qeydə alınmamış mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, daimi yaşamaq üçün başqa yerə getmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-611/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: X15 X5 Komitəsinin xx.xx.1989-cu il tarixli orderi ilə ünvan 1 ünvanında yerləşən 40 saylı mənzil (bundan sonra - mübahisəli mənzil) İddiaçı (bundan sonra – iddiaçı) anası XXXa (XXXa) XXX XXXr qızına verilmiş, iddiaçının adı orderdə ailə üzvləri sırasında qeyd olunmuşdur. X16 Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 444 nömrəli sərəncamı ilə X6 öz nəvəsi, iddiaçının isə bacısının oğlu olan X1 (bundan sonra – cavabdeh) himayəçi təyin edilmişdir. X6 xx.xx.2019-cu ildə vəfat etmişdir. Mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, iddiaçı və cavabdeh mənzildə qeydiyyatdadırlar. Birinci və apelyasiya instansiyası məhkəm əsində icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mübahisəli mənzilə olan istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzildə özü, bacısı və bacısının uşaqları yaşayır. Cavabdeh, 2010-cu ilin avqust-sentyabr ayından mənzildə yaşamır. Belə ki, o, həmin vaxtdan Rusiya Federasiyasında yaşayır və heç bir əlaqələri yoxdur. Cavabdehin həmin vaxtdan Rusiya Federasiyasına getməsi səbəbindən onun mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Çünki onun qeydiyyatı formal xarakter daşıyır. Həmçinin, mənzilin özəlləşdirilməsində cavabdehin də razılığı olmalıdır. İddiaçı tələbini təsdiq edən sübut qismində məhkəməyə 16 saylı Mənzil-Kommunal İstismar Sahəsinin ustası X7 və qonşu kimi qeyd olunan X8 və X4 tərəfindən tərtib olunmuş və MKİS tərəfindən təsdiq edilmiş, cavabdeh mübahisəli mənzildə uzun müddətdir yaşamadığı barədə xx.xx.2019-cu il tarixli akt təqdim etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, daim mübahisəli mənzildə yaşamışdır və hazırda da yaşayır. Həmin mənzil onun yeganə yaşayış yeridir. İddiaçının məqsədi mənzili öz adına özəlləşdirməkdir. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-7310/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-611/2020 nömrəli iş üzrə xx xxxxxx 20 20-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Məmmədov (sədrlik edən və məruzəçi), L.Məmmədova və S.Qafari) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr mübahisə predmeti təşkil edən mənzil ilə bağlı hüquq münasibətlərinin 2000-ci ildən əvvəl yarandığını əsas götürərək işin hallarına hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsini, 60-cı maddəsinin 1ci hissəsini, 87-ci maddəsinin 2-ci hissəsini tətbiq edib və «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarına istinadla qeyd etmişdir ki, mübahisəli mənzil üzərində mülk iyyət hüququ dövlət qeydiyyatına alınmadığından, həm iddiaçı, həm də cavabdeh mənzil üzərində bərabər hüquqlara malikdirlər. İddiaçı cavabdehin mübahisəli mənzildə yaşamadığını göstərsə də, buna dair hər-hansı sübut təqdim etməmişdir. Əksinə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh mübahisəli mənzildə yaşayır, o, həmin mənzillə əlaqəsini kəsməmişdir. Cavabdehin müvəqqəti olaraq başqa yerə getməsi mənzilin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: İddiaçı (Vəkil)kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şi kayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, təqdim olunmuş sübutlara və işin faktiki hallarına düzgün qiymət verilməmiş, cavabdehin 2010-cu ildən yaşadığı yerin onun daimi yaşayış yeri olması nəzərə alınmamışdır. Cavabdehin mənzildə yaşamaması, lakin qeydiyyatda qalması səbəbindən mənzili öz adına özəlləşdirə bilmir. Cavabdeh mənzldə yaşaması və mənzillə əlaqəsinin olması barədə hər hansı sübut təqdim edə bilməmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin əsaslı olduğunu bildirdi və onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəl illəri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar (53-cü maddə). İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır (60-cı maddənin 1-ci hissəsi). İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə mü qaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir (87-ci maddənin 2-ci hissəsi). «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarı. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhk əmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Kas sator apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğunu ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. İşə baxan məhkəmələr düzgün olaraq MPM-in 77.1-ci maddəsinə əsasən iddia tələbini təsdiq edən sübutları təqdim etmə vəzifəsinin iddiaçının üzərində olduğunu müəyyən etmiş və iş materialları əsasında belə qənaətə gəlmişdir ki, cavabdeh mübahisəli mənzildən daimi yaşamaq üçün başqa yerə getməmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən həmin dəlillə rə qiymət verilmişdir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-611/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3165/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3165/2020
20.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver